Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Manixeizm
Manixeizm və ya Manilik ( bəzən Maniçilik də adlanır) — qnostik dini təlim olub, Mani (216-277) tərəfindən qurulmuşdur. III əsrdə Babildə ortaya çıxmış olan bu təlim bütün dünyada və xüsusilə Şimali Afrikada yayılmışdır. Xristianlıq başda olmaq üzrə; Məzdəkilik, Buddizm və Mesopotamiya dinlərindən bir çox ünsürləri içinə aldığından eyni zamanda sinkretik bir xüsusiyyət daşımaqdadır. Mani, dinini yaymaq üçün biri fars digər altısı süryani dilində olmaq üzərə yeddi kitab və yetmiş risalə yazmış, ayrıca Hindistan başda olmaq üzərə bir çox ölkəyə səyahətlər etmişdir. Manilik ən parlaq dövrünü 8-ci əsrdə Uyğur dövlətinin milli dini olaraq elan edilməsi ilə yaşamışdır. Mani sözü qədim Türk dilində "Mengü" və Çağatay türkcəsində "Tanrı" deməkdir. Manixeist Uyğurlar, ölümdən sonra ruhun bir başqa bədəndə həyatına davam etdiyini ("re-enkarnasiya" və ya "yenidən təcəssüm") qəbul edirdilər. Maniçilik əslində Zərdüşt dualizmi, Babil folkloru, Buddist əxlaq prinsipləri və xristian ünsürlərin qarışığından ibarətdir. Bu tərkibdə öndə gələn anlayış iki əzəli qanunun, yaxşı və pisin münaqişəsidir. Bu baxımdan din tarixi araşdırmaları, Maniçiliyi bir növ dini dualizm (ikiçilik) olaraq qeyd etmişdirlər.
Mandeizm
Sabiilik (ərəb. الصابئة‎ əs-Sabiyyət) ya da Mandayizm, İraqda və İranda dindir. Bu dinin tərəfdarlarına Sabiilər deyilir. == Etiqadı == Mandayizm — e.ə I minilliyin ikinci yarısı-eramızın başlanğıcında Cənubi Mesopotamiyada meydana gəlmiş dini təlim. Yaradıcıları mandelar sektasıdır. Yerli əhali onları menday, müsəlmanlar adətən sabiun, sabba və ya subba (Cənubi Ərəbistandakı səba tayfa birləşməsinin və onun yaratdığı dövlətin adından) adlandırır. Mandayizm təlimi xristianlığın, iudaizmin, zərdüştlüyün və qədim Babil dini ünsürlərinin qarışığından ibarətdir. Mandayilərin Şərqi arami ləhcələrinin birində yazılmış dini kitablardan bizə ayrı-ayrı parçalar gəlib çatmışdır. Mandeizmin əsas abidəsi "Adəmin kitabı"- 6-cı əsrin ortaları- 900-cü illər arasında yazılmışdır. Mandeizmə görə mandayilərin adi həyat anlayışını təcəssüm etdirən nurlu qüvvə Manda de Xayyanın (həyat kəlamı) adından alınmışdır.