maniok

maniok
manilik
manipulə
OBASTAN VİKİ
Maniok
Manihot esculenta (lat. Manihot esculenta) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin manihot cinsinə aid bitki növü. Tropik və subtropik Amerikada yetişən bu bitkinin yüz əllidən çox növü var. Kökündə bol miqdarda nişasta olduğu üçün yerlilərin qidalanmasında böyük əhəmiyyət daşıyır, həmçinin nişastasından tapioka keçirildiyi üçün kommersiya cəhətdən də əhəmiyyəti böyükdür. Maniok kökləri, heyvan yemi kimi də istifadə edilir. Xüsusilə halqa və ya un halında satılan maniok, kiçik malları və donuz balalarını bəsləməkdə istifadə edilən, həzmi çox asan bir qidadır. Maniok Braziliyada bitən bir növündən kauçuk əldə edilir.Bitkinin əsas istehsalçıları Nigeriya, Tailand, İndoneziya, Braziliya və Konqo Respublikasıdır.
Adam Maniok
Adam Maniok – (mac. Mányoki Ádám, 1673[…] – 6 avqust 1757, Drezden) Macar portret rəssamı. Barokko sənət axımının nümayəndələrindən olmuşdur. == Həyatı == Adam Maniok 1673-cü ildə protestant bir rahibin oğlu olaraq dünyaya gəlmişdi. Ailəsi kasıb olduğundan onu alman bir ailənin himayəsinə vermişdi. Maniokun təhsilində bu ailənin rolu böyük olmuşdur. O ilk əvvəl Lüneburq şəhərinə, oradan isə Hamburqa gələrək burada təhsil almışdır. Daha sonra Hannoverdə Andreas Şeyts və Parisdə Nicolas de Largillierenin yanında çalışmışdır. Niderlandda təhsilini tamamladıqdan sonra 1703-1707-ci illərdə Prussiya kralı I Fridrix Uilyamın sarayında yaşamış, saray rəssamı olmuşdur. 1707-ci ildə Adam Maniok II Ferens Rakoçinin sarayında xidmət etməyə başlayır.