Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mehridağ
Mehridağ — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsinin şimal-qərb istiqamətli Saraybulaq qolunun suayırıcında, Mehridərəsi çayının mənbə hissəsində, Şahbulaq kəndindən 4 km şimal-şərqdə dağ (hünd. 1869,1 m). Üst Permin Midiya regiomərtəbəsinin aşağı hissəsinə aid Dəvəölən lay dəstəsinin əhəngdaşılarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahına aid eyniadlı antiklinalın tağ hissəsində yerləşir. Şimal-şərq yamacından keçən əks-fay üstəgəlmə qırılması boyu Üst Permin əhəngdaşıları Üst Tabaşirin Kampan mərtəbəsinə aid Gərməçataq lay dəstəsinin terrigen-karbonat törəmələrilə təmasa gətirilmişdir. Cənub yamacında Alt Triasın Hind mərtəbəsinə aid Alt Qarabağlar yarımlay dəstəsinin terrigen-karbonat törəmələri açılır.