Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məqubə Sırtlanova
Məqubə Sırtlanova (tam adı: Sırtlanova Məqubə Həsən qızı, tatar. Мәгубә Хөсәен кызы Сыртланова, rus. Магуба Гусейновна Сыртланова; 15 iyul 1912, Bələbəy, Ufa quberniyası – 1 oktyabr 1971, Kazan) — baş leytenant və İkinci dünya müharibəsində 46-cı Taman qvardiyası gecə bombardmançıları aviasiya alayında komandirin köməkçisi. Müharibə zamanı 780 hücumu başa vurduğuna görə 15 may 1946-cı ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. == Həyatı == 15 iyul 1912-ci ildə Rusiya İmperiyasının Başqırdıstan ərazisində Bələbəy şəhərində anadan olmuş Məqubə Sırtlanova 1932-ci ildə Başalov Uçuş Məktəbini bitirmiş və Tbilisidə uçuş klubu planer məktəbinə qatılmışdı. İkinci Dünya müharibəsi başladıqdan sonra 1941-ci ilin iyulunda ordu sıralarına çağırılmışdır. O, mənşəcə tatardır və 1941-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdurİkinci Dünya müharibəsindən sonra, o, 1951-ci ildən 1962-ci ilə qədər Kazanda bir zavodda işləmişdir. Kazanda onun adına bir küçə, abidə və idman zalı var. 1 oktyabr 1971-ci ildə vəfat etmiş və Novo-Tatar Sloboda qəbiristanlığında dəfn edilmişdir. == Hərbi karyerası == Sırtlanova 27 dekabr 1942-ci ildə ön cəbhəyə vuruşmağa göndərilmişdi.
Məhbubə Hacıyeva
Məhbubə Hacıyeva (17 iyul 1958, Bakı) — yazıçı. == Həyatı == Hacıyeva Məhbubə Cəfər qızı 1958-ci il iyul ayının 17-də Bakının Bülbülə qəsəbəsində anadan olmuşdur. 1975-ci ildə Suraxanı rayonundakı 226 saylı orta məktəbi bitirmiş, elə həmin il SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) fransız dili fakültəsinə qəbul olmuşdur. 1984 – 2008-ci illərdə Bakının 79 saylı orta məktəbində fransız dili müəllimi, sonra təlim-tərbiyə işləri üzrə direktor müavini və dərs hissə müdiri vəzifələrində işləmişdir. 1998 – 2001- ci illərdə Belçikanın “Sərhədsiz Həkimlər” beynəlxalq humanitar təşkilatında çalışmışdır. Məktəb illərində tanınmış şair-publisist Teyyub Qurbanın təşkil etdiyi “Nonparel” – Gənc jurnalistlər dərnəyində fəal iştirak etmişdir. “Ədəbiyyat və İncəsənət” qəzetində müntəzəm hekayə və publisistik məqalələri dərc olunmuş, bundan əlavə Azərbaycan Dövlət Radio və Televiziya verilişlərinin “İncəsənət” redaksiyasının ştatdankənar müxbiri kimi çalışmışdır. Radionun məşhur “Bulaq” verilişində dəfələrlə bayatıları səsləndirilib və radionun “Qızıl fond”unda indiyədək qorunub saxlanılır. Ailəlidir, iki övladı var. == Yaradıcılığı == Məhbubə Hacıyeva “Lahıc nağıllı dünyam” etnoqrafik kitabın, “Fələklər yandı ahimdən”, “Məhəmməd bəy Kavaler”, “Qızılgül ətri”, ““Səadət”dən qopan qorxu”, “Taclı Bəyim”, “9 Sevdalı”, “Tay sırğa”, “Son mükafat”, "Zöhrə ulduzum" və 3 cildlik "Dövlətin açarı" romanlarının müəllifidir.
Məhbubə Məlikova
Məhbubə Məlikova — Azərbaycan aktrisası. == Həyatı == Səhnəyə ilk addımları universiteti bitirdikdən sonra olub. Tofiq Kazımov onu Aleksandr Vampilovun "Övlad" tamaşasına dəvət edib. Daha sonralar İlyas Əfəndiyevin "Unuda bilmirəm", "Mahnı dağlarda qaldı" tamaşalarında oynayıb. Tamaşaçı aktrisanı daha çox "Sevil" teatr tamaşasında Gülüş obrazı, Ağ atlar üçün vals və Gülüş sanatoriyası teletamaşalarından tanıyır. 1994-cü ildən sənətdən gedib. Aktyor Pərviz Bağırovun həyat yoldaşı olub. Hazırda Türkiyədə yaşayır.
Məhbubə Paşayeva
Məhbubə İbad qızı Paşayeva (20 may 1905, Şuşa – 16 yanvar 1970, Bakı) — Azərbaycan müğənnisi. == Həyatı == Paşayeva Məhbubə İbad qızı 1913-cü ildə Şuşa şəhərində anadan olub. Təxminən 5–6 yaşlarında ailəsi ilə birlikdə Bakı şəhərinə — dayısının (Üzeyir Hacıbəyovun) yanına köçüb. Burada Asəf Zeynallı adına musiqi məktəbinə daxil olub. Yalnız bundan sonra onun müğənnilik fəaliyyəti başlayıb. Bakı Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasında oxumuşdur. 1929-cu ildə dram teatrı nəzdindəki opera studiyasına daxil olmuş, burada Ü. Hacıbəylinin "Arşın mal alan" operettasında Gülçöhrə rolunda çıxış etmişdir (1930). Sonradan "Şah İsmayıl"da Ərəbzəngi, "Aşıq Qərib"də Şahsənəm, "Əsli və Kərəm"də Əsli və s. rolları oynamışdır. 1938-ci ildə Moskvada keçirilmiş Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etmiş, "Koroğlu" operasında xanəndə qızın partiyasını oxumuşdur.
Məhluqə Sadıqova
Məhluqə Ələsgər qızı Sadıqova (28 aprel 1917, Şuşa – 15 avqust 2003, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1978). == Həyatı == Məhluqə Ələsgər qızı Sadıqova 28 aprel 1917-ci ildə Şuşa şəhərində doğulub. Beş il buradakı 1 saylı qız məktəbində oxuyub. 1930-cu ildə ailəsi Bakıya köçüb və Məhluqə xanım 6 saylı Sovet məktəbində yeddinci sinifi bitirib. O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram dərnəklərində məşğul olub. Məhluqə Sadıqova 1936-cı il sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının truppasına götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb. 1992-ci ildə yenicə yaradılan Bakı Bələdiyyə Teatrında aktrisalıq edib. Üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib.
Məhluqə Sadıxova
Məhluqə Ələsgər qızı Sadıqova (28 aprel 1917, Şuşa – 15 avqust 2003, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1978). == Həyatı == Məhluqə Ələsgər qızı Sadıqova 28 aprel 1917-ci ildə Şuşa şəhərində doğulub. Beş il buradakı 1 saylı qız məktəbində oxuyub. 1930-cu ildə ailəsi Bakıya köçüb və Məhluqə xanım 6 saylı Sovet məktəbində yeddinci sinifi bitirib. O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram dərnəklərində məşğul olub. Məhluqə Sadıqova 1936-cı il sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının truppasına götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb. 1992-ci ildə yenicə yaradılan Bakı Bələdiyyə Teatrında aktrisalıq edib. Üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib.
Məhbubə xanım Mahmudbəyova
Məhbubə xanım Kərim bəy qızı Mahmudbəyova (11.6. 1902, Şuşa — 13.1.1976, Bakı) — tibb e. d. (1961), prof. (1963), əməkdar həkim (1960), professor, Kərim bəy Mehmandarovun qızı. == Həyatı == Məhbubə xanım Kərim bəy qızı 11 iyun 1902-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Bakıda orta məktəbi bitirəndən sonra ATİ-yə (hazırkı ATU) qəbul olmuşdur. İnstitutu tamamlayandan sonra həkim işləmişdir. Ömrünü doğma təhsil ocağına bağlamışdır. 1933–70-ci illərdə Azərb.
Məqsudə Əliyeva
Məqsudə Həsənağa qızı Əliyeva (d. 9 mart 1965) — azərbaycanlı aktrisa == Həyatı == Məqsudə Əliyeva 9 mart 1965-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1986-cı ildə Bakı Sənaye Pedaqoji Texnikumunu bitirib. Aktrisa Məqsudə Əliyeva uzun sürən xəstəlikdən sonra 08 dekabr 2022-ci ildə vəfat etmişdir. == Fəaliyyəti == N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1981-ci ildən həvəskar aktrisa kimi fəaliyyətə başlayıb.
Əlif məqsurə
Əlif məqsurə (ərəb. الألف المقصورة‎, "qüsurlu əlif") — ərəb əlifbasında hərf. Qadın cinsi sözlərin sonunda əlif (ا) əvəzinə istifadə olunur. Forması, ye (ي) hərfinin nöqtəsiz halıdır (ى, ‍ى). Uyğur, qazax, qırğız kimi bəzi türk dillərinin ərəb qrafikalı əlifbalarında "i" səsini təmsil edir.