Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Andre Qaqnon
Manon Flier
Manon Nummerdor-Flier (d. 8 fevral, 1984, Uithoorn, Niderland) — Niderlandlı qadın voleybolçu. == Karyerası == Manon Flier 2009 Avropa çempionatının gümüş mükafatçısı və ən dəyərli oyunçusudur. 2012-ci ildən Azərreyl Bakının formasını geyinir, 2013-cü ildə isə digər bir Bakı klubu İqtisadçıya transfer olmuşdur.
Manon Lesko
«Manon Lesko» — fransız yazıçı Antuan Fransua Prevonun, ilk dəfə 1731-ci ildə nəşr etdiyi, məşhur romanı.
Manon Rolan
Manon Janna Rolan de La Platyer (fr. Manon Jeanne Roland de la Platière; 17 mart 1754[…], Paris – 8 noyabr 1793[…], Paris) — Fransa inqilabının iştirakçısı, iqtisadçı və Fransanın daxili işlər naziri Jan-Mari Rolan de la Platyerin həyat yoldaşı. Madam Rolan maarifçi yazıçıların, xüsusən də Russonun pərəstişkarı idi. O, Fransa inqilabı zamanı evini ən görkəmli jirondist xadimlərin toplaşdığı yerə çevirmiş və qrupun liderlərindən biri kimi çıxış etmişdir. O, 1793-cü ildə jirodistlərin süqutundan sonra həbs və edam edilmişdir. Həbsxanada ikən memuar yazmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Vikianbarda Manon Rolan ilə əlaqəli mediafayllar var.
Manon Lesko (opera)
Manon Leska (it. Manon Lescaut) — Cakomo Puççininin İllika Luici və Marko Praqinin librettosu əsasında yazmış olduğu 4 pərdəli opera. Sayca Cakomo Puççininin on iki operasından ikincisi sayılır. Librettosu Antuan Fransua Prevonun eyniadlı romanı əsnasında yazılmışdır. Əsərin ilk premyerası 1 fevral 1893-cü ildə Turində olmuşdur. Operadakı hadisələr XVIII əsrdə, Fransa və onun Amerikadakı müstəmləkələrindən birində baş verir. == Personajlar == == I Pərdə == Fransanın şimalında yerləşən Amyen şəhərinin poçtunun həyəti. Manon bura qardaşı kral qvardiyasının serjantı Lesko ilə birlikdə gəlir. Burada təsadüfən Manon tələbə de Qrie ilə tanış olur. Manon deyir ki, onun ailəsi onu monastra göndərmişdir və qardaşı ona bu yolçuluqda yoldaşlıq edir.
Şmuel Yosef Aqnon
Şmuel Yosef Aqnon (ivr. ‏שמואל יוסף עגנון‏‎, ing. Shmuel Yosef (S.Y.) Agnon; 8 avqust 1887, Buçaç[d], Sisleytaniya – 17 fevral 1970[…], Qüds) — yəhudi yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1966). == Həyatı == Tam adı Şmuel Yosef Xalevi Çaçkes olan İsrail yazıçısı Şmuel Yosef Aqnon keçmiş Avstriya-Macarıstan imperiyasının Qalitsiya əyalətində, kiçik Buçaç şəhərində ortodoks yəhudi ailəsində doğulmuşdu. Hazırda həmin ərazi Polşa sərhədlərinə daxildir. Ədəbi zövq və maraqlarının formalaşmasında ziyalı qadın olan anası mühüm rol oynamışdı. Aqnon ənənəvi yəhudi təhsili almışdı. Xedereyə getmiş, atasının və yerli ravvinin rəhbərliyi ilə Zəburu öyrənmişdi. Daha sonra "Bet xamidraş"da qədim və orta əsrlər yəhudi müəlliflərinin əsərlərini, xasidlərin təlimini və müasir yəhudi ədəbiyyatını öyrənmişdi. Gənc yaşlarından fəal sionist kimi tanınmışdı.
Patris de Mak-Maqon
Mari Edm Patris de Mak-Maqon (fr. Marie Edme Patrice Maurice, Count de MacMahon, Duke de Magenta; 13 iyun 1808, Syulli[d] – 17 oktyabr 1893[…], Monkresson[d]) — fransız hərb və siyasi xadim, marşal, 1873-1879-cu illərdə Üçüncü Fransa Respublikasının prezidenti. == Prezidentliyi == Adolf Tyer 1872-ci ilin may ayının 10-da istefaya getdikdən sonra prezident vəzifəsinə Mak Maqon təyin edildi. Mak Maqon hakimiyyətə gəldikdən sonra hakimiyyət orqanlarında respublikaçıları monarxist qüvvələrlə əvəz etməyə başladı. Mətbuat üzərində nəzarət gücləndirildi. Bu arada monarxistlər arasında hakmiyyətə kimin gətirilməsi barəsində ortaq bir fikir qəbul edildi. Belə ki, nəzərdə tutldu ki, qraf Şambor V Henrix adı ilə hakimiyyətə gətirilsin və onun varisi olmadığına görə Paris qrafı ona varis təyin edilsin. 1873-cü ilin payızında hər kəs Şamborun hakimiyyətə gəlişini gözlədiyi bir vaxtda Fransa hökumətinə yerlərdən xəbər gəlməyə başlayır: Fransanın bütün şəhər və departamentlərinin əksəriyyətində xalq monarxiyanın bərpasını istəmir. Yerlərdə xüsusi komitələr yaradılmış və monarxın ayağı Fransaya dəyən kimi yerlərdə inqilabi hərəkat yüksələcək və Fransa yenidən inqilabın pəncəsinə düşəcəkdir. Buna qətiyyən yol vermək olmazdı.
Madeon
Hüqo Pyer Lekler (fr. Hugo Pierre Leclercq); təxəllüsü Madeon — fransız DJ, musiqiçi və mahnı müəllifi.
Manqan
Manqan (Mn) – D.İ. Mendeleyevin kimyəvi elementlərin dövri cədvəlində 25-ci element. Batareyalarda depolarizator olaraq və şüşə üzərində dəmir çirkliliyi səbəbiylə yaranan yaşıl rəngi yox etmək üçün istifadə edilir. Ametist daşının rəngini verən də maqneziumdur. Polad və batareya istehsalında, dəmiryolu xəttlərinin və kassaların istehsalında, həmçinin keramika sənayesində istifadə edilir. Güclü bir oksidləşdirici olan permanqanat (MnO4), əczaçılıq işlərində kəmiyyət təhlillərdə istifadə edilir. Canlılar üçün əhəmiyyətli bir əsər element olan manqan, xüsusilə heyvanlarda B1 vitamini istifadəsində rol oynayır. Bitkilərdə manqanın miqdarı 0,001-0,01% (kütlə ilə) olur. Manqanın xeyli hissəsini bəzi pas göbələkləri, su qozu, su gülü, Leptothrix, Crenothrix növündə bakteriyalar və bəzi diatoma yosunları (Cocconies) özlərinə toplayır. Manqan bəzi fermentləri aktivləşdirir, fotosintezdə və C, B, E vitaminlərinin sintezində iştirak edir, şəkərlərin miqdarının artmasına və onların yarpaqlardan axmasına kömək edir, bitkilərin böyüməsini və toxumaların yetişməsini sürətləndirir. Amma, manqan qeyri-bərabər paylanır, məsələn, üzümün gövdələrinin 100q quru maddəsində o, 191 mq-a yaxın, köklərdə 130mq, giləmeyvələrdə 70mq-a yaxın olur.
Maqnat
Maqnat və ya böyük bir iş adamı birdən çox biznesə sahib olmaqla böyük müvəffəqiyyət və böyük sərvət əldə etmiş bir iş adamıdır. Müvəffəqiyyətli sahibkarlar müəyyən bir iş və ya biznes sahəsində böyük təsirə, əhəmiyyətə malik olan biznes mütəxəssislərinə nümunədirlər. İlk böyük iş adamları John D. Rockefeller, Andrew Carnegie və Henry Ford kimi sənayeçilər idi. Müasir dövrdə Ceff Bezos və Bill Gates kimi texnologiya şirkətlərinin yaradıcıları böyük iş adamlarıdırlar.
Maqnit
Maqnit (yun. λίθος μαγνησ maqnesiya daşı) və ya Dəmirqapan — Maqnesiya kiçik Asiyada Türkiyənin şəhərində maqnetit tapılmış yer adıdır. Maqnit bir cisim olub başqalarını maqnetik olaraq cəzb və ya itələmək qabiliyətinə malikdir. Maqnetik cəzbetmə təbii fenomendir. Bu haqqda maqnetizmdə məlumat verilir: Daimi maqnit ferromaqnitdən hazırlanmış məmul olub qalıcı maqnit xassəsini uzun müddət saxlaya bilir. Daimi maqnitlərin səciyyəvi sahəsi — 1 Т-ə qədərdir (10 kQs). Elektromaqnit elektrik cərəyanı keçdikdə maqnit sahəsi yaradan qurğudur. Adətən bu böyük maqnit keçiriciliyinə malik olan, daxilində dəmir içlik yerləşdirlmiş solenoid dolağından ibarətdir. Səciyyəvi maqnit sahəsi 1,5–2 T arasında olur.
Marnan
Marnan (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ruabon kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38221. Kommunanın 1999-cu il üçün əhalisi 117 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 441 ilə 630 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 65 km cənub-şərqdə, Qrenobldan 45 km qərbdə yerləşir.
Maxaon
Maxaon (mifologiya) — qədim yunan mifologiyasında məşhur təbib, təbabət tanrısı Asklepin və Epionun oğlu, Apollonun nəvəsi. Maxaon (kəpənək) — əsl yelkənqanadlı cinsinə aid heyvan növü.
Meqion
Megion — Rusiya Federasiyasında yerləşən şəhər. Xantı-Mansi muxtar dairəsinə daxildir.
Yanqon
Yanqon — Myanmada şəhər, Andaman dənizi sahilindən 30–40 km aralı, Yanqon çayı sahilində yerləşir. 6 noyabr 2005-ci ilədək Myanmanın paytaxtı olmuşdur və bu ölkənin ən iri iqtisadi və mədəniyyət mərkəzidir. İqlimi tropik, musson tiplidir. == Mənbə == ASE, VIII cild, Bakı, 1984-cü il, səh.
Şannon
Şannon çayı (ing. Shannon, irl. An Sionainn) — İrlandiya adasında ən böyük çay. Uzunluğu 368 kilometrdir. Şannon çayının hövzəsinin sahəsi 15,7 min kvadrat kilometrdir. Çay adanın mərkəzi düzənliyində bir neçə göldən axır, Atlantik okeanına tökülür. Karrik, Atlon, Killalo, Limerik şəhərləri Şannon çayının sahilindədir. Limerik şəhərinədək gəmiçiliyə yararlıdır. Kanallar çayı Dublin şəhəri ilə əlaqələndirir. Çay üzərində Su Elektrik Stansiyası vardır.
Şavnon
Şavnon (fr. Chavenon) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03070. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 145 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 454 nəfərdən (15-64 yaş) 325 nəfəri iqtisadi cəhətdən, 129 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.6%, 1999-cu ildə 66.4%). 325 fəal şəxsdən 289 nəfəri (156 kişi və 133 qadın), 36 nəfəri işsiz (11 kişi və 25 qadın) idi. Aktiv olmayan 129 nəfər arasında 31 nəfər şagird və ya tələbə, 61 nəfər təqaüdçü, 37 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Masson
Masonluq (ing. Freemasonry) – fəlsəfi-etik hərəkat olub XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlmişdir. Mason sözü ingilis dilində olan freemason sözündən yaranmışdır və tərcüməsi azad bənna deməkdir. Çünki təşkilatı ilk dəfə bənnalar yaradıb. Bu bənnalar məhz Süleyman peyğəmbər üçün məbəd tikiləndə bir araya gəliblər. Hətta təşkilatın simvolunda da tikinti pərgarı və üçkünc xətkeş işarəsi var. Onların ideologoyasına görə Allah da dünyanın memarıdır. Masonluq müxtəlif formalarda mövcud olub üzvlərinin vahid mənəvi və metafiziki idealları bölüşməsi ilə səciyyələnir. Bunlardan ən birincisi Ali Varlığa inamdır. Masonlar həmin varlığın adlandırılmasından Kainatın ulu memarı ifadəsindən istifadə edirlər.
Canon
Canon Inc. (yap. キヤノン株式会社) — mərkəzi Yaponiyada yerləşən şirkət. Optik məhsulları, tək linza güzgü fotoaparatı və rəqəmli kameraları, printer ve skaner alətləri ilə tanınır. == Tarixi == Takeshi Mitarai, Goro Toshida, Saburo Uchida və Takeo Maeda Canon Inc. şirkətinin əsasını qoymazdan əvvəl 1937-ci ildə "Precision Optical Instruments Laboratory" (Həssas Optik Alətlər) şirkətini qurmuşdu. 1933-cü ildə Yaponiyada əsası qoyulan Canon şirkəti öz işinə Tokioda Takikavaya (Takekawaya Building) binasındakı birotaqlı optik laboratoriyadan başlamışdır. Laboratoriyanı 1933-cü ildə Qoro Yosida (Goro Yoshida) kürəkəni Saburo Utida (Saburo Uchida) ilə birgə yaratmışdı. 1934-cü ildə onlar ilk məhsulları olan 35 mm-lik fotokameranı yaratmağa nail olmuşlar. Yosida kameranı budda rəhmdillik allahının şərəfinə Kvanon (Kwanon) adlandırmışdır.
506 Marion
506 Marion (ing. Marion) — qaranlıq spektral C sinfinə aid olan əsas qurşağın kifayət qədər böyük asteroidi. 18 yanvar 1903-cü ildə Heydelberq rəsədxanasında amerika astronomu Raymond Duqan tərəfindən kəşf edildi və kəşfçinin əmisi oğlunun şərəfinə adlandırıldı.
Bricit Makron
Brijit Makron (fr. Brigitte Macron, qızlıq soyadı. Tronyö (fr. Brigitte Trogneux), əvvəllər — Ozyer (fr. Auzière), doğ. 13 aprel 1953, Amyen, Fransa) — Fransanın 25-ci prezidenti, fransız siyasətçi Emmanüel Makronun xanımı. İxtisasca orta məktəbdə fransız və latın dilləri müəlliməsidir. Fransanın (2017-ci il mayın 15-dən) birinci xanımıdır. == Həyatı == Brijit Tronyö şokolatye və şirniyyat mağazaları şəbəkəsinin sahibi Jan Tronyö (1909—1994) və onun xanımı Simonanın (qızlıq soyadı. Puyol, 1910—1998) ailəsində anadan olub.
Brijit Makron
Brijit Makron (fr. Brigitte Macron, qızlıq soyadı. Tronyö (fr. Brigitte Trogneux), əvvəllər — Ozyer (fr. Auzière), doğ. 13 aprel 1953, Amyen, Fransa) — Fransanın 25-ci prezidenti, fransız siyasətçi Emmanüel Makronun xanımı. İxtisasca orta məktəbdə fransız və latın dilləri müəlliməsidir. Fransanın (2017-ci il mayın 15-dən) birinci xanımıdır. == Həyatı == Brijit Tronyö şokolatye və şirniyyat mağazaları şəbəkəsinin sahibi Jan Tronyö (1909—1994) və onun xanımı Simonanın (qızlıq soyadı. Puyol, 1910—1998) ailəsində anadan olub.
Emmanuel Makron
Emmanuel Makron (fr. Emmanuel Macron; 21 dekabr 1977[…], Amyen, Fransa) — Fransa siyasətçisi, keçmiş investisya bankiri, 14 may 2017-ci ildən Fransa Prezidenti. 26 avqust 2014-cü ildən 30 avqust 2016-cı ilədək Vals Manuelin ikinci hökumətində iqtisadiyyat, sənaye və rəqəmsal işlər naziri olub. Prezident seçkilərində iştirak etmək üçün istefa verib.. == İstinadlar == == Xarici keçidlər == Emmanuel Macron — En Marche!
Faqnan qalası
Faqnan qalası - Orta əsrlərdə Naxçıvan vilayəti ərazisində XII-XIII əsrlərdə mövcud olmuş əsas qalalardan biridir. Qala haqqında yalnız Həmdullah Qəzvininin "Nüzhət əl-qülub" əsərində məlumata rast gəlinir.Naxçıvanın tarixi coğrafiyasını araşdıran tarix üzrə fəlsfə doktoru Elnur Kəlbizadə H.Qəzvininin adını çəkdiyi dörd qaladan üçünün (Əlincə, Sürməli, Tağmar) lokalizasiyasını aparsa da dördüncü qala olan Faqnan haqqında apardığı araşdırmalar bir nəticə verməmiş, bu səbəbdən də bu qalanın harada yerləşdiyi, hansı məqsədlərlə istifadə olunduğu barədə konkret fikir irəli sürməmişdir. Tədqiqatçı yalnız Culfa rayonunun Gülüstan kəndi yaxınlığında qalıqları qalmış bir gözətçi-istehkam qalasının Faqnan qalası ola biləcəyi ehtimalını bəzi yerli sakinlərə istinadən irəli sürsə də bununla bağlı tarixi faktın olmadığını göstərmişdir.Qala monqolların hücumları nəticəsində dağıdılmışdır. == Mənbə == Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin birinci yarısı), Naxçıvan:Əcəmi, 2016, 200 s.
Fyodor Maxnov
Fyodor Maxnov (d. 6 iyun 1878 — ö. 28 avqust 1912) — tarixin ən uzun adamı. Onun 285 sm boyu olsa da rəsmi rekord 272 sm boyu olan Robert Uodlouya məxsusdur. == Həyatı == Fyodor Maxnov 6 iyun 1878-ci ildə Rusiya imperiyasının Vitebsk quberniyasında kəndli ailəsində anadan olmuşdur. O, hələ 12 yaşındaykən boyu 2 metri keçmişdi. Buna görə uşağın atası evin tavanını söküb, yenidən qurmalı olmuşdu. Evdə Fyodorun ayrıca çarpayısı, stolu, stulu vardı. 16 yaşında ikən alman Otto Blinder onu ölkəsinə aparır. Otto Blinderin məqsədi Fyodor Maxnov kimi qeyri-adi insandan istifadə etməklə məhəllə sirklərində yaxşı pul qazanmaq idi.
Glochidion manono
Glochidion manono (lat. Glochidion manono) — südləyənkimilər fəsiləsinin qloxidion cinsinə aid bitki növü.