Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Leykoz
Leykoz, leykemiya və ya ağ qan xəstəliyi — sümük iliyi xəstəliyi olub, qan hüceyrələrinin, əsasən ağ qan hüceyrələrinin çoxalması ilə nəticələnən qan xərçəngi xəstəliyi. Qanın tərkibində sağlam leykositlərin, eritrositlərin və trombositlərin kəskin azalması baş verir. Bu bəla xalq arasında "ağ qan qırmızı qanı yeyir" ifadəsi ilə məşhurdur. Uşaq yaşlarında xərçəng xəstəliyinə tutulanların 35%-i leykoz xəstələridir. Leykozlarda onların formasından asılı olaraq, qanyaradıcı üzvlər, ilk növbədə, sümük iliyi, qaraciyər, dalaq, limfatik düyünlər və başqa üzvlərdəki letikulo-endoteli toxuması zədələnir. Xəstəlik zamanı qırmızı qanın törənməsi də pozulur, ona görə leykozun təxminən bütün formalarında bu və ya başqa dərəcədə anemiyaya rast gəlmək olar. Həmçinin qandakı eritrositlərin orqanizmdə yaranması zamanı və trombositlərdə zəifləmə nəticəsində qanı qatılaşdıran hüceyrələrdə azalma müşahidə olunur. Xəstəliyin kəskin dövründə qırmızı qan kürəciklərinin miqdarında azalma o dərəcəyə çatır ki, qanda ağarma baş verir. Qanda bu və ya başqa ağ qan elementlərinin üstünlüyündən asılı olaraq leykozlar limfoleykoza (limfatik elementlər), mieloleykoza (sümük iliyi elementləri) və retikulendotelioza (qanda ağ qan kürəciklərinin çoxluğu) ayrılır. Limfeleykozda çox vaxt bədxassəli qanazlığının əlamətləri görünür.
Beykoz paçası
Beykoz qəsri
Beykoz "Məcidiyə" sarayı — İstanbulun Beykoz ilçəsində inşa edilən tarixi bir saraydır. Yalıköy səmtində Padşah estakadası olaraq tanınan sahənin cənubunda yerləşir. Beykozda padşah estakadasının cənubunda, bir vaxtlar Yalıköyə uzanan yol ilə sahil arasında qalan təpəcikdə yerləşir. Qəsrin memarları Nigogos Tayın və Sarkis Balyandı. Misir valisii Kavalalı Mehmet Əli Paşanın sultan Abdülməcidə (1839–1861) xidmət və sədaqət kəsb etmək məqsədilə tikdirdiyi qəsrin tikintisinə 1855-ci ildə başlanmışdır. Qəsr Kavala Mehmet Əli Paşanın oğlu Səid Paşa tərəfindən on bir il sonra 1866-cı ildə tamamlanmışdı və o vaxt taxta keçən Sultan Əbdüləzizə ərməğan edilmişdir. Beykoz qəsri Boğaziçində qərb üslubunda inşa edilən ilk binadır. Tikintisində istifadə edilən daş İtaliyadan idxal edilmişdir. Bundan başqa yerli ağ mərmər də istifadə edilmişdir. Misir valilərinin zənginliyini əks etdirən qəsr, Avstriya İmperiyasının İtaliya hissəsində tez-tez rast gəlinən bir memarlıq üslubuna malikdir.
Beykoz sarayı
Beykoz "Məcidiyə" sarayı — İstanbulun Beykoz ilçəsində inşa edilən tarixi bir saraydır. Yalıköy səmtində Padşah estakadası olaraq tanınan sahənin cənubunda yerləşir. Beykozda padşah estakadasının cənubunda, bir vaxtlar Yalıköyə uzanan yol ilə sahil arasında qalan təpəcikdə yerləşir. Qəsrin memarları Nigogos Tayın və Sarkis Balyandı. Misir valisii Kavalalı Mehmet Əli Paşanın sultan Abdülməcidə (1839–1861) xidmət və sədaqət kəsb etmək məqsədilə tikdirdiyi qəsrin tikintisinə 1855-ci ildə başlanmışdır. Qəsr Kavala Mehmet Əli Paşanın oğlu Səid Paşa tərəfindən on bir il sonra 1866-cı ildə tamamlanmışdı və o vaxt taxta keçən Sultan Əbdüləzizə ərməğan edilmişdir. Beykoz qəsri Boğaziçində qərb üslubunda inşa edilən ilk binadır. Tikintisində istifadə edilən daş İtaliyadan idxal edilmişdir. Bundan başqa yerli ağ mərmər də istifadə edilmişdir. Misir valilərinin zənginliyini əks etdirən qəsr, Avstriya İmperiyasının İtaliya hissəsində tez-tez rast gəlinən bir memarlıq üslubuna malikdir.
Eykon
Eykon (16 aprel 1973, Sent-Luis, ABŞ) — Seneqal əsilli amerikalı müğənni, prodüser və iş adamı. == Diskoqrafiya == Trouble (2004) Konvicted (2006) Freedom (2008) El Negreeto (2019) == Turlar == Dar Es Salaam, Tanzania One-off Concert (2006).
Lekos
Lekos — "leqlər"in əfsanəvi əcdadı və eponimi. "Qafqaz dağlıları haqqında məlumatlar toplusu"na görə, "Dağıstan dağlılarının əcdadı gürcü qəhrəmanı Lekosun adı, böyük ehtimalla, etnik lakla bağlıdır". Gürcüstan filoloqu A. V. Kiknadzeyə görə, Lekos indiki ləzgilərin əcdadıdır. == Etimologiya == Strabon leqləri gellərlə birlikdə "skiflər" adlandırır. Bunlar terminin elmi mənasında skiflər deyil. Mixail İxilov belə bir fikrə istinad edir ki, kadusilər bir neçə qohum tayfanın, o cümlədən gellərin və leqlərin ümumi adı olmuşdur. Klavdi Ptolemey "Coğrafiya" əsərində (VI kitab) kadusi və leqləri müəyyən etmiş, gellərin şimalda yaşadıqlarını bildirmişdir. Kay Brodersen bütün mövcud fraqmentləri müqayisə edərək, Plininin mətnindəki "leqlər" sözünün köçürmə zamanı itmiş ola biləcəyini təklif edir.
Ceykob Blek
Ceykob "Ceyk" Blek Stefani Mayer tərəfindən yazılmış "Alatoran" romanlar seriyası və həmin romanlar əsasında çəkilmiş "Alatoran" filmlər seriyasının qəhrəmanıdır. O, əslən Forks, Vaşinqton yaxınlığındakı La Puş ərazisində yaşayam yerli Amerika tayfalarından biri olan Quilet tayfasına mənsubdur. İkinci kitabda Ceykob canavara çevrilə bildiyini öyrənir. Romanlar ərzində Ceykob Bellanın sevgisi uğrunda Edvardla mübarizə aparır. "Alatoran" filmlər seriyasında Ceykob obrazı aktyor Teylor Lotner tərəfindən canlandırılmışdır. == Yaradılması == Stefani Mayer qeyd edir ki, Ceykob əslində Bellanın Edvardın sirrini öyrənməsi üçün vasitə kimi nəzərdə tutulmuşdu. Mayer, onun köməkçisi və redaktoru bu obrazı o qədər bəyənirlər ki, "Yeni ay" romanında bu obraza daha böyük rol vermək qərarına gəlirlər. Mayer Ceykob obrazını ""Yeni ay" tərəfindən mənə verilmiş ən böyük hədiyyə" adlandırır. "Bir xarakterin bu şəkildə diqqət mərkəzinə gətirilməsi, kiçik bir obrazın belə inkişaf etdirilməsi baxımından Ceykob mənim ilk təcrübəm idi və mən onu ötəri bir hadisədə əhəmiyyətə malik kiçik obraz olaraq saxlaya bilməzdim… "Alatoran" romanının altıncı fəslində ilk dəfə görünməsindən sonra sonuncu kitaba kimi bir obraz diqqət mərkəzində qaldı. Mən bu obrazı, buna bərabər olan digər obrazlarımdan daha çox bəyənirəm." Mayer qeyd edir ki, "Yeni ay" romanında Ceykob obrazı əsas xarakterlərdən biri kimi meydana gətirildikdən sonra, "Mən yenidən "Alatoran" romanı üzərinə qayıtdım, burada Ceykob və onun atası Billi obrazlarının üzərində yenidən işlədim." == Romanlarda == === Alatoran === "Alatoran" romanında Ceykob obrazına kiçik rol verilmişdir.
Ceykob Zuma
Ceykob Qedleyihlekisa Zuma (zulu Jacob Gedleyihlekisa Zuma; 12 aprel 1942[…], Nkandla[d], Cənubi Afrika İttifaqı) — Cənubi Afrika siyasətçisi, 9 may 2009-cu ildən 14 fevral 2018-ci ilədək Cənubi Afrika Respublikasının Prezidenti idi. 14 iyun 1999-cu ildən 14 iyun 2005-ci ilədək Cənubi Afrika Respublikasının vitse-prezidenti, 18 dekabr 2007-ci ildən 2017-ci il 18 dekabrınadək hakim Afrika Milli Konqresinin sədri vəzifəsində çalışmışdır == Həyatı == === Gənclik illəri === Ceykob Zuma, 12 aprel 1942-ci ildə Cənubi Afrikanın Kvazulu-Natal bölgəsindəki Incandla şəhərində anadan olmuşdur. Zulu qəbiləsinə mənsubdur. Atası polis idi və Zuma uşaq ikən dünyasını dəyişdi. Anası evdar qadın idi. Rəsmi məktəb təhsili almamışdı . Onun iki qardaşı var — Maykl və Cozef. 1959-cu ildə Afrika Milli Konqresinə, 1963-cü ildə — Cənubi Afrika Kommunist Partiyasına üzv oldu.. 1975–1990-cı illərdə, əksər AMK üzvləri kimi, Zumada Svazilend, Mozambik və Zambiyada sürgündə idi. AMK-yə qoyulan qadağa ləğv edildikdə ölkəyə ilk qayıdanlardan biri oldu.
Leskov adası
Leskov adası (ing. Leskov Island) — elə də böyük olmayan, Atlantik okeanın cənubunda yerləşən, Cənubi Sandviç adaları qrupuna daxil olan. İnzibati cəhətdən Böyük Britaniyanın Cənubi Georgiya və Cənubi Sandviç adalarına daxildir. == Şəkil == Leskov adası Cənubi Georgiyadan 520 km cənub-şərqdə qərarlaşır. Antarktidadan şimal-şərqdə yerləşir. Vısoki adası və Zavadovski adası ilə birlikdə Taverse arxipelaqını əmələ gətirir. Adanın sahəsi 0,3 km²-dir. Ada vulkanik məşhəllidir. Cənubi Sandviç adaları adalarından bir çox xüsusiyyətləri ilə seçilir. Bu ada bir xətt üzərində yerləşmir.
Leykin adası
Leykin adası(1978-ci ilə qədər Osuşnoy — Olenok körfəzində, Lena deltasının şimal-qərbində yerləşən ada. İnzinati cəhətdən Yakutiyanın Anabar ulusu ərazisinə daxildir. Adanın adı 1978-ci ildə Yakutiya MSSR Nazirlər Sovetinin qərarı ilə o ildə dünyasını dəyişmiş qütb araşdırmaçısı Boris İzraileviç Leykinin şərəfinə adlandırılmışdır. == Ədəbiyyat == Попов С. В. "Морские имена Якутии. Очерки по топонимии морей Лаптевых и Восточно-Сибирского". — Якутск: Кн. Изд-во, 1987–168 с., ил. 45 к. 10000 экз.
Nikolay Leskov
Nikolay Semyonoviç Leskov (rus. Никола́й Семёнович Леско́в; 16.2.1831-5.3.1895) — Rusiya yazıçısı, jurnalisti. İosif Brodskinin yaşadığı evi XIX əsrdə yunan knyazı Muruza tikdirib, həmin ev həm də oradakı fliqellərin birində məşhur rus yazıçısı Nikolay Leskovun yaşaması ilə tanınır.
Paula Leyton
Paula Leyton (d. 27 aprel 2000) — İspaniyanı təmsil edən su poloçusu. Paula Leyton, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Bledar Seyko
Bledar Seyko — Albaniyalı gitara ifaçısı, bəstəkar və müğənni. Bledar Seyko Adrian Lulqyuray ilə birlikdə 2013 Avroviziya Mahnı Müsabiqəsində Albaniyanı "Identitet" mahnısı ilə təmsil edib.
Keyko Kitaqava
Keyko Kitaqava (北川 景子, 22 avqust 1986, Kobe) – Yaponiya aktrisası və fotomodeli. 2003–2006-cı illərdə Yaponiyanın "Seventeen" jurnalı üçün model kimi işləmişdir. Stardust Promotion ilə əməkdaşlıq edir. Aktrisa kimi ilk rolu "Gözəl mühafizəçi Seylor Mun" (2003–04) serialında canlandırdığı Seylor Mars rolu olmuşdur. "Mamiya qardaşları" filmindəki rolundan sonra model karyerasını başa çatdıraraq diqqətini filmlərə yönəltmişdir. "Sürətli və Qəzəbli: Tokio drifti" (2006), "Yaraşıqlı kostyum" (2008) kimi bir çox filmdə görünmüş, "Lif qızı" (2007), "Çimərlikdə ev otağı" (2008), "Radio ritmi" (2008), "Akumu-çan" (2012) kimi seriallarda baş rolları canlandırmışdır. == İlk illəri və karyerası == Keyko Kitaqava 22 avqust 1986-cı ildə Yaponiyanın Hyoqo prefekturasında doğulmuşdur. Kobe şəhərində böyümüş, bir çox dostunu 1995-ci ildəki Böyük Hanşin zəlzələsində itirmişdir. Uşaqlıqda həkim olmaq istəmiş, lakin liseydə ikən hansı peşəni seçmək istədiyi barədə tərəddüd etmişdir. Bu dövrdə bir agentlik tərəfindən kəşf edilmiş və Kitaqava əyləncə sektoruna daxil olmaq qərarına gəlmişdir.
Keyko Matsui
Keyko Matsui (yap. 松居慶子; qızlıq familiyası — Doi, 26 iyul 1961, Tokio[d]) — nyu eyc və caz üslublarında ifaçılıq edən yapon pianoçu və bəstəkar. == Həyatı == Yapon mövhumatına görə əgər uşağı harasa onun beşinci ad günündən sonra gələn iyunda apararsan, bu onun həyatın böyük hissəsi olacaq. Keykonun anası — Emiko Doi, yapon ənənəvi rəqslərinin müəllimi qızının beş yaşı olanda iyun ayında onu fortepiano dərsinə gətirdi. Kiekoya birinci dərsi çox xoşuna gəldi. Keyko orta məktəbdə yaxşı oxuyurdu və bir neçə dəfə sinfinin prezidenti seçilinmişdi. O vaxt onun sevdiyi musiqiçilər Stivi Uander, Sergey Raxmaninov, Moris Jarr, Yan Sibelius və s. idilər. Yapon Qadınlar Universitetın uşaq mədəniyyəti fakültəsini bitirmiş. Birinci şəxsi öyrətmənnən bir neçə il öyrənib, Yamaha Music Foundation-da musiqi ilə məşqul olub.
Keyko Sayto
Keyko Sayto (d. 24 mart 1965) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Keyko Teşima
Keyko Teşima (yap. 手島 桂子; qızlıq dövründə Maeda (yap. 前田); ana. 25 mart 1980, Takasaqo) — Orta-ağır çəki dərəcəsində Yaponiyanı təmsil edən qadın cüdoçu. 1990-cı illərin sonlarından 2000-ci illərin ortalarına qədər Yaponiyanı təmsil etmişdir. Sidneydə keçirilən Yay Olimpiya Oyunlarının iştirakçısı, Dünya çempionu, Asiya Çempionatının bürünc mükafatçısı, milli və beynəlxalq turnirlərin bir çox yarışlarının qalibidir. == Bioqrafiyası == Keyko Maeda 25 mart 1980-ci ildə Xioqo prefekturasının Takasaqo şəhərində anadan olmuşdur. Fəal cüdoyla məşğul olmaq həvəsi Maedada on iki yaşında Yawara! animesinə baxdıqdan sonra yaranmağa başlamışdır. Sukıb Universitetində təhsil alan zaman tələbə komandasında hazırlıq keçmişdir.
Lekko əyaləti
Lekko əyaləti — İtaliyanın Lombardiya regionunda əyalət.
Lesko qanadı
Lesko qanadı (fr. Aile Lescot) — Luvr sarayının ən qədim yerüstü hissəsidir. Tikili 1546-1551-ci illərdə memar Pyer Leskonun layihəsi əsasında inşa edilmişdir. İtalyan manyerizminin təsiri altında inşa edilmiş Lesko qanadı Paris intibah stilini formalaşdırmaqla, sonradan yarnmış Fransa klassisizm memarlığı üçün təməl rolunu oynamışdır. == Tarixi == Kral I Fransiskin hakimiyyəti dövründə memar Pyer Lesko (1510-1578) Luvr sarayının inşa işlərinə başçı memar təyin edilir. I Fransiskin ölümündən sonra onun varisi II Henrix də Leskonun işləri davam etməsini təsdiqləyir. Bundan sonra Lesko ölümünə kimi Luvr sarayının inşa işlərinə rəhbərlik edir. Memar yalnız Lesko qanadı, Kral pavilyonu və Karre həyətinin cənub qanadının bir hissəsində inşaat işlərini tamamlaya bilir. Binada Lesko tərəfindən yaradılmış interyerlərdən yalnız Müdafiəçilər otağı (fr. Salle des Gardes) və II Henrix pilləkəni dövrümüzə çatmışdır.
Leşko burnu
Leşko burnu — Antarktidanın Palmera arxipelaqının Lej adası sahillərindən cənub-şərqdə yerləşən burundur. Burun Beripara buxtasından şimalda yerləşmişdir. Burun cənub-qərbi Bolqarıstanda yerləşən Leşko şəhərinin adını daşıyır. == Yerləşməsi == Neyt burnundan 8.95 km cənub-qərbdə, Baliya burnundan 2.45 km şimal-şərqdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 64 60. Directorate of Overseas Surveys, UK, 1978. Antarctic Digital Database (ADD).
Manon Lesko
«Manon Lesko» — fransız yazıçı Antuan Fransua Prevonun, ilk dəfə 1731-ci ildə nəşr etdiyi, məşhur romanı.
Meyoz bölünmə
Cinsiyyətli çoxalmada cinsiyyət hüceyrələri qametlər iştirak edir. Erkək qamet spermatogenez, dişi qamet Yumurtahüceyrə adlanır. Cinsiyyət orqanlarında erkəyin toxumluğunda və dişinin yumurtalığında qametlər yaranır. Yumurtahüceyrənin formalaşması Ovogenez, spermatazoidin formalaşması isə Spermatazoid adlanır. Yetişmə başlayana qədər xromosomların diploid yığımı (2n) olur. Məsələn insanda ön cinsiyyət hüceyrələri yetişənə qədər 46 xromosom olur. Yetişdikdən sonra qametlərdə xromosomların sayı bölünür - haploid (n) olur. Yetişmə zamanı cinsiyyət hüceyrələri bölünür. Bu proses Meyoz adlanır. Meyoz iki ardıcıl bölünmədən ibarətdir.
Cefri Ceykob Abrams
Cefri Ceykob Abrams (27 iyun 1966[…], Nyu-York, Nyu-York ştatı) — Amerikalı kinorejissor və bəstəkar. O, dram və elmi fantastika janrlarında olan əsərləri ilə məşhurlaşmışdır. Abrams Henriyə münasibətdə (1991), Forever Young (1992), Armageddon (1998), Cloverfield (2008), Star Trek (2009), Star Wars: The Force Awakens (2015) və Star Wars: The Skywalkerin yüksəlişi (2019).
Manon Lesko (opera)
Manon Leska (it. Manon Lescaut) — Cakomo Puççininin İllika Luici və Marko Praqinin librettosu əsasında yazmış olduğu 4 pərdəli opera. Sayca Cakomo Puççininin on iki operasından ikincisi sayılır. Librettosu Antuan Fransua Prevonun eyniadlı romanı əsnasında yazılmışdır. Əsərin ilk premyerası 1 fevral 1893-cü ildə Turində olmuşdur. Operadakı hadisələr XVIII əsrdə, Fransa və onun Amerikadakı müstəmləkələrindən birində baş verir. == Personajlar == == I Pərdə == Fransanın şimalında yerləşən Amyen şəhərinin poçtunun həyəti. Manon bura qardaşı kral qvardiyasının serjantı Lesko ilə birlikdə gəlir. Burada təsadüfən Manon tələbə de Qrie ilə tanış olur. Manon deyir ki, onun ailəsi onu monastra göndərmişdir və qardaşı ona bu yolçuluqda yoldaşlıq edir.
Eyko Nakayama
Eyko Nakayama (28 sentyabr 1970, Matsumoto, Naqano prefekturası) — Yaponiyanı təmsil edən skeletonçu. Eiko Nakayama, Yaponiyanı 2002 və 2006-cı illərdə baş tutan Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Eyko Nakayama, 2002-ci ildə Yaponiya yığmasının heyətində Birləşmiş Ştatların Solt Leyk Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarına qatıldı. Eyko Nakayama, 1-ci gedişdə 54.00 saniyə, 2-ci gedişdə isə 54.72 saniyə nəticə göstərdi və yarışları 13 idmançı sırasında 12-ci yerdə başa vurdu. Eyko Nakayama, 2006-cı ildə İtaliyanın Turin şəhərində baş tutan XX Qış Olimpiya Oyunlarınada qatıldı. Eyko Nakayama, 1-ci gedişdə 1:01.82 saniyə, 2-ci gedişdə isə 1:02.10 saniyə nəticə göstərdi və yarışları 15 idmançı sırasında 14-cü yerdə başa vurdu.
Egemen Berköz
Egemen Berköz (1941) — Türkiyə şairi, tərcüməçi. == Həyatı == Karadeniz Ereglisində doğulub. 1959–cu ildə Bolu Liseyini, 1963–cü ildə Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsini bitirib. İtalyan dilindən bir sıra önəmli tərcümələr edib. İlk şeiri 1959–cu ildə «Yeditəpə» dərgisində dərc olunub. İlk kitabı əsgərlikdə ikən Ankarada nəşr olundu.
Sina Berköz
Sina Berköz (24 fevral 1936, İstanbul) — əslən azərbaycanlı türk memar, professor və elm adamı. Sina Bərköz 1936-cı ildə İstanbulda anadan olmuşdur. 1960-cı ildə İstanbul Texniki Universitetinin memarlıq fakültəsini bitirmişdir. 1968-ci ildə elə İstanbul Texniki Universitetində bu sahə üzrə doktarantura təhsilini də tamamlamışdır. 1960-1972-ci illər arasında İstanbul Texniki Universitetinin memarlıq fakültəsində müəllim köməkçisi vəzifəsində çalışmışdır. 1972-ci ildə dosent olmuş və 1982-ci ilə qədər həmin universitetdə müəllim vəzifəsində çalışmışdır. Bu dövr ərzində 1969–1971-ci illərdə ABŞ-də Kornell və Kanzas universitetlərində Fullbright proqramı çərçivəsində müəllim olaraq dərs demiş və araşdırmalar aparmışdır. 1979-cu ildə professor akademik ünvanını qazanmışdır. 1980–1988-ci illər arasında Səudiyyə Ərəbistanında King Saud Universitetinin memarlıq və planlama fakültəsinin memarlıq bölümündə professor olaraq çalışıb. 1988-də vətəninə qayıtdıqdan və qısa bir müddət özəl sektorda çalışdıqan sonra 1990-da yenidən İstanbul Texniki Universiteti memarlıq fakültəsində işləməyə başlayıb.
Sina Bərköz
Sina Berköz (24 fevral 1936, İstanbul) — əslən azərbaycanlı türk memar, professor və elm adamı. Sina Bərköz 1936-cı ildə İstanbulda anadan olmuşdur. 1960-cı ildə İstanbul Texniki Universitetinin memarlıq fakültəsini bitirmişdir. 1968-ci ildə elə İstanbul Texniki Universitetində bu sahə üzrə doktarantura təhsilini də tamamlamışdır. 1960-1972-ci illər arasında İstanbul Texniki Universitetinin memarlıq fakültəsində müəllim köməkçisi vəzifəsində çalışmışdır. 1972-ci ildə dosent olmuş və 1982-ci ilə qədər həmin universitetdə müəllim vəzifəsində çalışmışdır. Bu dövr ərzində 1969–1971-ci illərdə ABŞ-də Kornell və Kanzas universitetlərində Fullbright proqramı çərçivəsində müəllim olaraq dərs demiş və araşdırmalar aparmışdır. 1979-cu ildə professor akademik ünvanını qazanmışdır. 1980–1988-ci illər arasında Səudiyyə Ərəbistanında King Saud Universitetinin memarlıq və planlama fakültəsinin memarlıq bölümündə professor olaraq çalışıb. 1988-də vətəninə qayıtdıqdan və qısa bir müddət özəl sektorda çalışdıqan sonra 1990-da yenidən İstanbul Texniki Universiteti memarlıq fakültəsində işləməyə başlayıb.