Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Matheus Silva
Matteus Silva (port. Matheus de Barros da Silva, 3 oktyabr 1997, Marituba[d], Para) — Braziliyalı futbolçu. Azərbaycan Premyer Liqasında yarışan "Qarabağ" klubunda sağ cinah müdafiəçisi kimi çıxış edir.
Gustav Mahler
Qustav Maler (alm. Gustav Mahler‎ [‘ɡʊstaf’ mailɐ]; 7 iyul 1860[…], Kalişte[d], Bohemiya krallığı, Avstriya imperiyası[…] – 18 may 1911[…], Vyana, Avstriya-Macarıstan[…]) — Romantizmin sonlarında Avstriyalı bəstəkar və dövrünün aparıcı dirijorlarından biri olmuşdur. Keçmiş Avstriya İmperiyasının ərazisi olan Bohemiyada Kalisçt kəndində (Çex Respublikasında indiki Kaliště) anadan olmuşdur. Sonralar ailəsi Malerin böyüdüyü İnglau (indikiJihlava) yaxınlığına köçmüşlər. Bəstəkar kimi, Maler 19-cu əsr Avstro-Alman ənənəsi ilə erkən 20-ci əsr modernizmi arasında körpü rolunu oynamışdır. Yaşadığı dövr ərzində drijor kimi şöhrət qazansa da, öz bəstələdiyi musiqilər bir müddət etinasız yanaşmadan sonra geniş şöhrət qazanmışdır. Nasizm zamanı onun musiqilərinə Avropanın bir çox yerlərində qadağa da qoyulmuşdur. 1945-ci ildən sonra musiqisi yeni dinləyici nəsli tərəfindən kəşf edildi. Maler o dövrdə bütün bəstəkarlar arasında ən çox dinlənən və ifa edilən bəstəkarlardan biri oldu və 21-ci əsr üçün bir mövqe qazandı. Çətin şəraitdə dünyaya göz açan Maler müsiqi istedadını erkən yaşlarında göstərməyə başladı.
Malhun Xatun
Malhun Xatun, Mal-xatun və ya Qəməriyyə xatun (оsmanlı türkcəsi: مال خاتون‎, türkcə: Malhun Hatun) (XIII əsr — 1324, Bursa, Osmanlı imperiyası) — Osmanlı imperatorluğunun qurucusu I Osmanın həyat yoldaşı, imperiyanın ikinci sultanı I Orxanın anası. "Osman Qazinin yuxusu" əfsanəsinin qəhrəmanı. Osman bəylə 1280-ci ildə ailə həyatı quran və 40 il kimi uzun bir müddətdə onunla evli qalmış olan Malhun Xatun bu evlilikdən 1281-ci ildə Osman bəyin ilk oğlu olan və vəliəhd xəttində birinci sırada duran Orxan Qazini və ondan sonra anadan olan 4 bəyi və 1 xatunu dünyaya gətirmişdir. 1324-cü ildə Osman bəyin vəfatından sonra Orxan bəy Osmanlı bəyliyinin ikinci başçısı seçilmişdir. Beləliklə, Malhun Xatun Osman bəyin anası Həlimə Xatundan sonra Osmanlı imperiyasının ikinci validə sultanı olmuş, lakin Orxan bəy sultan olduğu zaman həyatda olmadığı üçün sağlığında bu adı qazana bilməmişdir. Haqqında məlumatın az olması Osmanlı mənbələrinin, sənədlərinin itməsi, azalması, 1402-ci ildə Osmanlı imperiyasına doğru yürüş edən Teymurilər dövlətinin başçısı Əmir Teymurun istilası zamanı Osmanlı mənbələrinin yandırılması və s. səbəblərlə əlaqələndirilir. Malhun Xatun Osmanlı xanədanında qədim və önəmli bir yerə sahibdir. == Həyatı == Malhun Xatunun həyatı və kimliyi haqqında heç bir məlumat yoxdur. İlk Osmanlı mənbələrində onun adı "Mal Xatun" və ya "Malhun Xatun" olaraq yazılmışdır və ondan tez-tez Osman bəyin həyat yoldaşı, Şeyx Ədəbalının qızı və Orxanın anası kimi bəhs edilir.
Mather Braun
Mather Braun- (11 oktyabr 1761-ci ildə vəftiz olunub — 25 may 1831) Amerikalı rəssam. == Gənclik dövrü == O, Braun Qaven və Elizabet (Byles) Braunun oğlu idi. 1773-cü ildə (12 yaşında) Gilbert Stuartın şagirdi olub. O, Benjamin Vestin emalatxanasında təhsilini davam etdirmək üçün 1781-ci ildə Londona gəldi, 1782-ci ildə Kral Akademiyasının məktəblərinə daxil oldu. Bir il sonra rəsmlərini sərgiləməyə başladı. == Karyerası == 1784-cü ildə o, St. Mary's-in-the-Strand kilsəsi üçün iki dini rəsm çəkdi, bu da Braunun bu və digər əsərlərinin sərgi və qravüraların satışı vasitəsilə kommersiyalaşdırılması üçün rəssam Daniel Orme ilə tərəfdaşlıq qurmasına səbəb oldu. Çəkdiyi rəsm əsərlərinin arasında ingilis tarixindən səhnələrin böyük rəsmləri, eləcə də Şekspirin pyeslərindən səhnələr var idi. Onun ilk uğurları 1784–85-ci illərdə Con Adams və ailəsini çəkdiyi rəsm oldu. Bu rəsm indi Boston Afinadadır.
Maher Zain
Mahir Zeyn (ing. Maher Zain; ərəb. ماهر زين‎ 16 iyul; 1981, Tərabülüs əş-Şam, Livan) — Livan əsilli İsveçli R&B musiqiçisi, bəstəkar və musiqi prodüseri. Facebook sevərləri və bir çox sənətçilər tərəfindən müasir İslam musiqisinin ulduzu olaraq qəbul edilir. Mahir Zeynin 2009-cu ildə Awakening Records prodakşn etiketi ilə çıxan ilk albomu Thank You Allah beynəlxalq bir uğur əldə etmişdir. Sənətçinin növbəti-ikinci albomu Forgive Me isə eyni prodakşn etiketi ilə 2 aprel 2012-ci ildə çıxmışdır. == Karyerası == === Əsas === Mahir Zeyn səkkiz yaşında ikən ailəsilə birlikdə İsveçə köçmüşdür. Orada Aviasiya və Kosmos Mühəndisliyi fakültəsini bitirmişdir. Universitetdən sonra musiqi sahəsində iştirak etmiş və 2005-ci ildə Mərakeş təvəllüdlü İsveç prodüseri Nadir Xayat (səhnə adı ilə RedOne) ilə ünsiyyətə keçmişdir. 2006-cı ildə Nadir Xayat Nyu-Yorka köçdüyü zaman, Mahir də musiqi karyerasını davam etdirmək üçün onun ardınca getmiş və Kat DeLuna kimi sənətkarlarla işləməyə başlamışdır.
Mahur-Hindi
Mahur-Hindi — farsca hərfi mənası "uçurum", "dərin yarğan" deməkdir. Mahur–Hindi qədim dəstgahlardan biridir. Onun 3 min ilə yaxın tarixi olması ehtimal edilir. Mahur–Hindi dəstgahı müəyyən qədər dəyişdirilmişdir. Bu muğam müasir zamanda 8 şöbə və guşədən ibarətdir: Bərdaşt Mayeyi – Mahur Üşşaq Hüseyni Vilayəti Şikəsteyi – fars Əraq Qərai Mahur-Hindi məhz Rast dəstgahının şöbə və guşələrini özündə cəmləşdirir. Mahur-Hindi öz coşğunluğu, əzəməti ilə diqqəti cəlb edir, dinləyiciyə gənclik ehtirası aşılayır.
Mahur–Hindi

Orta Mahur
Orta Mahur – Azərbaycanda Rast ailəsinə daxil olan dəstgahlardan biridir. Bu dəstgah tar musiqi alətinin və xanəndə tessiturasının orta registrində ifa olunduğundan ona Orta Mahur deyilir. Hazırda "Əşiran" Orta Mahurda son şöbədir.
Qustav Maler
Qustav Maler (alm. Gustav Mahler‎ [‘ɡʊstaf’ mailɐ]; 7 iyul 1860[…], Kalişte[d], Bohemiya krallığı, Avstriya imperiyası[…] – 18 may 1911[…], Vyana, Avstriya-Macarıstan[…]) — Romantizmin sonlarında Avstriyalı bəstəkar və dövrünün aparıcı dirijorlarından biri olmuşdur. Keçmiş Avstriya İmperiyasının ərazisi olan Bohemiyada Kalisçt kəndində (Çex Respublikasında indiki Kaliště) anadan olmuşdur. Sonralar ailəsi Malerin böyüdüyü İnglau (indikiJihlava) yaxınlığına köçmüşlər. Bəstəkar kimi, Maler 19-cu əsr Avstro-Alman ənənəsi ilə erkən 20-ci əsr modernizmi arasında körpü rolunu oynamışdır. Yaşadığı dövr ərzində drijor kimi şöhrət qazansa da, öz bəstələdiyi musiqilər bir müddət etinasız yanaşmadan sonra geniş şöhrət qazanmışdır. Nasizm zamanı onun musiqilərinə Avropanın bir çox yerlərində qadağa da qoyulmuşdur. 1945-ci ildən sonra musiqisi yeni dinləyici nəsli tərəfindən kəşf edildi. Maler o dövrdə bütün bəstəkarlar arasında ən çox dinlənən və ifa edilən bəstəkarlardan biri oldu və 21-ci əsr üçün bir mövqe qazandı. Çətin şəraitdə dünyaya göz açan Maler müsiqi istedadını erkən yaşlarında göstərməyə başladı.
Maher Al Mueaqly
Mahir bin Həmid Əl-Muəqli (ing. Maher bin Hamad Al Mueaqly; ərəb. الشيخ ماهر بن حمد المعيقلي‎) — Məkkədəki Məscidül-Həramın imamı, məşhur Quran qiraətçisi, çox gözəl səsə və avaza sahib olan məşhur imam. == Həyatı == Şeyx Mahirin ana və atası Mədinəyə köçmüşlər və Mahir 7 yanvar 1969-cu ildə burada anadan olmuşdur. Ana babası qədim Ərəb qəbiləsindən olmuşdur. Anası isə Pakistan əsilli imiqrantdır. Evlidir və 4 övladı vardır: 2 oğlan və 2 qız. == Təhsil == O Mədinədə Quranı öyrənmiş, əzbərləmiş və hafiz olmuşdur. Bir çox məşhur alimlərin dərslərini almışdır. Özunun Şeyx karyerasını Səudiyyə Ərəbistanının Şimal tərəfində başlamışdır.