Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mərcangilə
Mərcangilə (lat. Vaccinium vitis-idaea) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin qaragilə cinsinə aid bitki növü. Mərcangilə yarımkol bitkidir. O, boyca xırda, 25-30 sm hündürlükdə, həmişə yaşıl, yerlə sürünən incə kökümsovlara malikdir. Onun açıq-çəhrayı rəngli, salxıma düzülmüş gözəl çiçəkləri və nəzəri cəlb edən qırmızı rəngdə giləmeyvələri vardır. Meyvələri yetişdikcə pıl-pıl qızarır, turşuluğu azalır, şirinliyi isə artır. Mərcangilə may-iyun aylarında çiçək açır, avqust-sentyabrda isə meyvələri yetişir. Mərcangilənin xoşa gələn turşməzə dadlı qırmızı və ya çəhrayı rəngli meyvələri vardır. Elmi təbabətdə mərcangilənin yarpaqlarından daha geniş istifadə olunur. Bitki çiçək açmadan qabaq yarpaqlar toplanır.