Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mahmızlı yemişan
Mahmızlı yemişan (lat. Crataegus crus-galli) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Amerikanın Şərq hissəsidir. Yemişanın bu növü 1656-cı ildən Rusiyada mədəni halda becərilir. == Botaniki təsviri == Hündürlüyü 6-10 m-ə, eni 6-8 m-ə çatan, sallaq budaqlı, xoruzun mahmızına bənzər tikanları, enli-yumru, əyri, şaxəli çətiri olan kol və ya balaca ağacdır. Yarpaqları uzunsov, yumurtaşəkilli, uzunluğu 8-10 sm, eni 4-5 sm-ə qədərdir, ayanın üst səthi parlaq tünd-yaşıl, alt səthi açıq-yaşıl, kənarı sivridişlidir. Çiçəkləri ağ, diametri 2 sm-ə qədərdir, 15-20 ədəd olmaqla qalxan çiçək qrupuna yığılmışdır. Meyvələri al-qırmızı, çəyirdək meyvədir, sentyabrın üçüncü ongünlüyündə yetişir, bütün qış dövründə budaqların üzərində qalır. Payızda al-qırmızı şarşəkilli meyvələri və qırmızı, sarı yarpaqları bitkiyə çox dekorativ görünüş verir. == Ekologiyası == Bitki quraqlığa, şəhər şəraitinə yaxşı dözür, soyuğa davamlı deyil.
Mahrızlı
Mahrızlı (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Mahruzlu (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Kürd Mahruzlu — Azərbaycanın Qubadlı rayonunda kənd.
Kürd Mahrızlı
Kürd Mahruzlu və ya Kürd Mahrızlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Zilanlı kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Kəndin adı mahrızlı tayfası ilə əlaqədardır. Əsl adı "Kürd Mafruzlu" olmuşdur. == Tarixi == Yaşayış məntəqəsi 1820-ci ildə İrandan köçüb gəlmiş mafruzlar tərəfindən salınmışdır. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 23 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Coğrafiyası və iqlimi == Kürd Mahrızlı kəndi dağətəyi düzənlikdə, Qarabağ silsiləsində yerləşir. == Əhalisi == 14 may-17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Yelizavetpol quberniyası, Cəbrayıl qəzasının III şöbəsinin Kürd-Mafruzlu kənd cəmiyyəti tərkibinə daxil olan Kürd-Mafruzlu kəndində 39 evdə şiə etiqadlı müsəlman kürdlərdən ibarət 184 nəfər (114 nəfəri kişilər, 70 nəfəri qadınlar) əhali yaşayırdı. == Qalereya == == Mənbə == Akif Muradverdiyev. Zəngəzur.
Mahrızlı (Ağdam)
Mahrızlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Zəngişalı kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Rusiya imperiyasının əhali statistikasına görə kəndin əhalisinin tatarlardan (sonradan azərbaycanlılar) ibarət olmasına baxmayaraq, Tatyana Aristovaya görə. onun adı kürd mənşəli mahrızlı tayfası ilə əlaqədardır. == Tarixi == Tatyana Aristovaya görə. Mahrızlı kəndi 1820-ci ildə İrandan Azərbaycana köçmüş, kürd mənşəli mahrızlı tayfası tərəfindən salınmışdır. Buna baxmayaraq, Rusiya imperiyasının əhali statistikasına görə kəndin əhalisinin tatarlardan (sonradan azərbaycanlılar) ibarət olduğu göstərilir. 1886-cı ildə hazrılanmış və 1893-cu ildə Tiflisdə çap edilmiş "Zaqafqaziya bölgəsinin Əhalisinin sayı haqqında, ailələrin siyahıya alınması" kitabında kənd haqqında məlumatla qarşılaşmaq olar. Kənd "Qafqaz təqvimi"nin 1906-ci il buraxılışında Şuşa qəzasının Çəmənli kənd icmasına daxil idi. Buna baxmayaraq, 1913-cu ildə Rusiya imperiyasının ərazi bolgüsundə edilən dəyişikliklərdən sonra kənd Şuşa qəzasının Zəngişalı kənd icmasının tərkibinə daxil olmuşdur. 1926-cı ildə Azərbaycan SSR-nin inzibati ərazi bölgüsunə görə kənd Ağdam qəzasının Xındırıstan dairəsinin tərkibinə daxil edilir.
Mahrızlı (Qubadlı)
Mahruzlu və ya Mahrızlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Mahruzlu kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Kəndin adı mahrızlı tayfası ilə əlaqədardır. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == Kəndin əhalisi kürd mənşəli mahrızlı tayfasına mənsubdur. == Coğrafiyası == Mahruzlu kəndi Həkəri çayının sahilindədir.
Şahmar Mahrızlı
Şahmar Mahrızlı (1 may 1954, Mahrızlı, Ağdam rayonu) – həkim, şair, "Qızıl qələm" media mükafatı laureatı. == Həyatı == Məmmədov Şahmar Hüseynalı oğlu 1 may 1954-cü ildə Ağdam rayonunun Mahrızlı kəndində dünyaya gəlib. 1961-ci ildə Mahrızlı kənd orta məktəbinin I sinfinə qədəm qoymuş və 1971-ci ildə həmin orta məktəbi bitirmişdir. O, 1978-ci ildə indiki Azərbaycan Tibb Universitetini bitirib. 1978–1990-cı illərdə Rusiyanın Tver vilayətində həkim işləyib. 1990-cı ildən Bakı şəhərindəki 8 №-li poliklinikada iynərefleksterapevt işləyir. Şahmar Məmmədov eyni zamanda şairdir, "Qızıl qələm" media mükafatı laureatıdır.
Çovdar mahmızı
Çovdar mahmızı (lat. Claviceps purpurea) — fungi aləminin ascomycota şöbəsinin sordariomycetes sinfinin hypocreales dəstəsinin clavicipitaceae fəsiləsinin claviceps cinsinə aid göbələk növü. Sıranın nümayəndələrində cinsi çoxalma məlumdur. Onların hamısı homotallikdir. Klavisepslərin inkişaf tsiklində konidilərlə çoxalama da müşahidə olunur. Çovdar mahmızının böyük təcrübi əhəmiyyəti vardır. O bir tərəfdən taxıl bitkilərində parazitlik edərək məhsuldarlığı azaldır, digər tərəfdən isə tərkibindəki zəhərli maddələrdən tibdə geniş istifadə olunur. Onların təsirindən əzələlər büzüşür və nəticədə qanaxma dayanır. Həmin maddələr şiddətli zəhərlənmələr verir. Çovdar mahnuzı mühüm praktiki əhəmiyyət kəsb edir.
Mahmızca
Mahmızca (lat. Linaria) — bağayarpağıkimilər fəsiləsinə aid bitki cinsi. Yabanı kətanın yarpaqları adi kətanın yarpaqlarına oxşayır.Bu oxşarlığa görə bitki latınca Linaria adlandırılmışdır. Kətanın 100-ə yaxın növü məlumdur ki, onlardan yaşıllaşdırmada, gülçülükdə 20 növü geniş istifadə olunur. Azərbaycanda 17 növü bitir. Yabanı kətanın iki növü L.bipartita, L.maroccana ən çox yayılmışlar. İkihissəli yabanı kətan (L.bipartita)-30 sm hündürlükdə, çiçəkləri salxımşəkilli hamaşçiçəklərə toplanmış bitkidir. Yabanı kətanın gülləri qurdağzının güllərinə çox oxşayır. Onlar sarı-narıncı və bənövşəyi rəngdə olur. Yabanı halda Şimali Afrikada və Portuqaliyada bitir.
Mamırlı
Mamırlı — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Mamırlı sözünün mənası şivyəkimilərdən olan rütubətli meşələrdə bitən Mamır sözündəndir. Vaxtı ilə həmin ərazidə yaşayan Alışarlar tayfası (Alaşallılar) bellərinə bağladıqları alaşalları boyamaq üçün Mamır bitkisindən istifadə etdikləri üçün Mamırlı-yəni Mamır bol olan yer sözü yaranmışdır. Alışarlar tayfası tədricən yox olmuş onların adları ilə adlandırılan qəbiristanlıq qalmışdır. Təsərrüfat işləri zamanı tapılmış küp qəbirlər və digər maddi mədəniyyət nümunələri tədqiqi göstərir ki, Mamırlı kəndi b.e.əvvəl yaşayış məskəni olmuşdur. Tarix müəllimi Cəfərov Məzahir Məhəmməd oğlu. == Əhalisi == Aynur Camalqızı — jurnalist, yazıçı.
Adi mahmızca
Adi mahmızca (lat. Linaria vulgaris) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin mahmızca cinsinə aid bitki növü. == Sinonimləri == Antirrhinum commune Lam. Antirrhinum genistifolium Lapeyr. Antirrhinum glandulosum Lej. Antirrhinum linaria L. Antirrhinum linaria var. peloria With. Antirrhinum linarioides L. Antirrhinum ochroleucum Salisb. Linaria linaria (L.) H.Karst. [Invalid] Linaria vulgaris var.
İriçiçək mahmızca
İriçiçək mahmızca (lat. Linaria grandiflora) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin mahmızca cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik, çılpaq bitkidir. Gövdəsi sadə, bəzən budaqlı olub, hüdürlüyü 40-80 sm-ə çatır. Yarpaqları gövdə üzərində növbəli düzülmüş, oturaq, uzunsov-yumurtaşəkilli, 1,5-4 sm uzunluqlu, 4-10 mm enindədir. Gövdənin aşağı hissəsindəki yarpaqlar pulcuqşəkilli, üçbucaq formalıdır. Çiçək ayaqçığı qısadır. Kasacıq 5 dişlidir. Tac ikidodaqlı, sarıdır. Qutucuğu oval, 7 mm uzunluqludur.
Mamırlı şəlalə (Qax)
Mamırlı şəlaləsi Qax rayonunun Ləkit kəndində, Ləkit Kötüklü kəndinə gedən sıx meşənin dərinliyində yerləşir. Çox nadir şəlalədir. Qayalardan yüzillər boyu süzülərək axan su bunların üstündə sıx mamır bitməsinə səbəb olub. Bu mamırlar qayaları elə örtüb ki, sanki yaşıl xalça sərilib. O qədər sıx ağac bitib ki, əraziyə heç vaxt gün işığı düşmür və bura daim sərin olur. Şəlalə ətrafı piknik cənnətidir. Ləkit və Kötüklü kəndinə gələn turistlər mütləq buraları gəzməyə çıxırlar. == Şəlalə haqqında == Dəniz səviyyəsindən 550 m hündürlüyündə yerləşən Mamırlı şəlalənin hündürlüyü 15 m, eni 30 metrdir. Qax rayonunun Ləkit kəndində yerləşən Mamırlı şəlalə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2006-cı il tarixli 190 saylı qərarı ilə Qax Təbiət Abidəsi kimi qeydiyyata alınıb və dövlət tərəfindən mühafizə olunur.