Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mürəbbə
Mürəbbə — meyvələrin çeşidli şəkillərdə şəkərlə qaynadılması ilə hazırlanan şirniyyat. Əsasən səhər yeməyində olmaqla günün saatlarında da istifadə olunur. Bununla yanaşı, bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Mürəbbə iki cür hazırlanır: ya meyvələr şəkərə qatılıb bir gecə saxlanılaraq qaynadılır, ya da qaynayan şərbətə atılaraq bişirilir. Qaynayıb bişən mürəbbə şüşə qablara yığılaraq qablaşdırılır. Bir çox meyvə və tərəvəzin mürəbbəsi hazırlanır. Bundan başqa gül mürəbbəsində olduğu kimi gülün yarpaqlarının istifadə edildiyi mürəbbə növləri də vardır. Evdarlıqda mürəbbə bişirmək ən vacib işlərdən biri sayılır. Mürəbbəni bişirməyi demək olar hamı bacarır, lakin onun incəliklərini hamı bilmir. Bunu nəzərə alaraq mürəbbə bişirən qadınlara bəzi məsləhətləri vermək lazımdır.
Badımcan mürəbbəsi
Badımcan mürəbbəsi — çeşidlənmiş və doğranmış badımcanın şəkərlə qaynadılması ilə hazırlanan, gürcü mətbəxinə məxsus ekzotik şirniyyatdır. Badımcan mürəbbəsindən çay süfrəsində istifadə olunur. Tərkibi badımcan, şərbət, çay sodası, zəy, limon turşusundan ibarətdir. == Həmçinin bax == Mürəbbə == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, "Gənclik", 2010.
Əncir mürəbbəsi
Əncir mürəbbəsi – çeşidlənmiş əncirin şəkərlə qaynadılması ilə hazırlanan şirniyyatdır. Əncir mürəbbəsi (film, 2010) – Aytaç Ağları tərəfindən yazılan və rejissorluq etdiyi türk filmi. Əncir mürəbbəsi 2 (film, 2014) – İlk filmin davamı olaraq çəkilən türk filmi.
Əncir mürəbbəsi (film)
Əncir mürəbbəsi — 2010-cu ildə Aytaç Ağları tərəfindən yazılan və rejissorluq etdiyi, baş rollarda Halil Sezai Paracıkoğlu və Məlikə Günərin çəkildiyi türk filmidir. == Mövzu == 30 yaşlarında olan Mətin televiziya proqramları üçün sketçlər yazaraq həyatına davam edir. Ən böyük arzusu yazdığı filmi çəkmək olsa da, yazdığı ssenarilər həmişə rədd edilir. Hər gün getdiyi barda bir gün Duyğu adlı qızla tanış olur. Ayaqda durabilməyəcək qədər sərxoş olan Duyğunu evinə alır. Özü divanda yatır və ona öz yatağını verir. Səhər oyandığında isə Duyğunun kiçik bir not buraxaraq getdiyini görür. Sonralar təkrar qarşılaşırlar. Duyğu yenə Mətinin evində qalır, ancaq həmişəki kimi kiçik bir not buraxaraq evdən ayrılır. Mətin aşiq olduğu, ancaq sadəcə adını bildiyi bu qızın niyə belə davrandığını bilmək istəyir.
Əncir mürəbbəsi 2
Əncir mürəbbəsi 2 — 2010-cu ildə çəkilmiş İncir mürəbbəsi filminin davamı olan, Halil Sezai və Şafak Pekdemirin baş rollarda oynadığı, rejissoru və ssenarisi Aytaç Ağırların olduğu 2014-cü il Türkiyə bədii filmidir. Film əvvəlki filmdə sevdiyi qadını itirən Metin obrazının sonrakı həyatından bəhs edir. Bundan əlavə, filmdə transvestit obrazını da filmin rejissoru və ssenari müəllifi Aytaç Ağırlar canlandırıb. == Mövzu == Mətin Duyğunu itirdikdən sonra depressiyaya düşüb və uzun müddət bu vəziyyətdən çıxa bilməyib. Arzusunda olduğu filmi çəkməsinə baxmayaraq, bədbəxtdir. Barda işləməyə başladı. O, düşdüyü vəziyyətə görə hər axşam spirtli içki qəbul edir və sərxoş olur. Eyni dönəmdə eyni barda çalışan Gizəmlə tanış olur. Bir axşam barda dava düşür və istəmədən də olsa Mətin işə qarışır. Gizəm Mətinə hücum edənlərin başında şüşəni sındıraraq Mətini xilas edir.
Əncir mürəbbəsi (film, 2010)

Əncir mürəbbəsi 2 (film, 2014)

Mürəbbe
Mürəbbe (ərəbcə: dördlük) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında lirik şeir forması.Mürəbbe 4 misra olmaqla 5-7 bənddən ibarət olur. İlk bəndin misraları həmqafiyə olur. Sonrakı bəndlərin ilk 3 misrası öz aralarında, son misrası isə birinci bəndlə qafiyələnir. Qafiyə quruluşu aaaa, bbba, vvva və s. şəklindədir. Bəndlərin son misrası nəqərat şəklində olur. Məhəmməd Füzulinin "Gözüm, canım, əfəndim sevdigim, dövlətli sultanım!" nəqəratli mürəbbesi məşhurdur. Mürəbbedə hər bəndin axırıncı misraları təkrar da ola bilər. Məsələn "Leyli və Məcnun" poemasında Qeysin — Məcnunun dilindən verilən Mürəbbedə hər bəndin axırında "Qanı, ey zalım, bizimlə əhd-peyman etdiyin?" misrası təkrar olunur. == Həmçinin bax == Müsəbbe Müsəddəs Sonet == İstinadlar == == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild.
Müsəbbe
Müsəbbe (ərəbcədən tərcüməsi: yeddilik) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında şeir forması. Müsəbbenin hər bəndi 7 misradan ibarətdir. İlk bəndin misraları həmqafiyə olur. Sonrakı bəndlərin ilk 6 misrası öz aralarında, son misrası isə birinci bəndlə qafiyələnir. Qafiyələnməsi aaaaaaa, bbbbbba, vvvvvva şəklindədir. Az yayılmış şeir formasıdır. == Həmçinin bax == Müsəddəs == Ədəbiyyat == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев .
Pirəbbə
Pirəbbə — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Tanınmış şəxsiyyətləri == Xəlil Rza Ulutürk — azərbaycanlı şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi.
Muhibbə Darqa
Muhibbə Darqa (13 iyun 1921, Konstantinopol – 6 mart 2018, İstanbul) — türk qadın arxeoloqudur. == Tərcümeyi-halı == O II Əbdülhəmid Daruqazadə Mehmet Emin bəyin nəvəsidir. O Erenköy qız lisesindən sonra o İstanbul Universitetinin arxeoloq fakültəsinin məzunu olur. 1947-ci ildə elmlər namizədi, 1965-ci ildə dosent və 1973-cü ildə isə professor olur. Qaratəpə, Gədikli və Gəyirməntəpədə yarışlarında iştirak edir. O qədim yazıların oxumasında dünyanın ən məşhur alimlərindən biri sayılır. O İstanbul Universitetində arxeologiya fakültəsində dərs deyir. Onun ən məşhur əsəri "Keçmiş Anadolu qadınları" adlı əsəri onun ən məşhur əsəridir. == Kitabları == O babası Mehmet Emin bəyin ilk türk səyyahlarından biri olub və onun gəzib gördüyü yerləri 2009-cu ildə "İstanbul'dan Asya-yı Vusta'ya Seyahat" və 2010-cu ildə isə "Kazı başkanının karavanası" adlı kitabda dərc olunur. Muhibbə darqa 6 mart 2018-ci ildə İstanbulda vəfat edib.
Əl Murabbi (qəzet)
"Əl Murabbi" (qəzet) — ərəb və türkmən dillərində nəşr olunan qəzet. == Haqqında == İraq Müəllimlər Təşkilatının Kərkük bölməsinin ərəb və türkman dillərində nəşr etdirdikləri mətbu orqanın ilk sayı 1972-ci il 27 dekabr tarixində işıq üzü görüb. 1974-cü il 16 yanvar tarixində dərc edilmiş 5-ci sayı ilə ilk ilini tamam edən “Əl Murabbi” 13-18 səhifəlik, 32x21 sm ölçüsündə olub surətçıxarma dəzgahı ilə çap edilməkdə idi. Yerli tələbələrin yazılarının da olduğu nəşrin son nüsxəsinin nə zaman çap edilməsi isə bəlli deyil. Bu tarixdən sonra 10 ildən çox bir zaman müddətində Kərkükdə nə bir çap, nə də dərgi və ya qəzet dərc edilib.