Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Niki Lauda
Andreas Nikolaus "Niki" Lauda (alm. Andreas Nikolaus "Niki" Lauda‎; 22 fevral 1949, Vyana – 20 may 2019, Sürix) — sabiq avstriyalı Formula-1 pilotu. Karyerası ərzində üç dəfə — 1975, 1977 və 1985-ci illərdə F1 üzrə dünya çempionluğu qazanıb. Karyerasını bitirdikdən sonra aviasiya ilə maraqlanmağa başlayıb və özünün iki şəxsi aviasiya şirkətini açıb. Bundan əlavə, Skuderiya Ferrari komandasında məsləhətçi və iki il Jaguar komandasında komanda meneceri kimi çalışıb. 1976-cı il Almaniya Qran Prisində idarə etdiyi maşının qəza etməsi və sonra alışması nəticəsində ciddi yanıq xəsarətləri almışdı. Ciyərlərinin zədə almasına və xəsarətlərinin ciddi olmasına baxmayaraq, sadəcə altı həftə sonra İtaliya Qran Prisində yenidən çempionata geri dönmüşdü. == Karyerası == === İlk illər === Niki Lauda 1949-cu il 22 fevralda varlı ailədə dünyaya göz açıb. Ailəsinin ona qarşı çıxmasına baxmayaraq o yenə də yarış maşınlarının pilotu olur. 1971-ci ildə Bankdan £30,000 funt sterlinq kreditə götürüb, özünə sığorta aldıqdan sonra Formula-2 pilotu kimi March komandasına qoşulur.
Nikolaus Lauda
Andreas Nikolaus "Niki" Lauda (alm. Andreas Nikolaus "Niki" Lauda‎; 22 fevral 1949, Vyana – 20 may 2019, Sürix) — sabiq avstriyalı Formula-1 pilotu. Karyerası ərzində üç dəfə — 1975, 1977 və 1985-ci illərdə F1 üzrə dünya çempionluğu qazanıb. Karyerasını bitirdikdən sonra aviasiya ilə maraqlanmağa başlayıb və özünün iki şəxsi aviasiya şirkətini açıb. Bundan əlavə, Skuderiya Ferrari komandasında məsləhətçi və iki il Jaguar komandasında komanda meneceri kimi çalışıb. 1976-cı il Almaniya Qran Prisində idarə etdiyi maşının qəza etməsi və sonra alışması nəticəsində ciddi yanıq xəsarətləri almışdı. Ciyərlərinin zədə almasına və xəsarətlərinin ciddi olmasına baxmayaraq, sadəcə altı həftə sonra İtaliya Qran Prisində yenidən çempionata geri dönmüşdü. == Karyerası == === İlk illər === Niki Lauda 1949-cu il 22 fevralda varlı ailədə dünyaya göz açıb. Ailəsinin ona qarşı çıxmasına baxmayaraq o yenə də yarış maşınlarının pilotu olur. 1971-ci ildə Bankdan £30,000 funt sterlinq kreditə götürüb, özünə sığorta aldıqdan sonra Formula-2 pilotu kimi March komandasına qoşulur.
Laudakia
Laudakia (lat. Laudakia) — heyvanlar aləminin pulcuqlular dəstəsinin kələzlər fəsiləsinə aid heyvan cinsi. Əvvəllər bu cins Afrika cinsləri olan Acanthocerus və Stellio daxil edilirdi.
LAPD
Los-Anceles Polis Departamenti — Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərinin polis təşkilatı. On mindən çox məmuru və üç mindən çox vətəndaş personalı var. 3.8 milyonluq əhali və 1.290 km²-lik sahədən məsul olan bu təşkilat; Amerika Birləşmiş Ştatlarındakı ən böyük hüquq mühafizə orqanlarndan biridir. Tarixi boyunca saysız filmdə və televiziya seriallarında mövzu edilən LAPD, bir çox dəfə irqçilik və sui-istifadə iddialarına məruz qaldı və mübahisəli müzakirələrə gətirib çıxardı. Ümumi birləşmiş xilasetmə xidməti olan 911 fəaliyyət göstərir,bu xidmət yanğın,cinayət,xilasetmə fəaliyyətlərin yerinə yetirir.
Land
== Land == Land (alm. Land-yer, torpaq, quru sahəsi)- 1. Təbii və ya siyasi sərhədlər daxilində yer səthi sahəsinə deyilir. 2.Su səthindən (okean, dəniz) fərqli olaraq, yer səthinin quru hissəsinə deyilir.Land coğrafi termin, anlayış və toponimlərdə çox rast gəlinir. Məs: İrlandiya, İslandiya, Şotlandiya, Qrenlandiya, Zelandiya, Landşaft.
Con Loud
Con Loud (2 noyabr 1844, Ueymut[d], Massaçusets – 10 avqust 1916, Ueymut[d], Massaçusets) — Amerikalı ixtiraçı, ilk şarik qələminin ixtirası ilə məşhurdur. == Həyatı == Con Loud 1844-cü ildə Massaçusets ştatının Veymut şəhərində Con Uayt Loud və Sarah Humfri Blançardın ailəsində anadan olmuşdur. O, Veymutda məktəbə getdi, Weymouth Liseyini bitirdi və sonra Harvard Kollecinə daxil oldu və 1866-cı il sinfində hüquq fakültəsini bitirdi. 2 fevral 1872-ci ildə Suffolk County Barına təyin edildi. Daha sonra Jewell, Gaston və Field-də hüquq məktəbinə getdi, lakin daha sonra atasının bankçılıq peşəsinə qoşulmağa qərar verdi. 1871-ci ildə atasının yanına getdi və İttifaq Milli Bankında kassanın köməkçisi kimi işləməyə başladı. 1874-cü ildə atasının ölümündən sonra Loud kassir vəzifəsini tutdu və bu vəzifəni 1895-ci ildə səhhətinə görə istefaya gedənə qədər tutdu. == İxtirası == 1888-ci il oktyabrın 30-da amerikalı bank işçisi Con Loud " taxta, kobud qablaşdırma kağızı və başqaları kimi kobud səthlərə " yaza bilən qələm üçün patent aldı. Patentdə o qeyd etdi: Mənim ixtiram, digər məqsədlərlə yanaşı, taxta, kobud bükmə kağızı və adi qələmdən istifadə edilə bilməyən digər məhsullar kimi kobud səthlərdə işarələmə üçün xüsusilə faydalı olan təkmilləşdirilmiş rezervuar və ya fontan qələmdən ibarətdir. İçindəki mürəkkəb bir sıra kiçik toplarla dəstəklənən "işarələmə kürəsi" ilə səthə verilirdi.
I Daud
I Daud (1499-1582) — Afrikada müasir Mali dövlətinin ərazisində mövcud olmuş Sonqai dövlətinin hökmdarı (1549-1582). == Haqqında == Afrikada müasir Mali dövlətinin ərazisində mövcud olmuş Sonqai dövlətinin askiyası (hökmdarı) Məhəmməd Benkanın sonuncu oğlu I Daud 1549-cu ildə, 50 yaşında hakimiyyətə gəlmişdir. Onun 33 il davam edən hakimiyyəti dövründə Sonqai dövləti xeyli möhkəmlənmişdir. Orduda intizamı bərpa edən I Daud İslam dinini yaymaq məqsədilə dörd dəfə mosi tayfaları ilə müharibə aparmışdır. O, 1558-ci ildə Mali dövlətini ağır məğlubiyyətə uğradaraq xeyli əsir və qənimət ələ keçirmişdir. I Daud bu müharibədə əsir tutulan Mali şahzadəsi Naru ilə evlənmişdir. Mənbələrdə onun hafizi-Quran olduğu da qeyd olunmuşdur. O, məscidlərin bərpasına və yenidən tikilməsinə, kitabxanaların açılmasına, xeyriyyə işlərinə daha çox diqqət yetirmişdi. I Daid 1582-ci ildə vəfat etmiş və onun ölümündən sonra 36 il ərzində hakimiyyətdə növbə ilə 7 oğlu bir-birini əvəz etmişdi. == Mənbə == A.Hüseynli.
Klaud Zid
Klaud Zid (fr. Claude Zidi; 25 iyul 1934, Paris) — fransız rejissor. Parisdə anadan olub. O, operator və daha sonra [quruluşçu operator kimi işə başlayıb və 1971-ci ildə onun rejissorluq və ssenarist debüt edilib. O, "Ən Yaxşı Rejissor" həmçinin "Ən Yaxşı Ssenari" üçün irəli sürülüb, Oskar və Sezar mükafatını qazanıb. == Filmləri == Asteriks və Obeliks Sezara qarşı (film, 1999) Əti sənin, sümüyü mənim (film, 1976) Mənim yeni qonşum (film, 1984) Dəniz qadını (film, 1971) Atların sevgisi (film, 1967) Əsl həyat (film, 1970) Qrand dayı (film, 1970) Cənablar (film, 1990) İki (film, 1989) Mənim yeni qonşum 2 (film, 1990) Hesab (film, 1991) Səhifəni izlə (film, 1997) Heyvan (film, 1977 Bənzər (film, 1983) Mən uduzmuram!
Land Rover
Land Rover, İngilis bir nəqliyyat vasitəsi istehsalçısıdır. Mərkəzi Solihull, İngiltərədədir. Əslində Rover markası altında bir modelin adı idi. Bu gün, Tata Motor Şirkəti tərkibindədir. 26 mart 2008 də Ford Company tərəfindən Hindistan avtomobil istehsalçısı Tataya satılmışdır. Land Rover markasının modelləri mövcuddur: Land Rover Freelander, Discover, Land Rover Range Rover Sport, Land Rover Defender, Land Rover Evoque, Land Rover Range Rover Vogue və s.
No Land
No Land — Azərbaycanlı, iranlı və türk musiqiçilərdən ibarət olan, müxtəlif mədəniyyət və coğrafiyalardan gəlmələriylə əlaqələndirilərək "No Land" adını almış musiqi qrupudur. Sahand Lesani-nin təklifi ilə "No Man's Land" filmindən adını almışdır. No Land qrupu 2012-ci ildə Sahand Lesani, Mehmet Akif Ersoy və Kamil Hacıyev tərəfindən birgə yaradılmışdır. Daha sonra qrupa Çağatay Vural, Can Kalyoncu, Hazal Akkerman, Yağız Nevzat İpek ve Oğuzcan Bilgin qoşulmuşdur. 2016-cı ildə, No Land ilk albomu olan " Aramızda "-nı çıxartmışdır. "Aramızda" albomu, 2013-cü ildən etibarən edilən bəzi əsərlərdən ibarətdir və bu əsərlər adətən qrupun ilk formalaşması zamanı ortaya çıxan mahnılardan ibarətdir. Albomdakı mahnılar Türk və Azərbaycan dilindədir. Albomdakı mahnıların sözlərini Vüqar Hasani və Kamil Hacıyev yazmışdır. Bu albomdakı tək 'cover', dəyərli Azərbaycan sənətçisi Azər Cırttan Məmmədovun "Niyə belə Uzundur bu Yollar" mahnısıdır. İkinci albom olan "Pusulası Kaybolmuş" 6 Fevral 2019-cu ildə virtual platformalarda nümayiş olundu.
Orphaned Land
Orphaned Land — İsrail Oriental metal qrupu. Musiqi tərzləri Avropa metal və Yaxın Şərq musiqisinin tərzində yazılır. == Haqqında və yaranışı == 1991-ci ildə yaradılan qrup, ilk olaraq Resurrection adında yaradılmışdır. Daha sonra 1992-ci ildə adını dəyişdirilərək Orphaned Land oldu. Ad dəyişiliyindən sonra onlar yaxın şərq regionunun mədəniyyəti və müasir dünya mədəniyyətini cəmləşdirərək öz musiqi üslublarını yaratdılar. Onlar əsasən dostluq, qardaşlıq və birlik haqqında musiqilər yazmağa başladılar. 1993-cü ildə onlar ilk demo “The Beloved's Cry” adlı albomlarını nəşr etdilər. Bu demodan sonra onlar Fransa albom şirkəti olan "Holy Records" ilə birgə ilk debüt albomlarını 1994-cü ildə "Sahara" albomlarını nəşr etdilər. Daha sonra 1996-cı ildə "El Norra Alila" adlı ikinci albomlarını nəşr etdilər. Bu iki albomları çıxartdıqdan sonra onlar bir neçə albom şirkətlərindən təkliflər aldılar.
Aud (Hindistan)
Aud(Avadh, Audh; hind अवध, Awadh, Oudh) — Hindistanın şimalında tarixi əyalət. == Tarixi == Bu əyalət öz adını qədim Koşala dövlətinin paytaxtı Ayodhyadan alıb. Böyük Moğol İmperiyası dönəmində Aud bir söbə idi. I Səadətəli xan Audun müstəqilliyini elan edib, Aud nəvvablığını yaratdı. Bu nəvvablıq XVIII-XIX əsrlərdə iqtidarda oldu. == Coğrafiyası == Bu tarixi əyalət Hindistanın şimalında qərar tutan müasir Uttar Pradeş ştatında yerləşirdi.
Aud nəvvablığı
Aud nəvvabı — XVIII—XIX əsrlərdə Aud hakimlərinin titulu. == Tarixi == 1722-ci ildə Böyük Moğollar imperiyasının imperatoru Sultan Məhəmməd şah Səadətəli xanı Audun valisi təyin etdi. Əvvəlcə o "nazim" ünvanı daşıyırdı. Sonra o, "nəvvab" titulunu qəbul etdi. Paytaxtını Feyzabada köçürdü.
Aud nəvvabı
Aud nəvvabı — XVIII—XIX əsrlərdə Aud hakimlərinin titulu. == Tarixi == 1722-ci ildə Böyük Moğollar imperiyasının imperatoru Sultan Məhəmməd şah Səadətəli xanı Audun valisi təyin etdi. Əvvəlcə o "nazim" ünvanı daşıyırdı. Sonra o, "nəvvab" titulunu qəbul etdi. Paytaxtını Feyzabada köçürdü.
Autodesk Land Desktop
Bu proqram Autodesk şirkətinin məhsuludur. Proqramın bəzi özəllikləri: Koordinat nöqtələrini müəyyənləşdirmək və redaktə etmək. Əymələri layihələşdirilməsi və çəkilməsi. sadəca qövs,qoşma qövs,qlotoid qövs və başqa həndəsə şəkillərinidə laiələşdirir. Yol plan layihələşdirməsi. Şəxsi qətəlari layihələşdirir. Topoqrafiya xəritəsini. Topoqrafiyaların kəsməsi və onları göstərmək. Torpaq götürmə və yatırmasında iki sahənin arasını hesablama. Yuxarıda saydiğimizdakılardan başqa, Autodesk land/Autocad proqram ilə bağlı işə düşür, Autocad proqramının tam bacarıqları Autodesk land dədə var.İki yapışqan proqram: Autodesk civil design və Autodesk survey ki proqramın qurmasından sonra artırılıb və əsli proqramın hesablama gücünü, Yer ölçmə işləri emalında,yol qurma və hidrolojiya hesablamalarında artırır.
Mon-de-Land
Mon-de-Land (fr. Mont-de-Lans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Bur-d'Uazan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38253. Kommunanın 1999-cu il üçün əhalisi 1 101 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Məhəmməd Daud Məhəmməd
Məhəmməd Daud Məhəmməd (d. 1 mart 1996) — Somalini təmsil edən yüngül atlet. Məhəmməd Daud Məhəmməd Somalini 2016-cı ildə Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Məhəmməd Daud Məhəmməd birinci dəfə Olimpiya Oyunlarına Braziliyanın Rio-de-Janeyro şəhərində qatıldı. XXXI Yay Olimpiya Oyunlarında 5000 metr məsafəyə qaçış yarışlarında Daud Məhəmməd 14:57.84 saniyə nəticəyə imza atdı və 24-cü yeri tutdu. Məhəmməd Daud Məhəmməd həmdə Rio-de-Janeyro Olimpiadasının açılış mərasimində Somalinin dövlət bayrağını apardı.
Secret Land (musiqi)
Secret Land (ing. Gizli torpaq) – Məşhur alman müğənnisi Sandra Kretunun 1988-ci ildə istehsal olunmuş "Into a Secret Land" albomuna daxil olan mahnılardan biridir. == Mahnı haqqında == Mahnı ilk dəfə 1988-ci ilin sentyabr ayında dünya ölkələrinin hit-paradlarına təqdim olunmuşdu. Xüsusilə, Almaniya, İsveç İsveçrə və İsrail kimi ölkələrin hit-paradlarında böyük uğur qazanmışdır. Almaniyanın "German Top 20" hit-paradında 1988-ci ilin oktyabr ayında 7-ci pilləyə qalxmış və noyabrın 7-dən 17-ə kimi bu pillədə mövqesini dəyişmədi. "German Top 20" hit-paradında 10 həftə səslənmişdi. "Secret Land" İsrailin hit-paradında daha məşhur olmuş və "Israel Top 20" hit-paradında ilk mövqeni tutmuşdu. 1999-cu ildə "Secret Land" mahnısının yeni versiyası təqdim olunmuş və populyarlığını davam etdirmişdi. Yeni versiya Almaniya, Çexiya və İsrail ölkələrin hit-paradında nisbətən aşağı mövqedə olsa da, mahnının öz populyarlığını itirmədiyi bəlli olur.
The Ladd Company
The Ladd Company — ABŞ kino istehsalı şirkət, əsası 1979-ci ildə Alan Ladd Jr., Jay Kanter və Gareth Wigan tərəfindən qoyulmuşdur, 20th Century Fox-dan ayrıldıqdan sonra. O, m.in kimi kult filmləri istehsal edib: Ülgücün üzəri ilə qaçan (Blade Runner, 1982) və Oskar mükafatı laureatı Cəsur ürək (Braveheart, 1995). Lakin bir neçə film uğursuzluqlara çevrildikdən sonra şirkət on ildən çox böyük maliyyə böhranına düşdü. 1984-cü ildə iflas elan etdi, bir il sonra isə sonuncu film çıxdı. Həmin il Alan Ladd Jr. MGM/United Artists-i əldə etdi. Şirkətin reallaşdırdığı ən son istehsallar bunlardır: An Unfinished Life (2005) və Gone Baby Gone (2007), hər ikisi Miramax Films tərəfindən paylanılıb. Sonra şirkət fəaliyyətini dayandırdı və 2007-ci ildə ləğv edildi. Onun simvolu ağac idi. Ladd deyir: "Deyə bilərsiniz ki, onun həyat ağacı ilə bağı var" ("You could say it has a tie in with the tree of life").
Toyota Land Cruiser
Toyota Land Cruiser — Yaponiya avtomobil istehsalçısı Toyota tərəfindən istehsal edilən nəqliyyat vasitəsidir. Land Cruiser, Hilux pick-up'ı ilə birlikdə dünyanın ən mürəkkəb ərazi və iqlim şəraitlərində istifadə olunan avtomobillərdəndir. Land Cruiserin dizaynına 1951-ci ildə başlanılmışdır və 1954-cü ildə Toyota, Jeep bənzəri bir avtomobil olaraq istehsalına başladı. Hal-hazırda Toyotanın ən önəmli SUV modelidir.
Maks fon Laue
Maks fon Laue (9 oktyabr 1879[…], Koblens, Prussiya, Almaniya imperiyası – 24 aprel 1960, Qərbi Berlin, Qərbi Almaniya) — 1914-cü ildə rentgen şüalarının diffraksiyasını kəşf etdiyinə görə fizika üzrə Nobel mükafatı almış Alman fiziki idi. Optika, kristalloqrafiya, kvant nəzəriyyəsi, fövqəlkeçiricilik və nisbilik nəzəriyyəsinə töhfələri ilə elmi səylərinə əlavə olaraq, Laue dörd onillik ərzində Alman elmi tədqiqatlarını və inkişafını inkişaf etdirən və istiqamətləndirən bir sıra inzibati vəzifələrə sahib idi. Nasizmə kəskin etiraz edən o, İkinci Dünya Müharibəsindən sonra alman elminin yenidən qurulmasında və təşkilində mühüm rol oynadı. == Bioqrafiya == Laue, hazırda Almaniyanın Koblens şəhərinin bir hissəsi olan Pfaffendorfda Julius Laue və Minna Zerrennerin ailəsində anadan olub. 1898-ci ildə Strassburqda Abitur fakültəsini keçdikdən sonra məcburi hərbi xidmətə başladı, bundan sonra 1899-cu ildə Strassburq Universitetində, Göttingen Universitetində və Lüdviq Maksimilian Universitetində riyaziyyat, fizika və kimya üzrə təhsil almağa başladı. Göttingendə fiziklər Woldemar Voigt və Max Abraham və riyaziyyatçı David Hilbertdən çox təsirləndi. Münhendə cəmi bir semestrdən sonra o, 1902-ci ildə Berlinin Fridrix-Vilhelms Universitetinə getdi. Orada o, 1900-cü il dekabrın 14-də kvant nəzəriyyəsi inqilabını doğuran Maks Plankın yanında oxudu. O, Berlində Privatdozen və Plankın köməkçisi idi. O, ilk dəfə Albert Eynşteynlə də tanış oldu; onların dostluğu Eynşteynin nisbilik nəzəriyyəsinin qəbul edilməsinə və inkişafına töhfə verdi.
Nordenşyold Land Milli Parkı
Nordenşyold Land Milli Parkı (norv. Nordenskiöld Land nasjonalpark) — Şpitsbergen arxipelaqınına daxil olan Qərbi Şpitsbergen adasında yerləşə milli park. Milli park ərazisinə 1207 km² quru və 155 km² su səthi sahəsi daxildir. Park 2003-cü ildə təşkil olunmuşdur.
Public land mobile network
Public land mobile network (PLMN; azərb. İctimai yerüstü mobil şəbəkə‎) — müəyyən bir ölkədə xüsusi operator tərəfindən təklif olunan simsiz rabitə xidmətlərinin birləşməsi. PLMN adətən GSM/2G, UMTS/3G, LTE/4G kimi bir neçə mobil texnologiyadan ibarətdir. Müəyyən bir ölkə daxilində bir operator tərəfindən təklif olunur və tez-tez mobil şəbəkə adlandırılır. == PLMN kodu == PLMN özü MCC (ölkə kodu) və MNC-dən (şəbəkə kodu) ibarət qlobal unikal PLMN kodu ilə müəyyən edilir. Beləliklə, bu, bir ölkəni və həmin ölkədəki mobil şəbəkə operatorunu müəyyən edən beş-altı rəqəmli nömrədir. PLMN aşağıdakıların bir hissəsidir: Location area identity (LAI) (PLMN və MNC) Cell Global Identity (CGI) (LAI və "Cell Identifier") IMSI == PLMN kodlarında aparıcı sıfırlar == MNC ikirəqəmli formada və başında sıfır olan üç rəqəmli formada ola bilər. Belə ki, 01 və 001 əslində iki fərqli MNC-dir. Beləliklə, PLMN 001–02 və 001–002 eyni ölkədə olur, lakin iki tamamilə fərqli operatora (02 və 002) aiddir. PLMN təyinatlarından aydın olur ki, eyni nömrə dəyərinə malik ikirəqəmli və üçrəqəmli MNC-lərin bu cür ikiliklərindən qaçınmaq olar.
Sassen-Byunsov Land Milli Parkı
Sassen-Byunsov Land Milli Parkı (norv. Sassen-Bünsow Land nasjonalpark) — Şpitsbergen arxipelaqınına daxil olan Qərbi Şpitsbergen adasında yerləşən milli park. Milli park ərazisi 1 230 km²-dir. Park 2003-cü ildə təşkil olunmuşdur. Balina ovçusu olan Hilmar Nyoys Sassen çayının şimal axarlarında Fredheym balina ovu stansiyasını təşkil etmişdir. park ərazisində, Ekser vadisində Şpitsbergen arxipelaqının ən hündür şəlaləsi yerləşir.
The Land Is Inhospitable and So Are We
The Land Is Inhospitable and So Are We — amerikalı müğənni Mitskinin yeddinci studiya albomu. 15 sentyabr 2023-cü ildə Dead Oceans tərəfindən buraxılıb. Albomun prodüserliyini Patrik Haylend etmişdir. Albomdan ilk sinql "Bug Like an Angel" 26 iyul 2023-cü ildə yayımlanıb.
Aland
Aland adaları (isv. Åland — Oland) və ya Ahvenanmaa fin Ahvenanmaa) — Finlandiyaya aid muxtar vilayət. Aland adaları Baltik dənizində yerləşən 8 000 adadan ibarət arxipelaqdır. Bu adaların əhalisi lap qədimdən İsveç dilində danışıb və 1808-ci ilədək İsveç krallığının tərkibinə daxil olub. 1808-1809-cu illər savaşının yekunlarına görə İsveç Finlandiyanı və Aland adalarını Rusiyaya verməyə məcbur olub, Sonuncu isə 1856-cı il Aland müharibəsində (Krım müharibəsinin bir hissəsi) məğlub olandan sonra Aland adalarını hərbsizləşdirilmiş zona kimi tanımaq zorunda qalıb. XX əsrin əvvəllərində ümumxalq səsverməsi keçirilib və Norveç dinc yolla İsveçdən ayrılıb. 1917-ci ildə Rusiya Finlandiyanın müstəqilliyini tanıyıb. Bu zaman Aland adalarının İsveç əhalisi öz qədim vətənləri olan İsveçlə birləşmək arzusunda bulunub. İsveç kralına adaların bütün yaşlı əhalisinin imzaladığı xahişnamə təqdim olunub. 1917-ci ilin dekabrında Finlandiya Aland əhalisinin arzusu əleyhinə gedərək onların öz müqəddəratlarını təyinetmə şərtlərini onunla razılaşdırmağı təklif edib.
Alund
Alund — korundun süni növ müxtəlifliyi; yüksək keyfiyyətli boksitlərin və ya digər gil-torpaqla (alüminium 4-oksid) zəngin süxurların elektrik qaynağı yolu ilə əriməsi nəticəsində alınır. Təbii korundlardan bir sıra üstünlükləri (iridənəliyi, təmizliyi və b.) ilə fərqlənən alund, abraziv material kimi geniş istifadə olunur. Alund həmçinin yüksək odadavamlı (2000° C-dək) və turşuyadavamlı məmulatların (kərpic, tiql və b.) hazırlanmasında istifadə olunur. Sinonim: Elektrokorund. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Audi
Audi AG ([ɑʊdɪ]) — avtomobillər istehsalında ixtisaslaşan Volkswagen Group konsernində Audi markası altında Almaniya avtomobil istehsalçısı. Baş ofis Inqolştadtda (Almaniya) yerləşir. Sloqanı Vorsprung durch Technikdir ("Texnologiya ilə tərəqqi"). 2016-cı ildə istehsal həcmi 1,903,259 avtomobil təşkil edib. 2012-ci ildə Alman avtomobil mütəxəssisləri Audini ən yaxşı istifadə edilən avtomobil kimi qiymətləndirdi. == Tarixi == Audi DKW, Horch, Audi və Wanderer markaları altında avtomobil və motosiklet istehsal edən dörd şirkətin birləşməsi nəticəsində meydana gələn Auto Union birliyininin davamçısıdır. Dəyişikliklər nəticəsində yalnız Audi markası qalmışdır. İlk Wanderer avtomobili 1913-cü ildə çıxdı, ilk öz müəssisəsi isə (Horch & Co.) 1899-da təşkil edilən və kreditorlar işdən çıxdıqdan sonra 1909-cu ildə isə Audi ortaya çıxdı. 1910-cu ildə ilk avtomobil istehsal olundu. Almancadan tərcümədə Horx (Horch) "qulaq asmaq" deməkdir.
Bard
Bard — Qədim keltlərdə şair-nəğməkar. Bardlar poeziyası eramızdan əvvəl meydana çıxıb və XVIII əsrə qədər davam etmişdir. Bir müddət bardlar knyaz saraylarında oxuyan şair-nəğməkarlar idi. Bardlar bir neçə dərəcəyə bölünürdülər. Yüksək dərəcəli sənətkar bard olmaq üçün uzun müddət (10-12 il) xüsusi məktəbdə təlim almaq lazım idi. Bardlar poeziyası Avropada çox yayılaraq romantizmin inkişafına təsir göstərmişdir. XIX-XX əsrlərdə bard, əsasən, şair sözünün sinonimi kimi işlənirdi. Bəzən təmtəraq üçün, yaxud kinayə məqsədi ilə də “şair” əvəzinə “bard” deyirlər. == Mənbə == «Ədəbiyyatşünaslıq terminləri lüğəti», Bakı, Maarif, 1978, səhifə 20.
Daur
Daur tütəkcəsi (lat. Angelica dahurica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin tütəkcə cinsinə aid bitki növü.