Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məzməzək
Məzməzək — Azərbaycan Respublikasının Laçın rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Məzdək
Məzdək Bamdad oğlu (V əsr – 529 və ya 531) — yeni din yaradıcısı, islahatçı. Zərdüşt və Maninin ideyalarını yenidən reform edən Məzdək Bəmdad oğlu klassik feodal cəmiyyətində indiyədək kimsənin cürət etmədiyi baxışlarla çıxış etdi. Nəyə görəsə, Qərb dünyasının hələ əsrlər sonra düşünəbiləcəkləri dəyərləri daha öncə qəbul etdirməyə çalışan Məzdəkin adı mənbələrdə yalnız "ümumi qadın" fikrini ön plana çəkən bir "zındıq" kimi çəkilib. Ümumiyyətlə, ərəb-fars tarixçiləri bu cür məsələlərə xüsusilə önəm verirdilər. Babəkin 20 ildən artıq apardığı azadlıq mübarizəsini detalları ilə yazmaqdansa, onların qadınlı kişili nə iləsə məşğul olduqlarını özlərinin elmlərinə daha çox layiq bilirdilər. Yəni kimi nə maraqlandırırsa, ondan yazmaq daha rahat olur. Ona görə də, Məzdək Bəmdad oğlunun teoloji, liberal və sosial baxışlarına xüsusi yer verəcəyik. Teoloji baxış-Məzdəkiliyə görə başlanğıc ikili xarakterlidir. Aydınlıq elmdir, Qaranlıq isə cəhalətdir. Hər ikisinin öz himayəçisi vardır.
Məzdək Eyvazlı
Mərdehək
Mərdehək — İranın Kirman ostanının Ənbərabad şəhristanının Cənubi Cibal Bariz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,912 nəfər və 407 ailədən ibarət idi.