Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tur livri
Tur livri (fr. livre tournois) — Fransada 1230-1803-cü illərdə dövriyyədə olan qızıl pul vahidi. Tur şəhərində hazırlandığı üçün belə adlanırdı. == İstinadlar == Viktor Hüqo - Paris Notr-Dam Kilsəsi, s 27.
De-Livron adası
De-Livron adası — Yapon dənizi, Böyük Pyotr körfəzindəki bir ada. Rimsk-Korsakov arxipelaqına daxil olan adalardan biri. Vladivostokdan 63 km cənub-qərbdə və Slavyankadan 19 km cənubda yerləşir. İnzibati olaraq Primorsk diyarı Xasan rayonuna aiddir. Uzaq Şərq dəniz qoruğunun bir hissəsidir. Adada daimi əhali yoxdur. Yay və payız ayları adaya bəzən turistlər və ya istirahət edənlər gəlir. == Tarixi == Ada ilk dəfə 1851-ci ildə fransız balina ovçuları tərəfindən kəşf edilmişdır. 1852-ci ildə fransız "Kapriz" briqadasının dənizçiləri tərəfindən təsvir edilmişdir. Ruslar ilk dəfə 1854-cü ildə "Pallada" freqatı və "Vostok" şxununun heyəti tərəfindən araşdırılmış və təsvir edilmişdir.
Yonas Livrod
Yonas Livrod (isv. Jonas Liveröd; d. 1974, Göteborq, İsveç) — İsveç rəssamı və heykəltaraşı. O, Azərbaycanpərəstdir.
Liqr
Liqr (lat. Panthera leo × Panthera tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Erkək şir və dişi pələngin cütləşməsindən əmələ gələn hibrid yırtıcı heyvandır. Liqr özünün əksi olan hibrid tiqonda fərqlənir (Tiqonun atası pələng, anası şirdir. Ancaq liqrda əksinədir). Dünyanın ən məşhur liqri olan Herkules eyni zamanda dünyanın ən böyük və ən ağır pişiyidir (450 kq; uzunluğu-4 m). Liqrin görünüşü üstündə zolaq olan böyük şirə bənzəyir. Görünüşü ilə mağara şirinə bənzəyir. Erkək liqrin şirdən fərqli olaraq başında demək olar ki, saç yoxdur, yanlız bəzi hallar istisnadır.
Litr
Litr (л, l, L, ℓ) — həcmin metrik ölçü vahidi. Litr BS vahidi deyil, saat və sutka kimi "BS-yə aid olmasa da, onun vahidləri kimi istifadə edilə bilər". BS-nin standart ölçü vahidi — kub metr (m³). Metrik ölçü sistemində litr ən çox işlədilən həcm və ölçü vahidlərindən biridir. Ancaq az adam bilir ki, bu ölçü vahidi şərab şüşələri istehsal edən fransız Klod Emil Jan-Batist Litrin adını daşıyır. Laboratoriya qablarını da ehtimal ki, ilk dəfə o hazırlayıb. Təəssüf ki, onun tərcümeyi-halı haqqında sənədlər dövrümüzədək qalmayıb. Təkcə bu məlumdur ki, onun valideynləri də şərab istehsalı ilə məşğul olublar. 1763-cü ildə 47 yaşlı Litr həcmi ölçmək üçün onun içərisindəki mayenin çəkisini təyin etmək üsulundan yararlanmağı irəli sürdü. Standart maye olaraq o, civədən istifadə etməyi məsləhət bildi.
Liva
Liva — iki alaydan ibarət hərbi birləşməyə və bu birləşmənin komandirinə verilən ad. Liva rəsmi qeydlərdə "mirliva" kimi də xatırlanır. Osmanlı ordusunun rütbələrinı görə, miralayın rütbəsi qalxanda liva, livanın rütbəsi qalxanda ferik olurdu. Livalara "paşa" da deyilirdi, "səadəttlü " isə rütbə kimi istifadə olunurdu. Ölkənin mülkiyyə sinfindən olan mütəsərrüf idarəsində hissəsi də liva adlanırdı, lakin bunun əvəzinə daha çox sancaqdan istifadə edilirdi.
Luvr
Luvr muzeyi (fr. Musée du Louvre) — dünyanın ən məşhur muzeylərindən biri, dünyada ən çox ziyarət edilən sənət muzeyi. 1793-cü ildə açılan və sahəsi 60 000 m² olan muzey Parisdə yerləşir. 2007-ci ildə muzeyə 8 300 000 nəfər baş çəkmişdir. == Muzey == Hazırda yerləşdiyi ərazinin sahəsi 160 106 m² olmaqla, dünyada böyüklüyünə görə üçüncü yeri tutur. Bu sahənin 58 470 m²-ni ekspozisiyalar tutur. Muzey Parisin mərkəzində, Senanın sağ sahili, Rivoli küçəsi, paytaxtın birinci ətrafında yerləşir. Muzeyin binası qədim kral sarayının binasıdır (Palais du Louvre). XIV Lüdovikin atlı heykəli meydanın başlanğıcını göstərir, həmçinin bura Parisin ən qədim, yaşlanmış hissəsi hesab olunur. Muzeydəki rəsm nümunələri öz çəkilmə dövrlərinə görə seçilir və Fransada müxtəlif kolleksiya yığan insanların vaxtı ilə şəxsi pulları vasitəsilə aldıqları çoxsaylı əsərlər də saxlanılır.
Lavr Kornilov
Lavr Georgiyeviç Kornilov (rus. Лавр Гео́ргиевич Корни́лов; 18 (30) avqust 1870 və ya 30 avqust 1870 – yanlış tarix (yuli təqvimi 1918-01-26 tarixindən sonra istifadə olunmur)[…] və ya 13 aprel 1918, Krasnodar, Rusiya) — rus hərb xadimi, general, hərbi kəşfiyyatçı və səyyah-tədqiqatçı (1898—1904, 1907—1911). Rus-yapon və Birinci dünya müharibəsi qəhrəmanı. Rus ordusunun Ali baş komandanı (iyul — avqust 1917-ci il). == Birinci dünya müharibəsi == 1914-cü il avqustun 19-da Kornilov general Aleksey Brusilovun 8-ci ordusunun (Cənub-Qərb cəbhəsi) 24-cü ordu korpusunun tərkibində Qalisiya və Karpat bölgələrində vuruşan 48-ci Piyada Diviziyasının komandiri təyin edildi. Kornilovu bəyənməyən Brusilov, sonradan xatirələrində onu belə qiymətləndirmişdir: Həmişə qabaqda idi və bu onu sevən əsgərlərin ürəyini cəlb edirdi. Onun hərəkətlərindən xəbərdar deyildilər, amma həmişə onu atəşdə gördülər və cəsarətini yüksək qiymətləndirdilər. === Zboronun alınması, əsir düşməsi və əsirlikdən qaçması === "650 hündürlükdə" yerləşən və möhkəmləndirilmiş atəş nöqtələri olan tel çəpərləri və xəndəkləri ilə qorunan Zboronun tutulması Kornilovun həyata keçirdiyi ən parlaq əməliyyatlardan biri idi. General ərəfəsində əməliyyat planını diqqətlə hazırladı, düşmən istehkamlarının planını öyrəndi və tutulan avstriyalıların sorğularında iştirak etdi. Nəticədə hücum Lavr Georgieviçin planına uyğun olaraq getdi: rus artilleriyasının ağır artilleriya atəşi və piyada qüvvələrinin cəbhə hücumu, birdən hündürlüyə çökdü, Kornilovun əsas vuruşçu qüvvələri düşməni diqqətdən yayındıraraq onu uçuşa buraxdı.
Lior Refaelov
Lior Refaelov (ivr. ‏ליאור רפאלוב‏‎; d. 26 aprel 1986, Or Akiva) — milliyətcə dağ yəhudisi olan İsrail futbolçusu. Belçika çempionatında oynayan "Anderlext"də hücumameyilli yarımmüdafiəçi kimi çıxış edir. Karyerasına 3 dəfə İsrail çempionu olduğu Makkabi Hayfada başlamışdır. 2.5 milyon € qarşılığında 2011-ci ildə Brügge klubuna transfer olunmuşdur. 2015-ci ildə Belçika kubokunun finalında həlledici qolu atmışdır. 2007-ci ildən İsrail milli futbol komandasında çıxış edir. == Karyerası == === Makkabi Hayfa === 1998-ci ildə "Makkabi Hayfa"nın aşağı yaş dəstələrində futbola başlamışdır. 2002-ci ildə klubun U-16 komandasına keçmişdir.
Livar (Mərənd)
Livar (fars. ليوار‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,187 nəfər yaşayır (558 ailə).
Love Live!
Love Live! (ラブライブ! Rabu Raibu!) School Idol Project — ASCII Media Works, Dengeki G's Magazine, musiqi yazı lenti Lantis və Sunrise animasiya studiyası tərəfindən birgə istehsal olunan bir multimediya layihəsi. Layihə, məktəblərini bağlamaqdan qurtarmaq üçün bir məktəb aydol qrupu yaradan bir qrup xəyali tələbə ətrafında gedir. Layihə, əvvəlcə Dengeki G's Magazine-in 2010-cu ilin avqust sayında yayımlandı və musiqi CD-lərində, anime musiqi videolarında, iki manqa adaptasiyası və videooyunlarında istehsalına davam edildi. Daha sonra Sunrise tərəfindən istehsal olunan və rejissoru Takahiko Kyogoku olan 13 seriyalı anime televiziya serialının ilk mövsümü 2013-cü ilin yanvarından martına, ikinci mövsümüde 2014-cü ilin aprelinden iyuna qədər yayımlandı. Love Live! School Idol Movie adlı bir anime filmi də 2015-ci ilin iyun ayında nümayiş olundu. Yeni bir aydol qrupuna odaklanan bir serial olan Love Live! Sunshine!!, 2015-ci ildə elan edildi və manga seriyası May 2016-da, anime televiziya seriyası 2016-cı ildə başladı.
Luvr (dəqiqləşdirmə)
Luvr (Val-d'Uaz) – Fransada yerləşən bələdiyyə
Luvr Piramidası
Luvr Piramidası – Napoleonun həyətində yerləşən şüşədən piramida, Luvr üçün əsas giriş kimi xidmət edir və Parisin simvollarından biridir. 1985-ci ildən 1989-cu ilə qədər inşa edilən layihə, məşhur çinli Bey Yuymin memarı tərəfindən yaradılmışdır. == Tarixi == Fransa İnqilabından 200 il sonra, prezident Fransua Mitteran «Böyük Luvr» layihəsini təklif etdi. Mitteran kral sarayını dünyanın ən böyük muzeyinə çevirmək istədi. Yelisey bağı boyunca keçən doqquz kilometrlik perspektiv - onun fikirin də Parisin tarixi oxunu uzadılması idi. Tamamlandıqdan sonra, piramida Luvrın əsas girişinə çevrildi. Böyük piramidanın ətrafında üç kiçik piramida yerləşir, onlar yalnız illüminator kimi xidmət göstərir. == Rəqəmlər və faktlar == Piramid 21 mm qalınlığında 603 diamond şəkilli və 70 üçbucaqlı şüşə seqmentlərdən ibarətdir . Piramidin hündürlüyü 21,65 m, əsas tərəfinin uzunluğu 35 m, meyl açısı isə 52 ° təşkil edir. Piramidin çəkisi təxminən 180 tondur.
Luvr muzeyi
Luvr muzeyi (fr. Musée du Louvre) — dünyanın ən məşhur muzeylərindən biri, dünyada ən çox ziyarət edilən sənət muzeyi. 1793-cü ildə açılan və sahəsi 60 000 m² olan muzey Parisdə yerləşir. 2007-ci ildə muzeyə 8 300 000 nəfər baş çəkmişdir. == Muzey == Hazırda yerləşdiyi ərazinin sahəsi 160 106 m² olmaqla, dünyada böyüklüyünə görə üçüncü yeri tutur. Bu sahənin 58 470 m²-ni ekspozisiyalar tutur. Muzey Parisin mərkəzində, Senanın sağ sahili, Rivoli küçəsi, paytaxtın birinci ətrafında yerləşir. Muzeyin binası qədim kral sarayının binasıdır (Palais du Louvre). XIV Lüdovikin atlı heykəli meydanın başlanğıcını göstərir, həmçinin bura Parisin ən qədim, yaşlanmış hissəsi hesab olunur. Muzeydəki rəsm nümunələri öz çəkilmə dövrlərinə görə seçilir və Fransada müxtəlif kolleksiya yığan insanların vaxtı ilə şəxsi pulları vasitəsilə aldıqları çoxsaylı əsərlər də saxlanılır.
News Live
«News Live» (assam. নিউজ লাইভ) — Qərargahı Assam şəhərində yerləşən Hindistan peyk, xəbər televiziya kanalı. Quvahatinin əsas media qrupu olan «Pride East Entertainments Pvt. Ltd.» şirkətinin sahibləndiyi telekanalda 7/24 xəbərlər, son məlumatlar, məlumat-əyləncə proqramları yayımlanır. == İlin assamlı şəxsi == "İlin assamlı şəxsi" mükafatı «News Live» telekanalı tərəfindən təqdim olunan illik mükafatdır. Ən yaxşı məqalə işləyən şəxsə 2 lakx Hindistan rupisi verilir.
Tit Livi
Tit Livi (e.ə. 59, Padova, Roma respublikası – 17, Padova, Roma imperiyası), Titus Livius və ya ingilis dilində daha çox tanınan adı ilə Livi (Livy) – eramızdan əvvəl I əsrlə eramızın I əsrinin qovşağında yaşamış olan tarixçi və yazıçı olmuşdur. O, Roma tarixinə dair məşhur əsər olan Ab Urbe Condita (Şəhərin yaranmasından) əsərini yazmışdır. Əsər Romanın yaranmasından (ənənəvi olaraq eramızdan əvvəl 753-cü il) başlayaraq Avqustun hakimiyyətinə qədər olan Roma tarixindən bəhs edir. Livi, İtaliyanın şimalındakı Padovanın (Qədim Patavium) yerli siyasətçisi olmuşdur.
Oxu... (Live)
Oxu... (Live) – Azərbaycan müğənnisi Tünzalə Ağayevanın ilk live (canlı) albomu.
Liv Boeri
Liv Boeree — 31 yaşlı ingilis qumarbaz. Liv 2015'ci ildə bütün zamanların ən şanslı qumarbazı olaraq Global Poker tərəfindən təsdiqlənib. Ən çox bluff (pis ələ rəğmən böyük pullara oynayan) edən qumarbazdır. Etdiyi bluff'lərin 80% udub. Ən uğurlu bluff'u rəqibinin "Full House" əlinə qarşı 500.000$ qoyaraq qazanmasıdır. 500.000 qoyarkən Liv'in kartları zəif idi. Lakin rəqib qorxub və oyundan çəkilib. Liv oyun müddətində gözünü rəqibinin gözündən heç çəkməməklə də məşhurdur.
Liv Ulman
Liv Ulman (ing. Liv Johanne Ullmann; 16 dekabr 1938[…], Tokio) — Norveçli Aktrisa və kinorejissor. Tokioda dünyaya gələn aktrisa karyerasına 1957-ci ildə başlamışdır. Filmlərdə əllidən çox rol alan Liv, özünün rejissorluq etdiyi beş film var. Ulman hal-hazırda qızı və nəvələri ilə birgə Norveçdə yaşayır. == Həyatı və karyerası == Liv Ulman 16 dekabr 1939-cu ildə Tokio şəhərində norveç əsilli ailədə dünyaya göz açıb. Məktəb təhsilini bitirdikdən sonra sənədlərini Londondakı İncəsənət Dram məktəbinə verib. Oranı bitirdikdən sonra ailəsi ilə birlikdə Norveçə köçür. === Səhnədən "Persona"ya === Sənətə teatrdan gələn aktrisanın ilk rolu 1957-ci ildə Stavanqere şəhərində fəaliyyət göstərən "Roqaland" teatrında olur. Tamaşa zamanı Livi səhnədə görən rejissor İnqmar Berqman aktrisa ilə tanış olub onu çəkəcəyi "Persona" filminə dəvət edir.
Date A Live
Date A Live (デート・ア・ライブ, Dēto A Raibu, azərb. Həyatla görüş‎) — Koşi Taçibana tərəfindən yazılan və Tsunako tərəfindən çəkilən ranobe seriyası. Ranobe seriyası 19 mart 2011-ci ildən Fujimi Shobo nəşriyyatının "Dragon Magazine" jurnalında serializasiya olunur. İndiyə qədər ranobenin 17 cildi çapdan çıxmışdır. Ranobe əsasında istehsal olunmuş "Date AST Like" adlı manqa adaptasiyası "Monthly Dragon Age" jurnalında 2012-ci ilin martından 2013-cü ilin dekabrına kimi nəşr olunmuş və 4 cildi buraxılmışdır. Compile Heart və Sting şirkətləri ranobe əsasında 3 videooyun hazırlamışdır. AIC studiyası tərəfindən istehsal olunmuş 13 seriyadan ibarət anime serialı adaptasiyası 2013-cü ilin 6 aprelindən 22 iyununa kimi Yaponiyada yayımlanmışdır. Production IMS tərəfindən istehsal olunmuş davam mövsümü — "Date A Live II" Yaponiyada 2014-cü ilin 12 aprelindən 14 iyununa kimi nümayiş etdirilmişdir. Anime filmi adaptasiyasının premyerası isə 22 avqust 2015-ci ildə baş tutmuşdur. 2019-cu ilin yanvarından martına kimi üçüncü mövsümü yayımlanmışdır.
Epye-le-Luvr
Epye-le-Luvr (fr. Épiais-lès-Louvres) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Sarsel, kanton — Qoness. Əhalisi — 61 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 25 km şimal-şərqində, Serji bələdiyyəsinin 36 km şərqində yerləşir.
Live-e-Qave
Live-e-Qave (fr. Livet-et-Gavet) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Bur-d'Uazan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38212. Kommunanın 1999-cu il üçün əhalisi 1365 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 115 km cənub-şərqdə, Qrenobldan 18 km şimal-qərbdə yerləşir.
Live It Up
Live It Up (Azərbaycan türkçəsi: Həyatını Yaşa) — 2011 Avroviziya Mahnı Müsabiqəsində Türkiyəni təmsil edəcək olan "Yüksek Sadakat" qrupunun ifa edəcəyi mahnıdır.
Live from Nottingham
Live from Nottingham Rock City 2003 – Linkin Parkın canlı albomu. Albom 2003-cü ildə Meteora albomu çıxmadan qabaq keçirilən konsertdə hazırlanmışdır. Albomun mahnıları Linkin Park, Yaponiya və Koreya olanda yazılmışdır. = Albomdakı mahnılar = Bütün mahnılar Linkin Park tərəfindən yazılmış və bəstələnmişdir.
Live from SoHo
Live from SoHo — Maroon 5 qrupunun canlı albomu.
Live in Texas
Live in Texas – Linkin Parkın birinci canlı albomu 3-cü DVD-sidir. Orjinal albom 13 noyabr 2003. Albom Linkin Parkın Hyuston Staionunda keçirdiyi konsert əsasında yazılmışdır. Konsertdə Lying from You mahnısını görüntüləri sinqlda istifadə olunmuşdur. = Albomdaki Mahnılar = == CD == Bütün mahnılar Linkin Park tərəfindən yazılmış və bəstələnmişdir. == DVD == Bütün mahnılar Linkin Park tərəfindən yazılmış və bəstələnmişdir.
Live or Leave
Live Or Leave - Azərbaycanda Nu-Metal,Rapcore,Alternativ janrında ifa edən qrup. Qrup 2010-cu il Aprel ayının 17-si Anar Həmidov tərəfindən yaradılmışdır. Musiqi forumunda Anar gitarist Ayaz və zərb ifaçısı Bəxtiyar ilə tanış olur. Daha sonra qrupa vokalist Məsut qatılır. Qrup bu heyətlə məşqlərə başlayır. Daha sonra Anar qrupa digər bir qrupda gördüyü gitarist və vokalist Fəridi dəvət edir. Qrup koverlər ifa edir və öz mahnıları üzərində işləyirdi. Bu heyətlə Live or Leave bir neçə Bakı konsertlərində, eləcə də Gəncədə "Bakı Küləyi" festivalında uğurla çıxış etmişdir.Məhz həmin bu festivaldan sonra qrup belə qərara gəldi ki, Məsutun vokalı onları qane etmir və Məsut artıq qrupla vidalaşdı. Qrup əsas vokalistsiz məşq edirdi lakin artıq Noyabr ayında qrupa öz səsi,vokal imkanları ilə qrupu təəccübləndirən vokalist və klavişnik Orxan qoşuldu. Təxminən elə həmin vaxt bəzi yaradıcılıq səbəblərinə görə yollar qrupun zərb ifaçısı - Bəxtiyarla ayrıldı.
IVR
IVR (ing. Interactive Voice Response) — səs tonları vasitəsilə zənglərin marşrutlaşdırması funksiyasını yerinə yetirən sistemi. Bu sistem vasitəsilə zəng-mərkəzinə zəng edən müştəri telefonun klaviaturasında uyğun düymələri daxil edərək interaktiv sorğuda iştirak edir. IVR səsləndirilməsi — zəng-mərkəzinin əsas xidmətidir. Musiqi müşayiətinin düzgün seçilmiş uyğunluğu, diktorun və istifadə edilən leksikanın səsləri təşkilatın zəng xidmətinin düzgün qurulmasının əsasını təşkil edir. IVR-sistemin köməyi ilə yerinə yetirilən marşrutlaşdırma - operatorların və şirkətin xidmətlərinin düzgün istiqamətləndirilməsini təmin edir. Sadə IVR nümunələri: Salam! Siz "x"-şirkətinə zəng etmisiniz. Əgər tariflər və qoşulma şərtləri haqqında məlumat almaq istəyirsinizsə — 1 düyməsinə, öz ödəniş detallarınızı dəqiqləşdirmək istəyirsinizsə — 2 düyməsinə, öz hesabınızın vəziyyəti haqqında məlumat almaq istəyirsinizsə, — 3 düyməsinə basın. Əgər faks göndərmək istəyirsinizsə — sadəcə öz faks aparatınızda START düyməsinə basın.