Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məktublaşma siyahısı
Məktublaşma siyahısı (ing. mailing list (maillist), ru.список рассылки) - proqramın elektron poçt (ELECTRONIC MAIL) vasitəsilə avtomatik olaraq məktub yolladığı daimi adresatların (abunəçilərin) siyahısı. Məktublaşma siyahılarından, xüsusən, maraqlı insanlar qrupunun nisbətən kiçik olduğu, yaxud geniş publika üçün açıq müzakirələrin durdurulmasının zəruri olduğu xəbər qruplarında (NEWSGROUPS) istifadə olunması daha məqsədəuyğundur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.