Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Matris
Matris – düzbucaqlı sxemdə yerləşən aij elementləri (ədədlər, funksiyalar, üzərində cəbri əməllər aparıla bilən başqa kəmiyyətlər) sistemi. Onun m sətri və n sütunu varsa, deyilir ki, (m×n)–ölçülü matris verilmişdir. Məsələn, [ 1 9 − 13 20 5 − 6 ] {\displaystyle {\begin{bmatrix}1&9&-13\\20&5&-6\end{bmatrix}}} matrisi iki sətirə və üç sütuna malik 2×3 ölçülü matrisdir. Matrislər əlavə spesifikasiyalar olmadan xətti çevirmələri təsvir edir və xətti cəbrdə aşkar hesablamalar aparmağa imkan verir. Buna görə də matrislərin tədqiqi xətti cəbrin böyük bir bölümünü təşkil edir və abstrakt xətti cəbrin əksər xassə və əməlləri matrislərlə ifadə oluna bilir. Məsələn, matrislərin hasili xətti çevirmələrin kompozisiyasını ifadə edir. Matrislərin hamısı xətti cəbrlə əlaqəli deyil. Bu xüsusən qraf nəzəriyyəsində, insident və qonşuluq matrislərində belədir.Bu məqalədə xətti cəbrlə əlaqəli matrislərə diqqət yetirilir və əgər digər hallar göstərilməyibsə, bütün matrislər xətti çevirmələri ifadə edir Eyni sayda sətir və sütuna malik matrislər (kvadrat matrislər) matrislər nəzəriyyəsində böyük rol oynayır. Verilmiş ölçülü kvadrat matrislər qeyri-kommutativ halqa əmələ gətirir ki, bu da qeyri-kommutativ halqanın ən ümumi nümunələrindən biridir. Kvadrat matrisin determinantı kvadrat matrisin öyrənilməsi üçün əsas sayılan matrislə əlaqəli ədəddir; məsələn, kvadrat matris yalnız və yalnız sıfırdan fərqli determinanta malik olduqda və onun məxsusi qiymətləri çoxhədli determinantının kökləri olduqda tərs olur.
Tərs matris
Tərs matris — n tərtibli A kvadrat matrisinin tərsi elə bir B matrisinə deyilirki, A B = B A = E n {\displaystyle AB=BA=E_{n}} şərti ödənilsin. Burada En, n tərtibli vahid matrisdir. E n = ( 1 0 ⋯ 0 0 1 ⋯ 0 ⋮ ⋮ ⋱ ⋮ 0 0 ⋯ 1 ) {\displaystyle E_{n}={\begin{pmatrix}\mathbf {1} &\mathbf {0} &\cdots &\mathbf {0} \\\mathbf {0} &\mathbf {1} &\cdots &\mathbf {0} \\\vdots &\vdots &\ddots &\vdots \\\mathbf {0} &\mathbf {0} &\cdots &\mathbf {1} \\\end{pmatrix}}} Tərs matrisi B=A−1 kimi işarələyirlər. Buradan belə nəticəyə gəlmək olar ki, A A − 1 = A − 1 A = E n {\displaystyle A{A^{-1}}=A^{-1}A=E_{n}} bərabərlik şərti ödənilməlidir.
Vahid matris
Vahid matris o matrisə deyilir ki, sağ(baş)diaqonalı elementləri 1, digər elemetlər 0 olsun. Kvadrat matris prinsipi zəruridir. I 3 = [ 1 0 0 0 1 0 0 0 1 ] {\displaystyle I_{3}={\begin{bmatrix}1&0&0\\0&1&0\\0&0&1\end{bmatrix}}} == Yazılışı == n × n {\displaystyle n\times n} ölçülü vahid matris adətən I n {\displaystyle I_{n}} bəzən isə E n {\displaystyle E_{n}} kimi işarə edilir. I n = [ 1 0 ⋯ 0 0 1 ⋯ 0 ⋯ ⋯ ⋯ ⋯ 0 0 ⋯ 1 ] , {\displaystyle I_{n}={\begin{bmatrix}1&0&\cdots &0\\0&1&\cdots &0\\\cdots &\cdots &\cdots &\cdots \\0&0&\cdots &1\end{bmatrix}},} == Xassələri == Hər hansı bir matrisin vahid matrisə hasili onun özünə bərabərdir A I = I A = A {\displaystyle AI=IA=A} Matrisin onun tərs matrisi ilə hasili vahid matrisə bərabərdir A A − 1 = I {\displaystyle AA^{-1}=I} Vahid matrisin determinantı vahidə bərabərdir d e t I = 1 {\displaystyle \mathrm {det} \,I=1} .
Matris: Dirilmə
Matris: Dirilmə (ing. The Matrix Resurrections) — ABŞ elmi fantastika filmi. Matris: Çevriliş (2003) filminin davam filmidir.
Matris: Dirilmə (film, 2021)
Matris: Dirilmə (ing. The Matrix Resurrections) — ABŞ elmi fantastika filmi. Matris: Çevriliş (2003) filminin davam filmidir.
Ansoff matrisi
Ansoff matrisi – XX əsrin 50-ci illərində Q.Ansoff tərəfindən hazırlanan və bazarlarda firmanın davranışının marketinq strategiyasının təsnifatləşdirilməsinə aid olan matrisdir. Təsnifatlaşmanın meyarı "məhsul-bazar" əlaqəsidir. Ansoff matrisində dördlokal strateji alternativlər birləşmişdir: bazara nüfuz etmə strategiyası hər şeydən əvvəl reklam sahəsində spesifik marketinq vasitələrinin köməyilə reallaşır. Məsələn, firmanın marketinq xidməti məhsulun "təkrar buraxılışı"nı (yüngül modifikasiya olunmuş formada) və ya məhsulun "bölgüsü"nü (yeni məhsullar kimi onun komponentlərinin təklifi) həyata keçirilə bilər; bazarın inkişaf strategiyası yeni coğrafi regionların və ya yeni satış kanallarından istifadə edilməsi hesabına yeni istehlakçılar qrupunu tələb edir; məhsulun inkişaf strategiyası çərçivəsində firmanın marketinq xidməti məhsulun xarakteristikasının (xarici görünüşünün və s.) təkmilləşdirilməsi üzrə istehsal bölmələrinə tövsiyələr verməlidir; diversifikasiya o zaman mümkündür ki, firma öz texnologiyasının üstünlüklərindən istifadə edərək, istehlakçılara yeni məhsulları və hətta yeni tələbatların formalaşmasını təklif edə bilir. Ansoffun tipik matrisı == Tətbiqi == Bəzi modifikasiyadan sonra Ansoff matrisı inkişaf etməkdə olan ölkələrdə, o cümlədən Azərbaycanda firmaların davranışının təhlili aləti kimi səmərəli istifadə olun bilər. Dövlət müəssisələrinin firmaya transformasiya olunması sərt büdcə intizamının müəyyən olunmasına gətirib çıxarır. Marketinq baxımından bu o deməkdir ki, məhz tələbə görə məhdudlaşma tədricən əksəriyyət firmaların zəif yerinə çevrilir. Bu cür transformasiya dövrü üçün xarakterik olan bir neçə satış strategiyalarını misal gətirmək olar: Çeşidin dəyişməsi. Bir çox müəssisələr hər şeydən əvvəl hərbi-sənaye kompleksi istehlak mallarının buraxılışına, bəzi hallarda əsas məhsulları istehlak edən bölmələrin inkişafına başlayır (məsələn, dəmir-beton məmulatları zavodları öz qüvvəsi ilə tikinti işlərinə başlayır). Öz çeşidini yenidən quraraq müəssisə satışın həcmini və buna uyğun olaraq buraxılışın və ehtiyacların həcmini əvvəlcədən proqnozlaşdırmaq zərurətini dərk edir.
Eyzenhauer matrisi
Eyzenhuer matrisi və ya Eyzenhauer prinsipi - 1953-1961-ci illərdə ABŞ-nin 34-cü prezidenti olmuş Duayt Devid Eyzenhauerin adını daşıyan vaxtın idarə olunması üsulu. Eyzenhauer prinsipi vəzifələrin aktuallığı əsasında prioritetləşdirmə metodudur. Bu metodla edilməli olan təcili və önəmli işləri asanlıqla müəyyənləşdirmək mümkündür. == Matrisin kateqoriyaları == Eyzenhauer matrisi 4 kateqoriyaya ayrılır: Önəmli və təcilidir Önəmlidir, amma təcili deyil Önəmli deyil, amma təcilidir Nə önəmlidir, nə də təcilidirÖnəmli və təcili olan işlər kateqoriyası ən vacib vəzifələrdən ibarətdir. Bu işlər ən qısa zamanda bitirilməlidir. Son tarixə yaxınlaşan və ya təxirə salına bilinməyən tapşırıqlar bu kateqoriyaya daxildir. Önəmli, amma təcili olmayan işlər kateqoriyasına daxil olan işlərə ancaq birinci kateqoriyanın işləri bitdikdən sonra başlamaq lazımdır. Önəmli olmayan, ancaq təcili olan işlər kateqoriyasına aid olan işlər digər şəxslərə ötürülə bilər ki, əsas işlər üçün vaxt qalsın. Önəmli və təcili olmayan işlər kateqoriyasına gündəlik, yaxud həftəlik planlardan çıarılmalı olan işlər daxildir. Bu kateqoriyaya sosial mediada məqsədsiz şəkildə vaxt keçirmək, video oyunlar oynamaq və ya əsas fəaliyyətlərə mane olan bu tipli işlər daxildir.
Eyzenhaver matrisi
Eyzenhuer matrisi və ya Eyzenhauer prinsipi - 1953-1961-ci illərdə ABŞ-nin 34-cü prezidenti olmuş Duayt Devid Eyzenhauerin adını daşıyan vaxtın idarə olunması üsulu. Eyzenhauer prinsipi vəzifələrin aktuallığı əsasında prioritetləşdirmə metodudur. Bu metodla edilməli olan təcili və önəmli işləri asanlıqla müəyyənləşdirmək mümkündür. == Matrisin kateqoriyaları == Eyzenhauer matrisi 4 kateqoriyaya ayrılır: Önəmli və təcilidir Önəmlidir, amma təcili deyil Önəmli deyil, amma təcilidir Nə önəmlidir, nə də təcilidirÖnəmli və təcili olan işlər kateqoriyası ən vacib vəzifələrdən ibarətdir. Bu işlər ən qısa zamanda bitirilməlidir. Son tarixə yaxınlaşan və ya təxirə salına bilinməyən tapşırıqlar bu kateqoriyaya daxildir. Önəmli, amma təcili olmayan işlər kateqoriyasına daxil olan işlərə ancaq birinci kateqoriyanın işləri bitdikdən sonra başlamaq lazımdır. Önəmli olmayan, ancaq təcili olan işlər kateqoriyasına aid olan işlər digər şəxslərə ötürülə bilər ki, əsas işlər üçün vaxt qalsın. Önəmli və təcili olmayan işlər kateqoriyasına gündəlik, yaxud həftəlik planlardan çıarılmalı olan işlər daxildir. Bu kateqoriyaya sosial mediada məqsədsiz şəkildə vaxt keçirmək, video oyunlar oynamaq və ya əsas fəaliyyətlərə mane olan bu tipli işlər daxildir.
Nüvə matrisi
Nüvə matrisi — biologiyada nüvə matrisi hüceyrə nüvəsinin içərisində yerləşən liflər şəbəkəsidir və müəyyən dərəcədə bir hüceyrənin sitoskeletinə bənzəyir. Bununla birlikdə, sitoskeletdən fərqli olaraq, nüvə matrisi dinamik bir quruluş hesab olunur. Nüvə plitəsi ilə birlikdə hüceyrə daxilində genetik məlumatların təşkilində kömək edir. Bu matrisin dəqiq funksiyası hələ də müzakirə mövzusudur və onun mövcudluğu şübhə altındadır. Belə bir quruluşa dair dəlillər 1948-ci ildə (Zbarsk və Debov) tanındı və buna görə də bir çox matrisə bağlı zülallar aşkar edildi. == Nüvə matrisi hipotezi == Uzun müddətdir ki, polimer şəbəkəsi, "nüvə matrisi", "nüvə skleti" nın vacib komponenti olub-olmaması müzakirə mövzusu olaraq qalmaqdadır. İnterfazada qatılaşdırılmış metafaza xromosomlarının ekvivalenti olan xromosom ərazilərinin nisbi mövqeyinin, yüksək səviyyədə qurulmuş səthləri arasındakı əngəllər və ya elektrostatik itələyici qüvvələr səbəbiylə saxlanıla biləcəyinə dair sübutlar olsa da, bu anlayış müşahidələrə uyğun olmalıdır. Klassik matris çıxarma prosedurları ilə müalicə olunan hüceyrələr, nüvə matrisinin asidik zülallarının kiçik bir hissəsinin sərbəst buraxıldığı nöqtəyə qədər xüsusi əraziləri saxlayır - çox güman ki, nüvə skeleti ilə əlaqələrini idarə edən zülallardır. Nüvə matrix proteomu struktur zülallardan, şaperonlardan, DNT və RNT bağlayan zülallardan, xromatinin yenidən qurulması və transkripsiya faktorlarından ibarətdir . Genomik DNT-ni nüvə skeletinə bağladığı düşünülən DNT bölgələri, getdikcə artan qurulmuş bioloji fəaliyyət spektrini nümayiş etdirir.
X-y matrisi
X-y matrisi (ing. x-y matrix, rus. матрица x-y (двумерная)) — matrisin sətir və sütünlarının üfüqi (x) və şaquli (y) koordinat oxlarına uyğun olaraq yerləşməsi. An X–Y–Z matrix A {\displaystyle A} will thus have components A i , j , k {\displaystyle A_{i,j,k}} where 1 ≤ i ≤ M , 1 ≤ j ≤ N , 1 ≤ k ≤ P {\displaystyle 1\leq i\leq M,\ 1\leq j\leq N,\ 1\leq k\leq P} for some positive integers M , N , P . {\displaystyle M,N,P.} == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Asperula matrisylva
Ətirli qatıqotu (lat. Galium odoratum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Arealı == Avropa, Qərbi Asiya və Şimali Afrikada bitir. == Botaniki xarakteristikası == Hündürlüyü 10-60 sm, gövdəsi tək, düz və sadə,dördtilli, hamar və çılpaq olan çoxillik ot bitkisidir.Kökümsovlarl şaxələnmiş, nazik və sürünəndir. Yarpaqları 6-10 ədəd olmaqla, topa halında, enli əksinəyumurtaşəkillidir, uzunluğu(18) 40 (54) mm, eni (4) 10 (13) mm-dir, qısa ucludur, kənarlardan, bəzən alt tərəfdən damar boyunca qısa, yuxarı yönəlmiş cod tüklü və yaxud hər iki tərəfdən dağınıq basıq cod tüklüdür. Çiçək qrupu təpə hissədə yerləşmiş, çəngəlvari və yaxud üç hissədən ibarət olan şaxələnmiş çiçək saplaqlığına malikdir, sonuncu şaxədə üç yarımçətirlidir, nadir halda daha bir ədəd yarımçətiri də olur ki, bunlar da, topa halında olan yuxarı yarpaqların aşağı hissəsində qoltuqda yerləşir, azçiçəklidir; çiçək saplağı tacdan biraz uzundur. Tac ağ rəngdədir, diametri 3–7 mm-dir, qıfaoxşar olub, bölümlərdən qısa olan qısa borucuqludur və dörd uzunsov küt bölümlüdür. Meyvələri bitişikdir. Aprel-iyun aylarında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, AlazanƏyriçay,KQ şimal, KQ mərkəzi, KQ cənub,Lənk.
Galium matrisylva
Ətirli qatıqotu (lat. Galium odoratum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Arealı == Avropa, Qərbi Asiya və Şimali Afrikada bitir. == Botaniki xarakteristikası == Hündürlüyü 10-60 sm, gövdəsi tək, düz və sadə,dördtilli, hamar və çılpaq olan çoxillik ot bitkisidir.Kökümsovlarl şaxələnmiş, nazik və sürünəndir. Yarpaqları 6-10 ədəd olmaqla, topa halında, enli əksinəyumurtaşəkillidir, uzunluğu(18) 40 (54) mm, eni (4) 10 (13) mm-dir, qısa ucludur, kənarlardan, bəzən alt tərəfdən damar boyunca qısa, yuxarı yönəlmiş cod tüklü və yaxud hər iki tərəfdən dağınıq basıq cod tüklüdür. Çiçək qrupu təpə hissədə yerləşmiş, çəngəlvari və yaxud üç hissədən ibarət olan şaxələnmiş çiçək saplaqlığına malikdir, sonuncu şaxədə üç yarımçətirlidir, nadir halda daha bir ədəd yarımçətiri də olur ki, bunlar da, topa halında olan yuxarı yarpaqların aşağı hissəsində qoltuqda yerləşir, azçiçəklidir; çiçək saplağı tacdan biraz uzundur. Tac ağ rəngdədir, diametri 3–7 mm-dir, qıfaoxşar olub, bölümlərdən qısa olan qısa borucuqludur və dörd uzunsov küt bölümlüdür. Meyvələri bitişikdir. Aprel-iyun aylarında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, AlazanƏyriçay,KQ şimal, KQ mərkəzi, KQ cənub,Lənk.
Matrisin ranqı
Matrisin ranqı— verilmiş matrisin sıfırdan fərqli minorlarının ən yüksək tərtiblisinin tərtibi. == Elementar çevrilmələr == Matrisin ranqını taparkən matrisin elementar çevirmələri adlanan aşağıdakı çevirmələrdən istifadə etmək olar: Matrisin 2 sətir və ya sütunun yerini dəyişmək; Matrisin 2 sətir və ya sütunu toplamaq və ya çıxmaq; Matrisin hər hansı bir sətir və ya sütunu ixtiyari ədədə vurub, digər sətir və ya sütunun üzərinə əlavə etmək; Bu zaman matrisin üzərində aşağıdakı əməlləri aparsaq matrisin ranqı dəyişməz. Bütün elementləri sıfır olan sətir və ya sütunları kənarlaşdırmaq (nəzərə almamaq) olar. Hər hansı sətir və ya sütun, başqa bir sətir və ya sütunun ixtiyari ədədə vurulmasından alınarsa onda bu sətir və ya sütunu kənarlaşdırmaq olar. Başqa sözlə, mütənasib sətir və ya sütunlardan kənarlaşdırmaq olar. == Matrisin ranqının tapılması == Matrisin ranqını tapmaq üçün bu matrisin sətir və ya sütunlarından düzəldilmiş minorunu yoxlamaq lazımdır. Əgər bunlardan birinin determinantı sıfırdan fərqlidirsə, onda matrisin ranqı bu minorun tərtibinə bərabərdir. Əgər bu minorlardan hamısının determinantı sıfıra bərabər olarsa, onda bir vahid az olan minorlara keçirik. Əməliyyatı etdikdən sonra aldığımız minor sıfırdan fərqlidirsə, matrisin ranqı bu minorun tərtibinə bərabərdir. Əks halda yenə bir vahid az olan minorlara keçirik.
Zaman matrisası (film, 2017)
== Süjet xətti == Samantha Kingston Sevgililər Günü olaraq tanınan 12 Fevralda oyanır. Həmin gecə Sam öz sevgilisi olan Robla seks etmək və ona bakirəliyini pozdurmaq istəyir lakin bu planından həyəcanlandığı üçün rəfiqələri Lindsay, Ally və Elody tərəfindən həmin gecə haqqında məsləhətlər alır. Sizifus haqqında bir dərs mühazirəsi zamanı tələbələr qızılgül paylayırlar, Sam isə həmin güllərdən birini Robdan, digərini də ona aşiq olan keçmiş sinif yoldaşı Kent McFuller adlı bir oğlandan alır. Kent onu evindəki qonaqlığa dəvət edir, amma Sam bu qonaqlığa getməyə həvəssizdir. Nahar zamanı qızlar “psix” olaraq gördükləri yad bir qız olan Juliet Sykesi lağa qoyurlar. Kentin evindəki qonaqlıq zamanı Juliet də gəlir. Lindsay və onun iki dostu ilə dava edən Julietə qarşı qəzəblənən qonaqların çoxusu Julieti pivə ilə isladırlar. Alçaldılmış Cülyetta göz yaşları ilə məclisi tərk edir. Sam və dostları qonaqlıqdan geri qayıdarkən, avtomobil bir şeyə dəyir və aşır, görünüşə görə dəydikləri adam da daxil olmaqla avtomobildəkilər ölürlər. Sam yenidən Sevgililər Günü öz otağında oyanır.
Matriks
Matriks - çökmə süxurların daha iri hissəçiklərini əhatə edən nisbətən narın dənəli material. Bəzən əsas kütlə terminin sinonimi kimi işlədilir. Lakin termindən istifadə olunduqda süxur genezisi nəzərə alınmır və ya terminin əsasən çökmə süxurlara şamil edildiyi nəzərdə tutulmur. Bəzi hallarda "sement" terminin sinonimi kimi başa düşülür. == Həmçinin bax == Çökmə süxurlar Termin Genezis == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Matros
Matros (nid. matroos) — Müxtəlif ölkələrin silahlı qüvvələrinin hərbi dəniz donanmalarında kiçik hərbi rütbə. Digər qoşun növlərindəki sıravi rütbəsi ilə eyni statusdadır.
Baş matros
Baş matros — Xidməti öhdəliklərini nümunəvi yerinə yetirdiyinə və nümunəvi nizam-intizamına görə matroslara verilən hərbi rütbə. Baş matroslar manqa komandirləri icazəli olduqları zaman onları əvəz etmək hüququna malikdirlər.
Matriks (geologiya)
Matriks - çökmə süxurların daha iri hissəçiklərini əhatə edən nisbətən narın dənəli material. Bəzən əsas kütlə terminin sinonimi kimi işlədilir. Lakin termindən istifadə olunduqda süxur genezisi nəzərə alınmır və ya terminin əsasən çökmə süxurlara şamil edildiyi nəzərdə tutulmur. Bəzi hallarda "sement" terminin sinonimi kimi başa düşülür. == Həmçinin bax == Çökmə süxurlar Termin Genezis == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Mauris Tillet
Moris Tiye (fr. Maurice Tillet) — fransız güləşçi, poliqlot, "Şrek" cizgi filminin əsas qəhrəmanının prototipi. == Həyatı == Moris Tiye 1903-cü il 23 oktyabrda Rusiyada, Uralda fransız ailəsində anadan olub. Anası müəllimə, atası dəmiryolunda mühəndis işləyib. Kiçik yaşlarında atası dünyasını dəyişir. Rusiyada 1917-ci il inqilabından sonra Tiye anası ilə birlikdə Rusiyanı tərk edir və Fransaya, Reyms bölgəsinə yerləşirlər. Tiye 17 yaşından sonra qəribə xəstəliyə yoluxur. Həkimlər ona "akromeqaliya" diaqnozu qoyurlar. Bu xəstəlik sümüklərin böyüməsinə səbəb olan nadir xəstəliklərdəndir. Belə ki, Tiyenin boyu 170 sm olduğu halda, çəkisi 122 kq idi.
Patris Biroçeu
Patris Biroçeu (23 sentyabr 1955) — Fransanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Patris Biroçeu Fransanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 25-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Patris Lumumba
Patris Emeri Lumumba (doğum adı Élias Okit'Asombo; 2 iyul 1925[…] – 17 yanvar 1961[…], Lubumbaşi[d]) — Konqol siyasətçisi. Lumumba 1960-cı ildə Afrika Konqo Demokratik Respublikasının ilk baş naziri olmuşdur. == Erkən həyat və karyera == Belçika Konqosunun Kasavi bölgəsində Élias Okit'Asombo adı altında anadan olub. Bir missioner məktəbində oxumuş və Leopoldville (Kinşasa) və Stanleyville (Kisanqani) bölgələrində keşiş və jurnalist olaraq çalışmışdı. 1955-ci ildə Lumumba həmkarlar ittifaqının prezidenti seçildi və Belçika Liberal Partiyasına qoşuldu. 1957-ci ildə mənimsəmə ittihamına görə həbs olundu və bir il həbsdə qaldı. Sərbəst buraxıldıqdan sonra 1958-ci ildə Konqo milli hərəkatını qurdu. 1959-cu ildə Belçika Konqo milli hərəkatında Lumumbanın tutulmasına baxmayaraq beş ildə Konqonun müstəqilliyini təmin etmək planını elan etdi və dekabr ayında yerli seçkilər böyük səs çoxluğunu qazandı. 1960-cı ildə Belçikada keçirilən konfrans, May ayında planlaşdırılan seçkilərdən əvvəl 1960-cı ilin iyununda Konqoya müstəqillik verməyə qərar verdi. Lumumba və Konqo milli hərəkatı 23 iyun 1960-cı ildə ilk hökuməti təşkil etdi.
Patris Sahajasein
Patris Sahajasein (19 yanvar 1970) — Mavrikini təmsil edən stolüstü tennisçi. == Karyerası == Patris Sahajasein Mavrikini 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Patris Talon
Patris Giyom Atanas Talon (fr. Patrice Guillaume Athanase Talon; 1 may 1958, Vida[d]) — Benin siyasətçisi və iş adamı, 6 aprel 2016-cı ildən Benin Prezidenti. == Həyatı == Talon fon kökənlidir və Vidada anadan olmuşdur. Onun kökəni kölə tacirlərindən gəlir. Atası Vidadan, anası Abomeydəki Qedeqbe ailəsindəndir. Seneqalın Dakar Universitetində bakalavr dərəcəsini bitirdikdən sonra Parisdəki Mülki aviasiya milli məktəbinə daxil olmaq istəmişdir. Pilot olmaq arzusunda olan Talon tibbi müayinədən keçə bilmədi və bu arzusu yerinə yetmədi.1983-cü ildə Talon qablaşdırma və kənd təsərrüfatı təchizatı ticarətinə başladı. 1985-ci ildə Beninə qayıtdı və pambıqçılara kənd təsərrüfatı məhsulları təmin edən Qitələrarası Paylama Şirkətini qurdu. 1990-cı ildə Dünya Bankının Qərbi Afrika iqtisadiyyatını liberallaşdırmaq üçün verdiyi tövsiyələrdən sonra Benin pambıq istehsalı zəncirindən çəkilməyə çağrıldı. Talon daha sonra Benində üç pambıq fabriki açma şansı qazandı.
Patris Çila
Patris Çila (27 noyabr 1969) — Fransanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Patris Çila Fransanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Patris Çila Fransanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Patris Çila Fransanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə bürünc medalın sahibi olub. Daha sonra Patris Çila Fransanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Patris Çila Fransanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Boris Matis
Boris Matiz (15 avqust 1997-ci ildə anadan olub) — Everton klubundan icarə əsasında Liqa 1 təmsilçilərindən olan Northempton Taun klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Matis Olimpik Lion klubu ilə inkişaf etmişdir. Matis 2015-ci ildə Liqa 1 təmsilçilərindən olan Metz klubu ilə müqavilə imzalamışdır. O, Liqa 1-də debütünü 5 aprel 2017-ci ildə Lion klubuna qarşı oyunda etmişdir. Matis üç gün sonra Metz klubu ilə Liqa 1-də Bordo klubuna qarşı oyunda da iştirak etmişdir. Hər iki oyun Metz klubunun 0-3 hesablı məğlubiyyəti ilə başa çatmışdır. 5 iyul 2017-ci ildə Matis Everton klubunun U-23 yığması ilə iki illik müqavilə imzalamışdır. O, 2018-ci ilin yanvar ayında Northempton Taun klubuna icarəyə verilmişdir.
Maris Verpakovskis
Maris Verpakovskis (d. 15.10.1979, Liepaya, Latviya SSR, SSRİ) — latviyalı futbolçu. Mövqeyi hücumçudur. Yunanıstanın "Erqotelis" klubunun və Latviya milli futbol komandasının oyunçusudur. Futbolçu 2003-2004-cü illərdə Latviyada ilin adamı və iki dəfə ən yaxşı oyunçu seçilib. "Liepaya Metallurq", "Skonto", "Dinamo Kiyev", "Xetafe", "Hayduk Split", "Selta de Viqa" və "Bakı" klublarında çıxış edib. == Həyatı == Maris Verpakovskis 1979-cu ilin oktyabrın 15-də Latviyanın Liepaya şəhərində anadan olub. == Karyerası == === Latviya klubları === Futbol karyerasına ölkəsinin "Baltika FK" komandasında başlayan oyunçu 1995-ci ildən 2001-ci ilə qədər bu komandanın şərəfini qoruyub. Keçirdiyi 59 oyunda 10 qol vurub. 2001-ci ildə Verpakovskis başqa Latviyanın "Skonto" Riqa klubuna keçib.
Maris Zvayqzne
Maris Zvayqzne (latış. Māris Zvaigzne‎) — latviyalı dövlət və siyasi xadim; Latviya Seyminin V (1994—1995) çağırış üzvü. == Fəaliyyəti == Maris Zvayqzne «Latviya Yolu» Partiyasının üzvü idi.
Matis Burqis
Matis Burqis (31 avqust 1989) — Latviyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Matis Burqis Latviyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Matis Tel
Matis Tel (27 aprel 2005, Sarsel) — Almaniya Bundesliqası klubu olan Bayern Münhen klubunda hücumçu kimi çıxış edən fransalı peşəkar futbolçudur . == Klub karyerası == === Renn === Paris FK- nın gənclər akademiyası oyunçusu Tel 2020-ci ildə Renn-ə transfer olunub. Peşəkar debütünü 15 avqust 2021-ci ildə keçirilən "Brest" ilə liqa matçında edib. Matç 1—1 hesablı heç-heçə ilə yekunlaşıb. 16 yaş 110 gündə debütü onu Renn üçün rəsmi matçda meydana çıxan ən gənc oyunçu etdi. Bu rekord əvvəllər Eduardo Kamavinqa'ya məxsus idi. === Bayern Münhen === 26 iyul 2022-ci ildə Tel Bundesliqa klubu Bayern Münhen ilə 5 illik müqavilə imzaladı. Renn-ə ödənilən transfer haqqı bonuslar daxil olmaqla 28,5 milyon avro olub. 31 avqust 2022-ci ildə DFB-Pokalda Viktoria Köln üzərində 5-0 hesabı ilə qalib gəldikləri oyunda ilk qolunu vuraraq, 17 yaş 126 gündə olan matçda klub tarixində ən gənc qol vuran oyunçusu oldu. O Bundesliqada ilk qolunu 10 sentyabr 2022-ci ildə Ştutqartla matçda vurdu.
Martes martes
Meşə dələsi (lat. Martes martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. Azərbaycanda nəsli kəsilmək üzrə olan növdür. == Təsviri == Daşlıq dələsindən fərqli olaraq bir birinə yaxınlaşmış və iri qulaqlı yumru başa malikdir. Kütləsi 0.5 - 2 kq, bədənin uzunluğu 36 - 58, quyruğu 17 - 26 sm-dir (erkəklər dişilərdən iridir). Xəzin rəngi kürəni çalarlarla tutqun qəhvəyidir. Boğazındakı xal qollarının arasına kimi paz şəklində uzanmış sarı rəngdədir. == Yayılması == Arealı Avropa, Qərbi Sibir və Ön Asiyanı əhatə edir. Təsvir olunmuş 7 yarımnövdən Qafqazda və Kiçik Asiyada ən iri forma (Qafqaz meşə dələsi) yayılmışdır. Dəniz səviyyəsindən 2700 m-dək olan meşə landşaftları ilə sıx əlaqədardır.
Kastris
Kastri — Sent-Lüsiya dövlətinin paytaxtı və iqtisadi mərkəzi. Adanın şimal-qərbində, Port-Kastri körfəzinin kənarında və Viqi yarımadasında yerləşir. Burada adanın üçdə biri yaşayır, xarici ticarət əlaqələrinin 80 % keçir və əsas təşkilatlar və müəssisələr yerləşir. Əhalisi 60 200 nəfər (2003). Fransızlar tərəfindən XVIII əsrdə salınıb, üç dəfə 1785, 1812 və 1948 illərdə güclü yanğından zərər çəkib, ona görə də tarixi binaları yoxdur. Turizm inkişaf edib.
Liatris
Liatris (lat. Liatris) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. Çoxillik ot bitkisinin 35 növü Şimali Amerikanın mərkəzi rayonlarında bitir. Gülçülükdə onların 5 növündən istifadə olunur. Sünbüllü liatris (L. spicata) hündürlüyü 200 sm-ə çatan, gövdəsi tükcüklərlə örtülü olan bitkidir. Zınqırovabənzər xırda çiçəkləri sıx sünbül çiçək qrupunda toplanmışdır. Boruşəkilli gülləri mavi, qırmızı, ağ rənglidir. Bu bitkinin vətəni Kanada və ABŞ-nin şərq vilayətləridir. Gülçülükdə 1732-ci ildən istifadə edilir. Liatrisi zoğlar və toxumla çoxaltmaq mümkündür.
Maarif
Maarif — kişi adı. Bu adı olan tanınmış şəxslərMaarif Cəfərov — fizika-riyaziyyat elmləri doktoru. Maarif Əkbərov — riyaziyyatçı, filosof Maarif Köçkün — şair. Maarif Məhərrəmbəyli — rejissor. Maarif Təmkin — şair.Yaşayış məntəqələriMaarif (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd.DigərMaarif (təhsil) — bilik və təhsil yayımı. Maarif (nəşriyyat) — kitab çapı ilə məşğul olan nəşriyyat. Maarif (qəzet) — aylıq jurnal-qəzet. Maarif (telekanal) — Televiziya kanalı.
Madrid
Madrid — Pireney yarımadasında şəhər, İspaniyanın paytaxtı (1607-ci ildən). Əhalisi 3 228 000 nəfər (2005). İstanbul, London, Berlin və Parisdən sonra Avropada əhali sıxlığına görə beşinci yerdə olan şəhərdir. Şəhər,dünya futbolunun ən populyar və ən titullu futbol klubu olan futbol nəhəngi Real Madrid FKin evidir. Əməvi fəthləri zamanı şəhər Məcrid (مجريط‎) adı ilə tanınırdı. == Coğrafiyası və iqlimi == Madrid İspaniyanın mərkəzində dəniz səviyyəsindən 667 m hündürlükdə yerləşir. Şəhərdən tarixi Kastiliya regionuna aid olan kiçik Mansanares çayı axır. Zəngin tarixi mirası ilə yanaşı canlı bir mədəniyyət və sənət mərkəzi olaraq da əhəmiyyət daşıyır. İnkişafı və ölkə iqtisadiyyatında böyük bir rol qazanması yaxın tarixdə baş vermişdir. Madrid Avropanın ən yüksək temperatura malik paytaxtlarından biridir.
Mairia
Mairia (lat. Mairia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Makros
Makros(ing.macro, ru.макрокоманда)- 1. Tətbiqi proqramlarda: klavişlərin basılmasının və komandaların, yeni şərti komanda (SHORT KEY) kimi yazılmış və saxlanılmış kombinasiyası, yaxud makrokomandanın adı. Bu şərti komandanı və ya makrokomandanın adını başlatdıqda tətbiqi proqram onlara bağlanmış işlər ardıcıllığını yerinə yetirir. Tez-tez istifadə olunan və bəzən çox uzun ardıcıllığa malik klavişlərin basılması kimi yorucu işlərə vaxt itkisini azaltmaq üçün makroslar yaradılır. Bundan başqa, komandaların tez-tez təkrar-təkrar yığılması aradan qaldırılır, diqqətsiz yığım zamanı yaranan yanlışlıqlar minimuma enir və proqramla tanış olmayan istifadəçilərə imkan verilir ki, bilən insan tərəfindən qabaqlar yazılmış komandalar yığınını təkrarlasın. Əgər tətbiqi proqramın dəyişənlərlə və şərt deyimləri ilə işləyən özəl makro-dili varsa, makrosun yerinə yetirilməsi zamanı müxtəlif şərtlərdən asılı olaraq müəyyən verilənləri nəzərə almaq və daxil etmək olar. 2. C və ya assembler tipli proqramlaşdırma dilində: komandalar ardıcıllığını özündə birləşdirən ad; proqramın hər hansı yerində adı çəkilən makros proqramın kompilyasiyası və translyasiyası zamanı həmin ardıcıllıqla əvəz olunur. Makroslar bilavasitə proqramın özündə və ya proqramda göstərilən ayrıca faylda ola bilər. Makrosların da funksiyalar kimi arqumentləri ola bilər, ancaq funksiyalardan fərqli olaraq makroslar, proqram çalışmağa hazır olduqda təmsil etdikləri komandalarla əvəzlənir.