Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mansilər
Mansilər ((Mansi: Мāньси / Мāньси мāхум, Māńsi / Māńsi māhum) - Ural xalqlarının fin-uqor qrupunun uqor qoluna mənsub olan xalq. == Haqqında == Mansilər Rusiya Federasiyasının Tümen vilayətinin Xantı-Mansi muxtar dairəsinin yerli əhalisidir. Onlar özlərini mansi ("adam") adlandırırlar. XX əsrin əvvəllərinə qədər voqul adlandırılmışlar. Ural dilləri fin-uqor qrupunun uqor qoluna mənsub olan mansi dilində danışırlar. Antropoloji cəhətdən ağ (Avropa) irqi ilə sarı (monqoloid) irqi arasında keçid irqi sayılan Ural tipinə aiddirlər. Mansilər Sibirin Rusiya tərəfindən işğalından sonra zorla pravoslavlaşdırılmalarına baxmayaraq, özlərinin qədim dini görüşlərinin və şamançılığı hələ də saxlamaqdadırlar. Numi-Torı (Tanrı) adlandırdıqları Tanrıya inanırlar. Ayını müqəddəs sayırlar. 1989-cu il məlumatına görə mansilərin sayı 8500 nəfərdir.
Kassilər
Kassitlər — Cənubi Azərbaycanda və Luristanda məskunlaşmış qədim maldar tayfaları. Kassitlər özlərini "kaşşu" adlandırırmışlar. Mənbələrdə kassitlərin adı ilk dəfə e.ə. XXIII əsrdə çəkilir. Mənbələrdə kassitlərin məskunlaşdığı ərazi "Kaşşen" adlanır. Bir sıra Azərbaycan tarixçiləri hesab edirlər ki, antik müəlliflərin kaspiləri kassitlərlə qohumdurlar. Azərbaycan türklərinin etnogenezində mühüm rol oynamış türkmənşəli tayfalardan biri də kassilərdir (kaslar). Lakin Azərbaycanda yaşamış digər prototürk etnoslar kimi kassilər (kaslar) də uzun müddət tarixşünaslıqda elamdilli və ya hürridilli kimi tanınmışlar. Onların e.ə. V əsrdən adı çəkilən kaspilərlə qohumluğu güman edilir və yalnız elam dilində cəm bildirən "-p" şəkilçisinə görə kaspiləri elamdilli hesab edirdilər.
Maorilər
Maorilər — Polineziya kökənli Yeni Zelandiya əhalisi. 800-1300-cü illər ərzində müxtəlif vaxtlarda qayıqlarla Polineziya adalarından Yeni Zelandiyaya köç etmişlər. == Etimologiyası == Maoricə māori sözü "adi", "təbii", "normal" mənasına gəlir. == Dini == Maorilərin dini yerli dinləri olan Maori dinindən başqa eyni zamanda xristianlıqdır. Xristianlıq maorilər arasında ingilis hökumətinin qurulması və ingilis köçünün artması ilə yayılmağa başlamışdır. Buna kimi isə maorilər bütünlüklə öz dinləri olan Maori dinində idilər. Maorilərin təşkilatlanmasında dini rahiblər böyük rol oynayırlar. == Sayları == Maorilər Yeni Zelandiyanın yerli sakinləri olmalarına baxmayaraq Yeni Zelandiya əhalisinin 15%-ni təşkil edirlər. 2013-cü ilin nəticələrin görə Yeni Zelandiyada maorilərin sayı 598,605 nəfərdir. Maorilərin sayının çox olduğu ikinci ölkə isə Avstraliyadır.
Masailər
Masailər — Afrikanın savannada yaşayan yarımköçəri xalqı. == Ümumi məlumat == Keniyanın Paytaxtı Nayrobiyə təxminən 390 kilometr məsafədə yerləşən Masai Marada yaşayan qəbilə, aslan, leopard və hepard kimi vəhşi heyvanların olduğu ucsuz-bucaqsız düzənliklərdə yaşayırlar. "Sonsuz Torpaqlar" mənasını verən Masai Marada ayaqqabılar öldürülən heyvanların dərisindən tikilir. Masailər, rəngli parçalardan geyimlər geyinirlər. Heyvandarlıqla dolanan masailər, daha çox ətlə qidalanırlar. Kəndin daha təhlükəsiz olması üçün daxmaları çevrə şəklində tikən masailər, mərasim və yığıncaqlarını kəndin ortasındakı boş sahədə keçirirlər. Masailərin yaşadığı təkotaqlı daxmalar, kiçik budaq parçaları və mal nəcisi istifadə edilərək qadınlar tərəfindən tikilir. Masailərin heyvanlarla birlikdə yaşadığı daxmalarda bir otaq və kiçik bir boşluq var. Otaqda, ana, ata və uşaqlar yaşayır. Daxmanın qalan hissəsində heyvanlar qalır.
Mursilər
Mursilər — Efiopiyada yaşayan etnik qrup. Mursilər mursi dilində danışırlar. Dinləri animizmidir. Əsasən şimali-şərqi Efiopiyada məskunlaşıblar. Afrikanən şərqində - Efiopiya ərazisində yerləşən Maqo qoruğunda planaetin ən qorxunc və aqressiv etnik qrupu - Mursi qəbiləsi yaşayır. Neqroid irqinin təxmini sayı 6000 nəfərə çatan əyriayaq, xəstə görkəmli bu mutantları özləri ilə daim dəyənək və ölkə ərazisinə qeyri-leqal yolla keçirilmiş Kalaşnikov avtomatı gəzdirirlər. Onlar səhər tezdən qəbul etdikləri içkilərin təsirindən günorta vaxtlarında idarəolunmaz və təhlükəli məxluqlara çevirililər. == Adətləri == Efiopiyada mursilər kimi tanınan etnik qrupda yetkinlik yaşına çatmış qadınlar, kiçik yaşda deşərək genişlətdikləri alt dodaqlarına kiçik boşqab taxırlar. Kişilər, saçlarını ülgüclə taraş etməyi çox xoşlayırlar. Qulaqlarını deşib qab, göbələk şəklində bəzənmələr, bədənlərini bu cür ənənələrə alət edirlər.
Parsilər
Parsilər (qucaratca: પાર્સી [pa:rsi:]) - Cənubi Asiyada (Hindistan və Pakistan) zərdüştilik dininə etiqat edən iran əsilli xalqdır. Parsilər zərdüştilik dininin adət-ənənələrini qoruyan iki əsas xalqdan (digəri gebrlər) biridir. == Etimologiya == "Parsi" sözü "Pars sakini" mənasını bildirir. Avropada parslar haqqında ilk məlumatlar fransız rahibi İordanın 1322-ci ildə Hindistanın Maharaştra ştatında yerləşən Thane və Qucarat ştatında yerləşən Bharuç şəhərlərinə səyahəti zamanı verilir. Zaman keçdikcə bu sözə fransız, portagizlər, ingilis və digər avropa dövlətlərinin səyyahlarının əsərlərində rast gəlinmişdi. Alman filoloqu olan Fridrix Şreder 1908-ci ildə dərc olunan qəzetlərin birində parsi nümayəndələrinin bir çoxunun Bakıda yaşadığını qeyd etmişdir. == Tarixi == VII əsrdən etibarən indiki İran ərazisi Ərəbləri işğalı altında idi. İranlılar, ərəblərə qarşı uzun müddət qiyam qaldırdılar. Lakin bu cəhdlərinin müvəffəqiyyətsiz qalmasıyla bərabər, onlar ağır cizyə vergiləri ödəmək və ya İslam dininə keçmək məcburiyyətində qaldılar. Din dəyişdirmə yeni idarəçilərin son məqsədi idi və bu daha asan bir yol idi.
Anyilər
Anyilər, Anyalar, aqnilər - Kot-d'İvuar, Toqo və Qanada yaşayan akan xalqları qrupu. Ümumi sayları 2 milyon nəfərdən çoxdur (2000). Qananın rəsmi dillərindən olan Nzinma dilində danışırlar. Dindarlarının əksəriyyəti xristiandır. Müsəlmanları və ənənəvi dini etiqadlarını saxlayanlar da var. Müstəmləkə dövrünə qədər Anyilərin bir sıra tayfa ittifaqları yaranmışdır. Əsas məşğuliyyətləri toxa əkinşiliyidir. Dəmirçilik, dulusçuluq, toxuculuq, bədii metal və ağac üzərində oyma inkişaf etmişdir. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, I cild, Bakı,2009, səh.567.
Danilər
Duqum-Danilər, Danilər — Yeni Qvineya adasının qərbində (Şərqi İndoneziya, Papua əyaləti) papuas xalqı. Mərkəzi yaylada, Balim çayının Böyük dərəsində yaşayırlar. Danilər etnik papuas qrupları içərisində ən çox tanınan xalqdır. Buna səbəb əraziyə gələn böyük turist axınlarıdır. Sayları təqribən 25 000 nəfərdir (2007). Dani-nqala dil ailəsinə daxil olan dani dilinin dialektində danışırlar. Linqvistik baxımdan dani dili 4 dialektə bölünür: Aşağı vadidə yaşayan danilər (20 000 nəfər), Orta vadidə yaşayan danilər (50 000 nəfər), Yuxarı vadidə yaşayan danilər (20 000 nəfər), Qərbi danilər(180 000 nəfər). Dani dilində rəngləri ifadə edən sözlər yoxdur (ağ və qara istisna). İndoneziya dili də yayılmışdır. Danilərin əksəriyyəti xristiandır, qalanları isə ənənəvi inanclarını qoruyub saxlayırlar.
Marilər
Marilər — Fin-uqor xalqlarından biri, Rusiya Federasiyasının subyekti Mari El Respublikasının yerli əhalisi, əsasən Rusiyada yaşayırlar.
Mosilər
Mosilər və ya Morlar —Şimali Afrikada xalq. Onlar Mor dilində danışırlar. == Tarix == XIX əsrin icinci yarısında fransız işğalçılarının Qərbi Afrikaya yürüşü zamanı bu qəbilənin nümayəndələri işğalçılara qarşı şücaətlə müqavimət göstərmişlər. == Ümumi məlumat == Özlərini daqari, birifor. nankanse, kusasi, mamprusi və başqa adlarla adlandırırlar. More dilində danışırlar. Dinləri İslamdır. Bir hissəsi xristiandır. Əsasən, əkinçilik, həmçinin heyvandarlıqla məşğul olurlar. == Həmçinin bax == Bambara qəbiləsi == İstinadlar == Hamlet Qocayev, “Afrikada gördüklərim”, Bakı, “Azərnəşr”, 1986, səh.
Kansler
Kansler (alm. Kanzler, ing. Chancellor) — Almaniyada və Avstriyada hökumət başçısı (Bundeskansler). == Ədəbiyyat == Шепелёв Л.Е. Чиновный мир России: XVIII—начало XX вв. СПб: «Искусство-СПб», 1999. 479 с.
Laetitiya Mansieri
Laetitiya Mansieri (19 aprel 1983) — Fransanı təmsil edən bədii gimnast. == Karyerası == Laetitiya Mansieri Fransanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Əsl rakşilər
Əsl rakşilər (lat. Coraciidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinə aid heyvan fəsiləsi.
Federal kansler
Kansler (alm. Kanzler, ing. Chancellor) — Almaniyada və Avstriyada hökumət başçısı (Bundeskansler). == Ədəbiyyat == Шепелёв Л.Е. Чиновный мир России: XVIII—начало XX вв. СПб: «Искусство-СПб», 1999. 479 с.
Bruno Manser
Bruno Manser (25 avqust 1954[…], Bazel – 10 mart 2005, Kalimantan) İsveçrə ətraf mühit aktivisti olub. 1984-cü ildən 1990-cı ilə kimi Malasiyanın Penan qəbiləsində (Sarawak ştatı) yaşayıb və ağac tədarükü edən şirkətlərə qarşı dəfələrlə mübarizələr təşkil edib. 1990-cı ildən başlayaraq o, tropik meşələrin qorunması və yerli xalqların, xüsusən də Penanlıların insan hüquqları uğrunda ictimai fəaliyyətə başladı və bu fəaliyyəti onunla Malaziya hökuməti arasında münaqişəyə səbəb oldu. O, 1991-ci ildə İsveçrə qeyri-hökumət təşkilatı (QHT) Bruno Manser Fondunu yaradır. Bruno Manser 2000-ci ilin mayında Sarawaka son səfəri zamanı yoxa çıxır və ölü olduğu qəbul olunur. == Gənclik illəri və təhsili == Bruno Manser 25.08.1954-cü ildə Bazeldə çox uşaqlı ailədə doğulub. Manser gənclik illərində müstəqil düşüncəli insan olub. Manser Mahatma Qandinin (Satyagraha) şiddətə qarşı olan idelogiyalarının dönməz tərəfdarları olaraq İsveçrə ordusunda məcburi hərbi xidmət keçməkdən imtina etdiyi üçün 19 yaşında 3 ay Lucerne həbsxanasında qalmalı olmuşdur. 1973-cü ildə həbsxananı tərk etdikdən sonra o, İsveçrə Alp otlaqlarında 12 il xırda və iri buynuzlu maldarlıqla məşğul olur. Manser bu dövrdə əl işləri, müalicə və mağaralar ilə maraqlanır.