Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mikrorayon
Mikrorayon - (rus. микрорайо́н,ukr. мікрорайон) yaşayış kompleksi mənasın verir. Sovet İttifaqında,bəzi postsovet və keçmiş Kommunist dövlətlərdə yaşayış sahəsi tikintisinin ilkin struktur elementidir.Rusiyada və keçmiş Sovet İttifaqı respublikalarının əksəriyyətində şəhər,qəsəbə və yaşayış rayonları bu konsepsiyaya uyğun olaraq tikilib.
Adler mikrorayonu
Adler, Rusiyanın Krasnodar diyarının, Soçi aqlomerasiya regionu daxilində yerləşən bir şəhər tipli rayon və mərkəzi qəsəbədir. Rayonun sahəsi 1.352 kvadrat kilometr, əhalisi 69.100 nəfərdir (2002). Adler qəsəbəsi Qara dəniz sahilində, Mzımta çayının ağzında yerləşir. 1830-cu ildə region ruslar tərəfindən ələ keçirilir və burada St. Duxovski adlı bir rus hərbi qalası inşa edilir. 1864-cü ildə Ruslar tərəfindən Çərkəzin işğalı ilə bu yerdə yaşayan çərkəzlər (Vibih, Ciget və s.) etnik təmizləmə yolu ilə torpaqlarından qovulur və Osmanlı torpaqlarına göndərilir. Daha sonra Adler adlandırılmış qəsəbə yaxınlığında hava limanı yerləşir.