tennis
tentative
OBASTAN VİKİ
Tension (Kayli Minouqun albomu)
Tension — avstraliyalı müğənni Kayli Minouqun on altıncı studiya albomudur. Albom 22 sentyabr 2023-cü ildə BMG Rights Management və Minogue Darenote şirkəti tərəfindən buraxılmışdır. == Tarix == Minouqun 2020-ci ildə disko, dans-pop janrlarında Disco adlı albomundan sonra yeni işi olaraq albomun yayımlanacağı 2023-cü ilin may ayında elan edilmişdi. Padam Padam albomun baş sinqldır, albomun adı ilə bağlı olan Tension sinqlı 2023-cü il avqust ayının sonlarında yayımlandı, holland DJ və elektron musiqi prodüseri Oliver Heldensin Minouq ilə olan sinqlı — "10 Out of 10" da albomda yer alır. Hələ 2022-ci ilin iyununda Vogue jurnalına verdiyi müsahibədə Minouq, yeni material üçün istinad nöqtəsi kimi 2003-cü ildəki "Slow" adlı sinqlının janrında yəni albomun işıq üzü görə biləcəyinə işarə etmişdi. Jurnal həmçinin yeni albom haqqında digər məlumatları qeyd etmişdi. Lakin 2023-cü ilin may ayında Kayli yeni albomu haqqında danışarkən, o, son iki studiya albomu Golden və Disco- dan fərqli olaraq konkret mövzunun olmadığını bildirdi və "Hər mahnının fərdiliyini qeyd etmək və bu azadlığa dalmaq istədiyini" dedi.O, albom üzərində işləmək üçün əvvəllər çalışdığı əməkdaşlar Riçard Biff Stannard və Dak Blekvela müraciət etmişdi.Ümumiyyətlə Kayli Minouq bu albomu işləmək üçün Danimarkanın paytaxtı Kopenhagen, İngiltərədə kurort şəhəri Brayton, eləcə də paytaxt London, Xorvatiya və Fransanın paytaxtı Parisə səyahətlər etmişdi. == Albomun tərkibi və yayımlanması == Albom " Padam Padam " adlı mahnı ilə başlayır və onun klipi albom yayımlanmadan bir neçə ay öncə təqdim edilmişdi. Ina Vroldsen və Peter Raykroft tərəfindən yazılmış və "hipnotik elektro " trek kimi təsvir edilmişdir. Mahnı tam formada Lostboy kimi tanınan Raykroft tərəfindən hazırlanmışdır.

Digər lüğətlərdə