Mirvarid Novruzova
Novruzova Mirvari Balaqardaş qızı (17 aprel 1923, Bakı - 20 mart 1994, Bakı) — azərbaycanlı aktrisa, Azərbaycan SSR əməkdar artisti (1949).
Mirvari Novruzova 17 aprel 1923-cü ildə Bakı şəhərində anadan olub. 1942-ci ildə Bakı Teatr Texnikumunu bitirmişdir. 1939-cu ildən Azərb. Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. 1949-cu ildə Azərbaycan SSR-nin əməkdar artisti adı alıb.
20 mart 1994-cü ildə Bakı şəhərində vəfat edib.
İlk rolu "Eşq və intiqam tamaşasında" (S.S.Axundov) Qəmər obrazı olmuşdur. Digər rolları: Həcər ("Qaçaq Nəbi", S.Rüstəm), Xuraman ("Vaqif", S.Vurğun), Gülnisə ("Solğun çiçəklər", C.Cabbarlı), Ceyran xala, Zalxa ("Nişanlı qız", "Toy", S.Rəhman), Tükəz ("Hacı Qara", M.F.Axundov), Hafizə ("Pəri-cadu", Ə.B.Haqverdiyev), Zeynəb ("Dumanlı Təbriz", M.S.Ordubadi), Teklə ("Xanuma", A.Saqareli), Qadın ("Qadın faciəsi", F.Q.Lorka) və s.
Aktyor Əli Zeynalovun həyat yoldaşı olmuşdur.