Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yaldili
Yaldili — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Yevlax rayonunun Mingəçevir qəsəbə Sovetindən Yaldili kəndi Nemətabad kənd Sovetinin tərkibinə verilmişdir.
Daniel Maldini
Daniel Maldini (11 oktyabr 2001, Milan) — İtaliyalı peşəkar futbolçu. İtaliyanın "Spetsiya" klubunda hücumameyilli yarımmüdafiəçi kimi çıxış edir. Müqavilə ilə "Milan" klubuna məxsusdur. Keçmiş futbolçu Paolo Maldininin oğlu, keçmiş futbolçu və məşqçi Çezare Maldininin nəvəsidir. Qardaşı Kristian Maldinidə futbolçudur. == Karyerası == === Gənclik Karyerası === Maldini 2010-cu ildə "Milan"ın Gənclər Akademiyasına qoşulur. Növbəti illərdə o, "Milan"ın 10 yaşadək uşaq komandasından başlayaraq "Milan"ın U19 komandasına qədər müxtəlif yaş qrupları komandalarında oynayır. 2016–17 mövsümündə onun komandası, finalda "Latsio" klubunu 5–2 hesabı ilə məğlub edərək 16 yaşadək futbolçuların milli çempionatının (Campionato Nazionale Under-16) qalibi olur. === Peşəkar karyerası === Daniel 2 fevral 2020-ci il tarixində baş tutmuş "Milan" — "Hellas Verona" oyununda ispaniyalı Samu Kastiyexonu əvəzləyərək "Milan"ın heyətində debüt edir. Futbolçunun avrokuboklarda debütu isə, 15 sentyabr 2021-ci il trixində "Liverpul" klubuna qarşı oyunda baş verir.
Paolo Maldini
Paolo Maldini (26 iyun 1968[…], Milan) — keçmiş İtaliya futbolçusu və İtaliya milli futbol komandasının müdafiəçisi. 26 iyun 1968-ci ildə İtaliyanın Milan şəhərində anadan olmuşdur. Hal-hazırda üç nömrəli forması Milanda müzeydədir. == Klub Karyera == 26 iyun 1968-ci ildə İtaliyanın Milan şəhərində anadan olmuşdur. Uşaqlıqdan futbola maraq göstərən Maldini Milan seçmələrinə girib qazanmışdı.Profesyanaı futbol karyerasına 1984-cü ildə Milanda başlayıb. Bütün futbol karyeri boyunca Mİlanda oynayıb. Milanda başladı,Milanda parladı və Milanda bitirdi. İtaliyada ən yaxşı müdafiəçi olmuşdur. 3 nömrəli müdafiəçi dəfələrlə Milana Çempionluq verib. Beləki o, Milanda iki dəfə EUROPAPOKAL DER LANDESMEİSTER SİEGER ,üç dəfə Çempionlar liqi ,yeddi dəfə İtalyan liqi ,bir dəfə ITALİENİSCHER POKALSİEGER , beş dəfə ITALİENİSCHER SUPERPOKALSİEGER, bir dəfə Fifa, bir dəfə COPPA ITALİA, dörd dəfə UEFA medallarını qazanıb.
Trio Mandili
Trio Mandili — Üç cavan xanımdan: Anna Çinçarauli, Tatiya Mqeladze və Şorena Tsikaraulidən təşkil olunan Gürcüstan musiqi qrupudur. Qrup 2014-cü ildə yaranmışdır. Onların gürcü xalq musiqilərini ifa etdikləri video kliplər vasitəsilə qrup Gürcüstanda məşhur oldu. İnternetdə yerləşdirilən bu videolar dörd milyon şəxs tərəfindən izlənilib.
Yaldili bələdiyyəsi
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çezare Maldini
Çezare Maldini (it. Cesare Maldini ;5 fevral 1932, Triest – 3 aprel 2016, Milan) — İtaliyalı futbolçu və futbol məşqçisi . O, 1950–1960-cı illərdə İtaliya millisində və "Milan" klubunda müdafiəçi kimi çıxış edib. Futbolçu Paolo Maldininin atası, futbolçular Kristian və Daniel Maldininin babası . == Karyera == Maldini doğma Triest şəhərində futbol oynamağa başlayıb. O, 18 yaşında yerli "Triestina" klubunun gənclər komandasının heyətinə qoşulur. 1953-cü ildə bu klubun əsas komandasında debüt edir və çempionatın sonuna qədər bir oyunda meydana çıxır. Növbəti mövsümdə o, A Seriyasında 34 oyunun 31-də oynayaraq "Triestina"nın əsas heyət oyunçusuna çevrilir. Mərkəz müdafiəçisi mövqeyində oynayan Maldini mövqeni düzgün seçməyi və təkbətək mübarizələrdə inamlı oynamağı bacaran oyunçu kimi özünü təsdiqləyir. Bundan əlavə, lazım gəlsə müdafiənin cinahında, hətta yarımmüdafiədə də oynaya bilirdi.
Mandılı
Mandılı — Azərbaycan Respublikasının Füzuli rayonunun Pirəhmədli inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Mandılı kəndi Xırdapara-Dizaq mahalına bağlı idi. Xəzinə (divan) mülkü sayılırdı. Kənd XIX yüzilə aid mənbələrdə Əlihüseynuşağı adlanırdı. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Qozluçayın sahilində, dağətəyi düzənlikdədir. Manda Azərbaycan dilinin c.-q. dialəktlərinda yəməli ot adıdır, -1ı isə mənsub.şək.-sidir. Türk dillərində manda/ mandı/mantı sözü "cəfəri”; "dördnala çapmaq”; "qiymətli Çin ipəyi”; "sakit"; "enli alın” və s.
Mehdili
Kəndlər Mehdili (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Mehdili (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Mehdili (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda kənd.
Qardili
Qardili — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Maldiv
Maldiv adaları (maldiv. ދިވެހިރާއްޖެ ) və ya rəsmi adı ilə Maldiv Respublikası (maldiv. ދިވެހިރާއްޖޭގެ ޖުމްހޫރިއްޔާ) — Cənubi Asiyada ada-dövlət. Maldiv adaları Hindistanın cənubunda, Hind okeanındakı atollarda, Ərəbistan dənizində yerləşir. Ölkənin tərkibinə daxil olan adalar qrupu Hindistan və Şri-Lankanın cənub-qərbinə qədər uzanır. İyirmi altı atoldan ibarət adalar qrupu şimalda İhavandhippolhu Atolundan cənubda Addu şəhərinə kimi uzanır. Təxminən 298 kvadrat kilometr ərazini əhatə edən Maldiv adaları dünyanın coğrafi cəhətdən ən çox səpələnmiş ölkələrindən biridir. Ölkə həmçinin, Asiyanın həm əhali, həm də ərazi baxımından ən kiçik ölkəsi olmaqla, 393,500 sakinə ev sahibliyi edir. Paytaxt şəhər olan Male, ölkənin ən çox məskunlaşmış adasıdır. Ada həmçinin, mərkəzdə yerləşdiyinə görə "Kral Adası" adı ilə də tanınır.
Maliki
Maliki (ərəb. مالكي‎) məzhəbi — Sünni İslamın içərisində İslam hüquqşünaslığının dörd böyük məktəbindən biri. Onun əsası 8-ci əsrdə Malik ibn Ənəs tərəfindən qoyulmuşdur. Maliki fiqh məktəbi ilkin mənbə kimi Quran və hədislərə əsaslanır. Digər İslam fiqhlərindən fərqli olaraq Maliki fiqhi də Mədinə əhalisinin icmasını İslam hüququnun etibarlı mənbəyi hesab edir.Maliki məzhəbi sünni müsəlmanların ən böyük qruplarından biridir, tərəfdarlar arasında Şafi məzhəbi ilə müqayisə oluna bilər, lakin Hənəfi məzhəbindən daha kiçikdir. Maliki doktrinasına əsaslanan şəriətə əsasən Şimali Afrikada (Şimali və şərqi Misir istisna olmaqla), Qərbi Afrikada, Çadda, Sudanda, Küveytdə, Bəhreyndə, Qətərdə, Dubay Əmirliyində (BƏƏ) və Səudiyyə Ərəbistanının şimal-şərq hissələrində mövcuddur.Orta əsrlərdə Maliki məktəbi həmçinin Avropanın İslam hakimiyyəti altında olan bölgələrində, xüsusən də İslam İspaniyası və Siciliya Əmirliyində mövcud olub. 9-cu əsrdən 11-ci əsrə qədər Maliki təliminin əsas tarixi mərkəzi Tunisin Uqbə məscidində olmuşdur. == Yaranması == İslamın sünni qolunun dörd hüquq məktəblərindən biri də Maliki fiqh məzhəbidir. Onun qurucusu Malik ibn Ənəs (712-796) görkəmli mütəfəkkir və hüquqşünas olmuşdur. O, Mədinədə yəmənli tacir soyundan olan ailədə dünyaya gəlmişdir.
Malvil
Malvil (fr. Maleville, oks. Malavila) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12136. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 38 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 934 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 555 nəfər əmək qabiliyyətli insan (15-64 yaş) arasında 422 nəfər iqtisadi cəhətdən fəal, 133 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 76.0%, 1999-cu ildə 68.8%).
Marçello Malpigi
Malpiqi Marçello (it. Marcello Malpighi, 10 mart 1628, Krevalkore (it. Crevalcore), Baloniya əyaləti - 30 noyabr 1694, Roma) — italyan bioloq və həkimi. Bitkilərin və heyvanların mikroskopik anatomiyasının əsasını qoymuş, histologiya, embriologiya və müqayisəli anatomiya sahələri üzrə tədqiqatçı, London Kral Cəmiyyətinin 1668-ci ildən üzvü. == Akademik kariyerası == 17 yaşında Boloniya universitetinə daxil olur və 1653-cü ildə onu tibb doktoru dərəcəsi ilə bitirir. 1656-cı ildən həmin universitetin professoru olmuşdur. Sonra Pizan universitetinin nəzəri təbabət kafedrasının professoru olur. 1691-ci ildə Roma papası XII İnnokenti Malpiqini müalicə həkimi qismində və təbabətdən dərs demək üçün Romaya Papa kollecinə dəvət olunur. == Tədqiqatları == Əsərlərinin əksəriyyəti London Kral Cəmiyyətinin jurnalında dərc olunmuşdur. 1661-ci ildə ilk məqaləsi dərc olunur.
Marçello Malpiqi
Malpiqi Marçello (it. Marcello Malpighi, 10 mart 1628, Krevalkore (it. Crevalcore), Baloniya əyaləti - 30 noyabr 1694, Roma) — italyan bioloq və həkimi. Bitkilərin və heyvanların mikroskopik anatomiyasının əsasını qoymuş, histologiya, embriologiya və müqayisəli anatomiya sahələri üzrə tədqiqatçı, London Kral Cəmiyyətinin 1668-ci ildən üzvü. == Akademik kariyerası == 17 yaşında Boloniya universitetinə daxil olur və 1653-cü ildə onu tibb doktoru dərəcəsi ilə bitirir. 1656-cı ildən həmin universitetin professoru olmuşdur. Sonra Pizan universitetinin nəzəri təbabət kafedrasının professoru olur. 1691-ci ildə Roma papası XII İnnokenti Malpiqini müalicə həkimi qismində və təbabətdən dərs demək üçün Romaya Papa kollecinə dəvət olunur. == Tədqiqatları == Əsərlərinin əksəriyyəti London Kral Cəmiyyətinin jurnalında dərc olunmuşdur. 1661-ci ildə ilk məqaləsi dərc olunur.
Mehdili (Bərdə)
Mehdili — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Mehdili (Cəbrayıl)
Mehdili — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Kənd cənubdan İranla həmsərhəddir. Kənd 3 oktyabr 2020-ci il tarixində Qarabağda gedən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdir. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 3 oktyabr 2020-ci il tarixində isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Mehdili Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Düzənlik sahədədir. Yasayış məntəqəsi Qarabaglı İbrahimxəlil xanın oğlu Cəfərqulu xanın mülkü olmus, Bərdə rayonunun Lənbəran kəndindən köçürülmüş Mehdili adli nəslin həmin xana məxsus torpaqda yerləşdirilməsi nəticəsində yaranmışdır. == Əhalisi == === Tanınmışları === Günel Mövlud — şair. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq, üzümçülük və baramaçılıq olmuşdur.
Mehdili (Kürdəmir)
Mehdili — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Mehdili kəndi Axtaçı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Mehdili kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsinin əsasını mehdili nəsli qoyduğu üçün belə adlanmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Kür çayının sahilində, Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 518 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mehdili bələdiyyəsi
Mehdili bələdiyyəsi (Bərdə) — Bərdə rayonunda bələdiyyə. Mehdili bələdiyyəsi (Kürdəmir) — Kürdəmir rayonunda bələdiyyə.
Mərdili (Hurand)
Mərdili (fars. مردي لو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 515 nəfər yaşayır (84 ailə).
Niftalı Mehdili
Niftalı Qnyaz oğlu Mehdili (15 may 1996, Bərgüşad, Ucar rayonu – 16 oktyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycanlı şəhid. == Həyatı == Mehdili Niftalı Qnyaz oğlu 1996-cı il mayın 15-də Ucar rayonunun Bərgüşad kəndində anadan olub.2020-ci il Oktyabrın 13-də vəfat edib === Təhsili === 2003-cü ildə Bərgüşad kənd məktəbində birinci sinfə gedib və 2011-ci ildə oranı bitirib. == Hərbi xidməti == 2014-cü ildə Niftalı Mehdili həqiqi hərbi xidmətə yollanıb.2015-ci ildə xidmətini başa vurub.2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsinə könüllü şəkildə qatılıb. Oktyabrın 13-də Ağdərə uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
Xalpili adaları
Xalpili adaları — Rusiyanın Maqadan vilayəti ərazisində yerləşən ada. Oxot dənizinə daxil olan (Şelixov körfəzi) Qijiqin körfəzində, Tayqonos yarımadasının qərb sahillərində, Penjin və Qijiqin körfəzlərini ayıran ərazidə, Telan adasından şimalda, Morkaya Motuqa adasından isə cənub-qərbdə yerləşir. Arxipelaqa iki iri və bir necə xırda adacıq daxildir. İnzibati baxımından Maqadan vilayəti Şimali Evenks rayonu ərazisinə daxildir.
Hadili (Germi)
Hadili (fars. هديلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 298 nəfər yaşayır (61 ailə).
Hema Malini
Hema Malini (ing. Hema Malini, tam. ஹேமமாலினி, hind हेमा मालिनी; 16 oktyabr 1948) — Hind aktrisası, rejissor və prodüseri. == Həyatı == Hema Malini 16 oktyabr 1948-ci ildə Mədrəsdə doğulub. Öyrədilmiş Bharat Natyam rəqqası, 1968-ci ildə Raj Kapoorun "Sapnon Ka Saudagarı" ilə filmləri ilə onun debütü başlanıb. Bir qədər mülayim filmlər - o "Conni Mera Naam" sınağını aldı - hansı ki, qızıl yubiley hiti olmaq üçün məlum idi, həmişəyaşıl Dev Anand-da əsas rollardan birini oynadı. Ancaq Hema 1972-ci ildə "Seeta Aur Geeta" (Zita və Gita) ilə idi - hansı ki, o teatr kassasının kraliçası kimi özü möhkəmləndi. Aktrisa bu kinoda əkiz bacıları oynadığına görə "Ən yaxşı Aktrisa mükafatını" aldı. "Raja Jani", "Jugnu" (1973), "Sholay" (1975), "Dream Girl" (Arzu Qızı) kimi hitlərin sırasının ardınca və çoxları daha çox Dharmendra ilə və həmçinin Amitabh Bachchanın qarşısında baş rolu oynamaq, ardıcıl 'Naseeb' (1981), 'Desh Premee' (1982), 'Satte Pe Satta' kimi hit filmlərindən - 'o daha sonra onun vəziyyətini gücləndirdi. Məftunluq qızı təsvirini ona verdi - o və s.
Maldiv Respublikası
Maldiv adaları (maldiv. ދިވެހިރާއްޖެ ) və ya rəsmi adı ilə Maldiv Respublikası (maldiv. ދިވެހިރާއްޖޭގެ ޖުމްހޫރިއްޔާ) — Cənubi Asiyada ada-dövlət. Maldiv adaları Hindistanın cənubunda, Hind okeanındakı atollarda, Ərəbistan dənizində yerləşir. Ölkənin tərkibinə daxil olan adalar qrupu Hindistan və Şri-Lankanın cənub-qərbinə qədər uzanır. İyirmi altı atoldan ibarət adalar qrupu şimalda İhavandhippolhu Atolundan cənubda Addu şəhərinə kimi uzanır. Təxminən 298 kvadrat kilometr ərazini əhatə edən Maldiv adaları dünyanın coğrafi cəhətdən ən çox səpələnmiş ölkələrindən biridir. Ölkə həmçinin, Asiyanın həm əhali, həm də ərazi baxımından ən kiçik ölkəsi olmaqla, 393,500 sakinə ev sahibliyi edir. Paytaxt şəhər olan Male, ölkənin ən çox məskunlaşmış adasıdır. Ada həmçinin, mərkəzdə yerləşdiyinə görə "Kral Adası" adı ilə də tanınır.
Maldiv adaları
Maldiv adaları (maldiv. ދިވެހިރާއްޖެ ) və ya rəsmi adı ilə Maldiv Respublikası (maldiv. ދިވެހިރާއްޖޭގެ ޖުމްހޫރިއްޔާ) — Cənubi Asiyada ada-dövlət. Maldiv adaları Hindistanın cənubunda, Hind okeanındakı atollarda, Ərəbistan dənizində yerləşir. Ölkənin tərkibinə daxil olan adalar qrupu Hindistan və Şri-Lankanın cənub-qərbinə qədər uzanır. İyirmi altı atoldan ibarət adalar qrupu şimalda İhavandhippolhu Atolundan cənubda Addu şəhərinə kimi uzanır. Təxminən 298 kvadrat kilometr ərazini əhatə edən Maldiv adaları dünyanın coğrafi cəhətdən ən çox səpələnmiş ölkələrindən biridir. Ölkə həmçinin, Asiyanın həm əhali, həm də ərazi baxımından ən kiçik ölkəsi olmaqla, 393,500 sakinə ev sahibliyi edir. Paytaxt şəhər olan Male, ölkənin ən çox məskunlaşmış adasıdır. Ada həmçinin, mərkəzdə yerləşdiyinə görə "Kral Adası" adı ilə də tanınır.
Maldiv arxipelaqı
Maldiv arxipelaqı (mald. ދިވެހިރާއްޖޭގެ އަތޮޅުތައް"ގެ ތާރީޚ) — Hindustan yarımadasından cənub-qərbdə yerləşən ardalar qrupu. Bu adalar qrupunda Maldiv adaları adlı dövlət yerləşir. Ölkənin paytaxtı Male şəhəridir. Arxipelaqın sahəsi 298 km² təşkil edir. 2006-cı ilə olan məlumata görə arrxipelaqda ümumilikdə 298 968 nəfər sakin yaşayır. Atxipelaqın ən böyük şəhəri təbii ki, oaytaxt olan Male şəhəridir. Burada mövcud olan 1196 mərcan adasından yalnız 200 adada yaşayış vardır. Yerdə qalan adalar yaşamsızdır. == Adının etimalogiyası == «Atol» sözü yerli söz olun «Atolu» kimi səslənir.
Balçılı
Balçılı (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Balçılı (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd.
Marzılı
Marzılı (əvvəlki adı: Marzıgi) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı ilə Yevlax rayonunun Havarlı kənd inzibati ərazi dairəsi tərkibindəki Marzıgi kəndi Marzılı kəndi adlandırılmışdır. Kənddə 4 illik ibtidai məktəb fəaliyyət göstərir. == Tarixi == Marziki - Yevlax rayonunun Havarlı inzibati ərazi vahidində kənddir. Düzənlikdə yerləşir. Yerli dialektdə Marzığı kimi tələffüz olunur. Bəzi tədqiqatçılara görə, oykonim fars dilindəki mərzək (bataqlıq) sözündən və -ı şəkilçisindən ibarət olub, “bataqlıq” mənasındadır. Kənd X əsrin əvvəllərində Şəki-Zaqatala zonasında yaşayan bir qrup qaraqoyunlu ailəsinin Marziki adlı köhnə kənd yerində məskunlaşması nəticəsində yaranmışdır. 2002-ci ildən kəndin adı Marzılı kimi rəsmiləşdirilmişdir.
Palıdlı
Palıdlı (Xaçmaz)
Hadılı
Qədili — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd.
Şadılı
Şadılı (Goranboy) — Goranboy rayonunda kənd. Şadılı xalçaları — Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu Azərbaycan xalçaları. Şadılı tayfası — Xorasanda yaşayan kürd tayfası.
Baldırlı (Urmiya)
Baldırlı (fars. بالدرلو‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.Bu kənd Urmiya şəhərindən 15 kilometr şərqdə və Urmiya gölündən 3 kilometr qərbdə yerləşib. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 404 nəfər yaşayır (111 ailə). İranın sonuncu verdiyi məlumatlıarda kənd əhalisi 513 nəfərdir. Kənd monoetnik azərbaycanlı olan kənddir. Kənddə əsasən alma və üzüm yetişdirilir.
Balçılı (Göygöl)
Balçılı (əvvəlki adı: Bolçalı) — Azərbaycan Respublikasının Göygöl rayonunun Salahlı inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Bolçalı kənd inzibati-ərazi vahidi tərkibindəki Bolçalı kəndi Balçılı kəndi, Bolçalı kənd inzibati-ərazi vahidi Balçılı kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Oykonim bol (yüksəklik), cal (ətək) və -ı (mənsubiyyət şəkilçisi) komponentlərindən düzəlib, "dağətəyi" deməkdir. Köhnə ədəbiyyatlarda Balçalı kimi də işlənmişdir. == Tarixi == Balçılı kəndinin salınması və bir kənd kimi formalaşması təxminən XX əsrin əvvəllərinə, yəni 1905–1915-ci illərə təsadüf edir. === Tarixi abidələri === Balçılı kəndinin ərazisində tarixi məlum olmayan "Qız-qalası", Tunc dövrünün axırı, Dəmir dövrünün əvvəlinə aid qəbrlər vardır. == Coğrafiyası və iqlimi == Kənd Azərbaycanın qərbində, Gəncə şəhərinin cənub-qərbində, Qoşqarçayın (Kürün qolu) sol sahilində, Qaflanqala silsiləsinin ətəyində yerləşir. Ərazisindən Quşqara (Qoşqar) çayı, filiz daşımaq üçün Daşkəsəndən çəkilmiş dəmir yolu keçir. İqlimi mülayim-istidir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2017 nəfər yaşayır.
Balçılı (Yevlax)
Balçılı — Azərbaycan Respublikasının Yevlax rayonunun Varvara inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Kənd XIX əsrdə Gəncə (Yelizavetpol) qəzasında maldarlıqla məşğul olmuş balçılı nəslinin adı ilə adlandırılmışdır.. == Coğrafiyası və iqlimi == Kənd Kür çayının sahilində yerləşir. == İqtisadiyyatı == Əhalisi əsasən heyvandarlıq və əkinçilik ilə məşğuldur.
Balçılı bələdiyyəsi
Balçılı bələdiyyəsi (Yevlax) — Yevlax rayonunda bələdiyyə. Balçılı bələdiyyəsi (Göygöl) — Göygöl rayonunda bələdiyyə.
Balçılı kurqanları
Balçılı kurqanları — Şəmkir rayonunun Balçılı kəndi yaxınlığında e.ə. 2-ci minilliyə aid qəbir abidələr. Balçılı kurqanlarından tunc təbərzin, toppuz, nizə, iynə, bilərzik, düymələr, mismar, sümük əşyalar, saxsı məmulatı və s. tapılmışdır. Ölülər daş qutu,quyu və dördkünc formalı torpaq qəbirlərdə dəfn edilmişdir. Paşatəpə adlı kurqanda qəbir taxta tirlərlə üç mərtəbəyə bölünmüşdü. Alt mərtəbədə adam və at skleti, silah, gil qablar, Orta mərtəbədə heyvan sümükləri aşkar olunmuşdu. Qəbrin üstündə tonqal qalandığından alov ənn üst mərtəbəni məhv etmişdi. Tapılan əşyalar dəfn edilənin həm zəngin, həm də hərbçi olduğunu göstərir.Kurqanlar Azərbaycanda Tunc dövründən sinifli cəmiyyətə keçidi göstərir və Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterikdir.
Balçılı qalası
Balçılı qalası — Göygöl rayonu Balçılı (Göygöl) ərazisində yerləşir. XII əsrə aid olan möhtəşəm Balçılı qalası Gəncənin müdafiəsində olduqca mühüm rol oynayıb. Ancaq möhtəşəmliyinə və böyüklüyünə görə Gəncə ətrafında olan qalalar arasında Balçılı qalası ən əzəmətlisi hesab oluna bilər. Bundan əlavə, bu qalanın ətrafında-dağın ətəyində təxminən 50 hektar sahədə əlavə qala divarı çəkilib. Görünür ki, orada əsasən, əkinçi, sənətkar əhali məskunlaşıbmış. Onların ictimai binalarının qalıqları, istifadə etdikləri ocaq yerləri hazırda da qalmaqdadır.
Bənövşə Daşdılı
Bənövşə Daşdılı (Bənövşə Heydər qızı İbadzadə; 29 aprel 1954, Laçınkənd, Laçın rayonu) — Azərbaycan Yazıçılar Birliyinin, "Vahid", "Araz", "Dirili Qurbani" ədəbi birliklərinin üzvü. "Qızıl Qələm" media mükafatı laureatı. == Həyatı == Bənövşə Daşdılı 29 aprel 1954-cü ildə Laçın rayonunda Qarıkaha sövetliyinin Laçın kəndində anadan olub. anadan olub. Atası Hüseynov Heydər Bahadur oğlunun işi ilə əlaqədər Laçın rayonunun Taxtazavodu adlanan Hacısamlı qəsəbəsinə köçüblər. İbtidai təsilini Hacısamlı kəndində alıb. Orta təhsilini Kürthacı kənd orta məktəbndə bitiribdir. N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bititib. Uzun müddət Baki şəhərinin Yasamal rayonunda M.Müşfiq adına 18 saylı Pilot orta məktəbdə ibtidai sinif müəllimi vəzfəsində çalışıb. Bununla yanaşı yeni təhsil sistemi ilə əlaqədar olaraq Bakı Problemlər İnistitunun təşkil etdiyi Ümumtəhsil məktəblərinin 1–4 siniflər üçün fənn Kurrikulumlarında müəllimlərə dərslər keçib.
Dalcılı (Xoy)
Dalcılı (fars. دلجلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.