Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məmlüklər
Məmlüklər ərəb. مملوك‎ [təkdə] 'məxsus', ərəb. مماليك‎ [cəmdə]) — Misirdə türk, çərkəz və abxaz əsilli əsirlərdən təşkil olunmuş qulam qvardiyası. Bu qvardiyanın idarə etdiyi dövləti sülalə (1250–1517). == Tarixi == Məmlük söz mənasıyla ağ kölə deməkdir. Ancaq bu söz zamanla bir termini ifadə etmişdi. Savaş əsiri və ya satın alınanlardan təşkil olunan hökmdarın muhafız birliklərinə bu ad verilmişdir. İlk dəfə Abbasi xəlifələri türk əsilli Məmlükləri ordu sıralarına cəlb etmiş, zamanla bunlar güclənərək öz dövlətlərini qurmuşlar. Misirdə qurulan Tulunoğulları (Tulunlular) və Ixşidilər (Axşidlər) belə ortaya çıxmışdılar. Misirdə qurulan Məmlük dövlətinin qurucusu İzzəddin Aybək də, Məmlük adı verilən Türkman əsilli sərkərdələrdən biriydi.
Bahri Məmlüklərinin siyahısı
Bahri Məmlükləri — 1250-ci ildən 1382-ci ilədək Misirdə hakimiyyəti əlində saxlayan məmlük qrupudur. Bu qrupdan hakimiyyətə gələn Məmlük sultanları isə bunlardır: == Mənbə == Abu al-Fida, The Concise History of Humanity. Al-Maqrizi, Al Selouk Leme'refatt Dewall al-Melouk, Dar al-kotob, 1997. Idem in English: Bohn, Henry G., The Road to Knowledge of the Return of Kings, Chronicles of the Crusades, AMS Press, 1969. Al-Maqrizi, al-Mawaiz wa al-'i'tibar bi dhikr al-khitat wa al-'athar, Matabat aladab, Cairo 1996, ISBN 977-241-175-X Idem in French: Bouriant, Urbain, Description topographique et historique de l'Egypte, Paris 1895. Ayalon, D.: The Mamluk Military Society. London, 1979. Ibn Taghri, al-Nujum al-Zahirah Fi Milook Misr wa al-Qahirah, al-Hay'ah al-Misreyah 1968 Idem in English: History of Egypt, by Yusef. William Popper, translator Abu L-Mahasin ibn Taghri Birdi, University of California Press 1954. Shayyal, Jamal, Prof.
Burci Məmlüklərinin siyahısı
Burci Məmlükləri — 1382-ci ildən 1517-ci ilədək Misirdə hakimiyyəti əlində saxlayan məmlük qrupudur. Bu qrupdan hakimiyyətə gələn Məmlük sultanları isə bunlardır: == Mənbə == The Mamluk Sultans: 1291–1517, Mustafa M. Ziada, A History of the Crusades: The fourteenth and fifteenth centuries, Vol. III, ed. Kenneth Setton, (University of Wisconsin Press, 1975), 490. Aleppo:the Ottoman Empire's caravan city, Bruce Masters, The Ottoman City Between East and West: Aleppo, Izmir, and Istanbul, ed. Edhem Eldem, Daniel Goffman, Bruce Master, (Cambridge University Press, 1999), 20.Kenneth Meyer Setton (1969). A History of the Crusades: The fourteenth and fifteenth centuries, edited by ... Univ of Wisconsin Press. p. 502.
Məliklər
Məliklər (Şabran) — Azərbaycan Respublikasının Şabrannun inzibati ərazi vahidində kənd. Məliklər (Sisyan) — Zəngəzurda kənd.
Mələklər
Mələk və ya əvvəlki mənbələrdə füriştə — iudaistik, xristian və müsəlman ənənələrində Allaha xidmət edən fərdiləşdirmiş bədənsiz və qanadlı varlıq. Rəvayətlərə görə miqdarca saysız mələklər nurabənzərlərdir. Xristian ənənəsində doqquz dənə mələk rütbə var (serafimlər, xeruvimlər, taxt-taclar, hökmranlıqlar, qüvvələr, hakimiyyətlər, başlanğıclar, arxmələklər və mələklər). == İslamda mələklər == Mələklər, Quranda 21 surədə qeyd olunduğu kimi, Allah tərəfindən müəyyən vəzifələri yerinə yetirmək məcburiyyətindədirlər. İslam dinində mələklər, yeməyən, içməyən erkəyi və dişisi olmayan, yatmayan, günah işləməyən , gözə görünməyən, nurdan ya da oddan yaranan varlıqlar kimi insanlara bilinir. Mələklər yalnız Allaha qulluq edirlər. Insanlar və cinlərdən fərqli olaraq, onların iradə azadlığı yoxdur və öz fövqəltəbii məskənlərinə təyin olunmuşlar. Buna görə də günahsız varlıqlardır İslamda ən müqərrəb (məqamı daha uca olan) mələk vəhy mələyi olan Cəbrayıl hesab olunur. Əzrayıl, Mikail, İsrafil də müqərrəb mələklərdir. Cəhənnəm mələkləri arasında məşhur olan Maalik, Zəbanilar və İblisdir.
Düşmüş mələklər
Düşmüş mələklər — Yəhudilikdə bəzi pis mələklərin Şeytanın hökmranlığı altında olduğuna və Cinlərin “düşmüş mələklər” olduğu inancı mövcuddur. == Yəhudilikdə == Yəhudi inancında düşmüş mələklərin özünə məxsus yeri vardır. Bu mələklər haqqında ən geniş məlumat Hanokun kitabında yer alıb. Hanok kitabında Tanrı oğulları olaraq bildirilən bu mələklər insan qızlarından xoşladıqları üçün yerə enirlər. Mənbələrdə yerə enən mələklərin sayı 200-ə qədər olduğu qeyd olunur. Bu mələklər özlərinə həyat yoldaşları seçib onlarla evlənirlər, bu evlilikdən böyük divlər dünyaya gəlir. Divlər hər şeyi yeməsinə baxmayaraq doymaq bilmirlər və insanlara hücum edirlər. Hətta doymaq bilmədikləri üçün bir-birlərinə hücum edərək qanlarını içirlər. Hanokun kitabının IX bölümündə isə yerdəki ölən şəxslərin ruhlarının hararyının Cənnətin qapılarına qədər yüksəldiyi bildirilir. Bunu görən baş mələklər (Gabriel, Uriel, Rafael, və d.) Tanrının bunun qarşısını almasını istəyirlər.
Mavi Mələklər
Blue Anqels (azərb. Mavi Mələklər‎) — ABŞ Hərbi Donanmasına məxsus aerobatika eskadronudur. 1946-cı ildə əsası qoyulmuşdur və 1931-ci ildə yaradılmış Fransanın Aerobatik Patrulundan sonra ikinci ən qədim aerobatika komandasıdır. Şou təyyarəsi kimi Boeing F/A-18E istifadə olunur. Nəqliyyat təyyarəsi kimi Lockheed Martin C-130J Super Hercules istifadə olunur. == Missiya == Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin Uçuş Nümayiş Eskadrilyasının missiyası uçuş nümayişləri ilə ölkəyə mükəmməllik və xidmət mədəniyyətini ilhamlandırmaqla Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin və Dəniz Piyadaları Korpusunun qürurunu və peşəkarlığını nümayiş etdirməkdir. == Tarixi == Komanda ilk dəfə 1946-cı ilin Aprel ayında "Navy Flight Exhibition Team" adı altında yaradılmışdır. Daha sonra ad dəyişilib Blue Anqels olmuşdur. Komanda ilk dəfə 1946-cı il iyun ayının 15-i Blue Anqels adı altında təqdim olunmuşdur. == Hadisələr == Blue Anqels tarixində ümumilikdə 26 pilot və 1 heyət üzvü həlak olmuşdur.
Məliklər (Sisyan)
Məliklər - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. == Tarixi == Kəndin digər adı Məlikli olmuşdur. Toponim məliklər (məlikli) etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 4. V. 1939-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Spandaryan qoyulmuşdur. 1906-cı il iyulun 5-də köç yolunun üstündə yerləşən Qalaçıq erməni kəndinin silahlı dəstəsi ilə Şahsevən və Qarafındıqlı elatları arasında toqquşma baş verir. Ermənilər 20 nəfər, türklər isə 30 nəfər itki verir.
Məliklər (Şabran)
Məliklər — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Məliklər kəndi Rəhimli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Uzunboyad kəndi olmaqla, Uzunboyad kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Əhalisi == Kəndin əhalisi 326 nəfər təşkil edir.
İslamda mələklər
Mələklər — İslama görə Allah tərəfindən yaradılmış varlıqlardır. Belə ki insandan fərqli olaraq mələklərin iradə etməsində muxtariyyat yoxdur — onlar ancaq Allahın əmrlərini yerinə yetirirlər. Ən şərafətli mələklər müqərrəb mələklər adlanır. onların başında Cəbrayıl (ə) durur. Mikayıl, Əzrayıl, İsrafil də müqərrəb mələklərdən hesab olunur. Mələklər çox saf və təmiz varlıqlardır, amma buna baxmayaraq Haqq Sahibi insanı onlardan üstün yaratdı.
Mavi mələklər (kitab)
"Mavi mələklər" - Çingiz Abdullayev tərəfindən yazılmış roman. == Məzmun == BMT-nin gizli əməkdaşlarını "mavi mələklər" adlandırırlar. Onların əsil adı heç kimə məlum deyil, hətta özləri belə öz adlarını unudublar. Peşəkar ekspert və analitik - Dronqo buna parlaq nümunədir. O, narkotik alverçilərinin izi ilə öz qrupuyla birgə yer kürəsinin müxtəlif bölgələrinə səfərlər edir və öz məqsədinə yaxınlaşdıqca bir o qədər təhlükəli olur. Onun ən əziz insanı, ən yaxın dostları həlak olur... Xəbərdarlığın sonu == Nəşrləri == Голубые ангелы. Баку. Язычы, 1988, 256 с., 30 000 тираж, ISBN 5-560-00131-7 Мави мәләкләр. Бакы: Јазычы, 1993, 256 с., 9 000 тираж.
Mavi mələklər (roman)
"Mavi mələklər" - Çingiz Abdullayev tərəfindən yazılmış roman. == Məzmun == BMT-nin gizli əməkdaşlarını "mavi mələklər" adlandırırlar. Onların əsil adı heç kimə məlum deyil, hətta özləri belə öz adlarını unudublar. Peşəkar ekspert və analitik - Dronqo buna parlaq nümunədir. O, narkotik alverçilərinin izi ilə öz qrupuyla birgə yer kürəsinin müxtəlif bölgələrinə səfərlər edir və öz məqsədinə yaxınlaşdıqca bir o qədər təhlükəli olur. Onun ən əziz insanı, ən yaxın dostları həlak olur... Xəbərdarlığın sonu == Nəşrləri == Голубые ангелы. Баку. Язычы, 1988, 256 с., 30 000 тираж, ISBN 5-560-00131-7 Мави мәләкләр. Бакы: Јазычы, 1993, 256 с., 9 000 тираж.
Mələklər və iblislər
Mələklər və iblislər (ing. Angels and Demons) — Den Braun tərəfindən yazılmış roman. == Süjet == "İllüminati". Orta əsrlərdə rəsmi kilsəylə apardığı sərt və qəzəbli savaş nəticəsində məşhurlaşan qədim gizli orden – qardaşlıq. Bu, sadəcə, uzaq keçmişin əfsanəsimi? Bəlkə də… Elə isə bəs onda niyə sirli şəkildə öldürülmüş, Tanrının varlığını elmi şəkildə sübuta yetirməyin astanasında olan alimin sinəsinə məhz illüminatların rəmzlərindən damğa basılır? Harvarddan dəvət edilmiş rəmzlər üzrə mütəxəssis və onun öldürülmüş alimin qızı olan tərəfmüqabili öz şəxsi araşdırmalarına başlayırlar və… tezliklə inanılmaz nəticələr əldə eləyirlər… == Obrazlar == Robert Lenqdon: Harvard Universitetində simvollar üzrə professor və əsərin baş qəhrəmanı. Leonardo Vetra: Alim və rahib. Əsərin əsas mövzusu onun sirli kəşfidir. Vittoria Vetra: Vetranın övladlığa götürdüyü qızı.
Mələklər və İblislər (roman)
Mələklər və iblislər (ing. Angels and Demons) — Den Braun tərəfindən yazılmış roman. == Süjet == "İllüminati". Orta əsrlərdə rəsmi kilsəylə apardığı sərt və qəzəbli savaş nəticəsində məşhurlaşan qədim gizli orden – qardaşlıq. Bu, sadəcə, uzaq keçmişin əfsanəsimi? Bəlkə də… Elə isə bəs onda niyə sirli şəkildə öldürülmüş, Tanrının varlığını elmi şəkildə sübuta yetirməyin astanasında olan alimin sinəsinə məhz illüminatların rəmzlərindən damğa basılır? Harvarddan dəvət edilmiş rəmzlər üzrə mütəxəssis və onun öldürülmüş alimin qızı olan tərəfmüqabili öz şəxsi araşdırmalarına başlayırlar və… tezliklə inanılmaz nəticələr əldə eləyirlər… == Obrazlar == Robert Lenqdon: Harvard Universitetində simvollar üzrə professor və əsərin baş qəhrəmanı. Leonardo Vetra: Alim və rahib. Əsərin əsas mövzusu onun sirli kəşfidir. Vittoria Vetra: Vetranın övladlığa götürdüyü qızı.
Anjelika, mələklər markizası (film, 1964)
Anjelika, mələklər markizası (fr. Angélique, marquise des anges / Angélique) — 1964-cü ildə Ann və Serj Qolonun əsəri əsasında çəkilmiş Fransa filmidir. Film 1966-cı ildə Almaniyanın "Qızıl ekran" (ing. Golden Screen) mükafatına layiq görülmüşdür. Filmin 2013-cü ildə remeyki çəkilmişdir. == Məzmun == Filmdəki hadisələr XVII əsri əhatə edir. Anjelika adlı bir xanımı onun razılığı olmadan Joffrey de Peyraka ərə verirlər. Joffrey de Peyrak varlı zadəgan ailəsindəndir və qəsrdəki saxladığı qızılları ilə məşhurdur. Zaman keçdikcə onlar arasında sevgi münasbəti yaranır. Lakin onların sevgisinə və yaşadıqları əsrarəngiz həyata Fransa kralı Lüdovik IV paxıllıq edir.
Mələklər və iblislər (film, 2009)
Mələklər və iblislər (orijinal adı: Angels & Demons) Den Braunun eyniadlı kitabına əsaslanan və 15 may 2009-cu ildə nümayiş etdirilən macəra filmidir. Bu, 2006-cı ildə çəkilmiş Da Vinçi Şifrəsi filminin prekvellidir. Çəkilişlər Roma və Los Ancelesdəki Sony Studiosda aparılıb. Tom Henks Robert Lenqdon rolu ilə, Ron Hovard rejissor, Brayan Qreyzer prodüser, Akiva Qoldsman isə ssenarist kimi geri qayıtmışdır. == Süjet xətti == İlk baxışdan sadə bir terror qruplaşması tərəfindən törədilmiş kimi görünən Cernin qətli qəflətən köhnə çəkişmələri olan İlluminati təşkilatının Vatikanı dağıtmaq planını hazırlamasından şübhələnilir. Bundan sonra, hadisəni tədqiq etmək üçün simvoloq Robert Lenqdon Romaya dəvət edilir, burada Robertə italyan alimi Vittoria Vetra ilə müştərək işləyəcəyi və oğurlanmış antimaddəni müştərək formada axtarmalı olduqları bildirilir. Fasiləsiz davam edən axtarışlarla Robert və Vittoria 400 illik qədim simvolları tədqiq edirlər. Dan Braunun eyniadlı romanının ekran uyğunlaşdırılması olan “Mələklər və Şeytanlar” həm də müəllifin “Da Vinçi şifrəsi” filmindən sonra çəkilmiş ikinci ekran adaptasiyasıdır. Əslində, ilk kitab olan Mələklər və Şeytanlar yüksək gəlir gətirən Da Vinçi Kodunun tənqidini qırmaq məqsədi daşıyır.