Aleksandr Marten Alber
Aleksandr Marten Alber (fr. Alexandre Martin Albert; 24 aprel 1815 – 28 may 1895), həmçinin fəhlə Alber (fr. Albert L'Ouvrier) olaraq tanınır — Fransa sosialisti, fəhlə, gizli inqilabi cəmiyyətin rəhbərlərindən biri.
== Həyatı ==
Aleksandr Marten 24 aprel 1815-ci ildə Fransanın Büri kommunasında anadan olmuşdur. O, 1832-ci, 1834-cü, 1839-cu illər Paris üsyanlarında iştirak etmişdir. Marten 1848-ci il inqilabı zamanı Paris barrikadalarında vuruşmuşdur. O, müvəqqəti İkinci Respublika hökumətinin üzvü, Lüksemburq komissiyasının vitse-prezidenti olmuşdur. Aleksandr Marten 28 may 1895-ci ildə Fransanın Mello kommunasında vəfat etmişdir.
== İstinadlar ==
== Əlavə ədəbiyyat ==
Альбер, Александр Мартен // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).