Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aleksis Yandard
Aleksis Yandard (23 aprel 1997, Ekülli[d]) — Fransalı suya tullanan. Aleksis Yandard Fransanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Aleksis Yandard birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 292.15 xal toplayaraq 32-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Erin Blançard
Erin Blançard (d. 20 noyabr 1989; Lafayette, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən batut gimnastı. Erin Blançard, 2008-ci ildə Birləşmiş Ştatları XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Erin Blançard, 2008-ci ildə Birləşmiş Ştatların bayrağı altında Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Blançard, 60.90 xal topladı və 16 idmançı sırasında 13-cü yeri tutaraq mübarizəni dayandırdı.
Frank Lampard
Frenk Ceyms Lempard (20 iyun 1978[…], Romford[d], Böyük London) — keçmiş peşəkar futbolçu. Futbolçu kimi, "Çelsi" klubunun bütün zamanlar üzrə ən yaxşı oyunçularından biri sayılmaqla yanaşı, o həm də öz dövrünün ən yaxşı yarımmüdafiəçilərindən hesab olunur.
Lennard Maloni
Lennard Maloni (8 oktyabr 1999-cu ildə anadan olub) — 2.Bundesliqa təmsilçilərindən olan Yunion Berlin klubunda müdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Yunion Berlin === Maloni Yunion Berlin akademiyası vasitəsilə inkişaf etmişdir. Maloni öz peşəkar karyerasında debütünü 1 aprel 2018-ci ildə Qroyter Fürth klubuna qarşı oyunda etmişdir. O, 77-ci dəqiqədə Marsel Hartel ilə əvəz olunmuşdur. 2.Bundesliqa görüşündə Yunion Berlin rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Maloni yoxlama oyunlarında Almaniya gənclər yığmasının U-18 və U-19 komandalarına dəvət almışdır. 7 iyul 2018-ci ildə Maloni Amerika Birləşmiş Ştatlarında oynamaq istədiyini bildirmiş və Amerika U-20 millisinə dəvət almışdır. O, milli ilə Şimali Karolina və Tobakko Roud klublarına qarşı yoldaşlıq oyunlarında iştira etmişdir. == Şəxsi həyatı == Maloni Almaniyada anadan olmuşdur. Onun atası Amerika, anası isə Almaniya vətəndaşıdır.
Darin Zanyar
Darin Zanyar (2 iyun 1987) — İsveç müğənnisi.
Filipp Lenard
Filipp Lenard Eduard Anton (7 iyun 1862 - 20 may 1947) — Fizika üzrə Nobel mükafatı laureatı (1905) == Həyatı == Filipp Lenard Eduard Anton 1862-ci il iyunun 7-də Slovakiyanın Preysburq (indiki Bratislava) şəhərində anadan olmuşdur. Milliyyətcə slovak olan bu alman fiziki Hitler rejiminin qatı tərəfdarı olmuşdur. Katod şüalarının tədqiqinə görə 1905-ci ildə Nobel mükafatı laureatı adına layiq görülmüşdür. Filipp Lenard Eduard Anton 20 may 1947-ci ildə Almaniyanın Messelhauzen şəhərində vəfat etmişdir. == Əsərləri == Lenard, Philipp (1906). Über Kathodenstrahlen (On Cathode Rays) (in German). Lenard, Philipp. Über Aether und Materie (On Aether and Matter) (in German). Lenard, Philipp (1914). Probleme komplexer Moleküle (Problems of complex molecules) (in German).
Layari çayı
Layari çayı (urdu کونړ سيند) — Pakistanın meqapolisi olan Kəraçi şəhərinin bütün mərkəzi vasitəsilə şimal-şərqdən axan və Ərəbistan dənizindəki kiçik Manora yarımadasınd ğışlar dövründə çarhovuz kimi xidmət edir. == Tarixi == 1950-ci illərə qədər çay təmiz idi və çayın sahilində balıq tutmaq üçün xüsusi ərazilər yaradılmışdı. Sahillərin uzununa istiqamətində kənd təsərrüfatı yaxşı inkişaf etmişdi. Amma 1947-ci ildə Pakistanın müstəqilliyinin əldə etməsindən sonra Kəraçini yeni dövlətin paytaxtı elan etdilər. Şəhərin əhalisi Hindistandan mühacirlərin və daxili miqrasiyanın hesabına sürətlə artmağa başladı. Buna görə də iqtisadi artma, sənayenin inkişafı çayın çirklənməsinə səbəb oldu: o yağış suları rolunu yerinə yetirməyə başladı. Çayın uzununa istiqamətdə ətraflarının tənzimlənməyən yerləşməsi çayın səviyyəsinin artımına səbəb oldu. Bu da insan və maddi itkilərə səbəb olmağa başladı. 1977-ci ildə belə dağıdıcı daşqının olmasından sonra bütün çayın uzununa istiqamətində qoruyucu bəndlərin tikilməsinə ehtiyac oldu. Buna baxmayaraq 1990-cı illərdə də bir neçə daşqın hadisəsi baş vermişdir.
Vanyar (Heris)
Vanyar (fars. ونيار‎) — İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 64 nəfər yaşayır (14 ailə).
Jan Jak Qalyard
Jan Jak Qalyard — Fransa diplomatı. Bir müddət ATƏT-in Minsk qrupunun həmsədri olmuşdur.
Parastin u Zanyari
"Parastin u Zanyari" (kürd. Parastin û Zanyarî, hərf. Qoruma və məlumat) — İraq Kürdüstanında Kürdüstan Regional Hökumətinə məxsus dövlət qurumu və əsas istintaq orqanı. Təşkilat Kürdüstan Demokratik Partiyasının (KDP) kəşfiyyat xidməti ("Pastin" adlanır) və Kürdüstan Vətən İttifaqının (KVİ) kəşfiyyat xidmətini ("Zanyari" adlanır) birləşdirdikdən sonra yaradılan dövlət qurumudur. "Parastin" ilk dəfə 1968-ci ildə KDP tərəfindən yaradılmışdır. "Parastin u Zanyari" bəzən "Kürd Kəşfiyyat Xidməti" olaraq da adlandırılır. Agentliyin əsas funksiyası Kürdüstan regionunun həm daxili, həm də xarici təhlükəsizliyi ilə bağlı cinayətlərin araşdırılmasıdır. Agentliyin rəsmi olaraq həbs etmək və ya həbs etmək səlahiyyəti yoxdur, lakin kəşfiyyat məlumatlarını regiondakı bir sıra cinayətlər, o cümlədən terrorizmlə bağlı yurisdiksiyaya malik olan Kürdüstanın təhlükəsizlik xidməti "Asayiş" ilə bölüşür. KDP və KVİ tərəfindən qurulub maliyyələşdirilsə də, rəsmi olaraq Kürdüstan Regional Hökumətinin komandanlığı altında fəaliyyət göstərir.
Con Edvard Lennard Cons
Con Edvard Lennard Cons (27 oktyabr 1894, Lankaşir – 1 noyabr 1954, Stok-on-Trent, Staffordşir qraflığı[d]) – ingilis fiziki və nəzəri kimyaçı, kvant kimyasının əsasını qoyanlardan biri. == Həyatı == Con Edvard Cons 1894-cü il oktyabrın 27-də Lankaşir qraflığının Lea əyalətində anadan olmuşdur. Lennard-Cons soyadını 1925-ci ildə Ketlin Lennardla evləndikdən sonra qəbul etmişdi. O, 1912–1915-ci illərdə Mançester Universitetində riyaziyyat üzrə təhsil almış, sonra 1915–1919-cu illərdə Kral Hərbi-Hava Qüvvələrində xidmət etmişdir. 1919-cu ildən Mançester və Kembric Universitetlərində, 1925–1932-ci illərdə Bristol Universitetində (1927-ci ildən professor kimi) dərs demişdi. 1929-cu ildə Göttingen Universitetində kvant mexanikasını öyrənmişdi. 1932–1953-cü illərdə Kembric Universitetində, 1953-cü ildən isə Şimali Staffordşir Universitetinin Kollecində işləmişdi. == Elmi fəaliyyəti == Lennard-Consun elmi əsərləri, əsasən, kvant kimyasına aidddir. O, kvant kimyasının üsullarından biri olan molekulyar orbitallar üsulunun (1928–1932) yaradıcılarından (F. Hund və P. S. Mallikenlə birlikdə) biri olmuşdur. Üsul belə bir fərziyyəyə əsaslanır ki, molekulun bir çox əhəmiyyətli xüsusiyyətlərini müəyyən edən xarici elektronları fərdi atomların orbitallarında deyil, bütövlükdə molekula məxsus orbitallarda yerləşir.
Briv-la-Qayard (rayon)
Briv-la-Qayard (fr. Brive-la-Gaillarde) — Fransanın Yeni Akvitaniya regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Korrez. Suprefektura — Briv-la-Qayard. Rayonun əhalisi 2006-cı ildə 127 079 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 83 nəf / km² . Rayon ərazisi — 1526 km².