malle
manat
OBASTAN VİKİ
Maman
Maman (heykəl) — tuncdan heykəl. Maman (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Maman (Miyanə)
Maman (fars. ممان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 889 nəfər yaşayır (280 ailə).
Maman (heykəl)
Maman (ing. Maman) — fransız-amerikalı heykəltaraş Luiza Burjua tərəfindən tuncdan, paslanmayan poladdan və mərmərdən hazırlanmış heykəl. Bu heykəl dünyada ən böyük hörümçək heykəlidir. Hündürlüyü 9 metr, genişliyi 10 metrdir (daha dəqiq ölçüləri: 9271 x 8915 x 10236 mm). Heykəlin düz ortasında, hörümçəyin qarın boşluğu və köks hissəsində çuval və bu çuvalın içində 26 ədəd mərmər yumurta var. Heykəl adını fransız dilindəki "ana" sözündən almışdır. Luiza Burjua bu əsəri 2000-ci ildəki "The Unilever Series" layihəsi çərçivəsində Londondakı Teyt Modern muzeyinin Turbin zalında sərgilənməsi üçün yaratmışdır. Heykəlin orijinalı poladdan hazırlanmışdır, daha sonra tuncdan 6 versiyası düzəldilmişdir. == Fəlsəfə və mənası == Luiza Burjua hörümçəklər mövzsununda heykəl yaratmağı 1947-ci ildə fikirləşmiş, hətta bu haqda qara qələmlə rəsm çəkmişdir. 1996-cı ildə hörümçəklər mövzusunda "Hörümçək" adlı başqa bir heykəl hazırlamışdır.
Pentacalia mamancanacana
Pentacalia mamancanacana (lat. Pentacalia mamancanacana) — mürəkkəbçiçəklilər fəsiləsinin pentacalia cinsinə aid biki növü.

Digər lüğətlərdə

бактерици́дный богоспаса́емый выче́рчивать дисциплини́роваться недожо́г я́ловица бродя́жничество ку́хонная латынь оторва́ться разделя́ться роза́риум смолотече́ние сребро́ те́нькать техсе́рвис assembly room epistolographic illegibility legitimist native bear non sequitur ogeed urticaria зернохранилище программист