MÜNƏQQİD

is. [ ər. ] Tənqidçi.
[Araz] həyatın acı təcrübələrini dərindən tədqiq və təhlil etmiş olan bir münəqqid … [kimi] yanaşaraq hər şeyi incədən-incəyə düşündü. A.Şaiq.
Mən uşaqlıqdan başlayıb bu günə qədər bütün həyatımı, münəqqidlər demişkən, “tənqidi surətdə” gözdən keçirtdim. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MÜNƏQQİD münəqqid bax tənqidçi

Etimologiya

  • MÜNƏQQİD Ərəbcə tənqid sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MÜNƏCCİMLİK
MÜNƏQQİDLİK

Digər lüğətlərdə