Lyubomir Vraçareviç
Lyubomir Vraçareviç (serbcə: Љубомир Врачаревић) — XX əsrin 60-cı illərinin sonundan Avropada aykido ilə məşğul olmağa başlayan ilk idmançılardan biri, 1971-ci ildən 1-ci DAN qara kəmər ustası.
== Həyatı ==
1978-ci ildə Yaponiyada ilk məşqlər zamanı o, Hombu docoda, 10 DAN ustad Kişumaru Ueşiba, aykidonun banisi Morihey Ueşibanın oğlu ilə qalırdı. Yapon ustadlarının bilik və bacarıqlarından faydalanaraq Lyubomir öz mentaliteti, adət-ənənələrinə və quruculuğa əsaslanan öz xüsusi üsuluna doğru can atırdı. 70-ci illərdə onun hərbi və polisdəki fəaliyyəti onu aykidonun təcrübi aspektini təkmilləşdirməyə səbəb oldu.
Bu yolla o, effektli texnikalarını real şəraitlərdə təkmilləşdirməyə başlayır. 1993-cü ildə Tokioda məşhur Yoşinkan (ustad Qozo Şiyoda - 10 DAN) məktəbində ikinci dəfə qalması onun fikrini tamamilə təsdiqlədi. Onun öz üsulunda işləməsinə baxmayaraq, o qaldığı müddətin sonunda böyük şöhrət qazanmışdı. O, məşhur Şiyodayla görüşmək imkanına sahib oldu, hansı ki, yaşına görə çox nadir hallarda kimisə qəbul edirdi. Şiyoda onu özü şəxsən imzalanmış diplomla təltif etdi və onun yaratdığı döyüş növünü təsdiqlədi.
Vraçareviç beynəlxalq "Ustad" adına xüsusi proqramlar (polis, hərbi işçilər, cangüdənlər üçün proqram) tərtib etdiyinə görə layiq görülmüşdür.