Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lampas
Lampaslar - Şalvarın yan tərəflərinə tək və ya çüt şəkildə, enli və ya dar formada tikilən dekorativ parça zolağıdır. Lampaslardan ilk dəfə skiflər tərəfindən istifadə olunmuşdur.. Orta əsrlərdə lampaslar Fransada hərbi geyimlər üçün istifadə olunurduı. Müxtəlif hərbi hissələrin geyimləri və lampasları rəngləri, eni və tikiş tərzi ilə fərqlənirdi. Prussiya ordusunda 1832-ci ildən generalların lampasları qırmızı, ikiqat, Baş Qərargah zabitlərinin lampasları bənövşəyi rənglərdə idi. Rusiya ordusunun hərbi mundirlərində lampaslar ilk dəfə 1783-cü ildə general Qriqori Potyomkin tərəfindən keçirilən islahatın gedişində meydana çıxmış, lakin tezliklə Rusiya imperatoru I Pavel tərəfindən keçirilən növbəti hərbi islahat nəticəsində ləğv olunmuşdur. 1803-cü ildə rus ordusunda yenidən, əvvəlcə ulanlardan ibarət hərbi hissədə, sonralar isə digər hərbi hissələrdə tətbiq olunmuşdur. Rusiyada çar ordusunda lampaslar bu və ya digər formalarda 1917-ci ilədək mövcud olmuşdur. Rusiya imperiyasında lampaslar sülh dövründə də kazak hərbi hissələrinin hərbi mundirlərinin ayrılmaz tərkib hissəsi olmuşdur. Kazak hərbi hissələrinin fərqlənmə rənglərinə uyğun tək cərgəli geniş lampaslardan istifadə edirdilər.
Mamrux
Mamrux — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik saxurlardan ibarət hər iki cinsdən toplam 308 nəfər əhali yaşayırdı.Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Maybax
Maybach-Motorenbau GmbH və ya Maybach — Vilyam Maybax və oğlu Karl tərəfindən qurulan alman avtomobil şirkəti. Dirijabllar üçün mühərrik istehsal etməklə fəaliyyətə başlamış, sonradan böyük və lüks avtomobillər istehsalına keçmişdir. İkinci dünya müharibəsi illərində Almaniya hərbi zirehli maşınları üçün mühərrik hazırlamışdır. Hazırda şirkətin mərkəzi Ştuttqartdadır və Daimler-Chrysler avtokonserninin bir qoludur.
Şampan
Şampan şərabı — şərabın ikinci dəfə qıcqırıldılması nəticəsində alınan köpüklü şərab. Adı Fransanın Şampan vilayətinin adından götürülüb. 2011-ci ilin iyunuda Finlandiyanın Mariehamne şəhərindəki auksionda 170 il dəniz dibində qalmış iki şüşə şampan şərabının hərəsi 170 min avroya satışa çıxarılmışdı. == Ədəbiyyat == Л.Выскочков. Шампанское в культуре Петербурга в XIX — начале XX в. // Петербург в мировой культуре: СБ. статей. — СПб.: Изд-во С.-Петерб. ун-та, 2005, с. 147–155. == Mənbə == Vikianbarda Şampan şərabı ilə əlaqəli mediafayllar var.
Hampa
Hampa (Tikantəpə)
Lampa
thumb|Mis gövdəli neft lampası (19-cu əsr) thumb|İşıq diodlu elektrik lampası Lampa — süni işıq mənbəsi və gövdəsidir. Bu anlayış 13-cü əsrdə qədim yunan dilində λαμπάς (lampás, lampádos) məşəl, işıq sözlərinə əsaslanan fransız sözü lampedən alınmışdır. Lampa sözü dedikdə çib fənəri, tavan lampası, masaüstü lampa və gecə lampası başa düşülür. Xalq arasında lampa həm də işıq kimi başa düşülür. Azərbaycan dilində lampaya həm də çıraq deyilir. Lampa əslində işıq saçan qurğu və ya məşəl kimi işlənməlidir. Lampanın üzərindəki çətir çox vaxt ətraf mühiti güclü işıq şülarından və ya istidən qoruyur. Neft lampasını (XIII əsr), qaz lampasını (XIX əsr) və elekriklə işləyən közərmə lampasını ixtira edənə qədər lampa gildən, daşdan və ya metaldan hazırlanmış qabıq formalı olub içərisinə bitki və ya hevan yağı ila islanmış fitil yerləşdirilirdi. Bu tipli lampalar ən qədim zamanlarda mövcud olmuşdur. Lampalara başqa misal kimi işıq saçan materialdan hazırlanmış boruları, hologen lampalarını, metal buxarı lampalarını, günəş enerjisi ilə işləyən lampalar, qövs lampalarını və işıq diodlarını göstərmək olar.
MAPPA
MAPPA Co., Ltd.(株式会社 (Kabushiki-gaisha MAPPA)) — Masao Maruyama tərəfindən yaranmış animasiya studiyası. MAPPA — Maruyama Animation Produce Project Association bildirən akronimdir.
Malax
Aşağı Malax — Azərbaycan Respublikasının Qax rayonunun Qaşqaçay inzibati ərazi vahidində kənd. == Tarixi == Malax çayının sahilindədir. Keçmışdə bu zonada Malax adlı üç kənd mövcud idi. Onlar yaxınlıqlarındakı kəndlərin adları ilə Ləkit Malax, Baş Malax və Aşağı Malax adlanırdı. XI əsrə aid mənbədə Şəki zonasında Maluq qalasının adı çəkilir. Toponimikada Malax kəndinin adının Maluq qalasının adından götürülməsi ehtimalı var. Tədqiqatçıların məlumatına görə, bu kənd Dağıstanın Zeyxur kəndindən çıxmış saxurlar tərəfindən salınmışdır. Təxminən XVI əsrin ortalarında saxurlar bu zonaya köçüb gəlmiş və Malax kəndinin əsasını qoymuşlar.[mənbə göstərin] Ərazidəki Malaxlar adlı dağın olması bu toponimin etnotoponim olmasından xəbər verir. Qafqaz dillərində malax/malux "az, bir az, bir hissə" mənasını bildirir. Oykonim "Aşağıda yerləşən Malax kəndi" deməkdir.
Maman
Maman (heykəl) — tuncdan heykəl. Maman (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Mamay
Mamay (1335? — 1381, Kafə müasir Feodosiya) —Qıpçaq əsilli Qızıl Orda sərkərdəsi. == Həyatı == Qızıl Orda hakimi Mamay xan (1335?-1381) türk sərkərdəsi və bahadırı kimi tarixdə çox geniş şöhrət tapıb. Tatar sərkərdəsi Xıdır xan öldükdən sonra, Mamay hakimiyyət arzusuna düşür. Xan nəslindən olmadığına baxmayaraq Qızıl Orda hakimi Berdi bəyin bacısı ilə (qeyd: Berdi bəy Cani bəyin, Cani bəy də qüdrətli Özbək xanın oğludur) evləndikdən sonra dağılmağa üz qoymuş bu hakimiyyəti ələ keçirmiş, bununla çarpışma meydanına atılmışdı: bu mübarizədə Abdul, Məhəmməd Sultan, Tülübək və s. xanları yenmişdi. Qızıl Orda dövlətini gücləndirmək, onu qoruyub saxlamaq məqsədilə böyük işlər həyata keçirmişdir. Mamay xan misilsiz hünərlərə sahib olmuş, keçirdiyi döyüşlərdə həmişə qələbə qazanmış, böyük ad qoymuşdur. Sonuncu döyüşü Kulikova çölündə olan döyüş (1380) oldu. Müharibə meydanında məğlub olub qaçan Mamayın Azov boyunda qarşısını kəsdilər.
Mapay
Mapay (ivr. ‏מִפְלֶגֶת פּוֹעֲלֵי אֶרֶץ יִשְׂרָאֵל‏‎) bəzən İsrail ərazisinin işçi partiyası — İsrailin mərkəzdən sol bir siyasi partiyasıdır.1968-ci ildə müasir İsrail İşçi Partiyasına birləşənə qədər İsrail siyasətində dominant bir qüvvə idi. Mapayın vəzifədə olduğu müddətdə geniş mütərəqqi islahatlar həyata keçirilirdi. Minimum gəlir, təhlükəsizlik və mənzil subsidiyaları, səhiyyə və sosial xidmətlərə pulsuz (və ya demək olar ki, pulsuz) təminat verən bir rifah halının yaradılması ilə xarakterizə olunur.
Pampa
== Pampa == Pampa (isp.bamba sözünün transformasiyası)-Cənubi Amerikada Amazon çayından cənubda yerləşən meşəsiz geniş çöllərə verilmiş addır. Çaydan şimalda yerləşən çöllərə isə lyanos (lianos) adlanır. Hal-hazırda pampa əkinçilikdə, maldarçılıqda geniş istifadə edildiyindən, təbii ot örtüyü demək olar ki, qalmamışdır.
Tampa
Tampa — ABŞ-nin Florida ştatında yerləşən şəhər.
Caminton Kampaz
Caminton Kampaz (24 may 2000-ci ildə Limpioda anadan olub) — Kolumbiya Premyera A təmsilçilərindən olan Deportes Tolima klubunda hücumçu kimi çıxış edən peşəkar Kolumbiyalı futbolçudur. == Klub karyerası == === Tolima === Kampaz Tolima akademiyası vasitəsilə inkişaf etmişdir. Kampaz öz peşəkar karyerasında debütünü 2 aprel 2017-ci ildə Tiqres klubuna qarşı oyunda etmişdir. O, 63-cü dəqiqədə Cader Obrian ilə əvəz olunmuşdur. Kampaz görüşdə 63-cü dəqiqədə qolla yadda qalmışdır. Həmin görüşdə Tolima liqa görüşündə rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 30 May 2017 tarixində yenilənib1Libertadores Kuboku görüşləri daxildir. 2Kolumbiya Superkuboku görüşləri daxildir.
Kampan Qədimov
Kampan Qədimov (əsl adı: Əlibaxış Qədimov; ləqəbi: Məşədi Kampan; 1853–1928) — neft maqnatı, xeyriyyəçi, milyonçu. == Həyatı == Kampan Qədimov Balaxanıda doğulub. Ömrünün böyük hissəsini burada yaşamış, burada da vəfat etmiş və Balaxanı qəbirstanlığında dəfn edilmişdir. Neft milyonçusunun qəbir daşının üstündə ərəb və ingiliscə "Mer Qanpan Kadimof" yazılıb. Kampan Qədimovun evi kənddə hələ də qorunur. 21 otaqdan ibarət bu evdə milyonçu neftxudanın nəticəsi Kampan Qədimov yaşayır. Kampan Qədimov səxavətli, əliaçıq və təvazökar insan olub. Nəticəsi onun xeyriyyəçiliyindən bəhs edir: "Gəlib deyirlərmiş ki, Məşədi Kampan, bir dənə məktəb tikmək lazımdır. O da "nə qədər pul lazımdır" soruşanda əgər 100 min manat istəyirdilərsə, çıxarıb bir milyon verirmiş. Yəni gedin, lap on məktəb tikin.
Mamrux kilsəsi
Mamrux məbədi — Qax rayonunun Güllük və Zaqatala rayonunun Mamrux kəndləri yaxınlığında Armatay dağının zirvəsində inşa olunmuş qədim alban kilsəsi. Bəzi tədqiqatçıların fikrincə, kilsə Ay və Günəş tanrıları məbədi əsasında inşa edilmişdir.Mamruxdakı məbəd mütəxəssislər tərəfindən, kompozisiya baxımından Kilisədağdakı rotonda (dörd tərəfi bərabər olan bina) ilə Qax rayonunun Ləkit kəndindəki tetrakonx arasında bilavasitə vəsilə kimi qiymətləndirilir. Kilsənin kiçik yan otaqlarla əhatə olunmuş altar hissəsi daha yaxşı saxlanmışdır. Lakin, digər hissələrin divar qalıqları da ən azı yerdən bir metr hündürlüyə qalxır. Məbədin planlaşdırma strukturu onu, üçyaruslu məkan kompozisiyası ilə təmin edir. Mamrux məbədinin kompozisiya özəlliyini kvadratşəkilli günbəzaltı məkan təşkil edir və bu, onunla Kilsədağ məbədi arasındakı prinsipial fərqi müəyyən edir. Dörd əzəmətli pilon sütunları əvəz etmişdir, onlardan xarici divarlara doğru geniş ölçülü tağlar salınmışdır. == Tarixi == Mamruxdakı məbəd mütəxəssislər tərəfindən, kompozisiya baxımından Kilisədağdakı rotonda (dörd tərəfi bərabər olan bina) ilə Qax rayonunun Ləkit kəndindəki tetrakonx arasında bilavasitə vəsilə kimi qiymətləndirilir.Məbədin təqribən IV əsrdə Albaniya hökmdarı III Mömün Vaçaqanın hakimiyyəti dövründə kilsəyə çevrildiyi güman edilir. Belə ki, Moisey Kalankatlı məhz bu hökmdarın dövründə Albaniyada xristianlığın geniş təbliğ edilməsi, digər dinlərin isə təqib edilməsi haqqında məlumat verir. Belə bir dövrdə Qafqaz Albaniyasında bir çox əski dinlərə məxsus məbədlər xristian elementləri əlavə edilərək kilsələrə çevrilirdilər.Məbədin planlaşdırma struktur və həcm-məkan həllini tədqiq edən mütəxəssislər onun inşa tarixini IV-V əsrlərə aid edilər.
Mamrux məbədi
Mamrux məbədi — Qax rayonunun Güllük və Zaqatala rayonunun Mamrux kəndləri yaxınlığında Armatay dağının zirvəsində inşa olunmuş qədim alban kilsəsi. Bəzi tədqiqatçıların fikrincə, kilsə Ay və Günəş tanrıları məbədi əsasında inşa edilmişdir.Mamruxdakı məbəd mütəxəssislər tərəfindən, kompozisiya baxımından Kilisədağdakı rotonda (dörd tərəfi bərabər olan bina) ilə Qax rayonunun Ləkit kəndindəki tetrakonx arasında bilavasitə vəsilə kimi qiymətləndirilir. Kilsənin kiçik yan otaqlarla əhatə olunmuş altar hissəsi daha yaxşı saxlanmışdır. Lakin, digər hissələrin divar qalıqları da ən azı yerdən bir metr hündürlüyə qalxır. Məbədin planlaşdırma strukturu onu, üçyaruslu məkan kompozisiyası ilə təmin edir. Mamrux məbədinin kompozisiya özəlliyini kvadratşəkilli günbəzaltı məkan təşkil edir və bu, onunla Kilsədağ məbədi arasındakı prinsipial fərqi müəyyən edir. Dörd əzəmətli pilon sütunları əvəz etmişdir, onlardan xarici divarlara doğru geniş ölçülü tağlar salınmışdır. == Tarixi == Mamruxdakı məbəd mütəxəssislər tərəfindən, kompozisiya baxımından Kilisədağdakı rotonda (dörd tərəfi bərabər olan bina) ilə Qax rayonunun Ləkit kəndindəki tetrakonx arasında bilavasitə vəsilə kimi qiymətləndirilir.Məbədin təqribən IV əsrdə Albaniya hökmdarı III Mömün Vaçaqanın hakimiyyəti dövründə kilsəyə çevrildiyi güman edilir. Belə ki, Moisey Kalankatlı məhz bu hökmdarın dövründə Albaniyada xristianlığın geniş təbliğ edilməsi, digər dinlərin isə təqib edilməsi haqqında məlumat verir. Belə bir dövrdə Qafqaz Albaniyasında bir çox əski dinlərə məxsus məbədlər xristian elementləri əlavə edilərək kilsələrə çevrilirdilər.Məbədin planlaşdırma struktur və həcm-məkan həllini tədqiq edən mütəxəssislər onun inşa tarixini IV-V əsrlərə aid edilər.
Qap-Kampan
Qap-Kampan (fr. Gap-Campagne) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0509. Qap-Kampan kantonuna cəmi 8 kommuna daxildir, onlardan ən əsası Qap kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2007-cı ildə əhalinin sayı 4 662 nəfər təşkil edirdi.
Senecio pampae
Senecio pampae (lat. Senecio pampae) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Tambax Muzeyi
Tambax Muzeyi — Keniyanın Tambax regionunda yerləşən muzeydir. Muzey keçmiş Rayon Komissarlığının iqamtgahına yerləşmişdir.
Vilhelm Maybax
Vilhelm Maybax (alm. August Wilhelm Maybach‎; 9.2.1846, Haylbronn — 29.12.1929, Ştutqard, Almaniya) — alman konstruktoru. == Həyatı == Vilhelm Maybax 9 fevral 1846-cı ildə Nekkar çayı üzərindəki Haylbronn şəhərində anadan olub. Atası xarrat idi. 10 yaşında ikən uşaq tamamilə yetim qaldı və Roytlingendəki uşaq evi tərəfindən tərbiyəyə götürüldü. Orada Vilhelm çertyojçəkən və konstruktor peşəsinə yiyələndi. Uşaq evinin nəzdindəki məktəbi bitirdikdən sonra Vilhelm maşınqayırma zavodunda peşə təhsili almağa başladı. O, gündüzlər emalatxanada və konstruktor bürosunda praktiki biliklərə yiyələnir, axşamlar isə qiraət və təbiət elmləri üzrə dərs alırdı. Daha sonra şəhərdəki regional təhsil məktəbində riyaziyyat dərsləri də almağa başladı. Onun bacarıqlılığı, məqsədyönlülüyü və inadkarlığı vaxtında qiymətləndirildi.
Çampan (Sayınqala)
Çampan (fars. چمپان‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Şampan-Arden
Şampan-Ardenn (fr. Champagne-Ardenne) — Fransanın şimal-şərqində bir bölgədir.
Şampan-Ardenn
Şampan-Ardenn (fr. Champagne-Ardenne) — Fransanın şimal-şərqində bir bölgədir.
Şampan-Ardenne
Şampan-Ardenn (fr. Champagne-Ardenne) — Fransanın şimal-şərqində bir bölgədir.