MANİXEİZM

\[alm.Manichäismus; fr. Manicheisme; ing. manichaeism\] Əsasını İranda miladi III əsrdə Mani qoymuşdur, onun yaratdığı yarı fəlsəfi, ideoloji, ictimai təlim. Bu təlimin əsasında zərdüştiliyin yaxşı və pis yaxud xeyir və şərin arasında gedən əbədi mübarizədən bəhs edən ideoloji fikirlər dayanır.
MANDEİZM
MANİLİK
OBASTAN VİKİ
Manixeizm
Manixeizm və ya Manilik ( bəzən Maniçilik də adlanır) - qnostik dini təlim olub, Mani (216-277) tərəfindən qurulmuşdur. III əsrdə Babildə ortaya çıxmış olan bu təlim bütün dünyada və xüsusilə Şimali Afrikada yayılmışdır.Xristianlıq başda olmaq üzrə; Məzdəkilik, Buddizm və Mesopotamiya dinlərindən bir çox ünsürləri içinə aldığından eyni zamanda sinkretik bir xüsusiyyət daşımaqdadır. Mani, dinini yaymaq üçün biri fars digər altısı süryani dilində olmaq üzərə yeddi kitab və yetmiş risalə yazmış, ayrıca Hindistan başda olmaq üzərə bir çox ölkəyə səyahətlər etmişdir. Manilik ən parlaq dövrünü 8-ci əsrdə Uyğur dövlətinin milli dini olaraq elan edilməsi ilə yaşamışdır. Mani sözü qədim Türk dilində "Mengü" və Çağatay türkcəsində "Tanrı" deməkdir. Manixeist Uyğurlar, ölümdən sonra ruhun bir başqa bədəndə həyatına davam etdiyini ("re-enkarnasiya" və ya "yenidən təcəssüm") qəbul edirdilər.Maniçilik əslində Zərdüşt dualizmi, Babil folkloru, Buddist əxlaq prinsipləri və xristian ünsürlərin qarışığından ibarətdir. Bu tərkibdə öndə gələn anlayış iki əzəli qanunun, yaxşı və pisin münaqişəsidir. Bu baxımdan din tarixi araşdırmaları, Maniçiliyi bir növ dini dualizm (ikiçilik) olaraq qeyd etmişdirlər. Bu din həm Şərqə, həm də Qərbə doğru fövqəladə bir sürətlə yayılmış; Şimali Afrika, İspaniya, Fransa, Şimali İtaliya və Balkanlarda min il müddət ilə dağınıq və davamsız şəkildə varlığını davam etdirmişdir. Halbuki, əsl inkişafını doğulduğu torpaqlar olan Mesopotamiya, Babil və İranda reallaşdırmış və Şərqdə təsirini X əsrdən sonralara qədər davam etdirdiyi Türkistan, Şimali Hindistan, Qərbi Çin və Tibetə qədər yayılmağı bacarmışdır.

Digər lüğətlərdə

выбе́ливаться доба́вочный плотоуго́дница позапу́тать хай дематериали́зация закле́йка меч-ры́ба остекля́ть перешива́ть по́просту прихвати́ть располо́женность четвёртый шестигра́нник agalite hankie hush kit indrawal Sudra table-flap tubercle Марс предводительствовать светило