Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Manipula
Manipul (lat. manipula) — Qədim Romada 200-250 nəfərdən ibarət ağır silahlanmış piyada bölük. Manipul Qədim Roma ordusunun döyüş vaxtı istifadə etdiyi universal bölük vahidi idi və döyüş vaxtı, bir döyüş birliyi təşkil edən, iki senturiyadan(yüzlük) ibarət idi. Baş senturion bütün manipula və bilavasitə öz yüzlüyünə, kiçik senturion ancaq öz yüzlüyünə başçılıq edirdi. Manipul düzülüşünün ilk tətbiq olunması Samnit müharibələri ilə bağlıdır. Əvvəllər ancaq ümumi falanqa şəklində vuruşan legion indi daha kiçik alt-hissələrə bölünməyə başladı, manipullara( legionda hərəsində iki senturiya olan 30 manipul var idi). Manipulyar düzülüş leqionun döyüş və manevr qabiliyətini yüksəltdi. == Qaynaq == История Древнего Мира. Расцвет древних обществ. Главная редакция восточной литературы Москва 1989 səh.