Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Veqanlıq
Veqanlıq (veqanizm, ing. veganism) — heyvan məhsullarının istehlakını istisna edən vegetarianlığın ən ciddi formasıdır. Veqan (ing. vegan) — veqanlıq prinsiplərinə əməl edən insan. Veqanlar bütün növ ət, süd , yumurta, bal, eləcə də heyvanlardan istifadə edilən digər maddələr və əlavələri (məsələn, jelatin və ya karmin) istehlak etməkdən imtina edirlər. Bundan əlavə, vegeterianlar heyvan məhsullarından (dəri, yun, ipək və s.). Hazırlanmış geyim və digər ev əşyalarından istifadə etmir, həmçinin heyvanlarda sınaqdan keçmiş məişət kimyəvi maddələrindən və kosmetik vasitələrdən istifadə etməkdən imtina edirlər. Veqanlar heyvanlar, zooparklar, delfinariumlar və heyvanların istifadəsini nəzərdə tutan digər əyləncə ilə sirkləri dəstəkləmir. Bu vegetarianizmdən yalnız qidalanma sahəsinə təsir etməməsi ilə fərqlənir. Yalnız yeməkdə bir vegeterian həyat tərzinə uyan insanlara ciddi vegeterianlar deyilir.
Virtual reallıq
Virtual reallıq (ing. virtual reality) — tamaşaçını ekran arxasındakı xəyali dünyaya aparmaq məqsədilə vizual və səs effektlərini təmin edən kompüter sistemləridir. İstifadəçi kompüterin işıqlandırdığı və reallıq təəssüratı yaradan təsvir və səslərlə əhatə olunur. İstifadəçi süni aləmlə qarşılıqlı təsirini müxtəlif seanslar vasitəsilə: onun hərəkətlərini, hiss və audiovizual effektlərini əlaqələndirən dəbilqə və əlcəklər vasitəsilə həyata keçirir. Virtual reallıqda gələçək tədqiqatlar müşahidəçinin reallığı hiss etməsinə istiqamətləndirilmişdir. Abstrakt götürdükdə o istifadəçinin təxəyyülündə yaranan xəyali dünyadır. А. Россохин, В. Измагурова. Виртуальное счастье или виртуальная зависимость // Россохин А.В., Измагурова В.Л. Личность в измененных состояниях сознания. М.: Смысл, 2004, с. 516–523 Myron W. Krueger, Artificial Reality (1983), Artificial Reality II (1991) Wellner, P., Mackay, W. & Gold, R. Eds.
Zoğallıq
Zoğallıq — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.Əhalisi 480 nəfərdir ki onunda 254 nəfəri kişi, 226 nəfəri qadındır.