Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Laterit
Laterit — əvvəllər bu termin ekvatorial və rütubətli tropik ərazilərin torpaqları və yumşaq torpaq aşınma məhsullarına aid edilirdi. Hazırda lateritləşmə mürəkkəb bir proses kimi əsasən dəmir birləşmələrinin torpaq məhsullarının yan axınlarının gətirilməsi hesabına yaranması kimi izah olunur. Dəmirin həll olan formalarda toplanması əsasən səthi qleyləşmə prosesi nəticəsində baş verir. Onun hidroksidlər formasında çökməsi məhlulun hərəkəti yolunda geokimyəvi baryerlərin yaranması ilə əlaqədardır. Həmin baryerlər isə qranulometrik tərkibi və süxurların kimyəvi tərkibi, qrunt suyunun təsiri və s. ilə əlaqədardır. İlk dəfə laterit horizontlar Byuken tərəfindən (1807) təsvir edilmiş və laterit (lat. kərpic) adlandırılmışdır. == Laterit torpaqlar == Bu termin iki mənada işlədilir. Geniş mənada termin ferralit torpaqları ifadə edir.
Typhlodromus lateris
Typhlodromus lateris (lat. Typhlodromus lateris) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus lateris Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Laterizm
Laterizm — işıqlı dünyaya aparan yol. == Laterizmin mənası == Laterizm — inanclı insanların hüquqlarının bərpa olunması və bərabər səviyyəli cəmiyyətin yoludur. 21-ci əsrin əvvəllərində yaranmış yeni cərəyandır. Simvolu bəyaz göyərçindir. Cəmiyyət üzvləri haqqında heç bir məlumat yoxdur. Laterizmin ideoloqları iddia edir ki, bu yolda, bu ad altinda birləşməklə əsl demokratiyanı yaratmaq yolunda önəmli addım atmış olarıq. Əsrlər boyu dunyanı cənginə alan Feodalizm, Sosializm, Kapitalizm də əvvəllər kiçik bir arealda yaranıb və illər kecdikçə bütün dünyaya yayılıb. Laterizm daha ümidverici bir cərəyandır və bu cərəyan yalnız bir təbəqə saxlayır, yəni, eynihüquqlu cəmiyyət yaradır. == Laterizmin əsas müddəalarından çıxarışlar == Hər bir insan layiq olduğu qədər azad, başqalarının azadlığına toxunmayacaq qədər müstəqil yaşamalıdır. Yaşadığı dövlətdən, dinindən, dilindən asılı olmayaraq hər bir inanclı insan bu ideologiyaya qoşula bilər və bu ideologiya öz üzvləri içində kimsədən ayırmır.
Lazurit
Lazurit — mineral, (Na,Ca)8[(SO4, S, Cl)2ï (AlSiO4)6] == Haqqında == Lazurit sodalit ilə izostrukturdur. Rəngi göy. Əsasi, bəzən turş püskürmə süxurların yaxınlığında kontakt-metamor­fizmə uğramış əhəngdaşlarında və onların peqmatitlərində. Floqopit, humit, forsteritlə assosiasiya olur. Bəzək daşı. Sinonim: Ultramarin, Lyapis-lazur. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Materik
Materik — yerin su ilə əhatə olunmuş böyük bir hissəsi. Bu, Yerin geoloji inkişafı zamanı onun xarici təbəqələrinin fiziki-kimyəvi və qravitasiya təsnifatı nəticəsində əmələ gələn mürəkkəb tərkibli heterotektik cisimlərin məcmusudur. Materiklərin sahəsində əks olunan irimiqyaslı geoloji strukturların mövcudluğu iki əsas tipə – geosinklinallara və platformalara təsnif edilir. Qitələr üçün xarakterik olan ərazi növləri düzənlik və dağlardır. "Materik" anlayışına ekvivalent və ya yaxın olan söz kimi "qitə" termini də istifadə olunur. == Materiklər == Materik yer qabığının, quru şəklində dəniz səviyyəsindən yuxarıda yerləşən, ən böyük massividir. Onun kənarları dəniz altında olur. Müasir geoloji dövrdə 6 materik vardır. === Avrasiya === Sahəsi 54 mln km² olan Avrasiya materiki dünyanın ən böyük materiki olub, bütün qurunun 1/3 hissəsini əhatə edir. Ucqar nöqtələri.
Baterst
Baterst (ada)
Aterin
Aterin (lat. Atherina) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin aterinkimilər dəstəsinin aterinlər fəsiləsinə aid heyvan cinsi. Əsasən Atlantik okeanının şərq hissəsində yayılmışdır. Bu cinsə daxil olan növlər Aralıq, Qara və Azov dənizlərində yayılmışdır. sürü halında yaşayırlar. Uzanmış bədən quruluşuna malikdirlər. Uzunluqları 8–20 sm arasında dəyişir.
Latit
Latit — möhtəviləri və əsas kütləsi kaliumlu və kaliumlu-natriumlu çöl şpatlarından (ortoklaz, sanidin) və əsasən andezindən və ya bəzən labradordan ibarət olan traxiandezit bazalt süxur tərkibində müəyyən miqdarda rəngli minerallar (avgit, olivin, biotit), bəzən kvars möhtəviləri iştirak edir. Monsonitin effuziv anoloqu. Köhnəlmiş termin. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
B. Latteri
Benedetto Latteri - italyan diplomat, 2020-ci ildən bəri İtaliyanın İndoneziyadakı səfiri. == Həyatı == 15 oktyabr 1959-cu ildə İtaliyanın Messina şəhərində anadan olmuşdur.
Baterst (ada)
Baterst ing. Bathurst Island — Kanada Arktik arxipelaqının Kraliça Yelezaveta adalarına daxildir. Qərbbində Devon (ada) və Kornuollis adaları yerləşir. == Coğrafiyası == Sahəsi 16 042 km² təşkil edir, bu göstəriçi ilə Adaların dünyada sahəsinə görə sıralamasında 54-cü, Kanadada isə 14-cü yeri tutur. Sahil xətdinin uzunluğu 2069 km-dir. Ada hamar səthə malikdir. Bəzi yerlərdə 300–350 metr yüksəkliyə malikdir. XX əsrin 60–70 ci illərində Şimal maqnit qütbü onun ərazisində yerləşirdi. Adada çoxlu sayda yaşıl bitkilər var. Xüsusi ilə tundura bitkilərinin yaşamması üçün əlverişlidir.
Benedetto Latteri
Benedetto Latteri - italyan diplomat, 2020-ci ildən bəri İtaliyanın İndoneziyadakı səfiri. == Həyatı == 15 oktyabr 1959-cu ildə İtaliyanın Messina şəhərində anadan olmuşdur.
Cülyen Lamerti
Cülyen Ofre de Lametri (12 dekabr 1709 və ya 25 dekabr 1709, Sen-Malo – 11 noyabr 1751[…], Potsdam) — fransız teoloq-alim. == Həyatı == O, əvvəlcə Parisdə, sonra isə Leydendə tibb təhsili almışdır. Lametri ləqəbi ilə yaşadığı məlum olduqdan sonra onu Hollandiyadan da çıxarırlar. II Fridrixin dəvəti ilə o, Berlinə gəlir və Berlin Universitetində elmi fəaliyyətini davam etdirir. Lametri sensualizmi Dekartın insan davranışının maşınabənzər olması ideyası ilə birləşdirir. O hesab edirdi ki, Dekartın iki substansiya ilə bağlı ideyası ilahiyyatşıları aldatmaq üçün işlənilmiş “stilistik hiylədir”. Lametri materialist olaraq göstərirdi ki, ruh və bədən ayrılmazdır. O, bir həkim kimi müəyyənləşdirmişdi ki, güclü qızdırma nəticəsində qan dövranı onun ruhi vəziyyətinə və fikri fəaliyyətinə təsir göstərir. Lametriyə görə, ruh mövcuddur, lakin o, bədəndən ayrılmazdır. İnsanın fəallığının mənbəyi tələbatlardır.
Kontinent (materik)
Kontinent (materik) (rus. континент, ing. continent) (lat. continens, yiyəlik halında continentis-materik) — yer qabığının nəhəng massivi olub, səthinin çox hissəsi quru şəklində Dünya okeanı səviyyəsindən yuxarıda, kənarları isə okean səviyyəsindən aşağıda yerləşir (materiklərin sualtı kənarı). Materiklərdə yer qabığı "qranit qatın" iştirakı ilə səciyyələnir və orta qalınlığı 35–45 km-dır. Müasir geoloji əsrdə 6 kontinent mövcuddur: Avrasiya (53,4 mln. km2 ), Afrika (30,8 mln. km2 ), Şimali Amerika (24,2 mln. km2 ), Cənubi Amerika (18,2 mln. km2 ), Avstraliya (7,7 mln.
Lateral krater
Lateral krater (rus. кратер латеральный, ing. lateral crater) — əsas vulkan konusunun yamacında yerləşən ikinci dərəcəli vulkan krateri; parazit kraterlərə aid edilir.
Lüllyen Lamerti
Cülyen Ofre de Lametri (12 dekabr 1709 və ya 25 dekabr 1709, Sen-Malo – 11 noyabr 1751[…], Potsdam) — fransız teoloq-alim. == Həyatı == O, əvvəlcə Parisdə, sonra isə Leydendə tibb təhsili almışdır. Lametri ləqəbi ilə yaşadığı məlum olduqdan sonra onu Hollandiyadan da çıxarırlar. II Fridrixin dəvəti ilə o, Berlinə gəlir və Berlin Universitetində elmi fəaliyyətini davam etdirir. Lametri sensualizmi Dekartın insan davranışının maşınabənzər olması ideyası ilə birləşdirir. O hesab edirdi ki, Dekartın iki substansiya ilə bağlı ideyası ilahiyyatşıları aldatmaq üçün işlənilmiş “stilistik hiylədir”. Lametri materialist olaraq göstərirdi ki, ruh və bədən ayrılmazdır. O, bir həkim kimi müəyyənləşdirmişdi ki, güclü qızdırma nəticəsində qan dövranı onun ruhi vəziyyətinə və fikri fəaliyyətinə təsir göstərir. Lametriyə görə, ruh mövcuddur, lakin o, bədəndən ayrılmazdır. İnsanın fəallığının mənbəyi tələbatlardır.
Materik buzlaşması
Materik buzlaşması (rus. материковое оледенение, ing. continental glaciation) — buzlağın proqressiv inkişafının son mərhələsinə uyğun gələn buzlaşma. Materik buzlaşmasında materik buzlaq formaları üstünlük təşkil edir: materik buzlağı, yüksəklik buzlağı, buzlaq örtüyü və başqaları ilə yanaşı, həmçinin dağlıq və dağətəyi buzlaqlar kimi aralıq tipli buzlaq formaları da mövcuddur (karlar və başqaları). Dördüncü dövrdə materik buzlaş-ması Avropanın, Asiya və Amerikanın şimal hissəsini tutmuşdur. /Kontinental buzlaşmanın sin/.
Materik dyunları
Materik Çini
Materik Çini və ya Qitə Çini (çin. 中国大陆| Pinyin: zhōngguó dàlù), Çin Xalq Respublikasının birbaşa nəzarəti altında olan əraziləri bildirmək üçün istifadə edilən geosiyasi termindir. Bu anlayış 1949-cu ildə Çin vətəndaş müharibəsinin sonunda Çan Kayşi rəhbərliyindəki Kuomintang qüvvələrinin Tayvana çəkilməsi və Çin Kommunist Partiyasının bütün materiki ələ keçirməsindən sonra meydana çıxmışdır. 1997 və 1999-cu illərdə Çin Xalq Respublikasının nəzarəti altına keçmiş Hong Kong və Makao Deng Şiaopingin bir ölkə, iki sistem siyasəti əsasında Çinin xüsusi inzibati bölgələri statusuna malik olub başqa bir siyasi və iqtisadi sistemə malikdirlər və bu səbəbə görə Materik Çinin tərkibinə daxil edilmirlər.
Pinus latteri
Pinus latteri (lat. Pinus latteri) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Robert Baterst
Robert Qay Baterst (22 fevral 1957, Akkra) — İngilis aktyor. == Həyatı == Baterst 1957-ci ildə atasının idarəetmə məsləhətçisi olaraq çalışdığı yer olan ingilis müstəmləkəsi Akkra, Qold Koastda anadan olmuşdur. 1959-cu ildə ailəsi İrlandiyanın paytaxtı Dublinə köçmüş və Robert Killineydəki məktəbə getmiş və daha sonra Anglikan internat məktəbində təhsilini dəvam etdirmişdir.1966-cı ildə ailə İngiltərəyə köçdü və Baterst Sasseksdə Wort məktəbinə daxil oldu, burada həvəskar dramaturgiyalarını yazmağa başladı. 18 yaşında Pembrok Kolleci, Kembricdə hüquq oxudu və Kembric Futlayts qrupuna qatıldı. Məktəbi bitirdikdən sonra tam iş gününə başladı. O, professional səhnə debütünü 1983-cü ildə Savoyya teatrıda davam edən Maykl Freyin "Səslər kəsilir" tamaşasında Tim Algud rolunu oynayaraq etmişdir. Səhnədə işləmək barədə biliklərini genişləndirmək üçün Milli Teatrın üzvü oldu. 1980-ci illərdə səhnə rollarını "Qara Qaranlıq", "Çelmsford 123", "Lenni Henri Şov"dakı televiziya rolları ilə tamamladı. 1991-ci ildə Stiven Moffat tərəfindən yazılmış "Zarafatdan başqa" BBC sitkomunda Mark Teylor rolu ilə o günə qədərki televizor karyerasındakı ən böyük uğurunu qazanmışdı. Bu televiziya proqramı yalnız on üç bölüm dəvam etsə də (1991 və 1995-ci illər arasında), rol Baterstin bütün karyerasında ən çox sevdiyi rol olaraq qalır.
Katerin Uilson
Katerin Uilson (1822 – 20 oktyabr 1862) — cinayətlərdən birini görə edam olunmuş, lakin ümumilikdə altı cinayət daha törətdiyi düşünülən ingilis qatil. O, tibb bacısı işləyirdi və qurbanlarını vəsiyyətlərində pullarını ona buraxmağa təşviq etdikdən sonra onları zəhərləmişdi. Hökm çıxaran hakim onu xüsusi olaraq "yaşamış ən böyük cinayətkar" kimi təsvir etmişdir. == Cinayətlər == Uilson əvvəlcə Spoldinqdə tibb bacısı kimi çalışmış, daha sonra Körbi-Lonzdeylə köçmüşdür. O, Dikson adlı bir adamla evlənsə də, əri tezliklə ölmüş və onun kolxikumdan zəhərləndiyi ehtimal edilmişdir. Həkim cəsədin yarılmasını təklif etsə də, Uilson ona bunu etməməsi üçün yalvarmış və o, bu fikrindən əl çəkmişdir. 1862-ci ildə Uilson öz vəsiyyətini onun xeyrinə yenidən yazmış Sara Karnellə qulluq edən bir tibb bacısı kimi çalışmış və az sonra ona "sakitləşdirici məhlul" gətirərək "İç onu, əzizim, səni isitəcək" demişdir. Karnell bu məhluldan bir ağız dolusu içmiş və ağzını yandırdığından şikayətlənərək tüpürmüşdür. Sonradan məlum olmuşdur ki, sözügedən maye yataq paltarında dəlik açıb. Hadisədən sonra Uilson Londona qaçsa da, bir neçə gün sonra həbs edilmişdir.
Cerald Latberi
Ser Cerald Vilyam Latberi (ing. Sir Gerald William Lathbury; 14 iyul 1906 – 16 may 1978) — Britaniya dövlət xadimi və hərbi lider, Cəbəllüttariq qubernatoru (1965–1969). O, İkinci Dünya müharibəsi illərində döyüşmüş, Britaniya Ordusunun hava-desant qüvvələrində fərqlənərək Siciliya, İtaliya və Hollandiyada 1-ci Paraşüt Briqadasına komandirlik etmişdir. == Həyatı == Ser Cerald Vilyam Latberi 14 iyul 1906-cı ildə Britaniya Hindistanının Murri şəhərində hərbçi, polkovnik Oskar Latberinin ailəsində anadan olmuşdur. O, Vellinqton Kollecini və Sandherst Kral Hərbi Kollecini bitirmişdir. Latberi 1926-cı ildə Oksfordşir və Bukingemşir Yüngül Piyada Ordusuna daxil olmuşdur. O, 1928–1932-ci illərdə Kral Qərbi Afrika Sərhəd Qüvvələrində (Kot-d'İvuar), 1937–1938-ci illərdə Kemberlidə Britaniya Ordusu Qərargah Kollecində yenidən hazırlıq keçmişdir. Latberi 4 fevral 1929-cu ildə leytenant rütbəsinə yüksəlmişdir, O, 21 mart 1938-ci ildə kapitan olmuşdur. Latberi 8 yanvar 1939-cu ilin yanvarında 8-ci piyada briqadası ilə briqada mayoru olmuşdur.
Mate Alteri
Mate Alteri (12 sentyabr 1927, Paris, Fransa) — Fransa müğənnisi. 1956 Avroviziya Mahnı Müsabiqəsində Fransanı "Le temps perdu" mahnısı ilə təmsil etmişdir.
Amyotrofik lateral skleroz
Yan amiotrofik skleroz (YAS, ing. ALS) və ya Şarko xəstəliyi və ya Lu Qeriq xəstəliyi — nevroloji xəstəlik olub, proqressiya edərək icraetmə funksiyasının pozulmasına, sosial dezadaptasiyaya və sonda ölümə gətirib çıxarır. Ön buynuzlarda və beyin kötüyündə yerləşən aşağı motoneyron, presentral qırışda yerləşən yuxarı motoneyron, kortikospinal yolların və əksərən prefrontal motoneyronların zədələnməsi nəticəsində yaranır. Bu xəstəliyin zehni funksiyalara və yaddaşa təsiri yoxdur amma sinir əlaqəsi pozulduğundan əzələ əriməsinə və əzələlərin gücsüzləşməsinə səbəb olur. Bir çox hallarda əvvəl udqunma çətinliyi ilə başlayaraq bədənə yayılan xəstəlik , tənəffüs çatışmazlığına da səbəb ola bilər. == Rast gəlmə tezliyi == Xəstəliyin rast gəlmə tezliyi Avropa əhalisi arasında hər il hər 100,000 nəfərə 2 xəstəlik halı. Bütün dünyada, YAS 90–95% hallarda sporadik, 5–10% hallarda autosomal dominant yolla ötürülən ailəvi formalara rast gəlinir. Ağdərili insanlar qaradərili insanlara nisbətən çox xəstələnir, bu nisbət 1.6:1.3 –dir. Kişilər qadınlara nisbətən daha çox xəstələnirlər. Kişi-qadın nisbəti 1.5:1.0 == Yaranma səbəbləri == Hesab olunur ki xəstəlik genetik, xarici mühit və yaş-asılı risk faktorlarin qarşılıqlı təsiri nəticəsində yaranır.
Latəran
Latəran (fars. لاطران‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 168 nəfər yaşayır (35 ailə).
Baterst (şəhər, Avstraliya)
Baterst (ing. Bathurst) — Yeni Cənubi Uelsdə şəhər, Makkvari çayının cənub sahilində Göy dağlardan qərbdə yerləşir. Bu Avstraliyanın sahildən uzaq ən qədim yaşayış məskəni və Böyük Suayırıcı sıra dağlarından qərbə ən qədim məskəndir. 2006-cı ilin statistikasına əsasən 29 min əhalisi var. == Müasir dövr == Müasir Baterst inkişaf etmiş kənd təsərrüfatı regionunun iqtisadi mərkəzidir. Şəhərdən Sidneyə gedən dəmiryol xətti keçir. Katolik və anqlikan kilsəsi, məhkəmə qərarlarının icrası idarəsi binası (1880), Avstraliya qazıntılar və minerallar muzeyi (1874), bir sıra XIX əsrin otasında tikilən qəsrlər vardır.