Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mərcanvari herisium
Mərcanvari herisium (lat. Hericium coralloides) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar"kateqoriyasına aiddir – CR B1b(i, iii) + 2b(ii, iii). Nadir növdür. Meyvə cismi oduncaqda inkişaf edir, birillik, mərcanvari budaqlanmış, möhkəm ayaqcıq əsaslı, 5-13 sm diametrindədir, cavan meyvə cismi ləti liflidir, qar kimi ağ, sonradan və ya əl ilə toxunduqda, xüsusi qurudulduğu zaman qonur rəng alır. Ləti ağ, lifli, xoş göbələk ətirlidir. Himenofor tikanlıdır, tikanlar budaqların alt hissəsində, konusvari, 4-10 mm uzunluğunda, mumvari konsistensiyalıdır. ksilotrofdur, oduncağın çürüməsini törədir. Quercus cinsinin növlərində, əsasən gövdəsində rast gəlinir. Meyvə cisimləri tək-tək, payız mövsümündə rast gəlinir. Balakən rayonunun Mahamalar kəndi ətrafında.
Mərcanlar
Mərcan polipləri (lat. Anthozoa) — Bağırsaqboşluqlular (lat. Cnidaria) tipinin nümayəndələrindən biridir. Təbiətdə mərcanların yumşaq, buynuzlu, tikanlı və başqa növləri var. Mərcanlar ya tək, ya da koloniyalarla yaşayırlar. 6000-ə qədər növü məlumdur. Görünüşdə bu koloniyalar gözəl gül baxçasını xatırladır. Mərcanlar heyvan kimi kəşf olunmamışdan əvvəl məhz suda yaşayan güllər sayılırdılar. Hazırda onların əksəriyyəti tropik dənizlərdə yaşayır. Hidroidlərdən fərqli olaraq mərcan poliplərinin bədən quruluşu xeyli mürəkkəbləşmişdir.
Dördşüalı mərcanlar
Dördşüalı mərcanlar (Tet­ra­­­coralla) - tək və kaloniya halında yaşamış, əsasən karbonat skeleti olan kökü kəsilmiş paleozoy mərcanları == Haqqında == Koloniyalar monomorfdur. Massiv tipli koloniyalar prizmatik korallitlərdən, kolşəkilli tip isə slindirik və çox nadir hallarda, üçüzlü piramidal korallitlərdən ibarət olmuşdur. Tək dördşüalı mərcanlar silindirik, konusvari üç və dördüzlü piramidal formada olub, eni 3-6 sm, hündürlüyü 25 sm çatırdı. Korallitin daxili boşluğunda müxtəlif skelet elementləri (septalar, dib, qovuqlar - dissepimentlər, stuncuqlar) yerləşir. Tək (bəzən kalonial) tetrakorallarda, xaricindən üst kənarına qədər çatan konsentrik qırışıqlı örtük (epiteka) olur və buna görə dördşüalı mərcanlar çox vaxt rugoza (lat. rugoza - qırışıqlı) adlandırılır. Dördşüalı mərcanlar başlıca olaraq tropik və subtropik vilayətlərin normal dəniz hövzələrinin üst sublitoral sahələrində yaşamış və mərcan əhəndaşlarının və rifogen qurumların yaranmasında iştirak etmişdir. Tetrokorallar, gec ordovikdən başlayaraq, paleozoyun biostratiqrafiyası üçün böyük əhəmiyyəti olan fossillərdir. == Həmçinin bax == Mərcan polipləri Paleozoy Fosil == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.
Qara mərcanlar
Qara mərcanlar və ya antipatarilər (lat. Antipatharia) — Dəniz bağırsaqboşluqluların dalayıcılar tipinin mərcan polipləri sinfinə mənsub dəstəsi. Bir-birinə bərkidilmiş ağacabənzər koloniyalar əmələ gətirən xırda (0,5–3 mm-ədək) poliplərdir. Əsasən, tropik dənizlərdə 10–1000 m. dərinlikdə yaşayır. 150-dək növü var. Qara mərcanın skeleti bəzək məmulatının hazırlanmasında istifadə olunur.
Səkkizşüalı mərcanlar
Səkkizşüalılar (lat. Octocorallia) — Bağırsaqboşluqluların dalayıcılar tipinin mərcan polipləri sinfinə mənsub yarımsinfi. Ancaq kolonial formalarla (qədim və müasir) təmsil olunmuşdur. Müasir səkkizşüalı mərcanlar qırmızı, qara və mavi mərcanlar, həmçinin dəniz lələkləri daxildir. Kaloniyalar adətən müxtəlif formalı massiv-budaqlı polimorf və funksional fərdlərdən təşkil olunmuşdur. Bu mərcanların qastral boşluğu 8 arakəsmə ilə ayrılır. 8 qol çıxıntısına malikdir.Adi poliplərin və ya qida poliplərinin səkkiz lələkvari — haçalanan qolları (barmaqlar), səkkiz mezenteriyası və yarıqşəkilli ağız dəliyi vardır. Oktokoralların çoxu xarici (ektodermal) mənşəli, lakin adətən daxili (mezoqleal) vəziyyətli buynuz, karbonat və ya qarışıq karbonat — buynuz skeletli olur. Səkkizşüalı mərcanlar yalnız normal dəniz hövzələrində müxtəlif dərinliklərdə, hətta dərinsu novlarında məskunlaşır. Onların koloniyaları əsasən hərəkətsiz bentosa aiddir.