Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məhəmmədrəhim Mütəqqi İrəvani
Məhəmmədrəhim Mütəqqi İrəvani — İranlı sərmayədar, sahibkar və İranın Milli Ayaqqabı Fabrikasının qurucusu. Atası Mirzə Məhəmmədkazım Mütəqqi İrəvani, Şirazın məşhur tacirlərindən idi. O, 2006-cı ilin mart ayında Londonda vəfat edib.
Mühəqqiq İrəvani
Şeyx Əbdülkərim İrəvani (?-1858) — İslam alimi, müctəhid. Ayətullah Şeyx Əbdül-Kərim İrəvani XVIII əsrin axırlarında yaşayıb-yaratmış zahid və fəzilətli şiə müctəhidi və fəqihlərindən biridir. Alimin fəzilətindən və zöhdündən təkcə onu demək kifayətdir ki, o Kərbəla və Nəcəfi-Əşrəfdə mərcəiyyət məqamını qoyub İranın Qəzvin şəhərinə köçür, pərhizkarlıqla, dinə xidmətlə məşğul olur. O, XVIII əsrin axırlarında İrəvan şəhərində dünyaya göz açmış ərəb və fars dillərinin müqəddimatını, fiqhi və üsul bəhslərini orta səviyyədə əvvəlcə İrəvanda sonra isə Ərdəbil şəhərində oxumuşdur. daha sonra elmi və mənəvi cəhətdən kamala çatmaq üçün Kərbəlaya köçür və orada "Riyaziül-məsail" kitabının müəllifi Seyid Əli Təbatəbainin fiqh dərslərində iştirak edir. Fitri istedadına və elmi məharətinə görə bu ustadın seçilmiş şagirdlərindən hesab olunur və çox çəkmir ki, ictihad məqamına çatır. Alim özü buyurur: "Biz üç nəfər Seyyid Əli Təbətəbainin dərsində iştirak edirdik. Tələbələrin hamısından qabaqda biz idik. Biz üç nəfər mən, Mərhum Molla Şərifül-Üləma Mazandarani və Molla Əhməd Türk birlikdə bəhs edirdik." Hətta "Qisəsül-üləma"-nın müəllifinin nəql etdiyinə körə, İrəvani elmdə və bilikdə, zəmanəsinin ən elmli müctehidlərindən biri olan Şərifül-Üləmadan da üstün olub. Təəssüflər olsun ki, alimin həyatı haqqında "Rical" kitablarında bir şey yazılmayıb.
Mühəqqiq Kərəki
Mühəqqiq Kərəki Əli bin Əbdül-Əli (1461, Cəbəl Amil və ya Livan – 29 iyun 1534, Nəcəf) — Cəbəl Amilindən köçüb əvvəlcə İraqa, sonra isə İrana gəlmişdir. Səfəvi dövrünün alimlərindəndir. On iki imamçılığı təbliğ etmək üçün Şah İsmayıl Səfəvinin dəvətindən sonra İrana gəlmişdir. Şah Təhmasb onu dövlətin həqiqi sahibi İmam Zamanın ümumi naibi adlandırmış və ona görə də əsl səlahiyyəti o öz üzərinə götürmüşdü. O, xalis müctəhid və prinsipial şəxs olmuşdur. Mühəqqiq Kərəki (Livanda) Cəbəl Amülün Nuh Kərək kəndində anadan olub. Mühəqqiq Kərki (1464–1533) öz vətənində Məhəmməd bin Məhəmməd bin Xatun, Şəmsuddin Məhəmməd Cəzini, Şəmsəddin Məhəmməd Əhməd Səhyoni və Əli bin Hilal Cəzayiridən təhsil alıb. Sonra Misirə gedib və hicri qəməri tarixi ilə 909-cu ildən sonra İraqa hicrət edib və hicri qəməri tarixi ilə 916-cı ildə İrana hicrət edib. Mühəqqiq Kərəki Səfəvi dövlətinin əvvəlində Baş qazi vəzifəsində çalışmışdır. Mühəqqiq Kərəki yazır: "Hədis Qurandan, mütəvatir sünnədən və ya icmadan olan qəti dəlilə zidd olarsa, təvili və başqa açıqlaması mümkün olmadığı təqdirdə tərk edilməsi vacibdir… Hədislər bu Quranla ölçülməlidir.
Meggi Simpson
Marqaret «Meggi» Simpson (ing. Margaret «Maggie» Simpson) — Simpsonlar cizgi serialının əsas personajlarından biri.
Meggi Smit
Dama Marqaret Natali (Meggi) Smit (ing. Margaret Natalie «Maggie» Smith, 28 dekabr 1934[…], İlford[d] – 27 sentyabr 2024) — britaniyalı aktrisa. Komediya və dram filmlərində öz xasiyyətli rolları ilə tanınır. O, 70 il ərzində səhnələrdə və ekranlarda çalışıb və Britaniyanın ən tanınan və məhsuldar aktrisalarından biri olub. Yeddi dəfə "BAFTA" mükafatının, iki dəfə isə "Oskar" mükafatının (1970, 1979) qalibi. 4 dəfə "Emmi" mükafatını qazanıb (2003, 2011, 2012, 2016). Harri Potter filmlər seriyasında Minerva Makqonaqall və Daunton Abbatlığı teleserialında Vayolet Krouli rollarına görə dünyada daha çox tanınır. 27 sentyabr 2024-cü ildə vəfat edib. == Həyatı == Marqaret Natali Smit 28 dekabr 1934-cü ildə Esseksin İlford şəhərində anadan olub. Atası Nataniel Smit (1902-1991) Oksford Universitetinin professoru idi, anası Marqaret Hatton (1896-1977) Qlazqoda katibə işləyib.
Meqqi Borq
Meqqi Borq (1952, Kospikua[d], Malta – 2004) — Maltalı ictimai və ətraf mühit fəalı. Meqqi Borq 1952-ci il yanvarın 14-də Maltanın Kospikua şəhərində anadan olub. 10 uşaqlı ailənin böyük uşağı idi. Kospikuada məktəbə getdikdən sonra Qrinpisə qoşulmazdan əvvəl tur bələdçisi, mağaza işçisi və yun sviter dizayneri və istehsalçısı kimi çalışmışdır. Borq gənc yaşda evlənir, lakin evlilik tezliklə dağılır. Bir müddət Naşşaredə və Mostda yaşayır, nəhayət Zebbuqda məskunlaşır. O, təhsilini Malta Universitetində davam etdirib, 1993-cü ildə sosiologiya və ətraf mühitin öyrənilməsi üzrə magistr dərəcəsi alıb. Orta məktəb proqramı üçün ətraf mühitin öyrənilməsi kursu hazırlayır və San Anton Liseyində dərs deməyə başlayır. Onun dərsə yanaşması həm tələbələr, həm də onların valideynləri tərəfindən yüksək qiymətləndirilmişdir. Meqqi Borq görkəmli Malta ekoloqu idi.
Meqqi Kü
Marqaret Deniz Kuiqli (ing. Margaret Denise Quigley; 22 may 1979, Honolulu) — əsasən Meqqi Kü (ing. Maggie Q) ləqəbi ilə tanınan ABŞ aktrisası və fotomodeli.
Meqqi Qreys
Meqqi Qreys (ing. Maggie Grace; 21 sentyabr 1983) – amerikan aktrisası və modeli. İlk dəfə həftəlik iRachel's Room adlı proqramda tamaşaçı qarşısına çıxıb. Proqram, Sonyiə aid olan ScreenBlast adlı internet səhifəsində, 2001–2002-ci illərdə yayımlanırdı. Daha sonra 2002-ci ildə kariyersına "Murder in Greenwich" və "Shop Club" adlı filmlərde baş rol almaqla davam edib.
Meqqi Steffens
Meqqi Steffens (4 iyun 1993, San-Ramon, Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Meqqi Steffens, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu. Daha sonra Meqqi Steffens, ABŞ yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasını 12:5 hesabı ilə məğlub edən ABŞ yığması, Rio-de-Janeyro Olimpiadasının qızıl medalına sahib oldu.
Munəq (Miyanə)
Munəq (fars. مونق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 259 nəfər yaşayır (62 ailə).
Əhməd Munqi
Əhməd Munqi (1843 – 1915) — Dargin şairi, müğənni, qısa şeirlər, böyük epik və lirik mahnıların ustası. Əsərlərində XIX əsrin sonu XX əsrin əvvəllərində Dağıstan aulunun həyatının ən müxtəlif cəhətlərinə toxunulur. Bir tərəfdən zəhmətkeş xalqın istismarını artıran, digər tərəfdən xalqın etirazına səbəb olan ziddiyyətlər Əhməd Munqi şeirində öz əksini tapır. Əhməd Munqi 1843-cü ildə zərgərləri ilə məşhur olan Kubaçı kəndində (indiki Dağıstanın Dahadayev rayonunda yerləşir) anadan olub. Özü də bacarıqlı bir sənətkar olur. Əhməd uşaq ikən valideynlərini itirmiş və əmisi İbrahim tərəfindən tərbiyə olunmuşdur. Onunla birlikdə 10 yaşında ikən Təbriz şəhərinə gedir, hər 2 ildən bir Kubaçiyə qayıdır. Hələ uşaq ikən Əhməd musiqi istedadına malik olur, çuğur çalır və mahnı oxuyur. 1862-ci ildə əmisi ilə birlikdə Kubaçiyə qayıdır. Bu vaxta qədər Əhməd artıq məşhur bir müğənni kimi tanınır və onun iştirakı olmadan doğma kəndində heç bir toy keçirilmir.
Meqqi Beyrd
Meqqi Mey Beyrd (29 mart 1959, Fruta[d], Kolorado) — amerikalı aktrisa, senarist və teatr müəllimi. Beyrd Kolorado ştatında musiqi ifa edərək böyümüş, Yuta Universitetində rəqs və teatr üzrə təhsil almışdır. Məzun olduqdan sonra Nyu-Yorka köçüb və burada Brodvey teatrında tamaşalar etmişdir. Onun televiziyadakı ilk rolu 1981-ci ildə yayımlanan "Another World" sabun operasında olmuş, film debütü isə 1989-cu ildə çəkilmiş "An Innocent Man" filmində olmuşdur. Meqqi Beyrd 29 mart 1959-cu ildə Kolorado ştatının Fruta şəhərində anadan olub. Gənc yaşlarında piano və gitara çalmağı öyrənib. 1977-ci ildə məktəbi bitirmiş, bunun ardınca təhsilinə davam etmək üçün Yuta Universitetinə daxil olmuşdur. Təhsilini başa vurduqdan sonra Nyu-York şəhərinə köçərək Brodvey tamaşalarında çıxışlar etmişdir. Meqqi 1991-ci ildə Los-Ancelesə köçüb, o, "L.A. Law", "Murphy Brown", "Walker, Texas Ranger" və "Picket Fences" daxil olmaqla müxtəlif film və seriallarda çəkilmişdir. Meqqi Alyaskada çıxış edərkən tanış olduğu aktyor Patrik O'Konnell ilə 1995-ci ildə ailə həyatı qurub.
Munqi Bavendi
Munqi Bavendi (15 mart 1961, Paris) — Amerika-Tunis-Fransız kimyaçısıdır. O, hazırda Massaçusets Texnologiya İnstitutunda Lester Vulf professorudur. Bawendi yüksək keyfiyyətli kvant nöqtələrinin kimyəvi istehsalında əldə etdiyi nailiyyətlərlə tanınır. 2023-cü ildə Luis Bryus və Aleksey Yekimov ilə bərabər Kimya üzrə "Nobel" mükafatına layiq görülüb.
Mahir Əl-Muəqli
Mahir bin Həmid Əl-Muəqli (ing. Maher bin Hamad Al Mueaqly; ərəb. الشيخ ماهر بن حمد المعيقلي‎) — Məkkədəki Məscidül-Həramın imamı, məşhur Quran qiraətçisi, çox gözəl səsə və avaza sahib olan məşhur imam. == Həyatı == Şeyx Mahirin ana və atası Mədinəyə köçmüşlər və Mahir 7 yanvar 1969-cu ildə burada anadan olmuşdur. Ana babası qədim Ərəb qəbiləsindən olmuşdur. Anası isə Pakistan əsilli imiqrantdır. Evlidir və 4 övladı vardır: 2 oğlan və 2 qız. == Təhsil == O Mədinədə Quranı öyrənmiş, əzbərləmiş və hafiz olmuşdur. Bir çox məşhur alimlərin dərslərini almışdır. Özunun Şeyx karyerasını Səudiyyə Ərəbistanının Şimal tərəfində başlamışdır.