Masailər
Masailər — Afrikanın savannada yaşayan yarımköçəri xalqı.
== Ümumi məlumat ==
Keniyanın Paytaxtı Nayrobiyə təxminən 390 kilometr məsafədə yerləşən Masai Marada yaşayan qəbilə, aslan, leopard və hepard kimi vəhşi heyvanların olduğu ucsuz-bucaqsız düzənliklərdə yaşayırlar.
"Sonsuz Torpaqlar" mənasını verən Masai Marada ayaqqabılar öldürülən heyvanların dərisindən tikilir. Masailər, rəngli parçalardan geyimlər geyinirlər.
Heyvandarlıqla dolanan masailər, daha çox ətlə qidalanırlar.
Kəndin daha təhlükəsiz olması üçün daxmaları çevrə şəklində tikən masailər, mərasim və yığıncaqlarını kəndin ortasındakı boş sahədə keçirirlər.
Masailərin yaşadığı təkotaqlı daxmalar, kiçik budaq parçaları və mal nəcisi istifadə edilərək qadınlar tərəfindən tikilir.
Masailərin heyvanlarla birlikdə yaşadığı daxmalarda bir otaq və kiçik bir boşluq var. Otaqda, ana, ata və uşaqlar yaşayır. Daxmanın qalan hissəsində heyvanlar qalır.