MATRA
MATROS
OBASTAN VİKİ
Matris
Matris – düzbucaqlı sxemdə yerləşən aij elementləri (ədədlər, funksiyalar, üzərində cəbri əməllər aparıla bilən başqa kəmiyyətlər) sistemi. Onun m sətri və n sütunu varsa, deyilir ki, (m×n)–ölçülü matris verilmişdir. Məsələn, [ 1 9 − 13 20 5 − 6 ] {\displaystyle {\begin{bmatrix}1&9&-13\\20&5&-6\end{bmatrix}}} matrisi iki sətirə və üç sütuna malik 2×3 ölçülü matrisdir. Matrislər əlavə spesifikasiyalar olmadan xətti çevirmələri təsvir edir və xətti cəbrdə aşkar hesablamalar aparmağa imkan verir. Buna görə də matrislərin tədqiqi xətti cəbrin böyük bir bölümünü təşkil edir və abstrakt xətti cəbrin əksər xassə və əməlləri matrislərlə ifadə oluna bilir. Məsələn, matrislərin hasili xətti çevirmələrin kompozisiyasını ifadə edir. Matrislərin hamısı xətti cəbrlə əlaqəli deyil. Bu xüsusən qraf nəzəriyyəsində, insident və qonşuluq matrislərində belədir. Bu məqalədə xətti cəbrlə əlaqəli matrislərə diqqət yetirilir və əgər digər hallar göstərilməyibsə, bütün matrislər xətti çevirmələri ifadə edir Eyni sayda sətir və sütuna malik matrislər (kvadrat matrislər) matrislər nəzəriyyəsində böyük rol oynayır. Verilmiş ölçülü kvadrat matrislər qeyri-kommutativ halqa əmələ gətirir ki, bu da qeyri-kommutativ halqanın ən ümumi nümunələrindən biridir.
Tərs matris
Tərs matris — n tərtibli A kvadrat matrisinin tərsi elə bir B matrisinə deyilirki, A B = B A = E n {\displaystyle AB=BA=E_{n}} şərti ödənilsin. Burada En, n tərtibli vahid matrisdir. E n = ( 1 0 ⋯ 0 0 1 ⋯ 0 ⋮ ⋮ ⋱ ⋮ 0 0 ⋯ 1 ) {\displaystyle E_{n}={\begin{pmatrix}\mathbf {1} &\mathbf {0} &\cdots &\mathbf {0} \\\mathbf {0} &\mathbf {1} &\cdots &\mathbf {0} \\\vdots &\vdots &\ddots &\vdots \\\mathbf {0} &\mathbf {0} &\cdots &\mathbf {1} \\\end{pmatrix}}} Tərs matrisi B=A−1 kimi işarələyirlər. Buradan belə nəticəyə gəlmək olar ki, A A − 1 = A − 1 A = E n {\displaystyle A{A^{-1}}=A^{-1}A=E_{n}} bərabərlik şərti ödənilməlidir.
Vahid matris
Vahid matris o matrisə deyilir ki, sağ(baş)diaqonalı elementləri 1, digər elemetlər 0 olsun. Kvadrat matris prinsipi zəruridir. I 3 = [ 1 0 0 0 1 0 0 0 1 ] {\displaystyle I_{3}={\begin{bmatrix}1&0&0\\0&1&0\\0&0&1\end{bmatrix}}} n × n {\displaystyle n\times n} ölçülü vahid matris adətən I n {\displaystyle I_{n}} bəzən isə E n {\displaystyle E_{n}} kimi işarə edilir. I n = [ 1 0 ⋯ 0 0 1 ⋯ 0 ⋯ ⋯ ⋯ ⋯ 0 0 ⋯ 1 ] , {\displaystyle I_{n}={\begin{bmatrix}1&0&\cdots &0\\0&1&\cdots &0\\\cdots &\cdots &\cdots &\cdots \\0&0&\cdots &1\end{bmatrix}},} Hər hansı bir matrisin vahid matrisə hasili onun özünə bərabərdir A I = I A = A {\displaystyle AI=IA=A} Matrisin onun tərs matrisi ilə hasili vahid matrisə bərabərdir A A − 1 = I {\displaystyle AA^{-1}=I} Vahid matrisin determinantı vahidə bərabərdir d e t I = 1 {\displaystyle \mathrm {det} \,I=1} .
Matris: Dirilmə
Matris: Dirilmə (ing. The Matrix Resurrections) — Lana Vaçovskinin rejissorluğu ilə çəkilmiş 2021-ci ilin elmi fantastika, döyüş filmi. Bu "Matris: Çevriliş" (2003) filminin davam filmidir. "Matris" film silsiləsinin 4-cü filmidir.
Matris (film)
Matris (ing. The Matrix) — Vaçovskilərin 1999-cu ildə çəkdiyi elmi fantastika, döyüş filmi. Bu "Matris" seriyasının ilk filmidir. Filmdə çəkiliblər: Kianu Rivz, Lorens Fişborn, Kerri-Enn Moss, Hüqo Vivinq və Co Pantoliano. Film gələcəkdə keçir, burada insanlar ağıllı maşınların yaratdığı süni dünyada – Matris adı verilən simulyasiyada saxlanılıblar. Maşınlar insanların bədənlərindən enerji mənbəyi kimi istifadə edir. Günlərin birində "Neo" kimi tanınan kompüter proqramçısı, haker Tomas Anderson həqiqətlə tanış olur. O, Matrisdən qurtulmuş bir qrup insana qoşulur və onlarla birlikdə maşınlara qarşı mübarizə aparır.
Matris: Dirilmə (film, 2021)
Matris: Dirilmə (ing. The Matrix Resurrections) — Lana Vaçovskinin rejissorluğu ilə çəkilmiş 2021-ci ilin elmi fantastika, döyüş filmi. Bu "Matris: Çevriliş" (2003) filminin davam filmidir. "Matris" film silsiləsinin 4-cü filmidir.
Ansoff matrisi
Ansoff matrisi – XX əsrin 50-ci illərində Q.Ansoff tərəfindən hazırlanan və bazarlarda firmanın davranışının marketinq strategiyasının təsnifatləşdirilməsinə aid olan matrisdir. Təsnifatlaşmanın meyarı "məhsul-bazar" əlaqəsidir. Ansoff matrisində dördlokal strateji alternativlər birləşmişdir: bazara nüfuz etmə strategiyası hər şeydən əvvəl reklam sahəsində spesifik marketinq vasitələrinin köməyilə reallaşır. Məsələn, firmanın marketinq xidməti məhsulun "təkrar buraxılışı"nı (yüngül modifikasiya olunmuş formada) və ya məhsulun "bölgüsü"nü (yeni məhsullar kimi onun komponentlərinin təklifi) həyata keçirilə bilər; bazarın inkişaf strategiyası yeni coğrafi regionların və ya yeni satış kanallarından istifadə edilməsi hesabına yeni istehlakçılar qrupunu tələb edir; məhsulun inkişaf strategiyası çərçivəsində firmanın marketinq xidməti məhsulun xarakteristikasının (xarici görünüşünün və s.) təkmilləşdirilməsi üzrə istehsal bölmələrinə tövsiyələr verməlidir; diversifikasiya o zaman mümkündür ki, firma öz texnologiyasının üstünlüklərindən istifadə edərək, istehlakçılara yeni məhsulları və hətta yeni tələbatların formalaşmasını təklif edə bilir. Ansoffun tipik matrisı == Tətbiqi == Bəzi modifikasiyadan sonra Ansoff matrisı inkişaf etməkdə olan ölkələrdə, o cümlədən Azərbaycanda firmaların davranışının təhlili aləti kimi səmərəli istifadə olun bilər. Dövlət müəssisələrinin firmaya transformasiya olunması sərt büdcə intizamının müəyyən olunmasına gətirib çıxarır. Marketinq baxımından bu o deməkdir ki, məhz tələbə görə məhdudlaşma tədricən əksəriyyət firmaların zəif yerinə çevrilir. Bu cür transformasiya dövrü üçün xarakterik olan bir neçə satış strategiyalarını misal gətirmək olar: Çeşidin dəyişməsi. Bir çox müəssisələr hər şeydən əvvəl hərbi-sənaye kompleksi istehlak mallarının buraxılışına, bəzi hallarda əsas məhsulları istehlak edən bölmələrin inkişafına başlayır (məsələn, dəmir-beton məmulatları zavodları öz qüvvəsi ilə tikinti işlərinə başlayır). Öz çeşidini yenidən quraraq müəssisə satışın həcmini və buna uyğun olaraq buraxılışın və ehtiyacların həcmini əvvəlcədən proqnozlaşdırmaq zərurətini dərk edir.
Asperula matrisylva
Ətirli qatıqotu (lat. Galium odoratum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Arealı == Avropa, Qərbi Asiya və Şimali Afrikada bitir. == Botaniki xarakteristikası == Hündürlüyü 10-60 sm, gövdəsi tək, düz və sadə,dördtilli, hamar və çılpaq olan çoxillik ot bitkisidir.Kökümsovlarl şaxələnmiş, nazik və sürünəndir. Yarpaqları 6-10 ədəd olmaqla, topa halında, enli əksinəyumurtaşəkillidir, uzunluğu(18) 40 (54) mm, eni (4) 10 (13) mm-dir, qısa ucludur, kənarlardan, bəzən alt tərəfdən damar boyunca qısa, yuxarı yönəlmiş cod tüklü və yaxud hər iki tərəfdən dağınıq basıq cod tüklüdür. Çiçək qrupu təpə hissədə yerləşmiş, çəngəlvari və yaxud üç hissədən ibarət olan şaxələnmiş çiçək saplaqlığına malikdir, sonuncu şaxədə üç yarımçətirlidir, nadir halda daha bir ədəd yarımçətiri də olur ki, bunlar da, topa halında olan yuxarı yarpaqların aşağı hissəsində qoltuqda yerləşir, azçiçəklidir; çiçək saplağı tacdan biraz uzundur. Tac ağ rəngdədir, diametri 3–7 mm-dir, qıfaoxşar olub, bölümlərdən qısa olan qısa borucuqludur və dörd uzunsov küt bölümlüdür. Meyvələri bitişikdir. Aprel-iyun aylarında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, AlazanƏyriçay,KQ şimal, KQ mərkəzi, KQ cənub,Lənk.
Eyzenhauer matrisi
Eyzenhuer matrisi və ya Eyzenhauer prinsipi — 1953–1961-ci illərdə ABŞ-nin 34-cü prezidenti olmuş Duayt Devid Eyzenhauerin adını daşıyan vaxtın idarə olunması üsulu. Eyzenhauer prinsipi vəzifələrin aktuallığı əsasında prioritetləşdirmə metodudur. Bu metodla edilməli olan təcili və önəmli işləri asanlıqla müəyyənləşdirmək mümkündür. == Matrisin kateqoriyaları == Eyzenhauer matrisi 4 kateqoriyaya ayrılır: Önəmli və təcilidir Önəmlidir, amma təcili deyil Önəmli deyil, amma təcilidir Nə önəmlidir, nə də təcilidir Önəmli və təcili olan işlər kateqoriyası ən vacib vəzifələrdən ibarətdir. Bu işlər ən qısa zamanda bitirilməlidir. Son tarixə yaxınlaşan və ya təxirə salına bilinməyən tapşırıqlar bu kateqoriyaya daxildir. Önəmli, amma təcili olmayan işlər kateqoriyasına daxil olan işlərə ancaq birinci kateqoriyanın işləri bitdikdən sonra başlamaq lazımdır. Önəmli olmayan, ancaq təcili olan işlər kateqoriyasına aid olan işlər digər şəxslərə ötürülə bilər ki, əsas işlər üçün vaxt qalsın. Önəmli və təcili olmayan işlər kateqoriyasına gündəlik, yaxud həftəlik planlardan çıarılmalı olan işlər daxildir. Bu kateqoriyaya sosial mediada məqsədsiz şəkildə vaxt keçirmək, video oyunlar oynamaq və ya əsas fəaliyyətlərə mane olan bu tipli işlər daxildir.
Eyzenhaver matrisi

Galium matrisylva
Ətirli qatıqotu (lat. Galium odoratum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Arealı == Avropa, Qərbi Asiya və Şimali Afrikada bitir. == Botaniki xarakteristikası == Hündürlüyü 10-60 sm, gövdəsi tək, düz və sadə,dördtilli, hamar və çılpaq olan çoxillik ot bitkisidir.Kökümsovlarl şaxələnmiş, nazik və sürünəndir. Yarpaqları 6-10 ədəd olmaqla, topa halında, enli əksinəyumurtaşəkillidir, uzunluğu(18) 40 (54) mm, eni (4) 10 (13) mm-dir, qısa ucludur, kənarlardan, bəzən alt tərəfdən damar boyunca qısa, yuxarı yönəlmiş cod tüklü və yaxud hər iki tərəfdən dağınıq basıq cod tüklüdür. Çiçək qrupu təpə hissədə yerləşmiş, çəngəlvari və yaxud üç hissədən ibarət olan şaxələnmiş çiçək saplaqlığına malikdir, sonuncu şaxədə üç yarımçətirlidir, nadir halda daha bir ədəd yarımçətiri də olur ki, bunlar da, topa halında olan yuxarı yarpaqların aşağı hissəsində qoltuqda yerləşir, azçiçəklidir; çiçək saplağı tacdan biraz uzundur. Tac ağ rəngdədir, diametri 3–7 mm-dir, qıfaoxşar olub, bölümlərdən qısa olan qısa borucuqludur və dörd uzunsov küt bölümlüdür. Meyvələri bitişikdir. Aprel-iyun aylarında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, AlazanƏyriçay,KQ şimal, KQ mərkəzi, KQ cənub,Lənk.
Matrisin ranqı
Matrisin ranqı— verilmiş matrisin sıfırdan fərqli minorlarının ən yüksək tərtiblisinin tərtibi. == Elementar çevrilmələr == Matrisin ranqını taparkən matrisin elementar çevirmələri adlanan aşağıdakı çevirmələrdən istifadə etmək olar: Matrisin 2 sətir və ya sütunun yerini dəyişmək; Matrisin 2 sətir və ya sütunu toplamaq və ya çıxmaq; Matrisin hər hansı bir sətir və ya sütunu ixtiyari ədədə vurub, digər sətir və ya sütunun üzərinə əlavə etmək; Bu zaman matrisin üzərində aşağıdakı əməlləri aparsaq matrisin ranqı dəyişməz. Bütün elementləri sıfır olan sətir və ya sütunları kənarlaşdırmaq (nəzərə almamaq) olar. Hər hansı sətir və ya sütun, başqa bir sətir və ya sütunun ixtiyari ədədə vurulmasından alınarsa onda bu sətir və ya sütunu kənarlaşdırmaq olar. Başqa sözlə, mütənasib sətir və ya sütunlardan kənarlaşdırmaq olar. == Matrisin ranqının tapılması == Matrisin ranqını tapmaq üçün bu matrisin sətir və ya sütunlarından düzəldilmiş minorunu yoxlamaq lazımdır. Əgər bunlardan birinin determinantı sıfırdan fərqlidirsə, onda matrisin ranqı bu minorun tərtibinə bərabərdir. Əgər bu minorlardan hamısının determinantı sıfıra bərabər olarsa, onda bir vahid az olan minorlara keçirik. Əməliyyatı etdikdən sonra aldığımız minor sıfırdan fərqlidirsə, matrisin ranqı bu minorun tərtibinə bərabərdir. Əks halda yenə bir vahid az olan minorlara keçirik.
Nüvə matrisi
Nüvə matrisi — biologiyada nüvə matrisi hüceyrə nüvəsinin içərisində yerləşən liflər şəbəkəsidir və müəyyən dərəcədə bir hüceyrənin sitoskeletinə bənzəyir. Bununla birlikdə, sitoskeletdən fərqli olaraq, nüvə matrisi dinamik bir quruluş hesab olunur. Nüvə plitəsi ilə birlikdə hüceyrə daxilində genetik məlumatların təşkilində kömək edir. Bu matrisin dəqiq funksiyası hələ də müzakirə mövzusudur və onun mövcudluğu şübhə altındadır. Belə bir quruluşa dair dəlillər 1948-ci ildə (Zbarsk və Debov) tanındı və buna görə də bir çox matrisə bağlı zülallar aşkar edildi. Uzun müddətdir ki, polimer şəbəkəsi, "nüvə matrisi", "nüvə skleti" nın vacib komponenti olub-olmaması müzakirə mövzusu olaraq qalmaqdadır. İnterfazada qatılaşdırılmış metafaza xromosomlarının ekvivalenti olan xromosom ərazilərinin nisbi mövqeyinin, yüksək səviyyədə qurulmuş səthləri arasındakı əngəllər və ya elektrostatik itələyici qüvvələr səbəbiylə saxlanıla biləcəyinə dair sübutlar olsa da, bu anlayış müşahidələrə uyğun olmalıdır. Klassik matris çıxarma prosedurları ilə müalicə olunan hüceyrələr, nüvə matrisinin asidik zülallarının kiçik bir hissəsinin sərbəst buraxıldığı nöqtəyə qədər xüsusi əraziləri saxlayır - çox güman ki, nüvə skeleti ilə əlaqələrini idarə edən zülallardır. Nüvə matrix proteomu struktur zülallardan, şaperonlardan, DNT və RNT bağlayan zülallardan, xromatinin yenidən qurulması və transkripsiya faktorlarından ibarətdir . Genomik DNT-ni nüvə skeletinə bağladığı düşünülən DNT bölgələri, getdikcə artan qurulmuş bioloji fəaliyyət spektrini nümayiş etdirir.
X-y matrisi
X-y matrisi (ing. x-y matrix, rus. матрица x-y (двумерная)) — matrisin sətir və sütünlarının üfüqi (x) və şaquli (y) koordinat oxlarına uyğun olaraq yerləşməsi. An X–Y–Z matrix A {\displaystyle A} will thus have components A i , j , k {\displaystyle A_{i,j,k}} where 1 ≤ i ≤ M , 1 ≤ j ≤ N , 1 ≤ k ≤ P {\displaystyle 1\leq i\leq M,\ 1\leq j\leq N,\ 1\leq k\leq P} for some positive integers M , N , P . {\displaystyle M,N,P.} İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Zaman matrisası (film, 2017)
Samantha Kingston Sevgililər Günü olaraq tanınan 12 Fevralda oyanır. Həmin gecə Sam öz sevgilisi olan Robla seks etmək və ona bakirəliyini pozdurmaq istəyir lakin bu planından həyəcanlandığı üçün rəfiqələri Lindsay, Ally və Elody tərəfindən həmin gecə haqqında məsləhətlər alır. Sizifus haqqında bir dərs mühazirəsi zamanı tələbələr qızılgül paylayırlar, Sam isə həmin güllərdən birini Robdan, digərini də ona aşiq olan keçmiş sinif yoldaşı Kent McFuller adlı bir oğlandan alır. Kent onu evindəki qonaqlığa dəvət edir, amma Sam bu qonaqlığa getməyə həvəssizdir. Nahar zamanı qızlar “psix” olaraq gördükləri yad bir qız olan Juliet Sykesi lağa qoyurlar. Kentin evindəki qonaqlıq zamanı Juliet də gəlir. Lindsay və onun iki dostu ilə dava edən Julietə qarşı qəzəblənən qonaqların çoxusu Julieti pivə ilə isladırlar. Alçaldılmış Cülyetta göz yaşları ilə məclisi tərk edir. Sam və dostları qonaqlıqdan geri qayıdarkən, avtomobil bir şeyə dəyir və aşır, görünüşə görə dəydikləri adam da daxil olmaqla avtomobildəkilər ölürlər. Sam yenidən Sevgililər Günü öz otağında oyanır.

Digər lüğətlərdə