Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lepus
Dovşan (lat. Lepus) — dovşanlar fəsiləsinə aid məməli cinsi.
Lokum
Loqum, Su, şəkər, nişasta istifadə ilə istehsal edilən bir Türk şirinidir. Loqumun Osmanlı tərəfindən rahat ul-hulküm yəni boğaz rahatlaşdıran sözündən törədiyi rəvayət edilər. 15. əsrdən bəri Kiçik Asiya da bilinməklə birlikdə, xüsusilə 17. əsrdə Osmanlı İmperiyası sərhədləri içində yayılan loqum, Avropada bir İngilis səyyah vasitəsiylə 'Turkish Delight' adıyla 18. əsrdə tanınmağa başlamışdır. Loqumun ilk istehsalçılarından sayılan Hacı Bəkir Əfəndi 1777-ci ildə Kastamonu dan İstanbula gələrək Bağçaqapı 'da açdığı kiçik bir dükanda loqum vs. qida maddələrini çıxarmağa başlamışdır. İki əsrdən bu yana loqum istehsalını müvəffəqiyyətlə reallaşdıran Hacı Bəkir dövrün padşahı tərəfindən də Nişanı Əli Osmanı ilə təltif edilmiş və sarayın şəkərçi başısı olaraq xidmət etmişdir. Daha əvvəllər bal ya da bəkməz və un birləşməsi ilə edilən loqumun 17.
Lokus
Lokus — biologiyada xromosomda genin yerləşdiyi nahiyə. Lokusların hər hansı genom üçün sıra sayı genetik xəritə adlanır. == Təsnifat == Misal: "6p21.3". Anoloji olaraq uzun qola da təbiq olunur. Misal üçün "11q1.4-q2.1" göstərir ki, genin lokusu XI xromosomun uzun qolunda, yarımzolaq 4 ilə zolaq 1-in və yarımzolaq 1 ilə zolaq 2-nin arasındadır.
Loqum
Lorut
Lorut — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd.
Lotus
Lotus (lat. Lotus) — paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Loxum
Loqum, Su, şəkər, nişasta istifadə ilə istehsal edilən bir Türk şirinidir. Loqumun Osmanlı tərəfindən rahat ul-hulküm yəni boğaz rahatlaşdıran sözündən törədiyi rəvayət edilər. 15. əsrdən bəri Kiçik Asiya da bilinməklə birlikdə, xüsusilə 17. əsrdə Osmanlı İmperiyası sərhədləri içində yayılan loqum, Avropada bir İngilis səyyah vasitəsiylə 'Turkish Delight' adıyla 18. əsrdə tanınmağa başlamışdır. Loqumun ilk istehsalçılarından sayılan Hacı Bəkir Əfəndi 1777-ci ildə Kastamonu dan İstanbula gələrək Bağçaqapı 'da açdığı kiçik bir dükanda loqum vs. qida maddələrini çıxarmağa başlamışdır. İki əsrdən bu yana loqum istehsalını müvəffəqiyyətlə reallaşdıran Hacı Bəkir dövrün padşahı tərəfindən də Nişanı Əli Osmanı ilə təltif edilmiş və sarayın şəkərçi başısı olaraq xidmət etmişdir. Daha əvvəllər bal ya da bəkməz və un birləşməsi ilə edilən loqumun 17.
Ləpui
Ləpui-İranın Fars ostanının Şiraz şəhristanının Zərqan bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,975 nəfər və 1,333 ailədən ibarət idi.
Moruq
Moruq (lat. Rubus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda həm yabanı, həm də mədəni şəkildə yayılmışdır. Tünd-qırmızı rəngli, turşməzə meyvələri olur. Meyvələri qurudulan zaman bozumtul-qonur rəngə çevrilir. Ən əla keyfiyyətli meşə moruğu hesab olunur. Meşə moruğunun meyvələri xırda olsa da, çox şirəli, şirin və ətirlidir. Meyvələri avqust ayında yetişir. Moruğun meyvələrini günəşli quru havada, tam yetişən dövrdə yığmaq lazımdır. Qurudulması isə o qədər də isti olmayan sobalarda və ya xüsusi quruducularda aparılmalıdır.
Poruq
Poruq (lat. Stachys) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsin Yer kürəsinin mülayim iqlim qurşaqlarında və subtropik vilayətlərdə bitən 300 növə yaxın, Azərbaycanda isə 23 növ birillik və çoxillik bitkiləri məlumdur. Onlardan təxminən 15 növündən, o cümlədən aşağıdakı növdən yaşıllaşdırmada istifadə edilir: Yunlu poruq (S. lanata) azyarpaqlı gövdələri 60 sm hündürlüyə çatan kökümsovlu, çoxillik bitkidir. Gülləri yalançı çiçək köbəsindən ibarət sünbülşəkilli çiçək qrupunda yığılmışdır. İkidodaqlı çiçək tacı çəhrayı ya da çahrayımtıl-bənövşəyi rənglidir. Bu bitkinin vətəni Rusiyanın cənub rayonları, Zaqafqaziya Türkiyənin qərb vilayətləri və İranın şimalıdır. Yunlu poruq 1782-ci ildən gülçülükdə geniş istifadə olunur. Poruğu toxumlarla və kolun bölünməsi ilə çoxaltmaq olar. Bordürlərdə vaxtaşırı yararsız çiçəkləri kəsilərsə çox gözəl görünür.
Qopuz
Qopuz — türk milli simli çalğısıdır. == Etimologiya == Ola bilsin, "qopuz" sözünün etimologiyası qop qədim türkcədə "ucalıq", "yüksəklik", uz isə "avaz", "sehrli musiqi ahəngi" mənasını verir. Sözün başqa etimoloji açıqlamaları da olmuşdur : Bang W. kop- (durmaq, qalxmaq) köküylə bağlayır . Ramstedt G. J. monqol qugur, qırğız qobuz və b. çin hu (tel, sim) sözləri arasında yaxınlıq görürdü ; Joki A. J. bu baxışın tutarsız olduğunu göstərmişdir . == Tarixi == Qopuzun yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir. Alət haqqında ilk məlumata uyğur Koço dövlətinə elçi göndərilmiş Vanyen-Tenin (982 il) kitabında rast gəlirik. Onun yazdıqlarına görə, uyğurların mahnı oxuyarkən çaldıqları əsas musiqi aləti qopuzdur. ABŞ arxeoloqlarının 1960-cı ildə Cənubi Azərbaycanın Şuşdağı ətəyində yerləşən Cığamış qədim insan məskənində apardıqları qazıntılar zamanı e.ə. VI minilliyə aid edilən nadir mədəniyyət nümunələri aşkar edilmişdir.
Qoruq
Qoruq — mövcud təbiət komplekslərini qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət əraziləridir. Qoruqlar elm, mədəniyyət və təsərrüfat üçün müstəsna əhəmiyyəti olan, dövlət tərəfindən mühafizə edilən ərazilərdir (akvatoriyalar). Qoruqlar təbiətin ən yaxşı mühafizə formalarından biridir. Burada müxtəlif təbii zonaların xarakterik landşaftları, kökü kəsilməkdə olan, yaxud nadir hallarda rast gələn bitki və heyvan növləri, eləcə də aradan çıxmaq təhlükəsinə məruz qalan təbii komplekslər və onların komponentləri, marağalar, şəlalələr, buzlaqlar və s. qorunur. Qoruqlarda geoloji kəşfiyyat işləri, şumlama, mal-qara otarması, turizm, ov etmək, balıq tutmaq, ağac kəsmək, bitkiləri məhv etmək, ümumiyyətlə təbii sərvətlərdən istifadə etmək və onların təbii halını pozmaq qadağan edilir. Qoruqlar təbii canlı laboratoriya sayılır. Burada müxtəlif obyektlərdə uzun illər boyu tədqiqatlar aparılır, təbiətin etalon və kontrol sahələrində mürəkkəb ekoloji sistemlərin inkişafı qanunauyğunluqları öyrənilir. Tədqiqat zamanı əldə edilən materiallar təsərrüfatda istifadə edilən sahələrlə müqayisə edilir. Belə nəticələr təbii mühitin pozulma dərəcəsini aşkara çıxarmağa və onun qarşısını almaq üçün tədbirlər sistemini hazırlamağa imkan yaradır.
Soluq
Soluq (Həştrud)
Toyuq
Toyuq — toyuqkimilər dəstəsindan aid quş yarımnövü. Ev quşları siyahısına daxildir. Əti və yumurtası insanların əsas qida növlərindəndir. Tükündən məişətdə istifadə edilir. Hindistanda Asiyanın cənub-şərqindəki qırmızı hind quşundan gəldiyinə inanılar. 2003-cü ilin hesablamalarına görə dünyada 24 milyard toyuq var ki, bu da onu ən çoxsaylı quş növü edir. İnsanlara iki növ sıx istifadə edilən qida qaynağı təqdim edərlər: ətləri və yumurtaları. Toyuqlar uça bilməyən quşlardandır. Yumurta ilə çoxalarlar. Ağciyərləri ilə nəfəs alan toyuqlar, otcul heyvanlardır.
Zopun
Zopun (əvvəlki adı: Zupun) — Azərbaycan Respublikasıınn Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Astanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Zupun kəndi Zopun kəndi adlandırılmışdır. 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Zopun kəndi Astanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Zopun kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Yaşayış məntəqəsi XVI əsrin əvvəllərində hazırda mövcud olmayan Əsədkənddən çıxmış ailələrin Zopun adlı sahədə məskunlaşması nəticəsində yaranmışdır. Ərazi adını eyniadlı dağın adından almışdır. Kəndin adı bir müddət Zupun şaklində qeydə alınmışdır. 2001-ci ildən bu ad Zopun kimi rəsmiləşdirilmişdir. == Coğrafiyası və iqlimi == Kənd Burovar silsiləsinin ətəyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1039 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Lapu-Lapu
Lapu-Lapu (taqal Lapu-Lapu: 1492, Maktan adası, Visay adaları – 1542, Maktan adası, Visay adaları) — Maktan adasından olan tayfa başçısı (Visay adaları, Filippin). İspan koloniyalaşdırmasına qarşı mübarizə aparan ilk şəxs. Fernan Magellanı öldürmüş şəxs. == Maktan döyüşü == Fernan Magellan Sebu adasının tayfa başçısı ilə anlaşma işzalayır. anlaşmaya görə adalılar İspaniyaya bac verməli, xristianlığı qəbul etməli idilər. Ancaq Maktan adasında tayfa başçısı olan Lapu-Lapu bu şərtləri qəbul etməmişdir. 1521-ci il 27 aprel tarixində ada sahilində Maktan döyüşü baş vermişdir. Döyüş Fernan Magellanın rəhbərlik etdiyi ispan ekspedisiyası ilə yerli əhali arasında baş verir. Bu döyüşdə yerli əhalinin döyüşçüsü Lapu-Lapu döyüş əsnasında Magellanı öldürmüşdür.
Gopu
Gopu- Yaz vaxtı durnaların gəlişini təsvir edən, həm oyun, həm də rəqs xüsusiyyətlərini özündə əks etdirən bu rəqs ta qədim zamanlardan bu günə kimi Azərbaycan xalqının sevə-sevə ifa etdiyi məşhur rəqslər silsiləsinə daxil edilən yallı növüdür. İndi onu yalnız Şərur və Kəngərli rayonlarında ifa edirlər. Bu rəqs oyun tərzinə görə “gopu” adlanır. Adətən qadın və kişilərin iki sıraya düzülüb ifa etdikləri yallıda ifaçıların lovğalıqla, özlərini çəkə-çəkə rəqs etdikləri (gop etdikləri) “Gopu” üç hissədən – asta, orta və cəld hissələrdən ibarətdir. Azərbaycan xalqına məxsus “Gopu” rəqsi Naxçıvan Muxtar Respublikasının Kəngərli Rayonunun Mədəniyyət və Turizm Şöbəsi nəzdində fəaliyyət göstərən folklor kollektivinin repertuarına daxil edilməklə ifa olunmaqdadır.
Loru
Loru və ya Lori — Yaşayış məntəqələriLoru mahalı — Azərbaycanın tarixi mahallarından biri. Loru əyaləti — Azərbaycanın tarixi mahallarından biri. Osmanlı Loru mərzi — Ermənistan Respublikasında inzibati-ərazi vahidi. Loru qəzası — Rusiya imperiyasının Gürcüstan quberniyası tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. Loru çökəkliyi — Loru mərzində düzənlik. Loru Berd — Ermənistan Respublikasının Loru mərzində kənd.Bu adı olan tanınmış şəxslərLori Stroud —DigərLuri — Hind-Avropa dil ailəsinin İran dil qrupuna daxil olan dil.
Lotu
Qanuni oğru və ya danışıq dilində vorzakon (rus. вор в законе) dövlət qanunlarına paralel, fərqli prinsiplərlə yaşayan, fərqli prinsiplər uğrunda mübarizə aparan mafiya titulu. Qanuni oğruların bütün nümayəndələri cinayət törətmiş şəxslərdir. Qanuni oğru - lotu anlayışı müxtəlif ölkələrdə və zamanlarda mövcud olub. Lotular əsasən Orta Şərqdə mövcud olub. Məsələn, İsfahan lotuları müəyyən funksiya daşıyırdılar və ümumi təsəvvürdən fərqli olaraq, hakimiyətlə əməkdaşlıq edirdilər ki, bu indiki oğruların bir çoxuna da aiddir. Sovet siyasi sistemində hakimiyətin xəbəri olmadan cinayət və qeyri-cinayət və ümumiyətlə hər-hansı strukturun yaranması ehtimalı çox aşağı idi. Odur ki, düşünmək olar ki, oğru aləmini sovet siyasi sistemi, əvvəllər də tarixdə olduğu kimi, cinayət aləmini nəzarətdə saxlamaq məqsədi ilə yaratmışdı. Bu qanunlara tabe olanların siyasətdən uzaq olması məsələsi də heç də təsadüfi deyil. == Tarixi == Formalaşmış kriminal aləm daha çox Rusiya mühitindən bəhrələnib.
Opus
Opus — ayrı-ayrı musiqi əsərinin işarə olunması. Bununla bəstəkarlar yaratdıqları hər bir əsəri ardıcıllıqla nömrələyirlər.
Oyuq
Oyuq-I. (rus. ниша, ing. niche) /fran. nic­he/- yamacda, yaxud onun ətəyində müxtəlif mənşəli kiçik çökəklik. O.mənşəyinə görə dalğa döyən, nival, eroziya, karst, eol və başqa təbii proseslərlə əlaqədar olur. Oyuq II. (rus. промоина, ing. pool, gully, ravine) 1) mü­vəqqəti su axınları vasitəsilə əmələ gələn erozion relyefin xətti forması. Uzunluğu adətən on metrlərlə, eni bir neçə metr, dərinliyi 1- olub, cimlənmiş dik yamaclar üçün səciyyəvidir; 2) buzun içərisində axar sularla yuyulmuş, dərin çökək­lik.
Adi moruq
Adi moruq (lat. Rubus idaeus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Yayılması == Qırmızı moruq yabanı formada Azərbaycanın dağlıq yerlərində, meşə açıqlıqlarında, çayların kənarlarında, dərələrdə və bir qədər rütubətli torpaqlarda bitir. Moruq iyunda çiçəkləyir. Ağ rəngli ətirli çiçəkləri 1ay müddətində açılır. Külli miqdarda çiçəkləmə isə 2 həftə davam edir. Meyvələri çiçək açdıqdan 35-40 gün sonra, yəni iyul-avqustda yetişir. Meyvəsinin rəngi tünd qırmızı, açıq qırmızı, ağımtıl-sarı olur, yetişəndə tez tökülür. Meyvəsi yumru, oval və yastı-yumru formada olur. Dadı şirin, meyxoş və ətirlidir.
Adriana Lopez
Adriane Barbosa Nogueira Lopes (26 iyun 1976) hazırda 2 aprel 2022-ci ildən Campo Grande şəhərinin meri olan braziliyalı hüquqşünasdır . == Bioqrafiya == Adriane 29 iyun 1976-cı ildə Gisleni Garcia Barbosa və Antonio Ferreira Barbosa'nın qızı olaraq anadan olub. O, atasının dondurma fabrikində işləyirdi. Bundan əlavə, o, dörd il Braziliyada Penitensiar Sistemin Administrasiyası üzrə Dövlət Agentliyində (Agepen) işləyib. Hüquq və İlahiyyat ixtisası üzrə təhsil almış hüquqşünas və dövlət idarəçiliyi və şəhər idarəçiliyi üzrə magistr dərəcəsinə malikdir. O, Braziliya Məşqçilik İnstitutu (IBC) tərəfindən Məşqçi və Lider Məşqçidir. == Şəxsi həyat == O, braziliyalı siyasətçi Lidio Lopes ilə evlidir və onların 2 övladı var: Bruno və Matheus Lopes.
Axsaq toyuq
Axsaq toyuq - İrəvan quberniyasının Novobayazid qəzasında xaraba kənd adı == Tarixi və toponimi == Ayrımların Axsaqlı qolunun "Toyuq" adlı yerdə məskunlaşdığını bildirir. "Toyuq" formasını kəsb etmiş ad isə əslində türk dillərində tıyıq (tuyuq) "hər tərəfi bağlı yer" (yə'ni dörd tərəfi dağlarla əhatələnmiş dərə), "gölməçə" sözündən ibarətdir: XIX əsrin ortalarında Şamaxı qəzasında Kolanı tayfasının məskunlaşdığı yer (İndiki Dağ Kolanı kəndinin ərazisi) "Toyuqplov" adlanırdı ki, bu da türk dillərindəki tıyıq və bilab (bulaq adı) sözlərindən ibarət idi.
Canis lupus
Adi canavar (lat. Canis lupus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. Bədənin uzuqluğu 100–140 santimetr, quyruğun 30–50 santimetr, hündürlüyü 80–100 santimetr. Çəkisi 30–80 kiloqram. Başı və sifəti uzunsovdur, dişləri iti, böyük qılıqcıqlıdır. Qulaqları dik və sivridir. Çox itil iybilmə qabiliyyəti vardır, onlar 1,5 kilometr məsafədən iyi hiss edə bilirlər. Tükü boz, qışda yaya nisəbətən daha qalın olur. Erkək canavar dişidən iridir. Azərbaycanın bütün ərazisi boyu canavarların yaşayış məskənləri vardır.
Köpük
Köpük qaz baloncuqlarını bərk və ya maye halına gətirərək yaradılan bir maddədir. Hamam süngərindəki və bir stəkan pivənin üstündəki qabarcıqlar köpük nümunəsidir. Əksər köpüklərdə böyük bir qaz var və onlar qaz zonalarını ayıran nazik bərk film və ya bərk filmlərdən ibarətdirlər.
Ötüğ
Ötüğ - türk və altay xalq mədəniyyətində dua. Yaxarma, tanrıya yalvarma, diləmə, istəmə. Ən sadə olaraq, bir şeyin reallaşmasını və pis vəziyyətlərdən qorunmağı Tanrıdan istəməkdir. Ötümək (Ötüğmək, Ötükmək) "dua etmək" feli ilə də istifadə edilər. Söz, Öt/Öd kökündən törəmişdir. Zaman, zamanın keçişi və yaxarmaq mənalarını ehtiva edər. Ahəngli səs çıxarmaq mənası vardır. == Sax == Sax və ya Sah türk və yakut xalq inancında və sibir şamanizmində ayinlərdə və dualarda istifadə edilən bir sözdür. "Amin" mənasını verər. Sak və yaSag olaraq da deyilər.