Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məxfurə Yermakova
Məxfurə (Mariya) Frolovna Yermakova (rus. Мария Фроловна Ермакова; 1901, Bakı – 1982, Bakı) — Azərbaycanın ilk aktrisalarından biri, Azərbaycan SSR əməkdar artisti (1936). == Həyatı == Məxfurə Yermakova 1901-ci ildən Bakıda anadan olmuşdur. Əsl adı Mariya olsa da səhnəyə ilk addımından "Məxfurə" təxəllüsü ilə çıxış edib. Milliyyətcə rus olsa da, azərbaycanca səlis və aydın danışa bilirdi.Məxfurə Yermakova 1918-ci ildə Azərbaycan səhnəsində milli aktrisaların olmadığı bir dövrdə "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti" truppasına daxil olub. Az müddət Tiflisə gedib və oranın dram dəstəsində bir neçə tamaşada iştirak edib. 1920-ci ilin iyun ayında hazırkı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına daxil olub. 1925–1932-ci illərdə Bakı Türk İşçi Teatrında, 1933–1946-cı illərdə Gəncə Dövlət Dram Teatrında, 1946–1982-ci illərdə isə Gənc Tamaşaçılar Teatrında işləyib.Məxfurə Yermakova 1982-ci ildə Bakıda vəfat etmişdir.
Məsturə Avşar
Məsturə Cəmşid xan Məcdüssəltənə qızı Avşar (1898-1951)—İranın ictimai xadimi. == Həyatı == Məsturə xanım Cəmşid xan Məcdüssəltənə qızı 1898-ci ildə Urmiya şəhərində dünyaya zinət vermişdi. Türk, fars, rus və fransız dillərini bilirdi. "Vətənsevər qadınlar" cəmiyətinin üzvi idi. Möhtərəm xanım Iskəndərinin ölümündən sonra bu cəmiyyətin başçısı oldu. Onun başçılığı ilə Iranda qadınların qurultayı keçirildi. Rza şah Pəhləvinin əmri ilə bu cəmiyyət qapandı. Məsturə Avşar "körpələr evi"nə rəhbərlik edirdi. Məsturə Avşar 1951-ci ildə vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008, 352 səh.
Əl-Mənsurə
Əl-Mənsurə (ərəb. المنصورة‎) — Misirdə şəhər, əd-Dəqəhliyyə mühafəzəsinin inzibati mərkəzi. Əhalisi təxminən 960.423 nəfərdir (2012).
Əlif məqsurə
Əlif məqsurə (ərəb. الألف المقصورة‎, "qüsurlu əlif") — ərəb əlifbasında hərf. Qadın cinsi sözlərin sonunda əlif (ا) əvəzinə istifadə olunur. Forması, ye (ي) hərfinin nöqtəsiz halıdır (ى, ‍ى). Uyğur, qazax, qırğız kimi bəzi türk dillərinin ərəb qrafikalı əlifbalarında "i" səsini təmsil edir.
Təşkilati Məxsusə
Təşkilati Məxsusə (osm. تشکیلات مخصوصه, Teşkilât-ı Mahsusa) — Osmanlı imperiyasında hərbiləşdirilmiş gizli polis təşkilatı. İlk növbədə Hərbiyyə Nazirliyinin nəzdində təşkil edilən təşkilat 1915-ci ilin fevralında birbaşa İttihad və Tərəqqi təşkilatına cavabdehlik daşımağa başlamışdır. Bahaəddin Şakir və Nazım bəyin rəhbərlik etdiyi təşkilat 1914-cü ilin əvvəllərində tayfa üzvlərindən (xüsusilə də çərkəz və kürdlərdən), eləcə də dövlətə xidmət edəcəkləri üçün azadlığa buraxılma şansı təqdim edilən 10,000-dən çox məhkum edilmiş cinayətkar ibarət idi. Bu, nizamlı ordudan müstəqil, dinc əhaliyə hücum etmək üçün istifadə edilə bilən bir qüvvə kimi formalaşmışdı.
Məxulə (Çaroymaq)
Məxulə (fars. ماخوله‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 68 nəfər yaşayır (12 ailə).
Səfurə İbrahimova
Səfurə (Safurə) Ağabala qızı İbrahimova (27 dekabr 1938, Bakı – 21 dekabr 2020, Bakı) — Azərbaycan kino və teatr aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan SSR dövlət mükafatı laureatı (1984). == Həyatı == Safurə İbrahimova 1938-ci il dekabr ayının 27-də Bakıda doğulub. 1955-ci ildə 14 saylı orta məktəbi bitirib. 1955–1960-cı illərdə "Stalinneft"də, 44 saylı orta məktəbdə işləyib, dram dərnəyinə gedib. O, 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin "Ana ürəyi" dramının tamaşasında Xatirə roluna dəvət edilib. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik teatrın truppasına daxil olub. Səfurə İbrahimova 2005-ci ilə qədər bu teatrda işləyib.1967-ci ildə SSRİ dövründə Novruz bayramı keçirilərkən ilk bahar qızı Səfurə İbrahimova olub. Aktrisa 21 dekabr 2020-ci ildə vəfat edib.
Səfurə Əlizadə
Səfurə Əlizadə (20 sentyabr 1992, Bakı) — azərbaycanlı müğənni. Azərbaycanı 2010-cu ildə Oslo şəhərində keçirilən 55-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir və 145 xalla 5-ci yeri tutmuşdur. 2010-cu ildə "Yeni Ulduz 8" layihəsinin qalibi olmuşdur. == Həyatı == Səfurə Əlizadə 20 sentyabr 1992-ci ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Səfurə xanım 3 yaşından musiqi ilə məşğul olmağa başlamışdır. Kaman və saksafon üzrə orta musiqi təhsili almışdır. Səfurə xanım ilk orta təhsilini xoreoqrafiya məktəbində almışdır. Daha sonra 5-ci sinifdən 164 nömrəli tam orta məktəbdə, 8-ci sinifdən isə 23 nömrəli tam orta məktəbdə təhsil almışdır. Səfurə Əlizadə 2010-cu ildə Azad Azərbaycan Televiziyasında yayımlanan "Yeni Ulduz 8" layihəsində qalibi olmuşdur və geniş tamaşaçı kütləsinə tanınmışdır. 2010-cu ildə Səfurə Əlizadə orta təhsilini bitirdikdən sonra ali təhsilini almaq üçün İsveçə köçmüşdür.
Mahşərəf xanım Məsturə
Mahşərəf Ərdəlan və ya Mahşərəf xanım Məsturə (1805, Sənəndəc – 1848, Süleymaniyyə) — kürd şairəsi, tarixçisi və yazıçısı. == Həyatı == Mahşərəf xanım Məsturə 1805-ci ildə Sənəndəc şəhərində anadan olmuşdur. Onun atası Əbülhəsən bəy Ərdəlan xanlarının sarayında yüksək vəzifələr tutmuş Qadiri nəslindən idi. Əlavə olaraq, Mahşərəf Məsturənin anasının ailəsi həmin xanlıqda hakimiyyət uğrunda mübarizədə əhəmiyyətli rola malik olmuş, gah Ərdəlan valilərini fəal müdafiə etmiş, gah da əllərində silah onlara qarşı çıxmışlar. Mahşərəf xanım Məsturə Ərdəlan valisi Xosrov xan Sani ilə evlənmişdir.Mahşərəf xanım Məsturə əsərlərini fars və kürd dillərində yazmış, Yəğma Cəndəgi və Xızr Nali kimi şairlər ilə ədəbi əlaqə saxlamışdı. Məsturənin 20 min beytdən ibarət "Divan"’ı olmuş, lakin əksəriyyəti itib-batmış və 1926-cı ildə Tehranda çap olunmuş "Divan"ında onun ancaq farsca şerləri toplanmışdır ki, bu da 2 min beytdən artıq deyil. Şairənin məlum əsərləri fars dilində yazılmış, lakin onun şerlərinin əksəriyyətinin kürd dilinin gorani dialektində yazıldığı məlumdur. == İrsi == İran heykəltəraşı Hadi Ziyadini tərəfindən hazırlanmış Mahşərəf Ərdalan heykəli İranın Sənəndəc şəhərində ucalır.
Mirzə Lütfulla xan Məxmur
Mirzə Lütfulla xan Məxmur (1683-1750)- şair, vali == Həyatı == Mirzə Lütfulla xan Hacı Şükrulla oğlu 1683-cü ildə Surs limanında anadan olmuşdur.Məxmur Ağa Hüseyn Xansarinin şagirdi Ağa Həbibulla İsfahaninin şagirdi olmuş, onun yanında elm və fəzilət əldə etmişdir. Atası vəfat etdikdən sonra Məxmur ticarət Benqala getmiş onun vasitəsilə o dövrün sultanı tərəfindən Mürşidqulunun Rüstəmcəng ləqəbi və bu ləqəbə məxsus vəzifəni almışdır.Mirzə Lütfulla xan hicri qəməri 1164 (1750)-cü ildə vəfat etmişdir. Mirzə Lütfulla xan Dürdanə bəyim Məhəmmədşüca xan Avşar qızı ilə ailə qurmuşdu. Məhəmmədyəhya xan adlı oğlu, Mehman bəyim adlı qızı vardı. == Yaradıcılığı == == Mənbə == Ənvər Çingizoğlu,Mirzə Lütfulla xan Məxmur, "Soy" dərgisi, 12 (32), 2009, səh. 113-114.
Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə (kitab)
Milli məfkurə,dövlətçilik,müstəqillik yolu ilə kitabı — Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyinin 34 illik tarixini əks etdirən 1971-2006-cı illərdə dövri mətbuatda, bəzi elmi-nəzəri jurnallarda dərc olunmuş məqalələri, habelə müxtəlif tədbirlərdəki çıxışları, mətbuat nümayəndələrinə müsahibələri və digər materialları özündə cəmləşdirərək Azərbaycanlı dövlət və elm xadimi Ramiz Mehdiyevin qələmə aldığı II cildli kitabı. == Ümumi məlumat == Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə kitabının hər iki cildindəki materiallar müstəqillik dövrünə aiddir. Həmin materiallarda xalqımızın ümummmilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyinin 34 illik tarixinin elmi-nəzəri ümumiləşdirmələrlə təhlili xüsusi yer tutur. Müəllif qeyd edir ki, Azərbaycanın XX əsrdəki intibahı, SSRİ-nin süqutundan sonra isə həqiqətən müstəqil dövlət kimi dünya birliyində öz layiqli yerini tutması, sosial-iqtisadi inkişaf yoluna çıxması, ölkənin uzunmüddətli tərəqqisinin əsasını qoyan neft strategiyasının işlənib hazırlanması və uğurla həyata keçirilməsi, hüquqi, dünyəvi dövlət, demokratik və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunmuş uğurlar bilavasitə Heydər Əliyev dühasının, müdrikliyinin, yenilməz iradəsinin nəticəsidir.Həm bir, həm də ikinci cilddəki materiallarda ulu öndərin siyasi varisi ve ideyalarının davamçısı Prezident İlham Əliyevin respublikaya rəhbərliyinin nəticəsi olaraq müstəqil Azərbaycanın daha da möhkəmlənməsinə, Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsinə, ölkəmizin dinamik sosial-iqtisadiyyatının necə inkişaf etdiyi işıqlandırılmışdır.Professor Ramiz Mehdiyevin bu kitabı ictimai elmlər sahısində çalışan mütəxəssislər, ali məktəblərin müəllim və tələbələri, habelə ölkəmizin müasir tarixi ilə maraqlananlar üçün dəyərli mənbədir. == İstinadlar == == Xarici keçidlər == "Heydər Əliyevə həsr olunmuş kitabların elektron versiyaları" (PDF) (az.). https://files.preslib.az. 02.11.2022 tarixində arxivləşdirilib (PDF). "TÜRKİYƏ MİLLİ KİTABXANASI (www. mkutup.gov.tr)" (az.). http://anl.az.