Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Till Lindemann
Till Lindemann yaxud Didrix Lindemann (4 yanvar 1963, Leypsiq) — 4 yanvar 1963-cü ildə Almaniyanın Leypsiq şəhərində anadan olmuşdur. Rammstein rok qrupun vokalisti və yaradıcılarından biridir. Bu vaxta kimi 8 filmdə çəkilmişdir. Eyni zamanda "New Rock" dəbli ayaqqabı istehsalı firmasının sahibidir. Lindemannın səhnə performansı olduqca maraqlıdır. Ən məşhur hərəkəti azacıq əyilərək, ifa edilən musiqinin ritminə uyğun əlini öz dizinə vurmasıdır. Digər bir xarakteristik xüsusiyyəti isə "R" hərfini xüsusi vurğu ilə deməsidir. Buna əsas səbəb Şərqi Almaniya dialektidir. Həmçinin, Lindemann səhnədə olduğu zaman alovla oynamağı da çox sevir. Bu sevgisi səbəbindən özü və digər üzvləri təhlükəli anlar yaşamışdır.
Karl Lindeman
Karl Lindeman (ing. Ferdinand von Lindemann; 12 aprel 1852[…], Hannover – 6 mart 1939[…], Münxen) — Alman riyaziyyatçısıdır; 1882-ci ildə π (pi) ədədinin transendent olduğunu göstərmişdir.
Till Lindeman
Till Lindemann yaxud Didrix Lindemann (4 yanvar 1963, Leypsiq) — 4 yanvar 1963-cü ildə Almaniyanın Leypsiq şəhərində anadan olmuşdur. Rammstein rok qrupun vokalisti və yaradıcılarından biridir. Bu vaxta kimi 8 filmdə çəkilmişdir. Eyni zamanda "New Rock" dəbli ayaqqabı istehsalı firmasının sahibidir. Lindemannın səhnə performansı olduqca maraqlıdır. Ən məşhur hərəkəti azacıq əyilərək, ifa edilən musiqinin ritminə uyğun əlini öz dizinə vurmasıdır. Digər bir xarakteristik xüsusiyyəti isə "R" hərfini xüsusi vurğu ilə deməsidir. Buna əsas səbəb Şərqi Almaniya dialektidir. Həmçinin, Lindemann səhnədə olduğu zaman alovla oynamağı da çox sevir. Bu sevgisi səbəbindən özü və digər üzvləri təhlükəli anlar yaşamışdır.
Gendemian sülh müqaviləsi
Gendemian sülh müqaviləsi — Rusiya ilə Xivə xanlığı arasında bağlanmış sülh müqaviləsi. == Sülh müqaviləsinin imzalanması == 1873-cü ilin iyun ayında Xivə xanlığı rus qoşunları tərəfindən işğal edildikdən sonra 24 avqust 1873-cü ildə Rusiyanın Türküstan general-qubernatoru K. F. Kaufman və Xivə xanı II Səid Məhəmməd-Rahim arasında Gendemian sülh müqaviləsi imzalanmışdır. Bu müqavilənin adı onun imzalandığı yerin — Xivə xanının yay iqamətgahı yerləşən Gendemian bağının adı ilə əlaqədar olmuşdur. == Sülhün şərtləri == Gendemian sülh müqaviləsini imzalamaqla Xivə xanı özünün Rusiyanın vassalı olduğunu etiraf edirdi. Müqavilənin mətnində qeyd olunurdu ki, xan özünü "Ümumrusiya imperatorunun itaətkar nökəri" hesab edir. Gendemian sülh müqaviləsinə əsasən Xivə xanlığı müstəqil xarici siyasətdən imtina edir, Rusiya hakimiyyətinin razılığı və icazəsi olmadan heç bir hərbi əməliyyata başlamamağı öhdəsinə götürürdü. Xanlığın Amudərya çayının sağ sahilindəki torpaqları Rusiyanın tərkibinə birləşdirilirdi. Rus tacirləri xanlığın ərzisinə gömrüksüz mal gətirmək və ticarət etmək hüququ alırdılar. Xanlıqda quldarlıq və qul ticarəti ləğv olunurdu. Sulh müqaviləsinə əsasən xan "əbədi olaraq quldarlığı və insan ticarətini ləğv etmək" öhdəliyinı yerinə yetirməli idi.