Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mühəddis
Mühəddis — Rəvayət və dirayət baxımından ravinin və mərvinin (rəvayət olunan şey) hallarını bilən və hədisi sənədi ilə rəvayət edən şəxsdir. "Müsnəd"dən yüksək, "hafiz"dən aşağı dərəcədir.
Müsəddiq
Məhəmməd Müsəddiq (fars. محمد مصدق‎, 16 iyun 1882, Tehran, Qacar dövləti – 5 mart 1967 və ya 4 mart 1967, Əhmədabad[d], Pəhləvilər İranı[d]) — 28 aprel 1951 – 19 avqust 1953-cü illərdə İranın baş naziri. Məhəmməd Müsəddiq 16 iyun 1882–ci ildə Tehran şəhərində anadan olmuşdur. Atası Mirzə Hidayətulla xan Aştiyani (?-1892), anası Şahzadə Malikə Tac Xanım Qacar (1858-1933) idi. Şahzadə Malikə Tac Xanım Qacar Müzəffərəddin Şah Qacarın (25 mart 1853 - 7 yanvar 1907) kiçik bacısı olmuşdur. Məhəmməd Müsəddiq ali təhsilini hüquq ixtisası üzrə almış, daha sonra İsveçrədə Lozanna Universitetini bitirərək hüquq üzrə doktorluq dərəcəsi almışdır. Məhəmməd Müsəddiq Müzəffərəddin Şah Qacarın böyük qızı Zəhra Xanım Qacarla (1879-1965) evlənmiş və onların 5 övladı olmuşdur; oğulları - Əhməd, Qulam Hüseyn və qızları – Mənsurə, Ziya Əşrəf və Xədicə Xanım. 20-ci illərin əvvəllərində İngiltərə ilə yaxınlaşan İran ölkədəki neftin çıxarılmasında İngiltərəyə böyük imtiyazlar verdi. 1909-cu ildə yaradılan İngilis şirkəti "Anqlo Persian Oil Company" İran neftini işlətməyə başladı. Şirkət qurulduğu gündən İrandan böyük qazanclar əldə etdi.
Məmmədəli Müsəddiq
Məmmədəli Müsəddiq Hüseyn oğlu (21 mart 1922-?) — tanınmış şərqşünas, tarixçi və filoloq. Məmmədəli Hüseyn oğlu Müsəddiq 1922-ci il mart ayının 21-də Cənubi Azərbaycanın Gərmərud mahalının Yengicə kəndində (Bərvana Yenkicəsi) anadan olmuşdur. Ailənin üçüncü övladı olan Məmmədəli hələ kiçik yaşlarından öz ətrafına böyük marağı ilə qardaşlarından fərqlənirdi. Böyük qardaşı Həsənin faciəli şəkildə dünyasını dəyişməsi ailəyə ağır təsir göstərdi. Onların ikinci övladları Zülfüqar da daha çox İranın başqa yerlərində işlədiyindən evdə çox vaxt olmadığı üçün ata-ana bütün mehrini balaca Məmmədəliyə saldı. Bu elə bir vaxta təsadüf edirdi ki, atası Hacı Hüseyn Cənubi Azərbaycanın böyük, yorulmaz mübarizlərindən olan Ş. M. Xiyabaninin sədaqətli silahdaşlarından idi. Böyük təcrübəyə, möhkəm iradəyə malik olan Ş. M. Xiyabani 1917–1920-ci illər hərəkatına qədər 1905–1914-cü illərdə böyük mübarizə məktəbi keçmiş və 1917–1920-ci illərdə həmin mübarizəni davam etdirərək şah üsul-idarəsinə qarşı böyük bir qəhrəmanlıq hərəkatına rəhbərlik etmişdir. Şeyxi digər rəhbərlərdən fərqləndirən bir sıra cəhətlər var idi ki, bu barədə M. C. Pişəvəri yazırdı: "Rəşidlik nəzəri ilə baxsaq, Səttarxan qəhrəman imiş… Amma fikir, elm və məlumat nöqteyi-nəzərindən baxsaq, Şeyxin məqamı fövqəladə böyükdür. Səttar rəşid imiş, Şeyx o xasiyyətlərə malik olduğu halda, bir də onun alimlik məqamı var idi. Şeyx bəlkə də cəng adamı deyildi.
Sibgətulla Mücədidi
Sibgətulla Mücədidi (fars. صبغت الله مجددی‎; 21 aprel 1925, Kabil, Əfqanıstan əmirliyi – 11 fevral 2019, Kabil, Əfqanıstan İslam Respublikası[d]) — Əfqanıstan İslam Dövlətinin 2 aylıq prezidenti (28 aprel, 1992-28 iyun, 1992), məşhur əfqan siyasətçi.
Sücəddin Abdullayev
Abdullayev Sücəddin Mustafa oğlu (20 dekabr 1949, Nərimankənd, Gədəbəy rayonu – 21 oktyabr 2018, Bakı) — Azərbaycan Respublikasının keçmiş Mənzil-Kommunal Təssərrüfat naziri, ictimai-siyasi xadim. Sücəddin Abdullayev 1949-cu ilin 20 dekabr tarixində Gədəbəy rayonunun Nərimankənd kəndində anadan olub.1967-ci ildə kənd məktəbini qurtardıqdan sonra M. F. Axundov adına Azərbaycan Dillər İnstitutun rus dili və ədəbiyyat fakültəsinə daxil olub.1967-ci ildən 1972-ci ilə qədər başqa -başqa yerlərdə fəhlə, tərbiyəçi vəzifələrində çalışıb.1972-ci ildə peşə məktəbində komsomol komitəsinin katibi olub.1973-cü ildə sovet ordusu sıralarında xidmət edib.1974-cü ildə texnikumda komsomol komitəsinin katibi vəzifəsində çalışıb.1975-ci ildə Lenin rayonu(indiki Sabunçu)komsomol komitəsində şöbə müdiri olub.1976-cı ildə partiya işinə keçdiyinə görə tutduğu vəzifədən azad olunub.1976–1990-cı illərdə Lenin rayonu partiya komitəsində instruktor, şöbə müdiri vəzifələrində çalışıb.1984-cü ildə Bakı Ali partiya məktəbini qırmızı diplomla başa vurub.1990–1991-ci illərdə Xətai rayonu İcra hakimiyyətində sədr müavini vəzifəsində çalışıb.1991–1992-ci illərdə icra başçısının mənzil məsələləri üzrə müavini olub.1992–1993-cü ilədək Azərbaycan Respublikası Mənzil-Kommunal Təssərrüfat naziri vəzifəsinə təyin edilib.1993–1999-cu ilədək Mənzil-Kommunal Təssərrüfatı Komitəsinin sədri vəzifəsində çalışıb. 2018-ci ilin oktaybr ayının 21-ində uzun sürən xəstəlikdən sonra vəfat edib.
Dr. Musəddiq
Məhəmməd Müsəddiq (fars. محمد مصدق‎, 16 iyun 1882, Tehran, Qacar dövləti – 5 mart 1967 və ya 4 mart 1967, Əhmədabad[d], Pəhləvilər İranı[d]) — 28 aprel 1951 – 19 avqust 1953-cü illərdə İranın baş naziri. == Həyatı == Məhəmməd Müsəddiq 16 iyun 1882–ci ildə Tehran şəhərində anadan olmuşdur. Atası Mirzə Hidayətulla xan Aştiyani (?-1892), anası Şahzadə Malikə Tac Xanım Qacar (1858-1933) idi. Şahzadə Malikə Tac Xanım Qacar Müzəffərəddin Şah Qacarın (25 mart 1853 - 7 yanvar 1907) kiçik bacısı olmuşdur. Məhəmməd Müsəddiq ali təhsilini hüquq ixtisası üzrə almış, daha sonra İsveçrədə Lozanna Universitetini bitirərək hüquq üzrə doktorluq dərəcəsi almışdır. Məhəmməd Müsəddiq Müzəffərəddin Şah Qacarın böyük qızı Zəhra Xanım Qacarla (1879-1965) evlənmiş və onların 5 övladı olmuşdur; oğulları - Əhməd, Qulam Hüseyn və qızları – Mənsurə, Ziya Əşrəf və Xədicə Xanım. == Siyasi fəaliyyəti == 20-ci illərin əvvəllərində İngiltərə ilə yaxınlaşan İran ölkədəki neftin çıxarılmasında İngiltərəyə böyük imtiyazlar verdi. 1909-cu ildə yaradılan İngilis şirkəti "Anqlo Persian Oil Company" İran neftini işlətməyə başladı. Şirkət qurulduğu gündən İrandan böyük qazanclar əldə etdi.
Məhəmməd Musəddiq
Məhəmməd Müsəddiq (fars. محمد مصدق‎, 16 iyun 1882, Tehran, Qacar dövləti – 5 mart 1967 və ya 4 mart 1967, Əhmədabad[d], Pəhləvilər İranı[d]) — 28 aprel 1951 – 19 avqust 1953-cü illərdə İranın baş naziri. Məhəmməd Müsəddiq 16 iyun 1882–ci ildə Tehran şəhərində anadan olmuşdur. Atası Mirzə Hidayətulla xan Aştiyani (?-1892), anası Şahzadə Malikə Tac Xanım Qacar (1858-1933) idi. Şahzadə Malikə Tac Xanım Qacar Müzəffərəddin Şah Qacarın (25 mart 1853 - 7 yanvar 1907) kiçik bacısı olmuşdur. Məhəmməd Müsəddiq ali təhsilini hüquq ixtisası üzrə almış, daha sonra İsveçrədə Lozanna Universitetini bitirərək hüquq üzrə doktorluq dərəcəsi almışdır. Məhəmməd Müsəddiq Müzəffərəddin Şah Qacarın böyük qızı Zəhra Xanım Qacarla (1879-1965) evlənmiş və onların 5 övladı olmuşdur; oğulları - Əhməd, Qulam Hüseyn və qızları – Mənsurə, Ziya Əşrəf və Xədicə Xanım. 20-ci illərin əvvəllərində İngiltərə ilə yaxınlaşan İran ölkədəki neftin çıxarılmasında İngiltərəyə böyük imtiyazlar verdi. 1909-cu ildə yaradılan İngilis şirkəti "Anqlo Persian Oil Company" İran neftini işlətməyə başladı. Şirkət qurulduğu gündən İrandan böyük qazanclar əldə etdi.
Sucəddim ayini
Sucəddim ayini (az-əbcəd. سو جدیم آیینی‎) — Azərbaycanın bir çox yerində və Ermənistan azərbaycanlıları arasında yayılmış adət. Bu ayində insanlar bir-birinə su atır və ya insanlar suya atılır. Yaz ayında keçirilir. Sucəddim "su" və "cəddim-baba" sözlərindən yaranmış mürəkkəb sözdür. Sucəddim (Subaba) mürəkkəb sözünün özündə də suya inamın izi var. Elə buna görə də mərasim "Sucəddim" adlanmışdır. Türk xalqlarında müqəddəslərə, məbudlara arabir baba da deyirlər. 1623-cü ildə Səfəviləri ziyarət edən rus taciri 15 avqust tarixində Səfəvi sarayında Şah I Abbasın iştirakı ilə insanların bir-birinə necə su atdığını təsvir edir. Sucəddim ayini, yəni insanların bir-birini sulaması və ya suya atması Azərbaycanın bir çox yerində və Ermənistan azərbaycanlıları arasında ən son dövrlərə qədər davam etmişdir.
Sucəddin Mirzəyev
Mirzəyev Sucəddin Qiyas oğlu — azərbaycanlı aktyor. Sucəddin Mirzəyev 9 iyun 1956-cı ildə Masallı rayonunun İkinci Yeddioymaq kəndində anadan olmuşdur. İlk təhsilini II Yeddioymaq kəndində , hazırda T. Bayraməlibəyov adını daşıyan orta məktəbdə almışdır . 1973-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olmuş və 1977-ci ildə oranı bitirmişdir. Həmin ildən N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışmağa başlamışdır. Ailəlidir, bir oğlu, bir qızı, 4 nəvəsi var. Teatr tamaşaları şəkilləri 25 iyun 2013-cü ildə prezident İlham Əliyevin fərmanı ilə əməkdar artist fəxri adına layiq görülmüşdür. 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. Əziz Nesin "Üç yeriyən bədbəxlik" -- Fağır Ə. Nesin "İntihar" — Müştaq bəy Eldar İskəndərzadə "Qalxın, məhkəmə gəlir" --Mətin Xədicə Murad " Artan dovlətinin hekayəti" -- Elgüc Şıxəli Qurbanov "Özümüz bilərik" - Mİriş Süleyman Rüstəm "Durna" - Murad Əbdürrəhimbəy Haqverdiyev "Xortdanın cəhənnəm məktubları" - Hacı Kamyab Fikrət Qoca "Məhkumlar" - Babək Kamran Nəzirli "Şeytan işığı" - Con Şonvis Moris Meterlinq "Korlar" II kor Ramiz Xəlilzadə "Zulus həmayili" --Tennis Rensburq Aleksandr Çxaidze "Çinari manifesti" Qoqi Georgi Xuqayev "Andro ve Sandro" - Dudar Salam Qədirzadə "Şirinbala bal yığır" --Ağaəmi Mar Bayciyev "Toy şənbə günüdür" - Boruş Monkoloyev Qoqol "Müfəttiş" -- Osip Əhmədxan Abubakar "Dulusçu haqqında dastan" -- dilənçi Şiller _ Qaçaqlar -- Şveytser S. Mixalkov "Bahalı oğlan" — Jora Timoxin H. Abbaszadə "General" — Həzi Aslanov H. İbsen "Kuklalar" — Doktor Rank L. Korsunski "Fırıldaqçı" — Ata N. Vəzirov "Hacı Qənbər" -Əşrəf bəy Anar "Şəhərin yay günləri" — Namiq C. Cabbarlı "Sevil" — Balaş N. Nərimanov "Nadir şah" — Şah Təhmas Ə. Haqverdiyev "Bəxtsiz cavan" — Fərhad S. Vurğun "Vaqif" — Əli bəy E. L. Voyniç "Ovod" — Ovod H. Mirələmov "Vicdanın hökmü" — Rəhim H. Mirələmov "Pənah xan Cavanşir" — Allahqulu H. Mirələmov "Ləyaqət" — Kolya X. Murad "Ucalıq" — Mayor İlyas Əfəndiyev "Büllur sarayda" — Bayandur A. Zeynalov "Zəncirlənmiş toy busat" — Şah H. Allahyarov "Bir ovuc torpaq" — Azad Y. Əzimzadə "Nəsrəddin" — Nəsrəddin Sofokl "Şah Edip" — Edip Elçin "Mənim sevimli dəlim" — Ədəbi işçi V. Səmədoğlu "Mamoy kişinin yuxuları" — Fərhad müəllim M. Xubai "Şeytanın oyunları" — Britannik və sair. Qriqori Qorin "Herostratı unudun" — Herostrat Əli Vəlioglu "Əsrlərin harayı" — Harpaq C. Cabbarlı "Vəfalı Səriyyə" — Səfər M.F. Axundzadə "Hacı Qara" — Hacı Qara M.F. Axundzadə "Hekayəti-xırs-quldurbasan" -- Oruc M. F. Axundzadə "Hekayəti-vəziri-xani-Lənkəran" -Teymur aga Əli Fəhmi "Qanlı namə" — Mürşüdqulu xan Visnevski "Nikbin faciə" — Odessalı Beyzai "İlan sultan" — salnaməçi K. Abdulla "Casus" — Qazan xan M. Əliyev "Prokuror" — Səlimxan Q. Nəcəfzadə "İki 23 arasında" ( 2023) Sücəddin Mirzəyevin oynadığı Ü. Hacıbəyovun "Olanlardan-keçənlərdən" və C. Məmmədquluzadənin "Ölülər" tamaşaları Azərbaycan Dövlət Televiziyasında "Qızıl fond"da saxlanılır.