Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tərcümeyi-bəyani-usuli-ətvari-səba
Tərcümeyi-bəyani-usuli-ətvari-səba — Seyid Yəhya Bakuviyə məxsus olan bu əsərdə vəlinin yeddi seyri izah olunur. Həmin yeddi seyr bunlardır: Seyr ilallah, Seyr lillah, Seyr aləllah, Seyr məallah, Seyr fillah, Seyr anillah. Ehtimal edilir ki, əsli farsca olmuş, sonradan türkcəyə tərcümə edilmişdir. Əsərin yeganə əsli İstanbul Yapı Kredi bankı Sərmət Ciftər kitabxanasındadır.
Mirvari
Mirvari və ya inci — dəniz ilbizlərinin qabından çıxarılan ağ, parlaq və bərk, yumru və ya uzunsov cism. Qiymətli daş hesab olunur və zərgərlikdə geniş istifadə edilir. Bəzək əşyası kimi istifadə edilən mirvarilər ehtişamlı gözəlliyi ilə yanaşı, həm də maraqlı xüsusiyyətlərə sahibdirlər. Mirvarilərin əmələ gəlmə mərhələləri olduqca heyranedicidir. Mirvarilər, əsasən, mirvari ilbizi adlandırılan və bir çox növləri olan molyuskalar tərəfindən əmələ gəlir. Molyuskaların qabıqları olduqca möhkəmdir. Çox çətin açılan xarici qabıqlarının kalsium karbonat əsaslı komponentləri bir çox düşmənlərini də çəkindirir. Kalsium karbonat maddəsi, həmçinin mirvarinin əmələ gəlməsində də mühüm rol oynayır. Molyuskalar içərisinə qum, çınqıl və ya zərərverici parazitlər girdiyi zaman qıcıqlanır və qorunma metodu kimi bu yad cismi izolyasiya edərək üstünü sədəflə örtməyə başlayırlar. Bu örtmə prosesi mirvarinin əmələ gəlməsinin ilk mərhələsidir.
"Mirvari" kafesi
"Mirvari" kafesi — Azərbaycanın Bakı şəhərində yerləşən kafe-pavilyon. Kafe Bakı bulvarında yerləşir. Kafe Dənizkənarı parkın əlamətdar məkanı sayılır və Bakının görünüşünü dəyişdirən bir çox obyektlərdən biri hesab olunur. == Tarixi == "Mirvari" kafesi 1962-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir. O, layihənin eskizini Skandinaviya ölkələrində məzuniyyətdə olarkən əldə edir. O, burada 1958-ci ildə ispan memarı Feliks Kandela tərəfindən Mexikoda inşa edilmiş "Los Manantiales" restoranın şəklini görəndən sonra qərara gəlir. Bu məkanı layihələndirmək memar Vadim Şulqinə həvalə olunmuşdu. Memar "Mirvari"ni layihələndirərkən əsasən quruluşun orijinallığına fikir vermişdi. Tikilinin konstruktoru dövrün peşəkarlarından olan N. Nikonov seçilmişdi. 1962-ci ildə kafe hazır olur.
"Mirvari" əməliyyatı
İraq ordusunun Fars körfəzindəki Mina əl-Məkr və Xor-əl-Aməyə adlı neft platformalarında radar qurğuları və izləmə avadanlıqları yerləşdirməsinə cavab olaraq, 28 noyabr 1980-ci ildə İrana aid Hərbi Hava və Donanma qüvvələri "Mirvari əməliyyatı" həyata keçirmişdi. Əməliyyat nəticəsində İraq Donanmasının 80%-i məhv edilmiş, hər iki neft terminalı sıradan çıxarılmış, Əl-Fəv limanı blokadaya düşmüş, Fars körfəzinin İraqa aid olan xeyli neft qurğuları dağıdılmış, habelə zenit-raket sistemləri ciddi zərər almışdı. Döyüş İranın inamlı qələbəsi ilə sona çatmışdı. Donanmasının 4/5 hissəsini itirən İraq müharibənin sonunadək körfəz sularındakı gücünü bərpa edə bilməmişdi. Üstəlik, İraq ordusundakı radar və zenit-raket komplekslərinin sıradan çıxarılması İran ordularına cənub-şərqdən növbəti hərbi əməliyyatları həyata keçirmək üçün şərait yaratmışdı. Bu əməliyyat İran Donanması tərəfindən uğurla yerinə yetirildiyinə görə 28 noyabr tarixi İranda "Donanma günü" kimi qeyd olunur.
Mirvari (dəqiqləşdirmə)
Mirvari
Mirvari (kafe)
"Mirvari" kafesi — Azərbaycanın Bakı şəhərində yerləşən kafe-pavilyon. Kafe Bakı bulvarında yerləşir. Kafe Dənizkənarı parkın əlamətdar məkanı sayılır və Bakının görünüşünü dəyişdirən bir çox obyektlərdən biri hesab olunur. == Tarixi == "Mirvari" kafesi 1962-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir. O, layihənin eskizini Skandinaviya ölkələrində məzuniyyətdə olarkən əldə edir. O, burada 1958-ci ildə ispan memarı Feliks Kandela tərəfindən Mexikoda inşa edilmiş "Los Manantiales" restoranın şəklini görəndən sonra qərara gəlir. Bu məkanı layihələndirmək memar Vadim Şulqinə həvalə olunmuşdu. Memar "Mirvari"ni layihələndirərkən əsasən quruluşun orijinallığına fikir vermişdi. Tikilinin konstruktoru dövrün peşəkarlarından olan N. Nikonov seçilmişdi. 1962-ci ildə kafe hazır olur.
Mirvari (roman)
Mirvari — Amerikalı yazıçı Con Steynbekin romanıdır. İlk dəfə 1947-ci ildə nəşr olunan hekayə, insanın məqsədini, eləcə də tamahkarlığı, cəmiyyət normalarına qarşı çıxmağı və pisliyi araşdırır. == Məzmun == Kino övladını xilas etmək üçün tək ümidi dənizdən çıxardığı misli görünməmiş mirvari idi, Kino-nun qulaqlarında cingildəyən və bütün şəhərə yayılan İnci nəğməsi ailə, şər, ümid və düşmənçilik nəğməsi ilə qarışacaq. Steynbek Kino-nun dərinliklərdən qazıb çıxardığı mirvari ilə yaşadığımız dünyaya və insan dramına işıq salır.
Mirvari Fətəliyeva
Mirvari Fətəliyeva - Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi. == Həyatı və Təhsili == 1979-cu ildə Qubadlı rayonunun Xanlıq kəndində doğulub. 1993-cü ildə Qubadlı işğal olunduğuna görə doğma yurdundan didərgin düşüb. Bakı şəhərində müxtəlif məktəblərdə təhsil alır son olaraq isə Maştağada yerləşən 187 saylı orta məktəbi bitirir. Məhz həmin məktəbdə fransız dilini öyrənməyə başlayır. Sonradan isə Azərbaycan Xarici Dillər Universitetinin Fransız dili tərcüməçilik fakultəsinə daxil olub. 4 illik təhsilini başa vurduqdan sonra Paris 8 Universitetində Fransız dili filologiyası sonra isə Avropaşünaslıq və Beynəlxalq münasibətlər fakultələrində magistr təhsili alıb. == Fəaliyyəti == Təhsilini başa vurduqdan sonra bir neçə il Azərbaycan-Fransa Ticarət Palatasında çalışıb. Hazırda isə Paris Azərbaycan Evinin prezidenti, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibidir. Eləcə də Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvüdür.
Mirvari Novruzova
Novruzova Mirvari Balaqardaş qızı (17 aprel 1923, Bakı - 20 mart 1994, Bakı) — azərbaycanlı aktrisa, Azərbaycan SSR əməkdar artisti (1949). == Həyatı == Mirvari Novruzova 17 aprel 1923-cü ildə Bakı şəhərində anadan olub. 1942-ci ildə Bakı Teatr Texnikumunu bitirmişdir. 1939-cu ildən Azərb. Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. 1949-cu ildə Azərbaycan SSR-nin əməkdar artisti adı alıb. 20 mart 1994-cü ildə Bakı şəhərində vəfat edib. İlk rolu "Eşq və intiqam tamaşasında" (S.S.Axundov) Qəmər obrazı olmuşdur. Digər rolları: Həcər ("Qaçaq Nəbi", S.Rüstəm), Xuraman ("Vaqif", S.Vurğun), Gülnisə ("Solğun çiçəklər", C.Cabbarlı), Ceyran xala, Zalxa ("Nişanlı qız", "Toy", S.Rəhman), Tükəz ("Hacı Qara", M.F.Axundov), Hafizə ("Pəri-cadu", Ə.B.Haqverdiyev), Zeynəb ("Dumanlı Təbriz", M.S.Ordubadi), Teklə ("Xanuma", A.Saqareli), Qadın ("Qadın faciəsi", F.Q.Lorka) və s. Aktyor Əli Zeynalovun həyat yoldaşı olmuşdur.
Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı (tam adı: Mirvari Üzeyir qızı Qəhrəmanlı; d. 23 iyul 1946, Şəki, Azərbaycan SSR, SSRİ) — hüquq müdafiəçisi; "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri == İctimai-siyasi fəaliyyəti == SSRİ dönəmində birləşmiş həmkarlar təşkilatının sədri işləmiş, komsomolda çalışmış, keçmiş Orcanikidze rayonunda deputat olmuşdur. 1992-1994-cü illərdə ARDNŞ-nin Azərneft və Qazçıxarma üzrə baş idarə rəisinin kadr və sosial məsələlər üzrə müavini vəzifəsində işləmişdir. Milli Müqavimət Hərəkatında iştirak etmiş, SİDSUH-da katib olmuşdur. Demkonqresdə ADİP-i təmsil etmişdir. "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin yaradıcılarından biridir. Hazırda həmin təşkilatın rəhbəridir. Təşkilat 1996-cı ildə yaransa da yanız 2006-cı ildə dövlət qeydiyyatına alınmışdır. Bir müddət Böyük Quruluş Partiyasının üzvü olmuşdur. == Ailəsi == Dindar bir ailədə böyüyüb, tərbiyə almışdır.
Mirvari Rəhimzadə
Mirvari Rəhimzadə (Tam adı: Mirvari Əziz qızı Rəhimzadə; d.8 fevral, 1958, Bakı - ö.17 iyun, 2016, Bakı) — Azərbaycan publisisti və jurnalisti; Azərbaycan Respublikasının əməkdar jurnalisti == Həyatı və yaradıcılığı == Mirvari Rəhimzadə 8 fevral 1958-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin bitirib. “Respublika gəncləri”,”Azərbaycan”, "Hər Gün" qəzetlərində çalışıb. “Respublika” qəzetində redaktor vəzifəsində çalışıb. Mirvari Rəhimzadə Hacı Zeynalabdin Tağıyev haqqında 20-25 illik arxiv materialları ilə və canlı səlnaməçilərlə ərsəyə gətirərək, iki cildlik “Allahın eşqiylə” kitabını yazıb. Təhsil problemləri üzrə mütəxəssis İslam Əsgəroğlu ilə birgə “Sabaha saçılan nur” kitabını yazıb. Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, akademik, Azərbaycan SSR-yə 1959-1969-cu illərdə rəhbərlik etmiş Vəli Yusif oğlu Axundov haqqında kitabın müəllifidir. 2016-ci il 17 iyun tarixində Bakı şəhərində vəfat edib. == Mükafatları == R.Mirvari “Qızıl Qələm”, “Həsən bəy Zərdabi” jurnalist mükafatları laureatıdır. Azərbaycan milli mətbuatının 130 illiyi münasibətilə jurnalistikanın inkişafındakı xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla “Respublikanın əməkdar jurnalisti" adına layiq görülüb.
Mirvari Tağıyeva
Tağıyeva Mirvari Məmməd qızı (d.20.1.1918, Xankəndi, v.e 1969, Bakı) - tibb e.d. professor (1970). N.N.rimanov ad. Azərbaycan Dövlət Tibb İnstitutunun 1-ci hospital-cərrahiyə kafedrasında assistent. == Həyatı == Mirvari Tağıyeva 20 yanvar, 1918 tarixdə Xankəndində anadan olmuşdur. == Fəaliyyəti == Mirvari Tağıyeva 1979 ildən fakültə və hospital-cərrahiyyə kafedrasının professoru olmuşdur. Tədqiqatı, əsasən, öd yollarının fəsadlarına, qara ciyər və qarın boşluğu orqanlarının cərrahi müalicəsinə həsr olunmuşdur.
Mirvari kafesi
"Mirvari" kafesi — Azərbaycanın Bakı şəhərində yerləşən kafe-pavilyon. Kafe Bakı bulvarında yerləşir. Kafe Dənizkənarı parkın əlamətdar məkanı sayılır və Bakının görünüşünü dəyişdirən bir çox obyektlərdən biri hesab olunur. == Tarixi == "Mirvari" kafesi 1962-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir. O, layihənin eskizini Skandinaviya ölkələrində məzuniyyətdə olarkən əldə edir. O, burada 1958-ci ildə ispan memarı Feliks Kandela tərəfindən Mexikoda inşa edilmiş "Los Manantiales" restoranın şəklini görəndən sonra qərara gəlir. Bu məkanı layihələndirmək memar Vadim Şulqinə həvalə olunmuşdu. Memar "Mirvari"ni layihələndirərkən əsasən quruluşun orijinallığına fikir vermişdi. Tikilinin konstruktoru dövrün peşəkarlarından olan N. Nikonov seçilmişdi. 1962-ci ildə kafe hazır olur.
Mirvari kərtənkələsi
Mirvari kərtənkələsi və ya Bəzənmiş kərtənkələ (lat. Timon lepidus) — Əsl kərtənkələlər fəsiləsinə daxil olan Timon cinsinə aid növ. Bəzən gözlü kərtənkələ adlandırırlar, bu ad ona zərindəki qara gözə bənzər ləkələrə görə verilmişdir. İri kərtənkələdir. Ümumi uzunluğu 90 sm, erkəklərdə adətən 55–70 sm, disilərdə isə 45 sm uzunluğu olur. Avropada yaşıyan ən iri sürünənlərdən hesab edilir. Bu növ kərtənkələ əsasən Pireney yarımadası və Fransanın cənubunda, kiçik arealla İtaliyanın şimal-qərbində yayılmışdır. Kolluqlar, quru meşələr, həmcinin bağlar və üzümlüklərdə daha çox yayılmışdır. Əsasən Cücülər, kərtənkələlər, ilanlar, gəmiriçilər və quşlarla qidalanır. Bəzi hallarda şirəli giləmeyvələr və üzümlərlə qidalanırlar.
Raciv Motvani
Raciv Motvani (ing. Rajeev Motwani) - Google veb axtarış sisteminin yaradıcılarından biri, professor. == Həyatı == Raciv Motvani 1962-ci il martın 26-da Hindistanın Yeni Dehli şəhərində anadan olub. Larri Peyc və Sergey Brinlə birlikdə dünyanın ən nəhəng internet axtarış sistemi olan Google veb axtarış sistemini yaradıb. O, 5 iyun 2009-cu ildə hovuzda boğularaq ölüb. == Ölümü == Stenford Universitetinin professoru olan Raciv Motvani üzməyi bacarmırmış. Yaxınlarının sözlərinə görə, o üzgüçülük kursuna getməyi planlaşdırırmış. Professor gecə saatlarında hovuza yıxılıb. Xidmətçisi səhər işə gələrkən Kaliforniyadakı evində, bağçadakı hovuzda Motvaninin cəsədini tapıb.
Həvari Andrey
Andrey (q.yun. Ἀνδρέας Andréas) — İsanın on iki həvarisindən biri. Simonun qardaşı, Cəliləli balıqçı. X şəklindəki çarmıxda ölmüşdür. Şotlandiya və Rusiyanın baş əzizi. 30 noyabr Əziz Andrey günüdür.
Həvari Barnaba
Barnaba (yun. Βαρνάβας; ağıl) — İsanın həvarisi olduğu mübahisəli olan Kiprli xristian müqəddəsi. == Barnaba şərəfinə tikilmiş kilsələr == Nottinqem kilsəsi. == Həmçinin bax == Barnaba İncili == İstinadlar == == Ədəbiyyat == Послание Варнавы.// Памятники древней христианской письменности, т. II. Писания мужей Апостольских/ Пер. П. Преображенского. — М.: 1860.
Həvari Bartalmay
Həvari Varfolomey yaxud Müqəddəs həvari Bartalmay və ya Müqəddəs Varfolomey (yun. Απόστολος Βαρθολομαῖος; e. ə. I əsr – I əsr, Albanopolis) — Xristianlıqda İsa peyğəmbərin on iki həvarisindən biri.Ənənəvi Xristian məzhəbləri tərəfindən Azərbaycanın himayədar müqəddəsi,əzizi olaraq qəbul edilir.
Həvari Faddey
Həvari Faddey (yun. Θαδδαῖος, qibt. ⲑⲁⲇⲇⲉⲟⲥ, süry. ܝܗܘܕܐ ܫܠܝܚܐ; təq. 10 – təq. 62, Beyrut) — İncilə əsasən İsa Məsihin 12 həvarisindən biri.
Həvari Filipp
Filipp (yun. Φίλιππος, Phílippos) — İsanın 12 həvarisindən biridir. Təxminən 80-ci ildə Hierapolis şəhərində çarmıxa çəkilərək edam edilmişdir. Məzarı 25 iyul 2011-ci ildə Hierapolis (Pamukqala) antik şəhərində, Şəhidlik təpəsində tapılmışdır.
Həvari Foma
Həvari Foma (yun. Θωμάς Thōmás) — xristianlıqda on iki həvaridən biri.
Həvari Matfey
Həvari Matfey (yun. Ματθαίος Matthaíos) — xristianlıqda on iki həvaridən biri.
Həvari Pavel
Müqəddəs həvari Pavel (təq. 5, Tarsus, Roma imperiyası – ən tezi avqust 64 və ən geci 67, Roma, İtaliya[d], Roma imperiyası) — xristianlıq tarixinin ən böyük missioneri. Yəhudi ailəsində doğulmuş əvvəldə Savl adlandırılmışdı. Yerusəlimdən Dəməşqə səyahət zamanı İsadan vəhy görmüş Pavel xristianlığı qəbul etmişdir. Həvarilər Əməllərinə görə, üç missioner səyahəti törətdi. Əhdi Cədiddə 13 müraciətnamə onun adını daşıyır. Adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısına daxil edilib.
Həvari Pyotr
Müqəddəs Pyotr (e.ə. 1 – ən tezi 13 oktyabr 64 və ən geci 68) — Xristianlıqda İsa peyğəmbərin on iki həvarisindən biri. Həmçinin İsa peyğəmbərin digər bir həvarisi olan Andreasın qardaşı. Xristianlığın katolik cərayanında ənənəvi olaraq ilk Roma Papası hesab edilir. Xristianlıqda adının əvvəlinə "Müqəddəs" titulu gətirilir. Qalileyada, Fələstində anadan olmuşdur. Əsl peşəsi balıqçılıq idi. Katolik kilsəsinə görə ilk Papa və İsa peyğəmbərin varisidir. 29 iyun 67-ci ildə çarmıxa çəkilərək öldürüldüyünə inanılır. Xristian ənənəsinə görə, Pyotr Romada İmperator Neronun rəhbərliyi altında tərs formada çarmıxa çəkildi.
Həvari Varfolomey
Həvari Varfolomey yaxud Müqəddəs həvari Bartalmay və ya Müqəddəs Varfolomey (yun. Απόστολος Βαρθολομαῖος; e. ə. I əsr – I əsr, Albanopolis) — Xristianlıqda İsa peyğəmbərin on iki həvarisindən biri.Ənənəvi Xristian məzhəbləri tərəfindən Azərbaycanın himayədar müqəddəsi,əzizi olaraq qəbul edilir.
Həvari Yuhənna
Həvari Yuhənna (q.yun. Ἰωάννης Iōánnēs) — xristianlıqda on iki həvaridən biri, Bibliyadakı Yuhənna incilin, Vəhy kitabı (Apokalipsis) və üç məktubun müəllifi. Xatirə günləri: 27 dekabr (katolik və digər Qərb Kilsələrində), 8 may, 30 iyun və 26 sentyabr (pravoslav Kilsəsində).
Meşari
Meşari (alb. Meshari) - alban dilində çap edilmiş ilk kitab. Hal-hazırda tək bir nüsxəsi mövcuddur. Kitab 188 səhifədən ibarət olmuşdur və yazılar səhifələrdə iki sütunla yazılmışdır. == Tarixi == Kitab təxminən 1555-ci ildə Venesiyada katolik yepiskopu Gön Buzuku tərəfindən nəşr edilmişdir. Meshari 1740-cı ildə Skopyedə aşkar edildi, bir müddət sonra isə onun haqqında məlumatlar itdi. 1910-cu ildə kitabın bir nüsxəsi Katolik Yepiskopu Luzi Skiroi tərəfindən yenidən aşkar edildi. 1930-cu ildə kitabın fotonüsxəsi, 1968-ci ildə isə elm adamlarının rəyləri ilə kitab yeni formada nəşr olundu. Hal-hazırda orijinal kitab Vatikan Kitabxanasındadır. Vatikan nüsxəsində kitabın titul vərəqi və ilk 16 səhifəsi yoxdur.
Revari
Revari (hind. रेवाडी, ing. Rewari) — Hindistanın Xaryana ştatında yerləşən şəhərdir. Revari dairəsinin inzibati mərkəzidir. == Coğrafiyası və iqlimi == Şəhər təxminən Dehlidən 82 km cənub-qərbdə və Qurqaonadan 51 kilometr məsafədə yerləşmişdir. Şəhər dəniz səviyyəsindən 244 m yüksəklikdə yerləşmişdir. Şəhər vasitəsilə Racastxanda başlayan və Dehlidə Nacafqarx gölünə düşən quruyan Saxibi çayı axır. Revari şəhərinin iqlimi quraqlıq kimi səciyyələnir. Yanvarın orta minimum temperatur 6 °C təşkil edir. May və iyun aylarında orta maksimum temperatur — 41 °C təşkil edir.
Rəisəli Delvari
Rəisəli Delvari (1882, Delvar, Buşehr ostanı – 4 sentyabr 1915) — İranın milli qəhrəmanı, Birinci Dünya müharibəsində İranın cənubunu işğal edən Böyük Britaniya qüvvələrinə qarşı Təngistan qiyamına başçılıq edən məşhur yerli qəhrəman. == Həyatı == Rəisəli Zair Məhəmməd oğlu 1882-ci ildə Təngistanın Delvar kəndində anadan olmuşdu. Rəisəli Delvari ingilis təcavüzkarlarına qarşı İranın cənub vilayətlərində başlayan milli azadlıq hərəkatına qoşulmuşdu. 1915-ci ilin avqust ayının axırlarında Əhrəm vuruşmalarında mücahid başçısı Rəisəli Delvari naməlum şəraitdə öldürüldü. "Borazcan komitəsi" bu təəssüflü hadisənin xəbərini sürətlə hər yerə yaydı və Rəisəlinin dəfni üçün matəm mərasimi keçirdi. Şiraz əhalisi demokratların başçılığı ilə məscidlərə matəm mərasimi təşkil etdilər. Şirazda ingilis konsulunun iranlı müavini Qulaməli xan Nəvvab Rəisəlinin adını hörmətsizliklə qey etdiyinə görə 1915-ci ilin sentyabrın 4-də şəhər cavanları tərəfindən öldürüldü. Rəisəlinin şəhid olması xəbəri Tehrana yayıldı, hökumət Şah məscidində matəm mərasimi keçirilməsinə göstəriş verdi.
Atəşböcəklərinin məzarı
Grave of the Fireflies və ya Yaponiyada tanınan adı ilə Hotaru no Haka (火垂るの墓, azərb. Atəşböcəklərinin məzarı‎) – İsao Takahatanın rejissorluğu və ssenaristliyi ilə 1988-ci ildə çəkilən anime filmi. Film anime studiyası Studio Ghibli-nin məhsuludur. Anime filmi Akiyuki Nosakanın eyni adlı romanının motivləri əsasında çəkilmişdir. Belə ki Akiyuki Nosaka bu romanı İkinci dünya müharibəsi zamanı aclıqdan ölmüş bacısının həyat hekayəsini ondan üzr istəmək niyyəti ilə qələmə almışdır. Anime filmi kinotənqidçilər tərəfindən müsbət rəy almışdır və müharibə mövzusunda çəkilmiş ən təsiredici filmlərdən sayılır. Rocer Ebert filmi indiyə kimi ən güclü antimüharibə mövzusunda çəkilmiş dram filmlərindən biri olduğunu bildirib və 2000-ci ildə özünün "Great Movies" adlı film listinə daxil etmişdir. == Məzmun == Hadisələr İkinci dünya müharibəsinin sonlarına yaxın Yaponiyada baş verir.Film iki uşağın — 14 yaşlı Seita və 4 yaşlı Setsukonun həyatından bəhs edir. Film Seytanın 21 sentyabr 1945-ci ildə Sannomiya stansiyasında, qaranlıqda bir küncdə ölməsi ilə başlayır. Cəsədin ölüb-ölməməsini yoxlayan xidmətçilərdən biri onun cibindən Sakuma drops qutusu tapır və qutunun nə olduğunu anlamadan onu stansiyadan kənara atır.