Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mühacirət
Köçmə və ya emiqrasiya (lat. emigro — "köçürəm") — iqtisadi, siyasi, şəxsi şərtlər səbəbindən bir ölkədən digərinə köçmə.
İctimai müzakirə
İctimai müzakirə bir cəmiyyətdə və ya geniş ictimai auditoriyada müxtəlif mövzular, məsələlər və problemlər haqqında insanlar arasında fikirlərin mübadiləsi və müzakirəsidir. İctimai müzakirə ictimaiyyətin müstəqil fikirlərinin formalaşdırılması, mübahisələrin aparılması, fərqli məsələlər barədə fikirlərin bölünməsi və ictimai bir perspektivin yaranması üçün əhəmiyyətli bir vasitədir. İctimai müzakirələr müstəqil fikirləri formalaşdırmaq, demokratik proseslərə müstəqil vətəndaşların iştirakını təmin etmək və ictimai məqamların vəziyyətini yaxşılaşdırmaq üçün əhəmiyyətli bir platforma təşkil edir. Bu müzakirələr, ictimaiyyətin fərqli perspektivləri və müxtəlif təcrübələri paylaşmağa imkan verir və demokratik cəmiyyətin formalaşmasına və inkişafına töhfə verir. Sosial Məsələlər Əhalinin maraqlarını, insan haqları və sosial məsələlər barədə müzakirələr. Bu müzakirələr genelliklə cins bərabərlik, qadın-kişi əlaqələri, etnik və din məsələlər kimi geniş mövzuları əhatə edir. Mədəniyyət və Təhsil İctimai müzakirələr mədəniyyət, təhsil siyasəti, elmin inkişafı, və ya ictimai təhsil sahəsində aparıla bilər. Siyasi Məsələlər Siyasi quruluşlar, siyasətçilər, vətəndaşlar və digər təşkilatlar arasında siyasi məsələlər barədə müzakirələr geniş bir ictimai auditoriyada aparılır. Bu müzakirələr əsasən seçkilər, siyasət, siyasi həqiqətlər və siyasi proseslər kimi sahələri əhatə edir. İqtisadi Məsələlər İqtisadiyyat, pul siyasəti, əmək haqqı, sürətli iqtisadi inkişaf və başqa iqtisadi məsələlər barədə müzakirələr.
Azərbaycan mühacirət mətbuatı
Azərbaycan mühacirət mətbuatı — Azərbaycan mətbuatının mühüm qollarından biri. == Azərbaycan mühacirət mətbuatı == Tarixin müəyyən inkişaf mərhələsində ictimai-siyasi həyatın, insanlar və dövlətlər arasındakı münasibətlərin, hərbi ideoloji münaqişələrin məhsulu kimi ortaya çıxan mühacirət ümumbəşəri bir problemdir. Mühacirət (latınca "emiqro" — köçürəm, çıxıram) — daimi və ya müvəqqəti yaşamaq üçün digər ölkəyə könüllü və ya məcburi köçmə, hər hansı bir ölkədə yaşayan mühacirlərin toplusudur. Mühacirətin tarixi uzaq keçmişdən başlamışdır. Qədim imperiyaların, sonralar isə Sasanilərin, Ərəb xilafətinin və digər dövlətlərin Azərbaycanda işğalçı siyasəti mühacirətə səbəb olmuşdur. Lakin müasir anlamda mühacirət Azərbaycan tоrpaqlarının Rusiya və Iran arasında bölüşdürülməsilə (1813-cü il Gürcüstan müqaviləsi və 1828-ci il Türkmənçay müqaviləsi) bağlı olmuşdur. Çar Rusiyasının müstəmləkəçilik siyasəti, еrmənilərin azərbaycanlılara qarşı soyqırımları Şimali Azərbaycandan, hakim dairələrin sosial-siyasi zülmündən narazılıq isə Cənubi Azərbaycandan əhalinin zaman-zaman mühacirətinə səbəb olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra yaranan mühacirət, Azərbaycanın mühacirət tarixində yeni bir səhifə açmışdı. Cümhuriyyətin rəhbərlərinin böyük bir hissəsi, yeni qurulmuş sovet hakimiyyətinin ideya düşmənləri, keçmiş sahibkarların əksəriyyəti ölkəni tərk edərək, mühacirətə getmişdi. Ilk dəfə olaraq, Azərbaycan mühacirəti siyasi cəhətdən təşkilatlanmış, ədəbi-bədii məktəb, dövri mətbuat yaratmışdı.
Azərbaycan mühacirət ədəbiyyatı
Azərbaycan mühacirət ədəbiyyatı Şimali Azərbaycanın mühacirət ədəbiyyatı - Azərbaycanın söz sənətinin mühüm qollarından biri. Azərbaycanın mühacirət ədəbiyyatı qədim tarixə malikdir. == Tarixi == Böyük filoloq alim Xətib Təbrizi (1030-1109) indiki İraqa mühacirət etmiş, ömrünün sonunadək Bağdadda yaşayıb-yaratmışdır. XII yüzilin görkəmli Azərbaycan filosofu, şairi və nasiri Şihabəddin Sührəverdi (1154-92) bir çox qürbət elləri gəzib dolaşmış, ömrünün son illərini Hələbdə yaşamışdır. İmadəddin Nəsiminin (1369-1417) də faciəli ömrü Hələbdə bitmişdir. XVI yüzildə Azərbaycan şairlərindən Şahi, Süruri, Tüfeyli, Həbibi, Xəlili, Matəmi, Qasımi, Gülşəni, Bidari, Sahibi, Pənahi, Xəlifə, Xəzani (Əsiri), Bəsiri və başqaları Osmanlı imperatorluğunun müxtəlif bölgələrinə köç etmişlər. XVII yüzil şairlərindən Məsihi (1575-1655), Saib Təbrizi (1601-79), İbrahim Ordubadi bir müddət Hindistanda yaşayıb-yaratmışlar. Əslən Qarabağdan olan XIX əsrin məşhur təriqət şairi Seyid Nigari (1795-1886) həyat və yaradıcılığının mühüm bir dövrünü Anadoluda keçirmişdir. Sonrakı dövrün sənətkarları içərisində də mühacirətdə yaşayanlar az olmamışdır. Lakin Azərbaycan mühacirət ədəbiyyatı məfhumu XX yüzilin siyasi mühacirətinin doğurduğu və formalaşdırdığı ədəbi-estetik anlayışı ifadə edir.