Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mini Mansions
Mini Mansions – Zak Daues, Tayler Parkford və Queens of the Stone Age qrupunun bas ifaçısı Maykl Şumen tərəfindən yaradılmış amerikan indi-pop qrupu. == Tarixi == Mini Mansions 2009-cu ildə yaranıb. Onlar 2009-cu ildə öz adlarını daşıyan doqquz parçadan ibarət mini-albom buraxıb. 2014-cü ildə onlar 24 mart 2015-ci ildə buraxılmış ikinci studiya albomu The Great Pretenders-dən "Death Is a Girl" adlı sinqlı buraxdılar. 2015-ci ilin noyabrında "Any Emotions", "Freakout!", Arctic Monkeys-dən Aleks Törnerin yer aldığı "Vertigo", "Mirror Mountain", "Double Visions", "Creeps" və "The End, Again" (hamısı The Great Pretenders-dan) mahnılarının klipləri onların Vevo səhifəsində yayımlandı. Həmçinin The B-52-dən Fred Schneider-in yer aldığı B tərəfi "Cheap Leather" üçün də bir klip yayımlandı. 2016-cı ildə qrup PledgeMusic vasitəsilə The Great Pretenders albomunun yayımlanmamış B-tərəflərindən ibarət olan Flashbacks-i buraxdı.14 mart 2017-ci ildə Mini Mansions-ın üç üzvünün 24 mart 2017-ci ildə Şotlandiyanın Qlazqo şəhərində BBC Radio 6 Musiqi Festivalında Sparks musiqi qrupu ilə çıxış edəcəyi elan edildi.12 fevral 2019-cu ildə qrupun üçüncü albomu Guy Walks Into a Bar... 26 iyul 2019-cu ildə buraxılacağı məlum oldu. Albomdan əvvəl 28 sentyabr 2018-cu ildə Works Every Time mini-albomu buraxılmışdı.Qrup 2019-cu ilin fevral ayında Guy... albomundan "GummyBear" adlı ilk sinqlı paylaşdı və 13 mart 2019-cu ildə Liam Lynch-in rejissoru olduğu klipin premyerası oldu həmçinin qrupun ABŞ-da yaz konsertləri edəcəyi bildirildi.
Ansion
Ansion — "Ulduz müharibələri" kainatında uydurma planet. Obi-Van Kenobi və Anakin Skayvolker "Klonların hücumu" (2002) filminin hadisələrindən əvvəl planeti ziyarət etmişdir. Ansion planetinin Qalaktik respublikadan çəkilərək separatçı hərəkata qoşulacağı haqqında dedi-qodular yayılmışdır və bu məsələni həll etmək cedaylara həvalə edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Ansion — Vukipediya saytında.
Marilyn Manson
Merlin Menson (ing. Marilyn Manson) — musiqi qrupu. == Qrup haqqında == Qrup musiqiyə 1989-ci ildə Marilyn Manson and the Spooky Kids adıyla başladı. Qrupun ilk heyətində gitarist Daisy Berkowitz, bas gitarist Olivia Newton Bundy və keyboard'da Zsa Zsa Speck var idi. Qrup ilk qurulduğunda "drum-machine" istifadə edilirdi. Qrupa qısa müddət sonra Pogo adını istifadə edən keyboard'çı Madonna Wayne Gacy və bas gitarist Gidget Gein qatıldı. Bu heyət ilə demo albom yazdılar. 1991-ci ildə "drum-machine" in yerini Sara Lee Lucas aldı. Qrup diqqət çəkməyi bacarmışdı. Nine Inch Nails qrupunun beyni Trent Reznor'un diqqətini çəkən qrup onun firması Nothing Records ilə razılaşdılar.
Madison
Madison (ing. Madison) — ABŞ-də şəhər, Viskonsin ştatının inzibati mərkəzi. Əhalisi 258,054 nəfərdir (2018), Viskonsin ştatının Milvaukidən sonra ikinci, ABŞ-də isə 81-ci ən böyük şəhəridir. Şəhərətrafı ərazilərdə əhalinin sayı 654 min nəfərdən çoxdur. == Tarixi == Madison ilk dəfə 1836-cı ildə keçmiş federal hakim Ceyms Doti yeni bir şəhər qurmaq niyyətində olan Mendota və Monona gölləri arasındakı bərzəxdə təxminən 1000 akr (4 km²) bataqlıq və meşəlik alanda xatırlandı. O, Viskonsin ərazisinin paytaxtını Belmontdan ABŞ-nin dördüncü prezidenti Ceyms Medisonun adına yeni şəhərə köçürmək üçün güclü lobbiçilik etdi. Noyabrın 28-də şəhərin yalnız kağız üzərində mövcud olmasına baxmayaraq, Madison əlverişli coğrafi mövqeyi sayəsində Viskonsinin paytaxtı oldu. 1837-ci ildə Viskonsin Kapitolunda tikinti başladı. Qanunverici orqanın ilk iclası 1838-ci ildə baş tutdu. 1846-cı ildə Madison yalnız 626 nəfərdən ibarət bir qəsəbə idi.
Pandion
Çay qaraquşu (lat. Pandion haliaetus) — qaraquş cinsinə aid quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Status. Nadir, sayı tez azalan növdür. Yayılması. Xəzər sahillərində (başlıca olaraq Astara və Kür çayı mənsəbi arasında) və respublikanın iri daxili su hövzələrində olur. Yaşayış yeri. Balıqla zəngin su hövzələri yaxınlığında yerləşən hündür gövdəli meşələr. Təbiətdə sayı.
Aksion
Aksion — fizikada atom nüvələrini parçalanmaqdan qoruyub saxlayan güclü qarşılıqlı təsiri modelləşdirərkən istifadə olunan hipotetik zərrəcikdir. Bir aksion bir elektrondan trilyon dəfə yüngüldür, lakin bir kub santimetrdə onların sayı yüz milyard ola bilər. WIMPs zərrəciklər Ağ Yolun qaranlıq qalosunda annihilyasiya edərək qamma-şüalar, antiproton və pozitronlar buraxa bilər. Belə bir şüalanmanı ümumiyyətlə, müşahidə etmək olar, lakin onu Qalaktikanın ümumi şüalanmasından ayırmaq çətin bir məsələdir.
Amnion
Amnion — sürünənlərdə, quşlarda, məməlilərdə və bəzi onurğasızlarda rüşeym pərdəsi. Onurğalılarda amnion, rüşeymin ətrafında ektodermadan xaric rüşeym büküşləri şəklində inkişaf edib onu əhatə edir. Kisənin içərisi maye ilə dolu dolu olur ki, bu da rüşeymi mexaniki təsirlərdən qoruyur. Doğuş zamanı amnion qopur. maye xaric olur, doğuşu asanlaşıdırır.Amnionun qalığı uşaq "köynəyi" adlanır. Ektoderma büküşü kimi rüşeym pərdəsinə, həmçinin, həşəratlarda, əqrəblərin və nemertinlərin sürfələrində təsadüf edir.
Anison
Anison (アニソン) – animelərdə istifadə olunan musiqi və mahnı janrı. Yaponiyaya xasdır. Termin "Anime" və "song" sözlərinin birləşməsindən yaranmışdır. Bir çox musiqi alətindən istifadə olunması, eləcə də, sözləri və mövzusu istifadə olunduğu animeyə uyğun olması ilə xarakterizə olunur. Anison 1970-ci illərdən etibarən populyarlıq əldə etməyə başlamışdır. == Haqqında == Anison daha çox J-pop janrı ilə xarakterizə olunur. Adətən anime seriallarının hər seriyası üçün iki cür mahnıdan istifadə olunur: açılış mahnısı və bağlanış mahnısı. Açılış və bağlanış mahnılarına həmin animelərin OVA buraxılışlarında da rast gəlinir. Yaponiyada bəzi müğənnilərin əsas fəaliyyəti məhz animelər üçün mahnı və musiqi bəstələməklə formalaşır. LiSA, Konomi Suzuki, Nana Mizuki, Eyr Aoy, Aymer, May'n, Kotoko, Yui, Asaka və s.
Maniok
Manihot esculenta (lat. Manihot esculenta) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin manihot cinsinə aid bitki növü. Tropik və subtropik Amerikada yetişən bu bitkinin yüz əllidən çox növü var. Kökündə bol miqdarda nişasta olduğu üçün yerlilərin qidalanmasında böyük əhəmiyyət daşıyır, həmçinin nişastasından tapioka keçirildiyi üçün kommersiya cəhətdən də əhəmiyyəti böyükdür. Maniok kökləri, heyvan yemi kimi də istifadə edilir. Xüsusilə halqa və ya un halında satılan maniok, kiçik malları və donuz balalarını bəsləməkdə istifadə edilən, həzmi çox asan bir qidadır. Maniok Braziliyada bitən bir növündən kauçuk əldə edilir.Bitkinin əsas istehsalçıları Nigeriya, Tailand, İndoneziya, Braziliya və Konqo Respublikasıdır.
Monson
Monson İspaniyada şəhər. Əhalisi 17 115 nəfər (2010).
Şanson
Şanson (fr. chanson - mahnı) — vokal musiqi janrı. == Xarici keçidlər == Brown, Howard Mayer, et al. "Chanson." In Grove Music Online. Oxford Music Online. Dobbins, Frank. "Chanson." In The Oxford Companion to Music, edited by Alison Latham. Oxford Music Online. Michail Scherbakov. Russian Сhanson.
Masson
Masonluq (ing. Freemasonry) – fəlsəfi-etik hərəkat olub XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlmişdir. Mason sözü ingilis dilində olan freemason sözündən yaranmışdır və tərcüməsi azad bənna deməkdir. Çünki təşkilatı ilk dəfə bənnalar yaradıb. Bu bənnalar məhz Süleyman peyğəmbər üçün məbəd tikiləndə bir araya gəliblər. Hətta təşkilatın simvolunda da tikinti pərgarı və üçkünc xətkeş işarəsi var. Onların ideologoyasına görə Allah da dünyanın memarıdır. Masonluq müxtəlif formalarda mövcud olub üzvlərinin vahid mənəvi və metafiziki idealları bölüşməsi ilə səciyyələnir. Bunlardan ən birincisi Ali Varlığa inamdır. Masonlar həmin varlığın adlandırılmasından Kainatın ulu memarı ifadəsindən istifadə edirlər.
Anion
Anion — mənfi elektrik yükü daşıyan, elektroliz zamanı müsbət yüklənmiş elektroda - anoda doğru yönələn ion. Anion öz təsir dairəsində atom nüvəsinin müsbət yüklərini kompensasiya edən elektronlardan və bir və ya bir neçə artıq elektron saxlayan atom və ya atomlar qrupundan ibarətdir. Kristallik birləşmələrdə təkatomlu anion yükü vahiddən çox ola bilməz. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Mason
Masonluq (ing. Freemasonry) – fəlsəfi-etik hərəkat olub XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlmişdir. Mason sözü ingilis dilində olan freemason sözündən yaranmışdır və tərcüməsi azad bənna deməkdir. Çünki təşkilatı ilk dəfə bənnalar yaradıb. Bu bənnalar məhz Süleyman peyğəmbər üçün məbəd tikiləndə bir araya gəliblər. Hətta təşkilatın simvolunda da tikinti pərgarı və üçkünc xətkeş işarəsi var. Onların ideologoyasına görə Allah da dünyanın memarıdır. Masonluq müxtəlif formalarda mövcud olub üzvlərinin vahid mənəvi və metafiziki idealları bölüşməsi ilə səciyyələnir. Bunlardan ən birincisi Ali Varlığa inamdır. Masonlar həmin varlığın adlandırılmasından Kainatın ulu memarı ifadəsindən istifadə edirlər.
Byörn Yansson
Byörn Yansson (1 yanvar 1975) — İsveçli oxatan. Byörn Yansson İsveçi 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Byörn Yansson birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 164-cü yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Dance Passion
Dance Passion – Roxette qruppunun Pearls of Passion albomun remiks albomudur.
Jan Mandijn
Yan Mandeyn 1530-dan sonra Antuerpdə aktiv olan Hollandiya İntibahı rəssamı. == Həyatı == Mandeyn təhsilini Harlemdə almışdır. 1530-cu ildə Antuerpə köçüb. Yan van der Elbörts, Gilis Mostart və Bartolomeus Sipreyncr kimi rəssamların müəllimi olub.Antuerpdə vəfat edib. == Əsərləri == Mandeynin imzasını daşıyan sadecə bir əsər günümüzə kimi gəlib çatıb. Harlemdəki Frans Hols muzeyində saxlanılan "Müqəddəs Antoninin başdan çıxarılışı" adlanan bu tablo Hayrinemus Boşun stilinə bənzəyir.Bu səbəbdən Mandijn Boşun izləyicisi olaraq dəyərləndirilir. Qədim dövr yazarlarından olan Karel van Mendr də kitabında Mandeynin Boş kimi qorxuducu və gülməli səhnələr çəkməsini yazıb.Sözü gedən tablonun ilham mənbəyi Boş olmaqla bərabər, Mandeynin tərzi daha sərbəst, istifadə etdiyi rənglər və yaratdığı fantastik obrazlar bir-biri ilə daha az uyğundur.Bu səbəbdən ortaya çıxan rəsm Boşun əsərləri qədər təsirli deyil.Mandeynin əsərlərində də eyniylə Boşda olduğu kimi həşəratlar, sürünənlər və quşların qarışımından ortaya çıxan aralıq şeytanlar yer alır. Mandeynin tərzinə dair xüsusiyyətlər, Berlindəki Alt Pinoqotekdə yer alan "Müqəddəs Kristaforun başdan çıxarılışı" kimi bir sıra Antuerp "şeytan rəsimlərində"də öz əksini tapır.
Lui Massinon
Lui Massinyon (fr. Louis Massignon; 25 iyul 1883[…], Nojan-sür-Marn – 31 oktyabr 1962[…], Paris) — fransız şərqşünası və ərəbşünası. == Həyatı == Lui Massinyon 25 iyul 1883-cü ildə Parisin şimalındakı Nogentsur-Marneda doğulmuşdu. Atası rəssam və heykəltaraş Fernard Massinyon, anası Mariya née Hovyndir. İlk dini təhsilini anasından aldı. Parisdə Lui le Grad Litseyindəki şagirdliyi sırasında şərqşünas Henri Masperonun təsiriylə Şərq dil, din və mədəniyətlərinə maraq duymağa başladı. 1900-cü ildə litseydən məzun oldu. Ali təhsilini aldığı Paris École des Hautes Étudesdə Fransız ədəbiyatı, tarix, arxeologiya öyrəndi və Sanskrit dilinə yiyələndi. Sorbonn universiteti illərində yaxın yoldaşlarından biri Ernest Renanın bacısı oğlu Ernest Psichariydi. 1904-cü ildə Həsən əl-Vəzzan (Afrikalı Leon) üzərinə apardığı, "Tableau géographique du Maroc dans les 15 premières anneés du XVIe siècle, daprès Léon lAfricain" adlı çalışmasını tamamlayaraq universitet diplomu aldı.
Madison Beer
Medison Bir (ing. Madison Beer; 5 mart 1999, Ceriko[d], Nyu-York ştatı, ABŞ) — amerikalı müğənni və bəstəkar. == Həyatı == Madison Elle Beer 5 mart 1999-cu ildə Nyu-York ştatının Yeriko şəhərində yəhudi ailədə dünyaya gəldi. Atası Robert Beer əmlakçı, anası Tresi isə memar idi. 4 yaşında modellik yarışmasında qələbə qazanan Beer Child Magazine-nin baş səhifəsində yer aldı. Rider adlı kiçik qardaşı var. == Kariyerası == Musiqi karyerası 13 yaşında Castin Biberin vasitəsiylə başladı. Sonra Island Records ilə müqavilə imzaladı. 2017 avqust ayında ilk albomu As She Pleases-i yayımladı. Beer 2020-ci ildə Epic Records ilə razılaşıb 2021 fevralda ikinci albomu Life Support-u yayımladı.
Mamison aşırımı
Mamison aşırımı (oset. Мамысоны æфцæг; gürc. მამისონის უღელტეხილი) — Böyük Qafqazın qərb hissəsindəki Baş Qafqaz silsiləsindən keçən hündürlüyü 2911 m (digər mənbələrə görə 2819 m) olan aşırım. Gürcüstan (Cənubi Osetiya) və Rusiya sərhədlərinin qovşağında olan keçid Mamikdon çayı vadisindən Çançaxı çayı vadisinə aparır. Tarixi Osetiya Hərbi Yolu Gürcüstan (Kutaisi) ilə Rusiyanı (Karcin) birləşdirən keçiddən keçir. Sərhəd keçidi hazırda bağlıdır və yol istifadədə deyil. == Tarix == Böyük Vətən müharibəsi illərində keçid mühüm rol oynamış və 1942-ci ilin iyunundan 1942 -ci il avqustun 15-dək olan dövrdə 46-cı Ordu qüvvələrinin bir hissəsi şimaldan Baş Qafqaz silsiləsindən - Mamison keçidini əhatə edərək müdafiəni təşkil edirdi. 10 iyun 2009-cu ilədək Gürcüstan sərhədçiləri Cənubi Osetiyadan keçid üzərində nəzarəti həyata keçirirdilər. Onların Çançaxi çayının vadisinə geri çəkilmədən sonra Rusiya və Cənubi Osetiya sərhədçiləri ərazini nəzarətə götürür, nəticədə bütün keçid faktiki olaraq Cənubi Osetiyanın nəzarətinə keçir. 2009-cu ilin iyun ayının əvvəlində partladılmış Nikolaevski körpüsünün bərpasından sonra, məlumat gəlir ki, Gürcüstan yenidən Çançaxi çayı boyunca yerləşən Hərbi-Osetiya yolunun bir hissəsinə nəzarəti ələ keçirir.
Marsian Hoff
Marsian Hoff Ted Hoff kimi də tanınır. (28 oktyabr 1937)—"Mikroprosessor"un yaradıcısı. == Həyatı == Kompüter tarixinin inqilabi hadisələri sırasında "mikroprosessor" adı altında proqramlı məntiqi blokun yaradılması əhəmiyyətli (vacib) yer tutur. Silisiumdan (kimyəvi element) hazırlanan idarə olunan proqramlaşdırılan hesablayıcı blok ideyası 1971-ci il 15 noyabrda ictimaiyyətə təqdim olundu. "İnteqral elektronikasında yeni era" başlığı altında 1971-ci ildə "Electronic News"-da reklam məqaləsi çap olunmuşdu. Həmin məqalədə Intel firması 4004 nömrəli mikroprosessoru və onun yaradıcısı Ted Hoffu təqdim etdi. Intel firmasının yaradıcılarından biri olan Qordon Mur, ümumiyyətlə bu mikroprosessoru "bəşəriyyət tarixində ən inqilabi məhsullardan biri" adlandırmışdı. İxtira o qədər əhəmiyyətli (vaci) idi ki, Hoff xx əsrin ən böyük alimlərindən biri kimi qəbul edildi. Demək olar ki, bütün "fikirləşən" qurğulara uyğun olmaq üçün mikrosxem kifayət qədər sadə, qiyməti isə ucuz idi. Onu liftlərdə, kalkulyatorlarda və yaddaşı olan elektrik yazı maşınlarında tətbiq etmək olardı, o, saat mexanizmlərini və ya təyyarənin sükan çarxını idarə edə bilərdi.
One Madison
One Madison (Uan Medison kimi tələffüz olunur) — Nyu-York şəhəri Manhetten borosunun Fletayron rayonundaki Medison skver ilə üzbəüz, Medison prospektinin ətəyində, Brodvey və Park prospekti arasında 23-cü küçədə yerləşən qüllə tipli təntənəli yaşayış kondominiumu. Binanın rəsmi ünvanı və vestibülun əsas girişi binanın adından gözlənildiyi kimi 1 Madison prospektində deyil, 23 East 22nd Street-də yerləşir. 23-cü küçədə ümumi giriş yoxdur. Binanın 60 mərtəbəsində 53 yaşayış mənzilləri yerləşirlər. İnşaat 2006-cı ildə başlamış və 2010-cu ildə başa çatmış, lakin maddi çətinliklər üzündən üç il daha yarımçıq qalmışdır. 189.3 m hündürlükdə olan One Madison, hündürlüyü ilə eni 12:1-ə olan nisbəti ilə Nyu-Yorkun ən incə binalarından biridir. 2013-cü ildə bina üzərində mülkiyyəti hüququ kreditorlar konsorsiumunun (The Related Companies, CIM Group və HFZ Capital Group adlı şirkətlər) əlinə keçdi, hansı ki inşaatı tamamlamış və həmin il satışları bərpa etmişdir. 2014-cü ilin fevral ayına qədər binanın yüzdə yetmiş beşi satılmışdır.
Pandion haliaetus
Çay qaraquşu (lat. Pandion haliaetus) — qaraquş cinsinə aid quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Status. Nadir, sayı tez azalan növdür. Yayılması. Xəzər sahillərində (başlıca olaraq Astara və Kür çayı mənsəbi arasında) və respublikanın iri daxili su hövzələrində olur. Yaşayış yeri. Balıqla zəngin su hövzələri yaxınlığında yerləşən hündür gövdəli meşələr. Təbiətdə sayı.
Paneion pratense
Poa pratensis (lat. Poa pratensis) — qırtıckimilər fəsiləsinin qırtıc cinsinə aid biki növü. == Sinonim == Paneion pratense (L.) Lunell Poa agassizensis B.Boivin & D.Löve Poa alpigena subsp. sobolevskiana (Gudoschn.) Tzvelev Poa anceps (Gaudin) Hegelm. Poa anceps var. breviculmis Hook.f. Poa angustifolia Elliott [Illegitimate] Poa angustifolia subsp. anceps (Gaudich.) K.Richt. Poa angustifolia var. anceps (Gaudin) K. Richt.
Tuve Yansson
Tuve Yansson (9 avqust 1914[…], Helsinki – 27 iyun 2001[…], Helsinki) — Finlandiya yazıçısı, karikaturaçısı, dizayneri və rəssamı. Muumin kitablarının müəllifidir. == Həyatı == Tuve Yansson heykəltaraş Viktor Yansson və rəssam Siqne Hammarsten-Yanssonun qızı kimi Finlandiyada anadan oldu. Qardaşları da incəsənətlə məşğul idilər: Per Olof Yansson fotoqraf, Lars Yansson yazıçı və karikaturaçıdır. Finlandiya vətəndaşı olmasına baxmayaraq ana dili dili isveç dili olmuşdur. Buna görə bütün kitabları isveç dilindədir. Dəniz Tuve Yanssonun əsas ilham qaynağı idi. Yayda tez-tez Fin körfəzindəki adalarda ailəsi ilə dincəlirdi. Müəssisəsi Helsinkidə idi, amma daha çok Porvoo şəhərinin yaxınlığındakı Pellinki adalarından biri olan Klovharu adasında qalırdı. Qrafikçi Tulikki Pietilla ilə evli idi.
Maşın
Maşın (yun. μηχανη; lat. mechané: "qurğu", "avadanlıq" deməkdir) — qurğu və tərtibat toplusu olub konkret tapşırıqların həlli zamanı insan əməyini tam və ya nisbətən əvəz etmək üçün tətbiq olunur. Onların böyük əksəriyyəti təkrar olunan işlərdə güclərin çevik və rahat tətbiqi üçün nəzərdə tutulur. Maşınların başqa tətbiq sahəsi yüklərin nəqlidir. Qədim antik dövründə mövcud olan mənasına ("Deus ex machina") görə maşınlar yeni dövrə qədər ilk növbədə aldadıcı qurğu kimi, daha sonra isə işçi qurğu kimi başa düşülmüşdür. XX əsrdə elektronikanın inkişafı ilə əlaqədar olaraq maşın sözü kompüter proqramlarına da aid edilir. Mühəndislikdə mexaniki maşınlar elektronik avtomatlardan fərqləndirilirlər. Avtomatlar müəyyən işi insan müdaxiləsi olmadan yerinə yetirdiyi halda, maşınların idarə edilməsi lazımdır. Praktiki olaraq maşınları 4 qrupa bölmək olar: Energetika maşınları (mühərriklər, nüvə reaktorları, istilik və başqa çeviricilər) İnformasiya maşınları (EHM, musiqi alətləri, rabitə qurğuları, informasiya emalında istifadə edilən maşınlar) Material emal edən maşınlar (dəyirmanlar, sobalar, dəzgahlar və s.) Nəqliyyat və qaldırıcı maşınlar (avtomobil, kranlar, qatar və s.)Çox vaxt avtomobilləri də maşın adlandırırlar.