məmlüklər

məmlüklər
məmlük
məmmədquluzadəşünas 2021
OBASTAN VİKİ
Məmlüklər
Məmlüklər ərəb. مملوك‎ [təkdə] 'məxsus', ərəb. مماليك‎ [cəmdə]) — Misirdə türk, çərkəz və abxaz əsilli əsirlərdən təşkil olunmuş qulam qvardiyası. Bu qvardiyanın idarə etdiyi dövləti sülalə (1250–1517). == Tarixi == Məmlük söz mənasıyla ağ kölə deməkdir. Ancaq bu söz zamanla bir termini ifadə etmişdi. Savaş əsiri və ya satın alınanlardan təşkil olunan hökmdarın muhafız birliklərinə bu ad verilmişdir. İlk dəfə Abbasi xəlifələri türk əsilli Məmlükləri ordu sıralarına cəlb etmiş, zamanla bunlar güclənərək öz dövlətlərini qurmuşlar. Misirdə qurulan Tulunoğulları (Tulunlular) və Ixşidilər (Axşidlər) belə ortaya çıxmışdılar. Misirdə qurulan Məmlük dövlətinin qurucusu İzzəddin Aybək də, Məmlük adı verilən Türkman əsilli sərkərdələrdən biriydi.
Bürci Məmlüklər
Bürcilər (ərəb. المماليك البرجية‎; əl-Məmalik əl-Bürciyyə) — 1382-ci ildən 1517-ci ilə qədər Məmlük sultanlığında hakimiyyətdə olmuş çərkəz əsilli sülalə. "Bürc" sözü "qala divarlarının üstü" mənasındadır. Belə ki, bu sülalədən olan məmlüklərin hərbi düşərgələri Qahirə qalası daxilində yerləşirdi. Bürci hakimiyyəti Məmlük sultanlığında qeyri-sabit dövr olmuş və sülalədən olan Məmlük sultanlarının hakimiyyətləri əsasən qısa çəkmişdir. Bu sülalənin üzvləri arasında taxt-tac uğrunda çəkişmələr Məmlüklərin nəzarətində olan Kipr adasının Əmir Teymurun qüvvələri tərəfindən işğalına və daha sonra Məmlüklərin Osmanlılara məğlub olmasına və beləliklə Məmlük sultanlığının süqutuna səbəb oldu.[mənbə göstərin] == Tarixi == 1250-ci ildən başlayaraq Məmlük sultanlığı qıpçaq-türk əsilli Bəhri sülaləsi tərəfindən idarə olunurdu. 1377-ci ildə Suriyada başlayan üsyanla dövlətin idarəçiliyi çərkəz məmlüklərin əlinə keçdi və 1382-ci ildə Bürcilərdən olan Seyfəddin Bərkuk Məmlük taxtına çıxdı. Bəhri sülaləsindən olan Zeynəddin Hacı 1389-cu ildə hakimiyyəti ələ keçirsə də, 1390-cı ildə Bərkuk yenidən hakimiyyətini bərpa etdi. Bu dövrdən etibarən Məmlük sultanlığında Bürci sülaləsi hakimiyyətə keçdi. == Bürci sultanları == == İstinadlar == == Ədəbiyyat == Clot, Andre (2009), L'Égypte des Mameloüks 1250-1517.
Bəhri Məmlüklər
Bəhrilər (ərəb. البحرية‎, Bəhriyyə) — Misir, Suriya və Hicazı əhatə edən Məmlük sultanlığını idarə edən qıpçaq-türk əsilli məmlüklərdən və onların nəsillərindən ibarət sülalə. Sülaləyə verilən Bəhri adının mənşəyi Əyyubi sultanı Saleh Əyyubi tərəfindən Nil çayının Roda adasında qıpçaq əsilli əsgərləri qəbul etmək üçün inşa etdirilmiş hərbi düşərgədən gəlir. Bəhrilərdən olan 24 sultandan bəziləri "Bəhriyyə" hərbi düşərgəsində yetişdirilmişdir məmlüklər, bəziləri isə nəsildən-nəsilə keçməklə taxta çıxmışlar. Bəhri hakimiyyətinin sonlarına yaxın sultanlar faktiki olaraq hakimiyyətlərini itirdilər və güclü məmlük əmirləri üçün "siyasi fiqura" çevrildilər. Bəhri sülaləsindən olan Məmlük sultanları Qahirədəki Müqəddəm təpəsində yerləşən Qahirə qalası içərisindəki sarayda yaşayırdılar. 1382-ci ildə sultan Bərkukdan etibarən Bəhrilərin hakimiyyətinə son verildi və Məmlük sultanlığı əsasən çərkəz əsilli Bürci sülaləsi tərəfindən idarə olunmağa başlandı. == Bəhri sultanları == == İstinadlar == == Ədəbiyyat == Clot, Andre (2009), L'Égypte des Mamelouks 1250-1517. L'empire des esclaves Paris:Perrin ISBN 978-2-262-03045-2. (fr.) Tür.
Bahri Məmlüklərinin siyahısı
Məmlük hökmdarlarının siyahısı — Məmlük sultanlığı 1250-ci ildə Əyyubi sultanı Saleh Əyyubinin məmlükləri tərəfindən qurulmuş və Əyyubilər dövlətini süquta uğratmışdır. Sultanlığın paytaxtı Qahirə şəhəri olmuş və müxtəlif dövrlərdə ərazisi Misir, Suriya və Anadolunun bəzi hissələrini, Cəzirə və Hicazı əhatə etmişdir. Məmlük sultanlığı 1517-ci ildə Osmanlı imperiyası tərəfindən süquta uğradılmışdır. Məmlük tarixi Bəhri və Burci dövrləri olmaqla iki yerə bölünür. Bəhri sultanları əsasən türk mənşəli, Bürcilər isə etnik çərkəzlərdən ibarət idi. İlk üç Məmlük sultanı Aybək, onun oğlu Mənsur Əli və Qutuz Bəhrilər sülaləsinin üzvü hesab edilsələr də, onlar "Bəhriyyə məmlük alayı"nın tərkibində deyildilər və Bəhrilərin siyasi maraqlarına qarşı çıxırdılar. Bəhrilərdən ilk sultan Baybarsdır. Bürcilər 1382-ci ildə sultan Bərkukun hakimiyyətə gəlməsi ilə taxta çıxdılar. Həmçinin 1512-ci ildə taxta çıxarılan və bir neçə ay hakimiyyətdə olan, 34-cü sultan Müstəin Billah Abbasi xəlifəsi idi və Bürci əmirləri tərəfindən siyasi fiqur kimi hakimiyyətə gətirilmişdi.
Burci Məmlüklərinin siyahısı

Digər lüğətlərdə