Keçəçi ailəsi
Keçəçi ailəsi — Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətinin idarə olunmasında mühüm rol oynamış və müxtəlif dövrlərdə mühüm vəzifələr tutmuş üzvləri olan zadəgan ailəsi.
== Tarixi ==
Keçəçi ailəsi Təbriz şəhərində məskunlaşan zadəgan ailəsidir. Ailənni adı həmçinin, bəzi mənbələrdə Kuçəçi və ya Kukaçi deyə də qeyd olunur. Ailənin adı tarixi mənbələrdə XV əsrdən XVIII əsrə qədər qeyd olunur. Ailənin ilk məşhur nümayəndəsi Məhəmməd Zəkəriyyə Keçəçidir. O, Ağqoyunlu dövlətində vəzir vəzifəsində çalışmış, lakin sonradan Səfəvi iperiyasının şahı I İsmayılın (1501-1524) tərəfinə keçmişdir. Şah I ismayıl da onu özünə vəzir təyin etmişdir. Zəkəriyyə Keçəçi 1512-1513-cü ildə vəfat etmişdir.
Zəkəriyyənin oğlu Cəlaləddin Məhəmməd Təbrizi 1523-cü ildə Şah İsmayıl tərəfindən vəzir təyin edilmiş və I Şah Təhmasibin ilk vəziri olmuşdur. Lakin o, bu vəzifədə çalışarkən Rumlu tayfasına mənsub olan Div Sultan Rumlu tərəfindən qətlə yetirilmişdir.