Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kimdir müqəssir (pyes)
"Kimdir müqəssir" (pyes) - Əbdürrəhim bəy Haqverdiyev tərəfindən qələmə alınan iki məclisdən ibarət vodevil. == Əsər haqqında == "Kimdir müqəssir" pyesi 1909-cu ildə Kaspi mətbəəsi tərəfindən Bakıda nəşr edilib. Əbdürrəhim bəy Haqverdiyevin 1909-cu ildə qələmə aldığı bu vodevil iki məclisdən ibarətdir. Vodevildə gənc ailə Mahmud və Baharın başına gələn hadisələr təsvir olunur. Yoxsulluqdan bezən Mahmud və Bahar həmişə varlı olmağın xəyalını qururlar. Onlara bu şəraiti Qasım bəy yaradır. Lakin buna baxmayaraq, sonda yenə yoxsullaşırlar. Bu yolla yazıçı varlı olmaq üçün insanın ağıllı olmağının vacibliyini vurğulayır. "Kimdir müqəssir" pyesi yazıçının məşhur əsərləri arasında yer almamasına rəğmən bəzi teatrların repertuarındadır. == Əsərin xülasəsi == Vodevilin əvvəlinci məclisi Mahmudun evində kənddə baş verir.
Müəşşər
Müəşşər (ərəbcə: onluq) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında şeir forması. Müəşşərin hər bəndi 10 misradan ibarətdir. İlk bəndin misraları həmqafiyə olur. Sonrakı bəndlərin ilk 9 misrası öz aralarında, son misrası isə birinci bəndlə qafiyələnir. Az yayılmış şeir formasıdır. Molla Pənah Vaqifin "Ey büti-tutizəban, gəl ki, məqalın istərəm", "Ey rəngi-ruxi-alına heyran gülü-lalə" şeirləri müəşşərin nümunələrindəndir. == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.121 == Xarici keçidlər == Fərid Muradov. "Ədəbiyyatımızın unudulmuş söz ustasının müəşşəri" (az.).
Müəssisə
Müəssisə — mülkiyyət formasından asılı olmayaraq ictimai tələbatın ödənilməsi və mənfəət əldə edilməsi məqsədilə məhsul istehsal edən, satan, müvafiq iş və xidmətlər yerinə yetirən hüquqi şəxs olan müstəqil təsərrüfat subyektidir.Müəssisə termini aşağıdakı üç termini özündə əks etdirir: Maşın və bu kimi istehsal ünsürlərini çalışdırmaq, yəni, onlara iş gördürmək üçün bir vasitədir; Müxtəlif iş və fəaliyyətlərin yerinə yetirildiyi yer, iş yeri; Maddi və fəal elementlərdən (texnika, sərmayəvə işçilər) əmələ gələn bir istehsal vahididir.Müəssisə anlayışının hər üç tərifində fəal, yəni istehsaledici bir hərəkətdə və fəaliyyətdə olma görünür. Ancaq birinci yalnız texniki, ikinci və üçüncüsü kütləyə (xalqa) və texnikaya aid xüsusiyyətlərə malikdir. Birinci mənada alət və maşın kimi texniki vasitələrdən istifadə, onlara iş gördürmə anlaşıldığı kimi, bir dükan, mağaza, fabrik və s. kimi də iş yerlərini fəaliyyətdə olub-olmadığı da düşünülür. Müəssisə sözünün bu anlamı dinamik bir xüsusiyyətə malikdir. İkinci mənada fabrik, büro, dəftərxana, ticarətxana və bu kimi terminlərin ifadə etdiyi işlərin göründüyü kimi yerlər müəyyənləşir ki, bu da, müəssisənin statik bir məna daşıdığını göstərir. Üçüncü mənada isə elmi hərəkətlərin olduğu yer deyil, bu hərəkətləri görmək üçün müəyyənləşdirilmiş təşkilat başa düşülür. == Müəssisənin quruluşu == Müəssisə — ölkə iqtisadiyyatının ilkin halqası olub, müəyyən mülkiyətə və kollektiv əməyə əsaslanan ictimai tələbatı ödəmək və mənfəət əldə etmək məqsədi ilə məhsul istehsal edən, iş və xidmətlər göstərən, istehsal-texniki, təşkilati və iqtisadi vəhdətə malik olan hüquqi şəxs statuslu istehsal təsərüfat vahididir. == Müəssisənin quruluşu və onu müəyyən edən amillər == Elmi-texniki tərəqqinin yüksək surəti və geniş ictimai əmək bölgüsü şəraitində sənaye müəssisələrinin inkişaf səviyyəsi, onun istehsal quruluşu, ictimai istehsalın artımının sürətləndirilməsi və iqtisadi səmərəliliyinin yüksəldilməsi üçün son dərəcə mühüm əhəmiyyətə malikdir. Məlumdur ki, müəssisə bir-biri ilə qarşılıqlı surətdə bağlı olan müxtəlif vəsilələrdən: sexlərdən, istehsal sahələrindən, briqadalardan və ayrı-ayrı iş yerlərindən ibarətdir.
1C: Müəssisə
1C: Müəssisə — Rusiyanın "1C" şirkəti tərəfindən yaradılmış proqram məhsuludur. Müəssisənin fəaliyyətini avtomatlaşdırmaq üçün nəzərdə tutulmuş proqram müxtəlif fəaliyyət təyinatlı və istənilən sahibkar forması olan müəssisə və təşkilatların uçot prosesinin avtomatlaşdırılmasında geniş imkanlar verir.
Törəmə müəssisə
Törəmə müəssisə — başqa bir şirkətə məxsus və ya başqa bir şirkətin idarə etdiyi bir şirkət və ya təşkilatdır.Filiallar iş həyatının ümumi bir xüsusiyyətidir və bütün transmilli şirkətlər öz fəaliyyətlərini bu şəkildə idarə edirlər. == Haqqında == Başqa bir (əsas) iş ortaqlığı və ya bir şirkət, nizamnamə kapitalında üstün iştirak səbəbi ilə və ya onlar arasında bağlanmış müqaviləyə uyğun olaraq və ya başqa bir şirkətin qəbul etdiyi qərarları müəyyən etmək imkanına malik olduqda hüquqi mövqedə olan bir iş şirkəti (Maddə 67.3) Rusiya Federasiyasının Mülki Məcəlləsi). İqtisadi baxımdan törəmə müəssisə, əmlakının bir hissəsini tam iqtisadi yurisdiksiyaya verərək başqa bir müəssisə (təsisçi) tərəfindən hüquqi şəxs kimi yaradılan bir müəssisədir. Törəmə müəssisənin təsisçisi cəmiyyətin nizamnaməsini təsdiq edir, rəhbərini təyin edir və şirkət haqqında qanunvericilik aktlarında nəzərdə tutulmuş törəmə müəssisəyə münasibətdə digər sahibkar hüquqlarını həyata keçirir. == Nəzarət == === Ümumi === "Nəzarət" sözü və onun törəmələri fərqli məzmunlarda fərqli mənalara sahib ola bilərlər. Bu anlayışlar qanunun müxtəlif sahələrində (məsələn, korporativ hüquq, rəqabət hüququ, kapital bazarları haqqında qanun) və ya mühasibatlıqda fərqli mənalara sahib ola bilər. Məsələn, A şirkəti B şirkətinin səhmlərini satın alırsa, əməliyyatın birləşmə nəzarətinə məruz qalmaması olduqca mümkündür (çünki şirkətin B şirkətinin rəqabət qanunlarına uyğun olaraq səhmlərin satın alınmasından əvvəl idarə olunduğuna inanılırdı), lakin eyni zamanda A şirkətindən Müvafiq mühasibat qaydalarına uyğun olaraq B Müəssisəsini maliyyə hesabatlarına birləşdirməyə başlamağınız lazım ola bilər (satın alınmadan əvvəl mühasibat uçotu məqsədləri üçün ortaq müəssisə kimi istifadə edildiyi üçün). Nəzarət birbaşa ola bilər (məsələn, əsas ana müəssisə birbaşa birinci dərəcəli törəmə müəssisəni idarə edir) və ya dolayı (məsələn, son ana ikinci və aşağı səviyyəli törəmə şirkətləri dolayı yolla birinci səviyyəli törəmə şirkətlər vasitəsilə idarə edir). == İstinadlar == == Ədəbiyyat == rus dilindəБорисов А. Б. Большой экономический словарь. — М. : Книжный мир, 2003.
Müəssisə iqtisadiyyatı
Müəssisə iqtisadiyyatı (alm. Betriebswirtschaftslehre‎) — müəssisənin fəaliyyəti zamanı iqtisadi qərarların işlənib hazırlanması və qəbul edilməsi prosesi ilə bağlı biliklər sistemi. == Tərifi == Müəssisənin iqtisadiyyatı müəssisənin fəaliyyəti zamanı iqtisadi qərarların işlənib hazırlanması və qəbul edilməsi prosesi ilə bağlı biliklər sistemidir. Müəssisə müstəqil təsərrüfat subyektidir, məqsədi sosial tələbatları ödəmək və mənfəət əldə etməkdir. Müəssisə bazar iqtisadiyyatının əsas həlqəsidir. Məhz müəssisə əmtəə və xidmətlərin əsas istehsalçısı, digər subyektlərlə müxtəlif iqtisadi münasibətlərə girən əsas bazar subyektidir. Buna görə də müəssisənin iqtisadiyyatı müəssisənin təsərrüfat fəaliyyətinin idarə edilməsi üçün bilik və üsullar sistemi kimi istənilən iqtisadi sistemdə istehsalın təşkili və səmərənin bölüşdürülməsində mühüm yer tutur. Həm iqtisadçıların, həm də gələcək mühəndis və qeyri-iqtisadçıların hazırlanmasında müəssisənin iqtisadiyyatının öyrənilməsinə böyük diqqət yetirilir. Müəssisənin iqtisadiyyatı mikroiqtisadiyyat və makroiqtisadiyyatla sıx bağlıdır, lakin onlarla eyni deyil. Mikroiqtisadiyyatdan fərq ondadır ki, mikroiqtisadi təhlil bazarın ayrı-ayrı müəssisəyə təsirini öyrənir və əslində müəssisə səviyyəsində iqtisadiyyatın və istehsalın təşkilinin öyrənilməsi deyil.
Müasir Müsavat
Müasir Müsavat Partiyası — Azərbaycanda mərkəz sol siyasi partiya. == Seçkilərdə == === Bələdiyyə seçkiləri === == Partiya qərargahı == 20 otaqlı qərargah bir müddət əvvəl Müasir Müsavat Partiyasının əlindən alındı. Əvəzində partiyaya Azadlıq prospekti, 189 ünvanında yerləşən binada qərargah verildi. Əvvəlki ilə müqayisədə geri qalsa da, qərargahı normal hesab etmək olar.
Müasir beşnövçülük
Müasir beşnövçülük — eyni gün ərzində atıcılıq, qılıncoynatma, sərbəst üzmə, ata minmə və sonda 3000 metrlik qaçışdan ibarət olan idman növüdür. Bu idman növü Union Internationale de Pentathlon Moderne (UIPM) (Beynəlxalq Müasir beşnövçülük federasiyası) tərəfindən idarə olunur. == Tarixi == Bu idman növü müasir olimpiya oyunlarının qurucusu olan Pierre de Kubert tərəfindən yaranmışdır. Oyunun adı yunanca 5 mənasını verən penta sözündən törəyib. İdman ilk dəfə 1912-ci ildə Yay Olimpiya oyunlarında oynandı və oyunun ilk qalibi İsveçli atlet Gösta Lilliehöök oldu. Qadın beşnövçülər isə bu idman növündə 2000-ci ildən keçirilən Yay Olimpiya oyunlarında iştirak etdilər. == Oyun qaydaları == Ümumiyyətlə, beşnövçülüyün qaydası onu təşkil edən idman növlərinin qaydası ilə tam eynidir, lakin at ilə maneələrdən keçmədə idmançılar minəcəkləri atı təyin etmələri üçün püşk atırdılar. İdmançılar turnirdən əvvəl atla 20 dəqiqə ərzində 5 maneədən keçirlər ki, atlarını tanısınlar.
Müasir buzlaşma
== Müasir buzlaşma == Müasir buzlaqlar qar xəttinin böyük yüksəkliyə malik olması buzlaqların əmələ gəlib saxlanılması üçün əlverişli şəraiti olan ayrı-ayrı zirvələrin yamaclarında saxlanmasıdır. Böyük Qafqazda olan 1400-ə qədər buzlağın (sahəsi 1775 km). 70 %-dən çoxu onun şimal yamacında yerləşir. Şərqi Qafqazın Azərbaycan ərazisindəki buzlaqlarının saxlanılmasına iqlimin, relyefin bə onun dəyişməsinin böyük təsiri vardır. === Bazardüzü buzlağı === Bazardüzü dağının (4480,9 m) qar xəttindən yüksəyə qalxması və ondan ayrılan qolların şimal istiqamətində uzanaraq qıfabənzər iri çökəklik əmələ gətirməsi Cənub-şərqi Qafqazda ən böyük buzlağın yaranmasına səbəb olmuşdur. Bazardüzü dağı şimalda Çexiçayın dərəsindən (Quruş kəndi yaxınlığında) 2300 m, cənubda isə Qaraçay dərəsindən 2700 m ucalır. Bazardüzü buzlağı iki buzlaqdan- Tixitçap və Murkar buzlaqlarından ibarətdir. Dağın zirvəsini örtmüş xarlanmış qardan beş acılı buzlar ayrılır.Tixitçap buzlağının uzunluğu 0,9 km, eni isə 150-200 m-dir. Murkar buzlağı şimal-şərq istiqamətində 1440 m uzanır, eni isə 300-450 m-dir. === Bazaryurd buzlağı === Bazaryurd dağında (4126,3 m) [Baş Qafqazın suayrıcı üzərində yerləşmişdir.
Müasir dövr
Müasir dövr əksər tarixçilərin Fransa İnqilabı Sənaye İnqilabı ilə başladığını qəbul etdiyi və bu gün də davam edən tarixi dövrlərin sonuncusudur. == Bu dövrdə baş verən hadisələr == === Siyasi hadisələr === Fransız İnqilabının təsiri ilə millətçilik hərəkatı yarandı. Bu cərəyan milli dövlətlərin yaranmasına və imperiyaların dağılmasına səbəb oldu. Respublika və demokratiya indiki formasını aldı. Müstəmləkə yarışı Birinci Dünya Müharibəsinə, Birinci Dünya Müharibəsi isə İkinci Dünya Müharibəsinə səbəb oldu. ABŞ müstəqilliyini əldə etdi. Kommunizm yarandı. Meyci inqilabı ilə Yaponiya dünyanın super güclərindən birinə çevrilməyə başladı. Alman ittifaqı əldə edildi. Rusiya imperiyası dağıldı, onun yerində SSRİ quruldu.
Müasir fəlsəfə
Müasir fəlsəfə — XIX əsrin sonlarından bu günə qədər olan fəlsəfi fikirlərdir. Bu dövrün filosofları indiyə qədər var olan bir çox fəlsəfi fikirləri qəbul etməklə yanaşı bir çox yeni fəlsəfi fikir də yaratmışdır. Bu dövrdə Ziqmund Freydin “freydizmi” , Ogüst Kontun “ pozitivizmi” , Ralf Uold Emersonun “Transsendentalizmi” kimi fikirlərlə yanaşı “Postanarxizm” və “SSRİ fəlsəfəsi” kimi bir çox fəlsəfi fikirlər meydana gəlmişşdir. == Freydizm == Psixologiyada nəzəriyyədir. Fəlsəfi konsepsiya kimi psixoanalizin əsaslandırılması Ziqmund Freydin adı ilə bağlıdır. Avstriyalı həkim– psixiatr Z.Freyd (1856– 1939) psixoanalizi fəlsəfi antropoloji prinsip səviyyəsinə qaldırdı. Freydə görə, şüurlu «mən» iki obyektiv qüvvənin– «o» ilə cəmiyyət qaydalarının mübarizəsi meydanına dönür. «Kütlə psixologiyası və insan «mən»inin analizi» əsərində isə Freyd sosial əlaqələrin təbiətindən söz açır. Kütlə psixologiyasının spesifik cəhətini onun qeyri– şüuru, təhtəlşüur olaraq lider və başçıya pərəstiş etməsində görür. «Moisey və monoteizm» əsərində dinə qarşı çıxış edərək iki əks qüvvənin– həyatla ölümün əbədi mübarizəsinin psixoloji əsaslarını şərh edir.
Müasir incəsənət
Müasir incəsənət' (ing. Contemporary art) — müasir dövrdə yaradılan və aktual olan incəsənəti ifadə edən termin. Müasir incəsənət Modern incəsənətdən sonrakı sənət mərhələsi olan Postmodern incəsənət dövründən başlayaraq bu günə kimi inkişaf etməkdədir. "Modern" və "müasir" sözləri əsasən sinonim kimi işlədildiyi üçün bu adlar altında təqdim edilən incəsənət dövrləri, bəzən qeyri-mütəxəssislər tərəfindən qarışdırıla və ya eyni anlayış kimi qəbul edilə bilir. Təsadüfi deyildir ki, müxtəlif ölkələrdə "Modern İncəsənət Muzeyi" (ing. Museum of Modern Art) və "Müasir İncəsənət Muzeyi" (ing. Museum of Contemporary Art) adı altında fəaliyyət göstərən muzeylərin əksərində eyni sənətkarların əsərləri sərgilənməkdədir. == Əhatə dairəsi == Müasir incəsənəti “bizim həyatımız”ın məhsulu olan incəsənət kimi təqdim edən tədqiqatçılar etiraf edirlər ki, həyat vaxtı və müddəti fərqli ola bilər. Lakin, ümumi qəbul edilmiş fikrə görə bu anlam müəyyən səviyyədə qəbul edilmiş məhdudiyyətlərə malikdir.Müasir incəsənətin xüsusi incəsənət tipi kimi klassifikasiyası, ingilis dilli mühitdə Modernizmin formalaşması dövrlərindən başlayır. Londonda Müasir İncəsənət Cəmiyyətinin əsası 1910-cu ildə tənqidçi Rocer Fray tərəfindən, ictimai muzeylərin yerinə sənət əsərlərini alan şəxsi cəmiyyət kimi qoyulmuşdur.
Müasir memarlıq
Müasir memarlıq – XXI əsrin memarlığı. Müasir memarlıqda üstünlük təşkil edən üslub yoxdur. Müasir memarlar hay-tek, postmodernizm və ənənəvi üslubların yeni təriflərindən istifadə edirlər.
Müasir tarix
Modern tarix (və ya yeni tarix) — bəşər tarixində orta əsrlər və son dövrlər arasındakı bir dövr. "Yeni tarix" anlayışı İntibah dövründə İtaliyada, humanistlər tərəfindən qədim, orta və yeni bölünmüş tarixin üç müddətli bölgüsünün bir elementi olaraq yaranmışdır. Humanistlərin nöqteyi-nəzərindən "yeni zamanın", onun əvvəlki dövrlə müqayisədə "yeniliyinin" müəyyənləşdirilməsi meyarı İntibah dövründə dünyəvi elm və mədəniyyətin çiçəklənməsi, yəni sosial-iqtisadi deyil, mənəvi və mədəni amildir. Lakin, bu dövr məzmun baxımından bir-birinə ziddir: Yüksək İntibah, İslahat və humanizm ədəbiyyatda "cadugər ovu" adını almış bir fenomen olan irrasionalizm, demonologiyanın inkişafı ilə birlikdə olmuşdur. "Modern tarix" anlayışı tarixçilər tərəfindən qəbul edildi və elmi istifadədə təsdiq edildi, lakin mənası bir qayda olaraq şərtli olaraq qalır - bütün xalqlar eyni vaxta girməmişlər. Bir şey dəqiqdir: bu dövrdə yeni bir mədəniyyət, yeni bir münasibətlər sistemi, bir Avrosentrik dünya, "Avropa möcüzəsi" və Avropa sivilizasiyasının digər sahələrə yayılmasıdır. == Dövrləşmə == Bir qayda olaraq, sovet tarixşünaslığında, formalaşma nəzəriyyəsi çərçivəsində, onun başlanğıcı 1640-cı ildə başlayan XVII əsrin ortalarında İngilis inqilabı ilə əlaqələndirildi . Yeni zamanın başlanğıc nöqtəsi kimi qəbul edilən digər hadisələrə İslahat (1517) , İspanların Yeni Dünyanın 1492-ci ildə kəşfi və Konstantinopolun süqutu (1453) ilə əlaqəli hadisələr daxildir. Modern tarixlə əlaqəli hadisələrin nəzərdən keçirilməsi Birinci Dünya Müharibəsi ilə başa çatır (1914-1918) . Yeni dövrün ərzində, adətən iki alt mərhələ fərqlənir, onların sərhədi Napoleon müharibələrinin sonu və Vyana Konqresinin işinin başlanğıcıdır.
Dövlətə məxsus müəssisə
Dövlətə məxsus müəssisə (DMM) anlayışı dövlətdən dövlətə dəyişir, bununla birgə ümumi olaraq xalqa məxsus olan mənbələrdən istifadə etmək yolu ilə, iqtisadi məkanda fəaliyyət göstərən Dövlət Qurumlarını bildirir. Beynəlxalq ədəbiyyatda dövlət şirkəti olaraq keçən bu anlayış, sahibi olan hökumət adına ticarət fəaliyyəti ilə məşğul olan hüquqi şəxsi bildirir. Şirkətlərin hüquqi vəziyyəti hökumətin bir hissəsi olma və ya dövlətin önəmli bir səhmdarı olduğu səhmdar cəmiyyətlər arasında dəyişir. Dövlətə məxsus şirkətlər, əsasəndə dəmir yolları və telekommunikasiya, strateji mal və xidmətlər (poçt, silahlar), təbii ehtiyatlar və enerji, siyasi cəhətdən həssas olan iş, mətbuat, alkoqol və tütün məhsulları, tibb ilə bağlı olan məhsullar kimi təbii inhisar və infrastruktur sahələrində yayılmışdır.
Müasir Monetar Nəzəriyyə
Müasir monetar məzəriyyə və ya Müasir pul məzəriyyəsi (MMN) — valyutanı dövlət inhisarı və işsizliyi bir valyuta inhisarının vergiləri ödəmək və əmanətləri təmin etmək üçün lazım olan maliyyə aktivlərinin təklifini həddən artıq məhdudlaşdırdığının sübutu kimi təsvir edən qeyri-adi bir makroiqtisadi nəzəriyyədir. MMN əsas makroiqtisadi nəzəriyyəyə alternativdir. Tanınmış iqtisadçılar tərəfindən tənqid olundu, lakin tərəfdarları, 2007-2009-cu illərin Böyük tənəzzülündən sonrakı illərdə dünya iqtisadiyyatını təsvir etməkdə daha təsirli olduğunu iddia edirlər. MMN, hökumətlərin maliyyə siyasəti yolu ilə yeni pullar yaratdığını iddia edir. Müdafiəçilərə görə, bir iqtisadiyyatın tam məşğulluğa çatdığı zaman başlıca risk, özəl sektorun alıcılıq qabiliyyətini azaltmaq üçün vergi yığmaqla mübarizə edilə bilən inflyasiyadır. MMN nəzəri bütövlüyü, tərəfdarlarının siyasət tövsiyələrinin əhəmiyyəti və ortodoksal makroiqtisadiyotdan nə dərəcədə uzaqlaşdığı barədə fəal dialoqla müzakirə olunur . == Prinsipləri == MMN-nin əsas prinsipləri, öz kağız pullarını verən bir hökumətin: Mallar, xidmətlər və maliyyə aktivlərini vergi şəklində pul toplamağa və ya belə satınalmalardan əvvəl borc verməyə ehtiyac olmadan ödəyə bilər; Öz valyutasında göstərilən borcunu ödəmək məcburiyyətində qala bilməz; Yalnız inflyasiya yolu ilə pulun yaradılması və alınmasında məhdudlaşır ki, bu da iqtisadiyyatın real resurslarından (əmək, kapital və təbii ehtiyatlar) tam məşğulluq şəraitində istifadə edildikdə sürətlənir; Artıq pulu dövriyyədən kənarlaşdıran vergi ilə tələb inflyasiyasına nəzarət edə bilər (buna baxmayaraq siyasi iradə həmişə olmaya bilər); İstiqraz buraxaraq cüzi qənaət üçün özəl sektorla rəqabət etmir.Bu prinsiplər dövlət xərclərinin vergi və borc verilməsi yolu ilə maliyyələşdirildiyi barədə ümumi qəbul edilmiş iqtisadi baxışa meydan oxuyur. MMN-nin ilk dörd prinsipi pul yaratma və inflyasiyanın necə işlədiyinə dair ənənəvi iqtisadi konsepsiyalarla ziddiyyət təşkil etmir. Məsələn, keçmiş Federal Rezerv Başçısı Alan Greenspan'ın dediyi kimi, “Amerika hər hansı bir borcu ödəyə bilər, çünki bunu etmək üçün hər zaman pul yazdıra bilərik. Beləliklə, defolt ehtimalı sıfıra bərabərdir ”.
Müasir Müsavat Partiyası
Müasir Müsavat Partiyası — Azərbaycanda mərkəz sol siyasi partiya. == Seçkilərdə == === Bələdiyyə seçkiləri === == Partiya qərargahı == 20 otaqlı qərargah bir müddət əvvəl Müasir Müsavat Partiyasının əlindən alındı. Əvəzində partiyaya Azadlıq prospekti, 189 ünvanında yerləşən binada qərargah verildi. Əvvəlki ilə müqayisədə geri qalsa da, qərargahı normal hesab etmək olar.
Müasir Qatar Muzeyi
Müasir Qatar Muzeyi — Arubanın San Nikolaas şəhərciyində yerləşən muzeydir. Muzey 1875-ci ildən bu günümüzə qədər adadakı qatarların hərəkətinin tarixini turistlərə nümayiş etdirir.
Müasir İncəsənət Mərkəzi
Müasir İncəsənət Mərkəzi (ing. Centre for Contemporary Arts, qısa olaraq CCA) — Şotlandiyanın Qlazqo şəhərində yerləşən incəsənət mərkəzi. Muzeyin illik proqramına sərgilər, film, musiqi, ədəbiyyat, festivallar və performanslar daxildir.
Rokkonun müasir həyatı
"Rokkonun müasir həyatı" (ing. "Rocko's Modern Life") — ABŞ-də 1993-cü ildə Co Mürrey tərəfindən yaradılmış cizgi serial. 1996-cı ildə cizgi serial bağlanmışdır. Cizgi serial komediya janrındadır. "No Pain, No Gain" cizgi serialın ilk seriyasıdır. == Məzmun == Cizgi serialın baş qəhrəmanı kenquru Rokkodur. Cizgi serialda onun və dostlarının həyatı göstərilir. Onun ən yaxın dostları öküz Heffer, tısbağa Filbert və onun iti Spankidir. Rokkonun digər dostları da vardır. == Cizgi serialın personajlarını səsləndirənlər == == Maraqlı faktlar == "Rokkonun müasir həyatı" cizgi filminin rejissoru, prodüser olan Stiven Hillenberq sonradan SpongeBob SquarePants cizgi serialını yaratdı.
Muddəssir
74-cü surə
Musasir
Musasir — Urartu və Assur mixi yazılarında tez-tez adı xatırlanan müqəddəs bir şəhərdir. Urartu dövründə Haldi məbədi, İspuini və Menuanın ortaq krallıqları dövründə inşa edilmişdir. Assur kralı II Sarqon e.ə.714-cü ildə Xaldi məbədini ələ keçirmiş və qənimətlərin siyahısını tutmuşdu. Bu siyahıya görə ən gözəl əsərlərdən biri, Urartu kralı İşpuininin oğlu Sardurinin heykəli, məbədə hədiyyə edilmiş bir buğa və buzov heykəlidir. Aşşur şəhəri Dur Sarqonda tapılmış bir qabartmada, Musasir şəhəri və Haldi məbədi detalları ilə təsvir edilmişdir. XIX əsrdə Flandin, indi harada olduğu bilinməyən bu məşhur qabartma şəkilininin sürətini köçürmüşdür.Qabartmada məbəd və yanındakı çoxmərtəbəli strukturların bəzisi üçbucaq bəzisi isə dördbucaqlı şəkildədir. Evlər yastı damlı göstərilmişdir.
Mübaşir
Mübaşir — İranda vergi və mükəlləfiyyətləri toplayan xan müvəkkili. == Tarix == Mübaşirlər Osmanlı imperiyasında və Türkiyə dövlətində hüquqi vəzifə yerinə yetirirdilər.
"YARAT" Müasir İncəsənət Məkanı
YARAT Müasir İncəsənət Mərkəzi və ya qısaca YARAT — 2011-ci ildə Aida Mahmudova tərəfindən təsis edilmişdir. YARAT öz fəaliyyətini daimi sərgi, təhsil tədbirləri və festival proqramları vasitəsilə həyata keçirir. Təşkilatın binası yeni Dənizkənarı Bulvarda, Dövlət Bayrağı Meydanının yaxınlığında yerləşir. == Bina == YARAT Müasir İncəsənət Mərkəzi Sovet dövründə Hərbi Dəniz Qüvvələrinin binası olmuş və 1960-cı illərdə hərbi gəmilərə texniki xidmət bazası rolunu oynayan Xəzər dənizinə açılan binada yerləşir. Binanın təyinatının dəyişməsi nəticəsində iki mərtəbəni əhatə edən, 2000 m² sahəsi olan sərgi məkanı yaradılmışdır. Binada aparıcı beynəlxalq rəssamların müvəqqəti sərgiləri, yeni yaranan istiqamətlər, eləcə də YARAT Kolleksiyasının sərgi ekspozisiyaları və kitabxana təqdim olunur. Rəsmi olaraq 24 mart 2015-ci il tarixində təşkilat bu binaya köçüb. == Struktur == YARAT təşkilatının tərkibinə YARAT Müasir İncəsənət Mərkəzi, XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi və ARTIM Layihə Məkanı daxildir. XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, milli muzeylər və qalereyalar kolleksiyalarından götürülmüş əsərlərdən sərgilər təqdim edərək, ekspozisiyanın ictimai-maarifləndirici proqramlarını həyata keçirir. Həmçinin muzey tədris müəssisələri ilə sıx əməkdaşlıq quraraq, şagird və tələbələr üçün interaktiv ekskursiyalar təşkil edir, onlara incəsənəti dərk etməyi və interpretasiya etməyi öyrədir.ARTIM Layihə Məkanı 2015-ci ilin oktyabrında, Bakıda, qədim İçərişəhərdə təsis edilib.
Bakı Müasir İncəsənət Muzeyi
Bakı Müasir İncəsənət Muzeyi — Bakıda fəaliyyət göstərən muzey. Muzeyin açılışı 2009-cu il mart ayının 20-də olmuşdur. Muzeydə əsasən avanqard tərzdə işləyən azərbaycanlı rəssam və heykəltəraşların, o cümlədən Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdurrəhmanovun əsərləri toplanmışdır. Muzeyin dizaynının ideya müəllifi rəssam Altay Sadıqzadədir. Muzeydə uşaq incəsənəti zalı, kitabxana, həmçinin, restoran, videozal və art-kafe vardır. Muzeyin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və UNESCO-nun Baş katibi Koişiro Matsuura iştirak etmişlər.
Barselona Müasir İncəsənət Muzeyi
Barselona Müasir İncəsənət Muzeyi (kat. Museu d'Art Contemporani de Barcelona) — Kataloniyanın paytaxtında bədii muzey. == Tarixi == Kataloniyanın paytaxtı Barselonada Müasir İncəsənət Muzeyinin arxitektor Riçard Meyerin layihəsi əsasında tikilmiş binası 1995-ci il 28 noyabrda istifadəyə verilmişdir. Muzeyin kolleksiyasında XX əsrin ikinci yarısına aid incəsənət əsərləri, həmçinin müasir rəssamların əsərləri üstünlük təşkil edir. Muzeyin eksponatları hər 3-4 aydan bir dəyişdirilir. == Ədəbiyyat == Meier, Richard. Richard Meier, Barcelona Museum of Contemporary Art. New York: Monacelli, 1997. Massot, Josep. "MACBA: Barcelona abre su museo mas contemporaneo." La Vanguardia Magazine, November 12, 1995, 34-51.
Belqrad Müasir İncəsənət Muzeyi
Belqrad Müasir İncəsənət Muzeyi (serb. Музеј савремене уметности) — XX əsrin əvvəllərindən Yuqoslaviya və Serbiya təsviri incəsənətinə, heykəltaraşlığına və qrafikaya aid sənət əsərlərinin toplandığı və nümayiş etdirildiyi muzey. Sava çayının Dunay çayına töküldüyü yerdə yerləşir. Muzeyin binası kristal formasındadır. == Tarixi == Muzey 1958-ci ildə təşkil olunmuşdur. Muzeyin layihəsi arxitektorlar İvan Antiç və ivanka Raspopoviç tərəfindən işlənilmiş və 1960-cı ildə həyata keçirilmişdir. Muzeyin daxili quruluşu ilə bağlı təşkilatı məsələlərin müzakirəsi və yekun qərarın qəbul edilməsi 1965-ci ilədək davam etmişdir. Elə həmin il müvəqqəti qalereya şurası muzeyin Müasir İncəsənət Muzeyi adlandırılması barədə qərar qəbul edildi . Muzeydə Qərb incəsənətini təmsil edən sənət nümunələri (Məsələn, Endi Uorxolun, Joan Mironun rəsm əsərləri) də nümayiş etdirilir. Hazırda muzeydə 35 minə yaxın eksponat saxlanılır.
Bizim Müasir Qadınlar (1976)
Bizim müasir qadınlar qısametrajlı sənədli televiziya filmi rejissor Ramiz Həsənoğlu tərəfindən 1976-cı ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Film Azərbaycan qadınlarına həsr olunmuşdur. == Məzmun == Film Azərbaycan qadınlarına həsr olunmuşdur. Serebrovski Adına NQÇİ-nin operatoru Sara Vəzirova, elektromontajçı Pakizə Qasımova, Sosialist Əməyi Qəhrəmanı, pambıqçı Sürəyya Kərimova, Sosialist Əməyi Qəhrəmanı, tütünçü Zalxa Həsənova, gəncəli toxucu Rimma Quliyeva, heykəltaraş Elmira Hüseynova, şair Nigar Rəfibəyli, təyyarəçi Züleyxa Seyidməmmədova, pedaqoq, xoreoqrafiya məktəbinin müəlliməsi Mərziyə İbrahimova filmin qəhrəmanlarıdırlar. Burada söhbət heykəltaraş Elmira Hüseynovanın adından aparılır.
Cobra müasir incəsənət muzeyi
Cobra Müasir İncəsənət Muzeyi (Niderland dilində:Cobra Museum voor Moderne Kunst Amstelveen) — Niderlandın paytaxtı Amsterdam şəhərində bədii muzey. Muzey Sandberqpleyn 1 ünvanında yerləşir. Muzeyin daimi eksponatları siyahısına "KoBrA" qrupuna daxil olan müasir Niderland rəssamlarının əsərləri daxildir. Muzeyin kolleksiyasına Kapel Appelin, Gilom Kornelis van Beverloo və Yan Sirxeysin rəsm əsərləri də nümayiş etdirilir. Muzeyin həyətində 1995-ci ildə Şinkit Tadziri tərəfindən yapon bağı yaradılmışdır. Muzeydə, həmçinin vaxtaşırı xarici avanqardist rəssamların əsərlərindən ibarət sərgilər də təşkil olunur. Muzeyin binası arxitektor Vim Kvist tərəfindən layihələnmişdir. Muzey öz fəaliyyətinə 8 noyabr 1995-ci ildə başlamışdır. Muzeyin açılışı 1948-ci il 8 noyabrda "KoBrA" qrupunun əsasının qoyulmasının ildönümünə təsadüf etmişdir. Hər iki ildən bir Niderland avanqardist rəssamlarının təltif olunması üçün 10 000 evro məbləğində mükafat təqdim olunur.
Messi
Lionel Andres Messi (24 iyun 1987[…], Rosario, Argentina) — Argentina futbolçusu. Argentina milli futbol komandasının heyətində çıxış edir. 2004–2021-ci illərdə İspaniyanın "Barselona" klubunda çıxış etmişdir. Hücumçu və hücumameyilli yarımmüdafiəçi mövqelərində oynayır. Messi hələ 21 yaşında olarkən 2009-cu ildə özünün ilk Qızıl topunu və FİFA Dünyada İlin Oyunçusu mükafatlarını qazanıb. Növbəti 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə də Messi FİFA Qızıl Top mükafatını qazanıb. Messi həmçinin 2010–11 mövsümündə UEFA Avropada Ən Yaxşı Oyunçu mükafatını əldə edib. 24 yaşında Messi "Barselona"nın indiyə qədər bütün turnirlərdə ən çox qol vuran oyunçusu olub.25 yaşında La Liqa oyunlarında 200 qol həddini keçən ən gənc oyunçu olub. Dünyada Cristano Ronaldo ilə birlikdə ən yaxşı oyunçu hesab edilən və futbolçular, məşqçilər və şərhçilər tərəfindən futbol tarixinin ən yaxşı oyunçularından biri kimi qiymətləndirilən Messi Qızıl top mükafatını altı dəfə qazanan ilk və hələlik yeganə futbolçudur, həmçinin Messi Avropada qızıl buts mükafatını 6 dəfə əldə edən ilk futbolçudur. Messi "Barselona"nın heyətində on dəfə İspaniya La Liqasının, altı dəfə İspaniya Kral Kubokunun, beş dəfə İspaniya Superkubokunun, dörd dəfə UEFA Çempionlar Liqasının, üç dəfə UEFA Super Kubokunun və iki dəfə FİFA Klublararası Dünya Kubokunun qalibi olub.
Müşir
Müşir (Osmanlı dili: مشير), Osmanlı imperiyasının son dövrü ilə Türkiyə Respublikasının ilk illərində istifadə edilən, müasir rütbələr arasında ən yüksək hərbi rütbə olan marşal hərbi rütbəsinə bərabərdir. == Tarixçəsi == 1826-cı ildə Yeniçəri Ocağı ləğv edildikdən sonra hərbi rütbə oldu. Məlum olan ilk müşir Əhməd Fevzi Paşa 25 iyun 1832-ci ildə Mabeyn Müşaviri rütbəsini almışdır. 1833-cü ildə kürəkən gürcü Xəlil Rüfət Paşa ilk Topxana müşiri olmuşdur. Tənzimat islahatları dövründən İlk Konstitusiya Dövrünə qədər Osmanlı ordusunda müşirlərin sayı 19-u keçmədi. II Əbdülhəmidin dövründə 24-ə yüksəldi, sonra İttihad və Tərəqqi tərəfindən həyata keçirilmiş hərbi tənzimləmə və ləğv etmələr nəticəsində yeddiyə endirilmişdir. Birinci Dünya müharibəsi başlayanda Osmanlı ordusunda ümumiyyətlə müşir yox idi.
Messier 100
NGC 4321, Yeni Baş Kataloqda qeydə alınmış qalaktikadır. Göy üzündə Veronikanın Saçları bürcü istiqamətində yerləşir. SBbc tipli qalaktikadır. Fransız astronomu Pierre Mechain tərəfindən 1781-ci ildə 7.62 sm (3 düymə) ölçülü refraktor vasitəsilə kəşf edilmişdir.
Messier 51
Messier 51 (M51, NGC 5194/95), Yeni Baş Kataloqda qeydə alınmış qalaktikadır. 30 milyon işıq ili uzaqlıqdadır və göy üzündə Tazılar bürcü istiqamətində yerləşir. Sbc tipli qalaktikadır. Fransız astronomu Çarlz Messier tərəfindən 1773-cü ildə 8.38 sm (3.3 düymə) ölçülü refraktor vasitəsilə kəşf edilmişdir.
Messier 88
NGC 4501, Yeni Baş Kataloqda qeydə alınmış qalaktikadır. Göy üzündə Veronikanın Saçları bürcü istiqamətində yerləşir. Sb tipli qalaktikadır. Fransız astronomu Çarlz Messier tərəfindən 1781-ci ildə 8.38 sm (3.3 düymə) ölçülü refraktor vasitəsilə kəşf edilmişdir.
Messier cisimləri
Messier cisimləri — Çarlz Messierin orjinalı 1771-ci ildə yayımlanan, Dumanlıq və ulduz qrupları (Catalogue des Nébuleuses et des Amas d'Étoiles") kataloqundakı səma cisimləridir. Bu kataloqun hazırlanma məqsədi, özü kimi kometa həvəskarlarına və digər astronavtlara, dəyişməyən göy cisimləri ilə hərəkətli göy cisimlərinin ayırd edilə bilməsinə kömək etməkdir. Bu katoloq, M1 olaraq adlandırılmış Xərçəng dumanlığından, Andromedanın yanındakı kiçik eliptik bir qalaktika olan M110-a qədər astronomik olaraq ən önəmli göy cismlərini ehtiva etməkdədir.
Muddəssir Surəsi
74-cü surə
Çarlz Messier
Şarl Messye (fr. Charles Messier; 26 iyun 1730[…] – 12 aprel 1817[…], Paris) — fransız astronom. 1774-cü ildə dumanlıqlar və ulduz topaları kimi 45 dərin kosmos cismindən ibarət olan bir kataloq dərc elədi. Bu kataloqun hazırlanma məqsədi, özü kimi kometa həvəskarlarına və digər göyüzü müşahidəçilərinə, dəyişməyən göy cisimləri ilə hərəkətli göy cisimlərinin ayırd edilə bilinməsinə köməklik etməkdi. 1781-ci ildə 110, "Messier cisimlərini" əhatə edəcək formada genişləndirildi. M1-dən M110-a qədər bu cismlər, günümüzdə hələdə yüksək nisbətdə istifadə edilməkdədir. Bu katoloq, M1 olaraq adlandırılmış Xərçəng dumanlığından, Andromedanın yanındakı kiçik eliptik bir qalaktika olan M110-a qədər astronomik olaraq ən önəmli göy cismlərini ehtiva etməkdədir. Messier marafonlarında həvəskar kosmonavtlar, çoxluqla şərtlərin daha uyğun olduğu mart ayında, bu 110 göy cismini günbatışından gündoğuşuna qədər keçən bir gecə içərisində müşahidə etməyə çalışarlar. Aydakı Messier krateri və 7359 Messier meteoru, onun şərəfinə adlandırılmışdır.
Əl-Muəxxir
Əl-Muəxxir (ər. المؤخّر) — Allahın adlarından biri.
Adilbek Mussin
Adilbek Mussin (4 oktyabr 1999) — Qazaxıstanlı üzgüçü. Adilbek Mussin Qazaxıstanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Adilbek Mussin birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 24.13 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 31-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Messin boğazı
Messin boğazı (it. Stretto di Messina, sic. strittu di Missina) — Siciliya adasını Kalabriinin cənub sahilindən ayırır. Ən dar yerdə eni 3,1 km, enli yerdə isə 16 km təşkil edir. Boğazın Sicilya sahillərində Villa-San Covanni, Kalabrii sahillərində isə Redjo-di-Kalabrii şəhəri yerləşir. 1957-ci ildə boğaz üzərindən yüksək gərginlikli elektrik xətti çəkilir və bu dünyada ən hündür xətt olur. Sonradan xətt sualtı xətt ilə əvəzlənir.