Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Martes martes
Meşə dələsi (lat. Martes martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. Azərbaycanda nəsli kəsilmək üzrə olan növdür. == Təsviri == Daşlıq dələsindən fərqli olaraq bir birinə yaxınlaşmış və iri qulaqlı yumru başa malikdir. Kütləsi 0.5 - 2 kq, bədənin uzunluğu 36 - 58, quyruğu 17 - 26 sm-dir (erkəklər dişilərdən iridir). Xəzin rəngi kürəni çalarlarla tutqun qəhvəyidir. Boğazındakı xal qollarının arasına kimi paz şəklində uzanmış sarı rəngdədir. == Yayılması == Arealı Avropa, Qərbi Sibir və Ön Asiyanı əhatə edir. Təsvir olunmuş 7 yarımnövdən Qafqazda və Kiçik Asiyada ən iri forma (Qafqaz meşə dələsi) yayılmışdır. Dəniz səviyyəsindən 2700 m-dək olan meşə landşaftları ilə sıx əlaqədardır.
Marokau
Marokau (fr. Marokau) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Hikuerudan 48 km cənub-şərqdə, Haodan isə 120 km qərbdə yerləşir. == Coğrafiya == Atoll üçbucaq formaya malikdir. Adanın sahəsi 14,7 km²-dir. Daxilində laqun vardır. Okean suları ilə kiçik boğazla birləşir. Ada 1903-cü ildə siklomdan güclü zərər görmüşdür. == İnzibati bölgüsü == İnzibati baxımından Hikueru kommunasına daxildir. == Əhali == 2007-ci il məlumatına görə adada 99 nəfər yaşayır.
Marlea
Alangium (lat. Alangium) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinə aid bitki cinsi.
Marsea
Conyza (lat. Conyza) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Martes
Dələ və ya bəzi bölgələrdə sovsar (lat. Martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi.
Antoni Martial
Anthony Joran Martial (5 dekabr 1995, Massi[d]) — İngiltərənin Mançester Yunayted klubunda və Fransa milli yığmasında hücumçu mövqeyində çıxış edən fransız futbolçudur. O, Avropada 21 yaş altı ən yaxşı gənc futbolçuya təqdim olunan 2015 "Golden Boy" mükafatının sahibidir.Fransanın Les Ulis klubunun aşağı yaş qruplarında çıxış etdikdən sonra, peşəkar futbolçu karyerasına Olimpik Lion klubunda başlamış və 2013-cü ildə 6 milyon avro qarşılığında Monako klubuna transfer olmuşdur. Burada iki il çıxış etdikdən sonra isə 2015-ci ildə 36 milyon funt-sterlinq (bonuslarla birlikdə 57.6 milyon funt-sterlinq) qarşılığında İngiltərənin Mançester Yunayted klubuna transfer olmuşdur. Martial Mançester Yunayted forması ilə çıxdığı ilk görüşdə qol vurmağı bacarmış və Premyer Liqada çıxış etdiyi ilk ayda "Ayın futbolçusu" mükafatına layiq görülmüşdür. Antoni Martial Fransa milli yığması ilə ilk oyununa 2015-ci ildə çıxmış və milli komandanın heyətində UEFA Avro 2016 turnirində iştirak etmişdir. == Milli yığma == Martial Fransanın fərqli yaş kateqoriyalarında çıxış etdi və bu dövrdə 58 oyunda 25 qol vurmağı bacardı. 26 avqust 2015-ci il tarixində isə Portuqaliya və Serbiya komandalarına qarşı baş tutacaq yoldaşlıq görüşlərində iştirak etmək üçün milli yığmaya dəvət aldı. Milli yığma forması ilə 4 sentyabr 2015-ci ildə Lissabon şəhərinin Estadio Xose Alvalade stadionunda çıxdığı ilk görüşdə Kərim Benzemanın yerinə sonradan daxil oldu və Fransa bu görüşdə 1-0 hesabı ilə qələbə qazandı. 11 oktyabr 2015-ci il tarixində isə 2-1 qalib gəldikləri Danimarka qarşılaşmasında millinin heyətində ilk dəfə start heyətdə meydana daxil oldu və bir məhsuldar ötürmə ilə yadda qaldı. == Şəxsi həyatı == Martial əslən Qvadelupa adalarındandır.
Gideon Martell
Gideon Alcernon Mantell (ing. Gideon Algernon Mantell; 3 fevral 1790[…] – 10 noyabr 1852[…], London, İngiltərə) — Böyük Britaniyalı tibb baxıcısı, geoloq və paleontoloq. == Tərcümeyi-halı == Gideon Alcernon Mantell 3 fevral 1790-cı ildə Luisdə anadan olmuşdur. Onun iquanadontun xarici görünüşünü və həyat tərzini bərpa etməyə cəhd göstərməsi dinozavrların elmi cəhətdən öyrənilməsinin əsası hesab olunur. 1822-ci ildə o, əvvəlcə, daşlaşmış dişləri, daha sonra isə iquanodontun skeletinin böyük bir hissəsini (və son nəticədə identifikasiyasını) aşkar etdi. Gideon Mantellin İngiltərənin cənub ərazilərinin təbaşir dövrünə aid tarixinin araşdırılması sahəsindəki tədqiqatları mühüm elmi əhəmiyyət kəsb etmişdir. 1849-cu ildə alim London Kral Cəmiyyətinin Krallıq medalı (ingilis dilində; Royal Medal) ilə təltif olunmuşdur.. Gideon ALcernon Mantell 10 noyabr 1852-ci ildə London şəhərində vəfat etmişdir. == Əsərləri == Outlines of the natural history of the environs of Lewes. 4to, 24pp, 3pl.
Karl Martell
Karl Martell (lat. Carolus Martellus, fr. Charles Martel; 23 avqust 688 – 22 oktyabr 741) — 717-741-ci illərdə Pipinlər sülaləsindən olan frank mayordromu, Gödək Pipinin atası. 732-ci ildə baş vermiş olan Puatye döyüşü ilə Avropanı ərəblərdən xilas edən şəxs kimi tarixə düşmüşdür.
Martens adası
Martens (norv. Martensøya) — Şpitsbergen arxipelaqına daxil olan qayalıqdan təşkil olunmuş adalardan biri. Sjuoyane adaları qrupuna daxildir. Şimal-Şərq Torpağından şimalda yerləşir. Barens dənizi akvatoriyasına daxildir. Ada 1671-ci ildə Şpitsbergqn adalarını ziyarət etmiş alman həkimi Fredrik Maertensin şərəfinə adalndırılmışdır. == Mənbə == Conway, W. M. 1906. No Man’s Land: A History of Spitsbergen from Its Discovery in 1596 to the Beginning of the Scientific Exploration of the Country. Cambridge: At the University Press.
Martyan burnu
Martyan burnu (ukr. Мартьян, krımtat. Martyan, Мартьян) — Krımın cənubunda yerləşən burun. Ərazisində Martyan burnu qoruğu və Nikita botanik bağı yerləşir. Maksimal hündürlüyü 149 metrdir.
Oberin Martell
Oberin Martell (ing. Oberin Martell) və ya Qırmızı Vipera (zəhərli ilan növü) (ing. Red Viper) — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanının və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialının personajı. Romandakı hadisələr Oberin Martellin baxış bucağından verilmir. Buna görə də onun hərəkətləri digər roman qəhrəmanları tərəfindən izah edilir.
Cənubi Marutea
Cənubi Maruteo (fr. Marutea Sud) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Taiti adasından 1400 km cənub-şərqdə yerləşir. Ada həmçinin Tuamotu arxipelaqında yerləşən Maruteo Atollundan fərqlənməlidir. == Coğrafiya == Ada 112 km²-lik böyük bir laquna malik bir atoldur. == Tarix == Marutea 4 fevral 1606-cı ildə əslən Portuqaliyadan olan ispan naviqatoru Pedro Fernandez Quiros tərəfindən kəşf edilmiş və onu San Blas adlandırmışdır. Başqa bir tarixi ad isə ingilis dənizçi Edvard tərəfindən adlandırılan Lord Huddur. 1984-cü ildə ada Tuamotu adalarından olan böyük qara mirvari taciri Robert Vanq tərəfindən satın alınmışdır. 1993-cü ildə Maruteada aerodrom tikilib. == İnzibati bölgü == İnzibati cəhətdən Qambier bələdiyyəsinin bir hissəsidir.
Andrea Mantea
Andrea Mantea - tanınmış fotomodel, musiqiçi == Həyatı == Andrea Mantea 1986-cı il sentyabrın 20-də Rumıniyanın paytaxtı Buxarest şəhərində anadan olub. Əsl adı Andrea Kərimlidir. Bioqrafiyasında atasının adı haqda məlumat olmasa da, azərbaycanlı olduğu bildirilir. Buxarestdə Sfantul Pantelimon Liseyini bitirib. Eyni zamanda, Buxarest Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin məzunudur. Andrea modellik karyerasına yeniyetmə yaşlarından başlayıb və bir neçə gözəllik müsabiqəsinin qalibi olub. Andrea Manteanın ilk iş yeri doqquzuncu sinifdə oxuyarkən Buxarestdə işlədiyi bir restoran idi. Müştərilərdən biri onun nə qədər gözəl olduğunu görüb fiziki keyfiyyətlərindən istifadə etməyi təklif etdikdən sonra bu, onu modellərin dünyası ilə tanış edir. Beləliklə, Andrea moda kastinqlərində görünməyə başlayır. Bu təklifdən sonra İspaniyaya gedəndə heç 18 yaşı yoxdu.
Axçoy-Martan
Fedon Matteu
Fedon Matteu (Φαίδων Ματθαίου; 12 iyul 1924-cü il, Saloniki - 17 sentyabr 2011-ci il) - Yunan basketbolçusu və basketbol məşqçisi. Karyerası boyunca mərkəz və oyun quran müdafiəçisi mövqeyində oynamışdır. Bir nömrə ilə çıxış edərdi. Basketbolçu kimi Helsinki Olimpiadasında yunan millisinin şərəfini qorumuş, London Olimpiadasında yunan akademik avarçəkmə komandasının tərkibində çıxış etmişdir. "Yunan basketbolunun patriarxı" kimi tanınırdı. == Ümumi məlumat == Fedon "Aris" klubunun prezidenti Mantos Matfeunun oğludur. Atası İtaliya-Yunan müharibəsində, 1941-ci ildə İtaliya Hərbi Hava Qüvvələrinin Salonikiyə hava hücumu zamanı ölmüşdür. Karyerasına 1945-ci ildə atasının "Aris" klubunda basketbolçu kimi başlamış və 1949-cu ildə Panatinaikosa keçmişdir. Bu klubun tərkibində üç dəfə Yunanıstan çempionluğunu qazanmış, 1955-ci ildə Beynəlxalq Kubokda (Avroliqanın sələfi) oynamış və klubun ən yaxşı qolkiperi, eyni zamanda bütün turnirin MVP-si olmuşdur. 1955-ci ildə "Panionios" və "Afina Sporting" komandalarında oynamış, daha sonra İtaliyanın "Varese" klubuna keçmişdir.
Marlea begoniifolia
Alangium chinense (lat. Alangium chinense) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin alangium cinsinə aid bitki növü.
Marsea bonariensis
Erigeron bonariensis (lat. Erigeron bonariensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid biki növü. == Arealı == Erigeron bonariensis növü Meksikadan Tropikal Amerikaya qədər yayılmışdır. == Sinonim == Aster ambiguus (DC.) E.H.L.Krause Conyza ambigua DC. Conyza bonariensis (L.) Cronquist Conyza bonariensis f. bonariensis Conyza chenopodioides DC. Conyza crispa (Pourret) Rupr. Conyza crispa (Pourr.) Cout. Conyza gracilis Hoffmanns. & Link Conyza hispida Kunth Conyza ivifolia Burm.f. Conyza ivifolia (L.) Less. [Illegitimate] Conyza leucodasys Miq.
Martes americana
Amerika dələsi (lat. Martes americana) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü.
Martes zibellina
Samur (lat. Martes zibellina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. == Təsviri == Samurun bədən uzunluğu 56 sm, quyruğu isə 20 sm-ə qədərdir. Xəzinin rəngi dəyişkəndir. Bəzi fərdlər demək olar ki, tamamən qara rəngdə olur. Bəzilərinin rəngi isə çox açıq, qumlu sarı və ya parlaqdır. Elə fərdlərdə vardır ki, arxa tərəfində tünd bir kəmər olan qəhvəyi ton, yan tərəflər isə nisbətən açıqdır. == Həyat tərzi == Sibir tayqasının xarakterik bir sakinidir. Çevik və ölçüsünə görə çox güclü yırtıcıdır. Yerüstü həyat tərzi sürür.
Neoseiulus myrtea
Neoseiulus myrtea (lat. Neoseiulus myrtea) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Rişar Marten
Rişar Marten (d. 1943, Nis, Fransa) — Fransa dramaturqu. Marsel şəhərinin "Turski" teatrının bədii rəhbəri. == Həyatı == == Yaradıcılığı == Ssenari müəllifi və rejissoru Rüstəm İbrahimbəyov olan "Kabusun gözüylə" filmində baş rolun ifaçısı Rişar Marten olmuşdur.
Sen-Marten
Sen-Marten (fr. Collectivité de Saint-Martin) — Fransanın dəniz ərazisi. 22 fevral 2007-ci ildə yaradılıb, əvvəl Fransanın Qvadelupa dəniz ərazisinə daxil idi. Valyutası — Avro. Domen — .mf Sahəsi — 53,2 км², əhalisi 2008-ci ildə — 36 661 nəfər. Paytaxtı — Mariqo (5,7 min nəfər.).
Serxinni Marten
Serxinni Marten (d. 15 dekabr 1993) — Kürasaolu üzgüçü. Serxinni Marten Kürasaonu 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Serxinni Marten birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 53.18 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 76-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Sint-Marten
Sint-Marten (nid. Sint Maarten) — Niderland Krallığını təşkil edən 4 ölkədən biri. Karib dənizində yerləşir. Paytaxtı Filipsburq şəhəridir. == Tarixi == 10 oktyabr 2010-cu ildən əvvəl Niderland Antil adalarının bir hissəsi idi. == Ərazisi == Ərazisi 37 km²-dir. == Əhalisi == 2011-ci ilin məlumatına görə halisi 33,609 nəfərdir. == İstinadlar == == Xarici keçidlər == Official website of the Sint Maarten government Philipsburg Jubilee Public Library St. Maarten Chamber of Commerce and Industry (official site). St.
Urus-Martan
Urus-Martan Çeçenistanda şəhər, həmçinin Urus-Martan rayonunun mərkəzi. == Coğrafiyası == Şəhər Martan çayının sahilində yerləşir. Qroznıdan 31 km aralıda yerləşir.