Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Harri Potter və Mələz Şahzadə (roman)
Harri Potter və Yarımqan Prins (ing. Harry Potter and the Half-Blood Prince) — Harri Potter haqqında kitabların altıncı tomu. Bu kitab Ginnesin rekordlar Kitabına dünyanın ən çox satılan kitabı kimi düşüb. 2005-ci ildə kitabın əsasında film ekran üzü gördü.
Harri Potter və Mələz Şahzadə (film, 2009)
Harri Potter və Yarımqan Prins (ing. Harry Potter and the Half-Blood Prince) — Harri Potter seriyasnın altıncı kitab əsasında çəkilən film. == Məzmunu == Harri Potter və "Yarımqan Prins"də Voldemortun geri dönüşünü Sehr Nazirliyinin də qəbul etməsiylə artıq insanlar Harrini "Seçilmiş Insan" deyə çağırmağa başlayırlar. Bu vaxt Harri, özünə vəftiz atası Siriusdan miras mallar qaldığını öyrənir. Bu mallar, Simruq Ordeninin gizli qərargahı olan Grimmauld meydanındakı, Blek ailəsinin evi və yaşlı ev elfi Kriçerdir. Harry, professor Sneypin Qaranlıq sənətlərə Qarşı Müdafiə müəllimi olduğu xəbərini eşitdikdə çaşıb qalır. Sneypin yeri, Harry-nin fərqində olmadan müəllimlik etməsi üçün razı etdiyi Horace Slughorn doldurur. Bu bir baxıma Harrinin faydasına olmuşdur çünki; Slughorn, Harrini Sneypin istədiyindən daha aşağı bir OSS (Orta sehrbazlıq səviyyəsi) balı ilə FYBS (Faciəvi Yorucu sehrbazlıq imtahanları) Eliksir sinifinə qəbul edər. Beləcə Harry seherbaz (ölüm yeyənlərlə döyüşən cadugər) ola bilməsi üçün lazım olan dərsləri ala bilər. (Harrinin gələcəkdə etməyi düşündüyü tək peşə sehrbazlıqtır.
Mərkəz
Mərkəz (şahmat) — Şahmat termini. Mərkəz (qəzet) — Azərbaycanda qəzet.
Mixləf
Mixləf (ərəb. مخلاف‎, cəmdə Məxalif; مخاليف) — qədim Yəməndə inzibati bölgü vahidi və indiki Yəməndə istifadə olunan coğrafi termin. Yaqubinin dediyinə görə, Yəməndə səksən dörd mixləf var idi. Mixləf Səba və Himyar dövlətləri altında muxtar padşahlıqlar idi.
Mələk
Mələk və ya əvvəlki mənbələrdə füriştə — iudaistik, xristian və müsəlman ənənələrində Allaha xidmət edən fərdiləşdirmiş bədənsiz və qanadlı varlıq. Rəvayətlərə görə miqdarca saysız mələklər nurabənzərlərdir. Xristian ənənəsində doqquz dənə mələk rütbə var (serafimlər, xeruvimlər, taxt-taclar, hökmranlıqlar, qüvvələr, hakimiyyətlər, başlanğıclar, arxmələklər və mələklər). == İslamda mələklər == Mələklər, Quranda 21 surədə qeyd olunduğu kimi, Allah tərəfindən müəyyən vəzifələri yerinə yetirmək məcburiyyətindədirlər. İslam dinində mələklər, yeməyən, içməyən erkəyi və dişisi olmayan, yatmayan, günah işləməyən , gözə görünməyən, nurdan ya da oddan yaranan varlıqlar kimi insanlara bilinir. Mələklər yalnız Allaha qulluq edirlər. Insanlar və cinlərdən fərqli olaraq, onların iradə azadlığı yoxdur və öz fövqəltəbii məskənlərinə təyin olunmuşlar. Buna görə də günahsız varlıqlardır İslamda ən müqərrəb (məqamı daha uca olan) mələk vəhy mələyi olan Cəbrayıl hesab olunur. Əzrayıl, Mikail, İsrafil də müqərrəb mələklərdir. Cəhənnəm mələkləri arasında məşhur olan Maalik, Zəbanilar və İblisdir.
Mətlə
Mətlə — klassik poeziyada qəzəlin, yaxud qəsidənin ilk beyti. Başqa beytlərdən fərqli olaraq mətlənin hər iki misrası qafiyələnir. Mətlənin qafiyəsi sonrakı beytlərdə də təkrarlanır. Cahanşah Həqiqinin qəzəllərindən birinin mətləsi: == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Məhlə
Məhəllə — qəsəbə və şəhər daxilində formalaşmış yaşayış kvartalı. Bəzi ölkələrdə məhəllələrdə məhəllə komitələri olur və yaşayış yeri üzrə sakinlərin təşəbbüsü ilə yaratdıqları könüllü birliklərdir.
Sen-Leje-le-Melez
Sen-Leje-le-Melez (fr. Saint-Léger-les-Mélèzes, oks. Sant Lagier) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05149. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 318 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyat kənd təsərrüfatı və qış turizminə (xizək idmanı) əsaslanır. 2007-ci ildə əmək qabiliyyətli 176 nəfər (15–64 yaş) arasında 132 nəfər iqtisadi fəal, 44 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75,0%, 1999-cu ildə 71,1%).
Aerodinamik mərkəz
Maye içində hərəkət edən və ya səthlərindən maye hərəkətinə məruz qalan bir aerofoilin aerodinamik mərkəzi, hücum bucağı dəyişsə də, sabit qalan burun ucu nöqtəsidir. Simmetrik profillər üçün, hücum kənarından dörddə bir məsafədir. Bu nöqtə dörddə bir veter nöqtəsi adlanır. Sınaq xarakterli məlumatlar asimmetrik profillər üçün istifadə olunur və ya təxmini dəyərlər alınır.
Laxta-mərkəz
Laxta-mərkəz (rus. Лахта-центр) — Sankt-Peterburqda, Rusiyanın yaşayış sahəsindən kənarda genişmiqyaslı tikinti layihəsi. == Haqqında == Laxta-mərkəz şəhərin ilk yüksək səviyyəli göydələnini, elm və təhsil kompleksi, idman və boş vaxtları dəyərləndirmək üçün məkanları və açıq amfiteatrı inşa etməyi planlanmışdır. 2018-ci ilin sonlarında başa çatdırılan Laxta-mərkəzin 462 metr yüksəkliyindəki əsas qülləsi, Rusiya və Avropanın ən yüksək binası olmuşdur. Və Laxta-mərkəzi dünyanın şimaldakı ən hündür göydələni hesab edilir. Yüksəkliyinə görə, Ostankino teleqülləsidən (540 m) sonra Rusiyanın ən yüksək ikinci binası olmuşdur. Lahta Mərkəzi dünyanın ən ekoloji göydələnlərinin beşliyinə daxil oldu (LEED Platinum level). == Dizayn xüsusiyyətləri == Hər biri bir mərtəbəli olan iki ağır strukturdan ibarət olan qutu tipi əsas qüllənin mərtəbəsini təşkil edir. Təməlin aşağı döşəməsi 20 metr dərinlikdə olmaqdadır. Qutu tipi təməli hər biri 2 metr səviyyəsində və uzunluğu 82 metr olan 264 metrlik bir yığma quraşdırılmışdır.
Mərkəz, Çekmeköy
Mərkəz — İstanbulun Anadolu tərəfindəki Çekmeköy rayonunun 17 məhəlləsindən biri. İnzibati sərhədlərinin şərqində hərbi zona, cənubunda Mimarsinan və Ümraniye rayonları, şimalında isə Beykoz rayonu yerləşir.
Mərkəz (Babək)
Mərkəz — Babək rayonu ərazisində, Paiz kəndinin şimalındakı Çalxanqala ilə üzbəüz dağın yamacında orta əsrlərə aid yaşayır yeri. == Haqqında == Şimala doğru uzanan dar keçidlər Cəhriçayla birləşir. Ərazidə çay daşı və möhrədən inşa edilmiş, gil məhlulla bir-birinə bərkidilmiş dairəvi və dördkünc planlı tikinti qlaıqları vardır. Yaşayış yerinin üzərindən boz və çəhrayı rəngli keramika məmulatı və s. toplanmışdır. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 319.
Mərkəz (Basketbol)
Mərkəz — digər adı ilə 5 nömrə və ya böyük adam basketboldakı 5 mövqedən biri. Bu mövqedə olan basketbolçular çox vaxt komandanın ən hündür oyunçusu olurlar. Onlar səbət yaxınlığında və ya altında mövqe tuturlar. Bu mövqedəki oyunçuların ribaund və blok qabiliyyətləri yüksəkdir. Ancaq onların uzaq məsafəli atış, sərbəst atış dərəcələri aşağıdır. NBA-də mərkəz oyunçuları adətən 6 ft 10 inç (2.08 metr) və daha uzun olurlar. NBA-yə seçilən ən uzun oyunçu 7'8" (2.33m) boyu ilə Yasutaka Okayama olmuşdur. NBA-də çıxış etmiş ən uzun mərkəz oyunçuları isə 7'7"(2.31 m) boy ilə Corc Mureşan və Manut Bol, WNBA-da isə Marqo Daydekdir. Wilt Chamberlain, Kərim Abdul-Cabbar , Bill Rasl, Hakem Olajuvon, Dvayt Hovard, Şakvil O'Neil, Vleyd Divac, Arvidas Sabonis,Yoakim Noah ve Antoni Deyvis NBA-də bu mövqedə çıxış etmiş ən məşhur basketbolçulardır.
Mərkəz (qəzet)
Mərkəz — qəzet. == Haqqında == Məqsəd Azərbaycanda və dünyada baş verən hadisələri əhatə etmək və operativ şəkildə oxuculara çatdırmaqdır. 1998-ci ildən çap olunur. Məqsəd Azərbaycan və dünya mədəniyyətində baş verən yeniliklərlə oxucuları operativ məlumatlandırmaqdır. == Redaksiya heyəti == Məsləhətçi Redaktor – Əkbər Fikrətoğlu Məsləhətçi Redaktor – Nurlan Qurban Müxbir – Günel Əbilova Müxbir - Nərgiz Cavadzadə Müxbir - Nigar Etibar Müxbir - Günel Bəkirova Müxbir – Mirvari Nəcəf Müxbir – Sevinc Fədai Müxbir – Tural Balabəyli Müxbir – Aynur Balmirzəyeva == Əlaqə == e-mail: [email protected] e-mail: [email protected] tel. 012 498 93 68 Tel. 012 498 23 16 Mob:(055) 674 11 34, (050) 300 80 31 Ünvan: Üzeyir Hacıbəyov 40, Hökumət evi, 5-ci qapı, 5-ci mərtəbə.
Mərkəz (şahmat)
Mərkəz — Şahmat termini. Şahmat taxtasının dörd xanası (a4, e4, e5, d5).
Mərkəz Məmmədov
Məmmədov Mərkəz (tam adı: Mərkəz Kərəm oğlu Məmmədov; 2 fevral 1940, Dəllər, Şamxor rayonu) — kimya üzrə elmlər doktoru, professor. == Həyatı == Mərkəz Kərəm oğlu Məmmədov 2 fevral 1940-cı ildə Azərbaycan Respublikası Şəmkir rayonunun Dəllər qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. O, 1947-ci ildə Dəllər orta məktəbinin birinci sinfinə daxil olmuş və 1957-ci ildə isə həmin məktəbi bitirmişdir. 1957-59-cu illərdə istehsalatda işləmək tələb olunurdu. Ona görə də o, Dəllər 7 illik məktəbində laborant işləmişdir. 1959-cu ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinə qəbul olunmuş, 1964-cü ildə oranı bitirmişdir. M. Məmmədov 1964-cü ildə təyinat ilə bitirdiyi Dəllər orta məktəbinə müəllim təyin olunmuş və burada 1967-ci ilə kimi müəllim və tədris işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. O, 1967-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda əyani aspiranturaya daxil olmuşdur. 1973-cü ildə apardığı tədqiqatları yekunlaşdıraraq "Doymuş alifatik aldehidlərin vinilləşmə reaksiyasının tədqiqi və sintez edilmiş məhsulların bəzi çevrilmələri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, elmlər namizədi adı almışdır. 1995-ci ildə M.Məmmədov uzun illər alitsiklik sırası mürəkkəb efirlərin sintezi sahəsində apardığı tədqiqatları "Tsikloolefin karbohidrogenləri və tsiklanonlar əsasında efir və ketoefirlərin alınması, xassə və tətbiq sahələrinin öyrənilməsi" mövzusunda doktorluq dissertasiyası şəklində müdafiə edərək kimya elmləri doktoru alimlik dərəcəsi, 2014-cü ildə professor elmi adı almışdır.
Mərkəz Qacar
Quliyev Mərkəz Mikayıl oğlu (Mərkəz Qacar) (14 fevral 1948, Qaryagin – 4 noyabr 2013, Bakı) — hüquqşünas, şair. == Həyatı == Mərkəz Quliyev 14 fevral 1948-ci ildə Füzuli şəhərində ruhani ailəsində anadan olub. Bakı Dövlət Univetsitetinin Hüquq fakültəsini bitirib. 1976-cı ildən prokurorluq orqanlarında çalışır, Yardımlı və Səlyan rayonlarında müstəntiq, 1991-ci ildən isə Bakı Şəhər Prokurorluğunda şöbə prokuroru kimi əmək fəaliyyətini davam etdirib. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. M. Qacarın indiyə qədər 30-dan artıq kitabı çap olunmuşdur. Bu kitablara 20 minə yaxın təmsil, 2000-dən artıq rübai, 3000-dən artıq lirik şeir, 500-dən çox bayatı, 1000-dən artıq qəzəl, 10 alleqorik pyes, 8 tarixi dram və 9 poema daxil edilmişdir. Əsərləri ingilis, alman, ispan, rus, fars, kürd və başqa dillərə tərcümə edilmişdir. Dram əsərləri respublikanın müxtəlif teatrlarında tamaşaya qoyulmuş, ssenariləri üzrə çəkilmiş filmlər Azərbaycan televiziyasında dəfələrlə nümayiş etdirilmişdir. == Mükafatları == Mərkəz Qacar "Araz" Ali ədəbi və "Qızıl Qələm" yaradıcılıq mükafatlarının laureatıdır.
Mərkəz lövhəsi
Mərkəz lövhəsi — yelkənli qayıqların altında tarazlığı təmin edən ağırlıq. Yelkənlərin yaratdığı qüvvəyə qarşı bir qüvvə yaratdığından dolayı qurğuşundan hazırlanır. Qayıq əgər kifayət qədər ağır olmazsa güclü külək nəticəsində aşa bilər. Mərkəz lövhəsinin digər vacib funksiyası yandan əsən küləyin qayığı külək altına sürükləməsinin qarşısını almaqdır. Mərkəz lövhəsi bu iki xüsusiyyətindən dolayı yelkənli qayıqların əsas hissələrindən biridir. Kiçik qayıqlarda qayığın ağır olmasına ehtiyac yoxdur, çünki kapitan öz ağırlığı ilə qayığın tarazlığını düzəldə bilir. Əslində, çox vaxt bu qayıqlarda mərkəz lövhəsi sabit olmur və kapitan lazım olduğu təqdirdə mərkəz lövhəsini qayığın içinə çəkə bilir. Məsələn, sarğı seyrində qayıq üzərində yaranan yan qüvvələr az olduğundan kapitanın mərkəz lövhəsinə ehtiyacı olmur.
Mərkəz sağçılıq
Sağ mərkəzçilik və ya mərkəz sağçılıq — cəmiyyətdə tədrici, təkamül xarakterli dəyişikliklərə əsaslanan ictimai-siyasi cərəyan. Siyasətdə sağ mərkəzçilər, onların fikrincə, siyasi spektrin sağ cinahına aid olan, lakin digər sağçılarla müqayisədə mərkəzə daha yaxın olan siyasətçilər və partiyalar hesab edilir. Bu, həm də bəzi məsələlərdə mərkəzçilərlə blokadaya düşən mötədil sağçı siyasi baxışların və sosial transformasiya üsullarının birləşməsi kimi də şərh oluna bilər. Sağ mərkəzçilərə xristian demokratlar, sosial mühafizəkarlar, klassik liberallar, iqtisadi liberallar, mühafizəkar liberallar, liberal mühafizəkarlar, neoliberallar, milli mühafizəkarlar, milli demokratlar və milli liberallar kimi istinad etmək adətdir. 2019-cu ildə aparılan araşdırmaya görə, 2018-ci ildə sağ mərkəzçi partiyalar 21 Qərb demokratiyasında təxminən 27% səs toplamışdır. Bu, 1960-cı ildəki 37%-dən azalma idi.
Mətləb Abdullayev
Mətləb Abdullayev (tam adı: Mətləb Fətəli oğlu Abdullayev; 2 avqust 1969) — Azərbaycan aktyoru. == Həyatı == 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. 1996-cı ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilmişdir. Teatrın səhnəsində aşağıdakı rolları oynayıb. Qaraxan ("Ana intiqamı" Vidadi Babanlı), Carçı ("Kral Lir" Vilyam Şekspir),Hüseynqulu xan ("Hökmdar və qızı" İlyas Əfəndiyev), Şəhər əhli ("Ah, Paris Paris!" Elçin), Topal ("Fərhad və Şirin" Səməd Vurğun), Şahzadə Tiqran ("Pompeyin Qafqaza yürüşü" Nəcəf Həsənzadə), Can ("Sokratı anma gecəsi" Çingiz Aytmatov),4-cü ərizəçi ("Lənkəran xanının vəziri" Mirzə Fətəli Axundov), Qurban ("Aydın" Cəfər Cabbarlı), Əbdürrəhman ("Ədirnə fəthi" C.Cabbarlı), Səfi bəy ("Eşq intiqam" Süleyman Sani Axundov), Halaypozan ("Hələ sevirəm deməmişdilər" Ramiz Novruz), Rozenkrants ("Hamlet" V.Şekspir), 1-ci cangüdən ("Varlı qadın" Əli Əmirli), Həbib bəy ("Dirilən adam" Mir Cəlal), Möhnət ("Xurşidbanu Natəvan" İlyas Əfəndiyev), Nağı ("Ölüləri qəbiristanlıqda basdırın" İsmayıl Şıxlı), Həbib bəy ("Dirilən adam" Mir Cəlal), Elmi işçi ("İkinci səs" Bəxtiyar Vahabzadə), Məşədi Oruc ("Ölülər", Cəlil Məmmədquluzadə), sədr ("Almaz", Cəfər Cabbarlı). Aktyor "Yurd yeri" (Ordu əsgəri), "Sağ ol!" (Satıcı), "Qırmızı qar" (Suren) teletamaşalarında oynayıb. == Mükafatları == 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 29 oktyabr 2019-cu ildə “Əməkdar artist” adına layiq görülüb. == Filmoqrafiya == Azərbaycan xanlıqları. Naxçıvan və İrəvan xanlıqları.
Mətləb Cəfərov
Mətləb Məhəmməd oğlu Cəfərov (19 noyabr 1977; Nərimankənd, Sabirabad rayonu, Azərbaycan — 20 noyabr 2020; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mətləb Cəfərov 19 noyabr 1977-ci ildə Sabirabad rayonunun Nərimankənd kəndində anadan olmuşdur. 9-cu sinfə qədər Sabirabad rayon Nərimankənd kənd tam orta məktəbində təhsil almış, 2 il sonra təhsilini davam etdirdiyi Bakı şəhərindəki liseylərdən birində təhsilini bitirmişdir. Kənd Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) ali təhsil almışdır. == Hərbi xidməti == Mətləb Cəfərov ali məktəbdən məzun olduqdan sonra "leytenant" rütbəsi ilə hərbi xidmət qulluqçusu olmuşdur. Xidmətini ehtiyatda olan zabit kimi və "baş leytenant" rütbəsi ilə başa vurmuşdur. Azərbaycan Ordusunun baş leytenantı olan Mətləb Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq həmin ilin 16 oktyabrından iştirak etmişdir. Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Mətləb Cəfərov 2 noyabr 2020-ci ildə Qubadlı istiqamətində ağır yaralanmışdır. 18 günlük koma vəziyyətindən sonra 20 noyabr 2020-ci ildə müalicə aldığı xəstəxanada həlak olmuşdur.
Mətləb Həsənov
Mətləb Həsənov - Qarabağ müharibəsi iştirakçısı, şəhid. Mətləb Həsənov 1962-ci ildə Laçın şəhərinin Qızılca məhəlləsində (əslən Qızılca kəndindəndir ) dünyaya gəlib. Laçın şəhər 1 №-li orta məktəbini bitirib. Laçın rayon Qaz idarəsində mühəndis işləyib və mənfur düşmənlərimiz torpaqlarımıza göz dikdiyi andan Laçın könüllü özünümüdafə alayının tərkibində düşmənlərə qarşı mübarizəyə başlayıb, ağır döyüşlərin iştirakçısı olub. Onu da qeyd edək ki, kəşfiyyatçı kimi Laçın şəhərinə ,Qızılca kəndinə gedib. 1992-ci ilin oktyabr ayının 15- də Tığik kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəli idi. İki övladı yadigar qalıb. == Mənbə == "Laçın yurdu" jurnalı,№5(2),2011,Bakı,"Nurlar",2011.
Mətləb Muradov
Mətləb Müttəlimov
Mətləb Əzizulla oğlu Mütəllimli və ya Mətləb Əzimulla oğlu Mütəllimov (20 may 1949, Horavar, Yardımlı rayonu) — Sosial Ədalət Partiyasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının baş prokurorunun birinci müavini. == Həyatı == Mətləb Mütəllimli 20 may 1949-cu il tarixində Yardımlı rayonunun Horavar qəsəbəsində anadan olub. 1967-ci ildə Biləsuvar rayonundakı Ağəydi kənd orta məktəbini bitirmişdir. Həmin il əmək fəaliyyətinə Sumqayıt Boru-Prokat Zavodu boru-prokat sexində presləyici köməkcisi kimi başlamışdır. 1968–1970-ci illərdə icbari hərbi xidmətdə olmuşdur. 1971-ci ildə Komsomol putyovkası ilə Tumen şəhərinə çalışmağa getmişdir. 1972–1977-ci illərdə Sumqayıtda Sintetik Kauçuk zavodunda çilingər, aparatçı, yataqxanada tərbiyəçi-müəllim olaraq çalışmışdır. Mətləb Mütəllimli işi ilə eyni zamanda 1973–1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil almışdır. 1978-ci ildən Sumqayı Şəhər Mənzil-İstismar İdarəsinin hüquq məsləhətçisi, 1981-ci ildən Sumqayıt Superfosfat Zavodunda hüquq şöbəsinin məsləhətçisi, sonra isə şöbə müdiri vəzifəsində çalışmışdır. O, 1986-cı ildən Sumqayıt Kimya Məhsulları Bazasında baş hüquq məsləhətçisi, 1988-ci ildən isə Sumqayıt Politexnik Texnikumunda hüquq fənni üzrə müəllim olaraq çalışmışdır.
Məxmər inqilabı
Məxməri inqilab (çex. sametová revoluce) və ya Nəzakətli inqilab (slovak. nežná revolúcia) — Çexoslovakiyada 1989-cu ilin 17 noyabrından 29 dekabrına qədər baş verən dinc və qeyri-zorakı inqilab. Çexoslovakiya Kommunist Partiyasının tək partiya hökumətinə qarşı tələbə və digər populyar nümayişlər üstünlük təşkil edən inqilab, partiyanın ölkə üzrə nəzarətinin dağılmasına və sonrakı Çexiyanın parlament respublikasına çevrilməsinə gətirib çıxardı.
Qalaktik Mərkəz
Qalaktika Mərkəzi — Süd Yolu qalaktikasının fırlanma mərkəzidir. Süd Yolunun ən parlaq olduğu sahəsi Oxatan, İlandaşıyan və Əqrəb bürcləri istiqamətində Yerdən 8.122 ± 31 parsek (26.490 ± 100 i.i.) məsafədədir. Bu Oxatan A* kompakt radioşüalanma mənbəyi ilə üst-üstə düşür. Qalaktik Mərkəzin bir parsekində təxminən 10 milyon ulduz var, əsasən qırmızı nəhənglər üstünlük təşkil edir. Həmçinin bir milyon il əvvəl ulduz əmələgəlməsi hadisəsində əhəmiyyətli olan kütləvi ifratnəhəng ulduzlar və Wolf-Raye tipli ulduzlar da var. Qalaktik Mərkəzdə 4,100 ± 0,034 milyon günəş kütləsi tərtibində supermassiv qara dəlik var, bu qara dəlik Oxatan A * radioşüalanma mənbəyini gücləndirir. == Kəşfi == Görmə xətti boyunca ulduzlararası tozun olması səbəbiylə, Galaktik Mərkəz vizual, ultrabənövşəyi və ya yumşaq (aşağı enerjili) rentgen süalanması oblastında aparılan müşahidələrdə tədqiq oluna bilmir. Qalaktika Mərkəzin müşahidəsi gamma şüalanma, ağır (yüksək enerjili) rentgen, infraqırmızı, submilimetr və radio dalğalar oblastlarında aparılır. İmanuel Kant "Ümumi Təbii Tarix və Göylərin Nəzəriyyəsi" (1755) əsərində, böyük bir ulduzun Süd Yolu Qalaktikası mərkəzində olduğunu və bu ulduzun Sirius ola biləcəyini ifadə etmişdir. Harlow Şapley 1918-ci ildə Süd Yolunu əhatəyə alan kürəvi ulduz topalarının halterinin Oxatan bürcünündəki ulduz topalarının üzərində mərkəzləşmiş olduğunu, lakin bu bölgədəki qaranlıq molekulyar buludlar optik astronomların görüş sahəsinin qarşısını aldığını ifadə etdi 1940-cı illərin əvvəllərində Mount Wilson Rəsədxanasında Walter Baade 100 düym (250 sm) Hooker Teleskopu ilə mərkəzin axtarışını aparmaq üçün Los-Ancelesdəki müharibə şəraitindən faydalandı.
Mətləb Mütəllimli
Mətləb Əzizulla oğlu Mütəllimli və ya Mətləb Əzimulla oğlu Mütəllimov (20 may 1949, Horavar, Yardımlı rayonu) — Sosial Ədalət Partiyasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının baş prokurorunun birinci müavini. == Həyatı == Mətləb Mütəllimli 20 may 1949-cu il tarixində Yardımlı rayonunun Horavar qəsəbəsində anadan olub. 1967-ci ildə Biləsuvar rayonundakı Ağəydi kənd orta məktəbini bitirmişdir. Həmin il əmək fəaliyyətinə Sumqayıt Boru-Prokat Zavodu boru-prokat sexində presləyici köməkcisi kimi başlamışdır. 1968–1970-ci illərdə icbari hərbi xidmətdə olmuşdur. 1971-ci ildə Komsomol putyovkası ilə Tumen şəhərinə çalışmağa getmişdir. 1972–1977-ci illərdə Sumqayıtda Sintetik Kauçuk zavodunda çilingər, aparatçı, yataqxanada tərbiyəçi-müəllim olaraq çalışmışdır. Mətləb Mütəllimli işi ilə eyni zamanda 1973–1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil almışdır. 1978-ci ildən Sumqayı Şəhər Mənzil-İstismar İdarəsinin hüquq məsləhətçisi, 1981-ci ildən Sumqayıt Superfosfat Zavodunda hüquq şöbəsinin məsləhətçisi, sonra isə şöbə müdiri vəzifəsində çalışmışdır. O, 1986-cı ildən Sumqayıt Kimya Məhsulları Bazasında baş hüquq məsləhətçisi, 1988-ci ildən isə Sumqayıt Politexnik Texnikumunda hüquq fənni üzrə müəllim olaraq çalışmışdır.
Mətləb Mütəllimov
Mətləb Əzizulla oğlu Mütəllimli və ya Mətləb Əzimulla oğlu Mütəllimov (20 may 1949, Horavar, Yardımlı rayonu) — Sosial Ədalət Partiyasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının baş prokurorunun birinci müavini. == Həyatı == Mətləb Mütəllimli 20 may 1949-cu il tarixində Yardımlı rayonunun Horavar qəsəbəsində anadan olub. 1967-ci ildə Biləsuvar rayonundakı Ağəydi kənd orta məktəbini bitirmişdir. Həmin il əmək fəaliyyətinə Sumqayıt Boru-Prokat Zavodu boru-prokat sexində presləyici köməkcisi kimi başlamışdır. 1968–1970-ci illərdə icbari hərbi xidmətdə olmuşdur. 1971-ci ildə Komsomol putyovkası ilə Tumen şəhərinə çalışmağa getmişdir. 1972–1977-ci illərdə Sumqayıtda Sintetik Kauçuk zavodunda çilingər, aparatçı, yataqxanada tərbiyəçi-müəllim olaraq çalışmışdır. Mətləb Mütəllimli işi ilə eyni zamanda 1973–1979-cu illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil almışdır. 1978-ci ildən Sumqayı Şəhər Mənzil-İstismar İdarəsinin hüquq məsləhətçisi, 1981-ci ildən Sumqayıt Superfosfat Zavodunda hüquq şöbəsinin məsləhətçisi, sonra isə şöbə müdiri vəzifəsində çalışmışdır. O, 1986-cı ildən Sumqayıt Kimya Məhsulları Bazasında baş hüquq məsləhətçisi, 1988-ci ildən isə Sumqayıt Politexnik Texnikumunda hüquq fənni üzrə müəllim olaraq çalışmışdır.
Meleuz
Meleuz — Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasına daxildir
Çexlər
Çexlər və ya Çex xalqı (çex. Češi, [ˈtʃɛʃɪ], arxaik tələffüzü çex. Čechové [ˈtʃɛxɔvɛː]) - qərbi slavyan xalqı, Çexiya Respublikasının əsas əhalisi. Ümumi sayı 12 milyona yaxındır. Çexlər slovak və lujitsa dillərinə çox yaxın, slavyan dillərin qərbi-slavyan qrupuna daxil olan çex dilində danışırlar. Müasir dövrdə çexlər əhəmiyyətli sayda Fransada, Böyük Britaniyada, ABŞ-də, Slovakiyada, Xorvatiyada, Avstriyada və Polşada yaşayırlar. Çex xalqının əcdadları hələ qədim dövrdən müasir Çexiyanın Bohemiya, Moraviya və Sileziya tarixi bölgələrində məskunlaşmışdırlar. Çex sözünün mənşəyinin uzun bir tarixi var və bunun elmi izahını ilk dəfə Yozef Dombrovski cəhd göstərmişdi. Ehtimala görə, «çex» sözü kiçiltmə mənasını verən *čelověkъ və *čelędь sözlərin və *-xъ şəkilçisinin (qədim slavyan ön şəkilçisi olan *čel-) köməyi ilə yaranmışdı, yəni "çex" sözünün daxili forması — «nəslin bir üzvü» mənasını daşıyır. == Tarix == Bir etnos kimi çexlər bugünkü Bohemiya, Moraviya, Sileziya və qonşu ərazilərdə formalaşıblar.