Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Melanj maddəsi
=== Ümumi xarakteristika === Melanj - raket yanacağlarıının oksidləşdirici komponentidir və son dərəcə ekoloji təhlükəli, yüksək aqressiv və toksiki kimyəvi maddədir. === Tərkibi === Qatılaşdırılmış azot turşusunda həll olunmuş 22 % nitrat oksidindən ibarətdir, üzvi və yanan maddələrlə əlaqədə olaraq alışmağa və partlayışa gətirib çıxarır. Nitrat turşusunun və nitrat oksidinin raket mühərrikinin kommunikasıyasına, korroziyadan qorumaq məqsədilə yod və ftor tərkibli inhibitorlar əlavə olunur. Oksidləşdirici komponentin insan orqanizminə təsiri - dəriyə və selikli qişaya düşərsə ağır kimyəvi yanığa gətirib çıxarır, eləcədə nəfəs yollarına təsir etdikdə iltihabi proseslərə, hətta ciyərlərin toksiki şişkinliyinə də gətirib çıxara bilər. === Kimyəvi xassələr === Nitrat turşusunun əsasında oksidləşdirici komponentlər qiqroskopik və tərkibində 65% reaksiyaya qabilliyyətli oksigen olan yüksək təsirli zəhərli maddələrdir. Bu komponentlərin fiziki xassələri tərkiblərində nitrat oksidlərinin və suyun olması ilə təyin edilir. Əsas xassələri açıq sarıdan qonur rəngə qədər, sıxlığı 15,60C şəraitində 1,511-1,575q/sm3 - , qaynama temperaturu – 66-860C. === Utilizasiya === Hal-hazırda məlumdur ki, melanjin utilizasiyası 2 istiqamətdə aparılır: Ləğv etmə (yandırma yolu ilə) bu üsul iqdiqadi və ekoloji səbəblərdən sənaye miqyasda reallaşa bilməz Melanjin neytrallaşması üsulu ilə texniki təyinatlı məhsulun alınması Melanjın utilizasiyası nəticəsində alınan, xalq təsərrufatı sahəsində istifadə oluna bilən məhsul , geniş və maraqlı perspektivlərə səbəb olur. === İSTİNAD === Мельников Н.Н., Новожилов К.В., Пылова Т.Н. Химические средства защиты растений. Справочник, М.1980, с.255-56 Pashkov, V.İ.Kuzmin, Yu.S.Filatov, S.G.Bogdanov. Утилизация некондиционных окислителей ракетного топлива.
Melani Kleyn
Melani Raysez Kleyn (30 mart 1882[…], Vyana – 22 sentyabr 1960[…], London) — avstraliya əsilli Britaniyalı psixonalistdir. Müasir psixonaliz ve uşaq psixologiyası sahəsində yeni terapevtik metodların icad olunması M. R. Kleynin adı ilə bağlıdır. Eyni zamanda "Obyekt münasibətləri məktəbini"nin də qurucusu qəbul edilir. == Həyatı == === Ailəsi və həyatının ilk illəri === Melani Rayzes Kleyn, 1882-ci ildə Vyanada Moriz və Libussa Rayzesin dördüncü övladı olaraq dünyaya gəlmişdir. Anası Libussa ilə arasında iyirmi dörd yaş fərq olan atası polyak Moriz Rayzes yəhudi əsilli bir ümumi cərrah idi. Melani Kleyn atası kimi tibb öyrənmək istəsə də, gənc yaşında ailə qurduğu və uşaqları olduğu üçün bu istəyi yerinə yetirə bilmədi. Melani Kleyn atasının sevimli qardaşı Emiliyeni qısqanır, özünə çox yaxın və bağlı hiss etdiyi qardaşı Emanueldən dahi biri kimi bəhs edir. Melaniya hələ dörd yaşında ikən anasının ən sevimlisi olan Sidoniye səkkiz yaşında vərəm xəstəliyindən vəfat edir. Melani Kleyn, 1899-cu ildə anasının kiçik əmisi oğlu, eyni zamanda qardaşı Emanuelin dostu olan Artur Steven Kleyn ilə tanış olanda cəmi on yeddi yaşında idi. 1900-cü ildə atası Moriz Rayzes ​​sətəlcəm xəstəliyi səbəbi ilə vəfat edir.
Melani Loran
Melani Loran (fr. Mélanie Laurent; 21 fevral 1983-cü il, Paris, Fransa) — Fransa aktrisası, rejissor, müğənni, Sezar mükafatı laureatı (2006). == Həyatı == Melani Loran yəhudi ailəsində anadan olmuşdur. Uşaqlıq illərini Parisin 9-cu dairə adlanan ərazisində keçirmişdir. Gənclik illərində kinematoqrafla maraqlanmışdır. Kinoda ilk rolunu "İki çay arasında körpü" filmində ifa etmişdir. Melani Loran bu rolu "Asteriks və Obeliks Sezara qarşı" filminin çəkilişlərində təsadüfən tanış olduğu Jerar Depardyenin sayəsində əldə edə bilir. 1999-2009-cu illərdə 20 filmdə çəkilmişdir. Melani Loran rejissor Filipp Liorenin "Narahat olma, mən yaxşıyam" filmində itmiş əkiz qardaşı üçün darıxan və buna görə ruh düşkünlüyünə məruz qalan 19 yaşlı qəhrəmanı ifa etmişdi. Bu rola görə aktrisa Ən yaxşı ümidverici aktrisa kimi "Sezar" mükafatına layiq görülmüşdü.
Melani Martines
Melani Adel Martines (ing. Melanie Adele Martinez; 28 aprel 1995, Astoriya, Kuins) — amerikalı müğənni-mahnı yazarı. O, 2012-ci ildə ABŞ-də yayımlanan "The Voice" müsabiqəsindəki uğurlu iştirakından sonra, Atlantic Records ilə müqaviə bağlamış və ilk sinqlı "Dollhouse", ardınca eyniadlı mini-albomunu yayımlamışdır. Melaninin 2014-cü ildə buraxdığı ilk studiya albomu "Cry Baby" Amerika Səsyazma Sənayesi Birliyi (RIAA) tərəfindən ikiqat platin sertifikatına layiq görüldü. Onun "Sippy Cup", "Mad Hatter", "Mrs. Potato Head", "Cry Baby", "Pacify Her" və "Soap" mahnılarının hamısı ABŞ-də qızıl sertifikata layiq görülmüşdür, həmçinin onun "Dollhouse" və "Pity Party" mahnıları RIAA tərəfindən platin sertifikatı almışdır. Melani ikinci studiya albomu "K-12" ilə birlikdə Cry Baby hekayə xəttini davam etdirdi. Onun 2020-ci ildə dördüncü mini-albomu "After School" buraxıldı. Melaninin üçüncü studiya albomu "Portals" 31 mart 2023-cü ildə işıq üzü gördü. == Həyatı == Melani Adel Martines 28 aprel 1995-ci ildə Kuinsin Astoriya məhəlləsində Puerto-Riko və Dominikan kökənli Meri və Xose Martinesin ailəsində dünyaya gəlib.
Melani Qarcía
Melani Qarcia — İspaniya müğənnisi. O İspaniyanın 2019 Avroviziya Uşaq Mahnı Müsabiqəsi üçün təşkil etdiyi La Voz Kids 2018 müsabiqəsinə qatılmış və məşhur müğənni Adreani ilə birlikdə ifa etdiyi mahnıdan sonra qalib gəlmişdir. 24 noyabr 2019 tarixində baş tutacaq 2019 Avroviziya Uşaq Mahnı Müsabiqəsində ölkəsini təmsil etmək hüququ qazanıb.
Melani Qarsiya
Melani Qarcia — İspaniya müğənnisi. O İspaniyanın 2019 Avroviziya Uşaq Mahnı Müsabiqəsi üçün təşkil etdiyi La Voz Kids 2018 müsabiqəsinə qatılmış və məşhur müğənni Adreani ilə birlikdə ifa etdiyi mahnıdan sonra qalib gəlmişdir. 24 noyabr 2019 tarixində baş tutacaq 2019 Avroviziya Uşaq Mahnı Müsabiqəsində ölkəsini təmsil etmək hüququ qazanıb.
Melani Qriffit
Melanie Griffith (d. 9 Avqust 1957, New York) - "Qızıl Qlobus" mükafatlı və "Oskar" mükafatına namizəd göstərilmiş ABŞ-lı aktrisa.
Melano Melanson
Melano Co Melanson (ing. Melanie Jo Melanson ; d. 1 noyabr, 1974-cü il, Massaçusets ştatı, Midlseks, Vubern) — Massaçusets ştatı, Middlesex qraflığı, Voburnadan olan itkin düşmüş bir yeniyetmə. O, 27 oktyabr 1989-cu ildə bir ziyafətdə olarkən itib. Əvvəlcə müstəntiqlər onun Floridaya qaçdığına inanırdılar.Lakin, həm rəhbər orqanlar, həm də xüsusi müstəntiq tərəfindən aparılan sonrakı araşdırmalar heç bir nəticə vermədi. == Melano Melansonun itkin düşməsi == O, valideynlərinin mütəmadi dava etməsi və narkotik maddə asılılığı səbəbindən əvvəllər evdən qaçmışdı. Melanson itkin düşdüyü vaxt nənəsi ilə birlikdə yaşayırdı, bununla belə, valideynləri ilə əlaqə saxlayırdı. O, 27 oktyabr 1989-cu ildə bir şənlikdə iştirak etmək istədi. İtkin düşdüyü gün Melanson və dostu məktəbdən erkən ayrılıb evə getməyə qərar verdilər. Həmin gecə o, nənəsinə dostunun (dostu qapı qonşusu idi) evində gecələyəcəyini dedi.
Mia Melano
Mia Melano (2 may 2000, Sietl, Vaşinqton) — amerikalı pornoaktrisa. Pornoqrafiya karyerasına ilk dəfə 7 avqust 2018-ci ildə başlamışdır. == Bioqrafiya == Mia 2 may 2000-ci ildə Vaşinqton ştatının Sietl şəhərində anadan olmuşdur. Kiçik yaşlarında məktəbin voleybol və tennis komandalarında oynadı. 12 yaşında porno izləməyə və duşda masturbasiya etməyə başladı. Xüsusilə lezbiyan videoları izləyirdi. Pornoqrafiya sənayesinə girməmişdən əvvəl Sietlda yerləşən restoranda ofsiant olaraq işlədi. İlk dəfə 2018-ci ildə - 18 yaşında olarkən videoya çəkildi. Mia baytarlıqdan məzun olduqdan sonra Vixen şirkətinin sahibi ilə görüşüb 1 illik müqavilə imzaladı. 2019-cu ildə Vixen Angel oldu.
Melan (kommuna)
Melan (fr. Meylan) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Melan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38229. Kommunanın 2007-ci il üçün əhalisi 17 200 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 5 km şimal-qərbdə yerləşir.
Melani Martinesin diskoqrafiyası
Amerikalı müğənni-mahnı yazarı Melani Martines üç studiya albomu, dörd mini-albom, on bir sinql, iki tanıtım sinqlı və iyirmi yeddi musiqi videosu buraxmışdır. "The Voice" müsabiqəsindəki iştirakından sonra Martines 2014-cü ildə Atlantic Records şirkəti ilə müqavilə bağladı. Onun ilk mini-albomu olan "Dollhouse" eyniadlı sinql və "Carousel" ilə birlikdə buraxıldı. Onun ilk studiya albomu "Cry Baby" 2015-ci ildə işıq üzü gördü. Albom ABŞ Billboard 200 hit-paradında altıncı pilləyə yüksəldi və RIAA tərəfindən platin sertifikata layiq görüldü. Albomu tanıtmaq üçün üç sinql "Pity Party", "Soap" və "Sippy Cup" buraxıldı. Martinesin ikinci studiya albomu "K-12" 2019-cu ildə işıq üzü gördü. Albom Billboard 200 hit-paradında 3-cü yerə yüksəldi və Avstraliya, Kanada, İrlandiya, Yeni Zelandiya və Birləşmiş Krallıq daxil olmaqla bir çox ölkədə ilk onluğa daxil oldu. Martines 2020-ci ilin sentyabrında "The Bakery" sinqlının daxil olduğu "After School" mini-albomunu buraxdı. Martinesin üçüncü studiya albomu "Portals" 2023-cü ilin martında yayımlandı.
Le-Kastellar-Melan
Le-Kastellar-Melan (fr. Le Castellard-Melan, oks. Lo Castelar e Melan) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Qərbi Din-le-Ben kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04040. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 55 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 39 yaşdan yuxarı (15-64 yaş arasında) 25 nəfər iqtisadi fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 64,1%, 1999-cu ildə 67.9%). Fəal olan 25 nəfərdən 24 nəfər (14 kişi və 10 qadın) işləyir, 1 nəfər işsizdir.
Portals (Melani Martines albomu)
Portals — amerikalı müğənni-bəstəkar Melani Martinesin üçüncü studiya albomu. 31 mart 2023-cü ildə Atlantic tərəfindən buraxılıb. Albom buraxılmazdan əvvəl iki sinql, "Death" 17 mart, "Void" 29 mart buraxılıb. Əlavə üç trekin yer aldığı delüks versiyası 5 aprel 2023-cü ildə yayımlanıb. == Fon == Martines 2019-cu ildə ikinci albomunu və onun adını daşıyan musiqili filmin buraxılmasından sonra, 2020-ci ildə dördüncü mini-albomu "After School"-u yayımladı. Bunun ardınca mini-albomdakı treklərin yer aldığı K-12-nin delüks versiyası yayımlandı. Bunu da qeyd etmək lazımdır ki, mini-albom K-12-nin hekayəsi ilə əlaqəli deyildi. Martines iki illik fasilədən sonra bütün Instagram paylaşımlarını arxivləşdirməyə başladı və 18 fevral 2023-cü ildə buraxılacaq üçüncü albomunu elan etdi. Müğənni həmçinin Spotify-da yeni mahnıdan on iki saniyəlik snippet yerləşdirdi. == Tanıtım == Tizer videosunda dumanlı pəri meşəsindəki göbələyin gövdəsində “RIP Crybaby” yazısının əks olunduğu göstərilib.
Melani Martines tərəfindən yazılmış mahnıların siyahısı
Melani Martines amerikalı müğənni-mahnı yazarıdır. Martines 2012-ci ildə ABŞ televiziya şousu The Voice istedad yarışmasına qatılmış və Adam komandasının üzvü olmuşdur. Yarışmanın beşinci həftəsində kənaraşdırıldıqdan sonra o, müstəqil şəkildə öz orijinal musiqisi üzərində işləməyə başlayıb. O, 2014-cü ildə "Dollhouse" mini-albomunu buraxıb. Mini-albomda yer alan "Carousel" treki "American Horror Story: Freak Show" serialının treylerində nümayiş edilib. Martines 2015-ci ildə buraxdığı ilk albomu olan "Cry Baby" ilə daha çox uğur qazanmışdır.
Malanq
Malanq (yav. ꦏꦸꦛꦩꦭꦁ) — İndoneziyanın Şərqi Yava əyalətindəki bir şəhər. Sinqhasari Krallığının dövrünə qədər uzanan bir keçmiş tarixi vardır. 2016-cı ilin qiymətləndirməsinə görə 887.443 nəfər əhalisi olan əyalətin ikinci ən sıx şəhəridir. Metropol bölgəsində iki şəhər və 22 rayon arasında yayılmış 3,663,691 nəfər əhali yaşayır (Malanq Reqensi-də 21 və Pasuruan Reqensidə 1). Malanq Şərqi Yava bölgəsində Surabaya və Kediridən sonra iqtisadiyyatına görə üçüncü ən böyük şəhərdir və 2016-cı il ÜDM-i ilə 44,30 trilyon rupiya təşkil edir. Şəhər mülayim iqlimi ilə tanınır. Holland müstəmləkəsi dövründə Avropa sakinləri üçün məşhur bir yer idi. İndiyə qədər Malanq beynəlxalq turistlər üçün məşhur bir yer olaraq hələ də mövqeyini saxlayır. Malanq müxtəlif tarixi izləri saxlayır.
Melanin
Melanin — bir çox orqanizmlərdə rast gəlinən piqment - rəng verən zülal. İnsanda da rast gəlinir. Dəriyə, saçlara, gözə , mərkəzi sinir sisteminin müəyyən hissələrinə tünd rəng verir. Melanin əmələ gətirən hüceyrələrə melanosit deyilir. İnsan dərisində bu piqmentin olması , qoruma xarakteri daşıyır. Melanin əlavə günəş şüalarını udaraq dəri və gözlərimizi günəş şüalarının zərərli təsirindən qoruyur. Günəş şüalarına çox məruz qaldıqda dəridə melanin artır.Tünd dərili şəxslərdə açıq dəri rənginə sahib şəxslərə nisbətən daha çox rast gəlinir. Melanin çatışmazliğı olan şəxslərin dəriləri çox ağ, gözləri qırmızı olur. Bu hal albinizm adlanır. Məlumdur ki, canlıların gözlərinin rəngi müxtəlifdir.
Melanix
Söyüd (lat. Salix) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Söyüd qışda yarpağını tökən, iri ölçülü ağac və ya xırda kol şəklində olan bitkidir. Yarpaqları uzunsov lansetvaridir, damarlanması lələkvaridir, saplağı qısadır. Çiçək sırğaları sallaq və ya dikdayanandır. Yarpaqlamadan əvvəl və ya sonra, yaxud yarpaqlama vaxtı çiçəkləyirlər. Nektarlı bitkilərdir. Cinsin yer kürəsində 600-dən artıq növü məlumdur. Qafqazda təqribən 25 növü, Azərbaycanda isə 15 növü bitir. Çox qədim cinsdir və onun qazıntı halında tapılmış nümunələri üçüncü dövrə aiddir.
Eland
Eland — Baltik dənizində ada. Skandinaviya yarımadasının cənub şərq sahilləri yaxınlığındadır. İsveçə məxsusdur. Uzunluğu şimaldan cənuba 136 km, sahəsi 1342 km²-dir. Əsasən, moren çöküntülərilə örtülmüş əhəng daşından təşkil olunmuşdur. Ərazisində şam meşələri var. Əhalisi əkinçilik və maldarlıqla məşğul olur. Mühüm şəhəri Borqholmdur.
MILAN
MILAN (fr. Missile d´infanterie léger antichar azərb. Anti-Tank Yüngül Piyada Raketi‎), dizaynı 1962-ci ildə başlayan ikinci nəsil tank əleyhinə idarə olunan raket layihəsidir. Effektiv məsafəsi 75–2000 metr arasındadır. Nişançı mənzili daxilindəki hədəfə silahın optik mənzərəsindəki çox həssas kıl ilə nişan alaraq tətiyə basaraq silahın üzərinə qoyulmuş idarə olunan raketi atır. Raket silahı tərk etdikdən sonra, hədəf yer dəyişdirsə də, şüanı hədəfin üstündə saxladığınız müddət ərzində raket silah sistemi tərəfindən idarə olunur və hədəfi 100% müvəffəqiyyətlə məhv edir. Bu gün TSK inventarında da mövcuddur.
Medan
Medan — İndoneziyanın Şimali Sumatra əyalətinin paytaxtı. Sumatranın ən böyük şəhəri və İndoneziyada şəhərlərin ölçüsünə görə 2016-cı ildə təxmini əhalisi 2.229.408 olan beşinci ən çox əhalisi olan şəhərdir. Rəsmi olaraq Mebidanqro (metropol olaraq) olaraq bilinən Medan metropol bölgəsində 4.6 milyon insan yaşayır.Bu ölkənin beşinci ən böyük metropol bölgəsidir və Yava xaricində ən böyükdür. Medan çox mədəniyyətli bir paytaxt və Malakka boğazı ilə həmsərhəd bir ticarət şəhəridir. İndoneziyanın qərb hissəsinə açılan bir qapı olan Medan Belavan limanı və Kualanamu Beynəlxalq Hava Limanı tərəfindən dəstəklənir, hər ikisi də şəhərin mərkəzinə pullu yol və dəmir yolu ilə bağlanır. Milli İnkişaf Planlaşdırma Agentliyinə görə Medan Cakarta, Surabaya və Makasarla yanaşı İndoneziyanın dörd əsas mərkəzi şəhərlərindən biridir.
Melaq
Melaq (fr. Mélagues, oks. Melagas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kamares kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12143. Kommuna təxminən Parisdən 580 km cənubda, Tuluza şəhərindən 130 km şərqdə, Rodezdən isə 80 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 66 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 40 nəfər (15-64 yaş arasında) 28 nəfər iqtisadi cəhətdən, 12 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70.0%, 1999-cu ildə 60.0%).
Melun
Melön (fr. Melun) — Sena və Marna departamentinin ən böyük şəhərlərindən biridir. Şimaldan Fontenblo meşəsi ilə əhatələnib. Parisdən 45 km cənub-şərqdə yerləşir. Əhalisi 40503 nəfərdir (2012). == Tarixi == Sena çayı sahilində yerləşir. Sent-Əten adasıda bura daxildir. Ada da Notr-Dam qalasının divarları yerləşir. 1016-1031-ci illərdə II Robert tərəfindən yaardılmışdır. Orta əsrlərdə Melön romalılar tərəfindən işğal olunub.
Melön
Melön (fr. Melun) — Sena və Marna departamentinin ən böyük şəhərlərindən biridir. Şimaldan Fontenblo meşəsi ilə əhatələnib. Parisdən 45 km cənub-şərqdə yerləşir. Əhalisi 40503 nəfərdir (2012). == Tarixi == Sena çayı sahilində yerləşir. Sent-Əten adasıda bura daxildir. Ada da Notr-Dam qalasının divarları yerləşir. 1016-1031-ci illərdə II Robert tərəfindən yaardılmışdır. Orta əsrlərdə Melön romalılar tərəfindən işğal olunub.
Mesaj
İsmarış —virtual aləmində sözlə və ya yazıylə göndərilən məlumat, ya da xəbər növü.
Metan
Metan qazı – kimyəvi formulu CH4 olan sadə karbohidrogen. Adi şəraitdə, yəni atmosfer təzyiqi altında və otaq temperaturunda rəngsiz, iysiz və mavi rənglə yanan qazdır. Suda az həll olur və havadan yüngüldür. Onun kritik parametrlərinə əsasən metanın maye halına çevrilməsi üçün nisbətən aşağı temperatur (−82 °C) tələb olunur. Metan təbii qazın əsas komponentidir, parafinlər və ya alkanlar adlanan doymuş alifatik karbohidrogenlərin homoloji sırasının birinci üzvüdür. Quruluşda C-C əlaqəsinin olmaması onu bu sıranın digər üzvlərindən fərqləndirir, o, ən dayanıqlı və nisbətən inert karbohidrogendir. Onun parçalanma temperaturu etanın parçalanma temperaturundan 200 °C yüksəkdir, eyni zamanda sıranın digər üzvləri arasındakı temperatur fərqi təxminən 25 °C təşkil edir. Azərbaycanda illik metan qazı istehsalı 40–45 mln. m3.qaya. == Metanın mənbələri == Metan Yer səthindən ayrılan qazların çoxunun əsas kütləsini təşkil edir.
Velan
Velan (fr. Velanne) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38531. Kommunanın 2006-cı il üçün əhalisi 463 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 509 ilə 641 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 70 km cənubda, Qrenobldan 5 km şimal-qərbdə yerləşir.
Aureliyo Milani
Aurelio Milani (it. Aurelio Milani; 14 may 1934 – 25 noyabr 2014, Milan) — İtalyalı keçmiş futbolçu. Mövqeyi mərkəz hücumçusu olub. İtaliya A Seriyasının 1961/62 mövsümunun bombardiri olub. == Karyera == Milani peşəkar karyerasına "Atalanta" klubunda başlayıb. Daha sonra, 1958-ci ildə "Sampdoriya" klubuna transfer olunana qədər bir neçə il İtaliyanın aşağı liqalarında oynayıb. 1958-ci ildə "Sampdoriya"nın heyətində və A Seriyasında debüt edib. Sonrakı illərdəki karyerası boyunca (son mövsüm xaric) A Seriyası klublarında oynayıb. "Fiorentina" klubunda oynayarkən Kubok Kubokunun finalında iştirak edib və 1961/62 mövsümündə A Seriyasında bombardir olub. Milaninin karyerasının zirvəsi "İnter" klubunun heyətində keçirdiyi iki mövsumdur.
Məkan
Məkan — daha çox fəlsəfə, riyaziyyat və fizika kimi elmlərdə istifadə olunan termindir. Nyutonun klassik mexanikasında əsaslandırılır ki, məkan sonsuzdur, uzunluğu bütün istiqamətlərdə bircinslidir, hər hansı bir nöqtəsində həmişə eyni universal qanunlar mövcuddur. Dünyanı dərk etmək təşəbbüsündə olan qədim insanlar məkanı daha çox abstraktlıqla bağlamışlar. Ona görə ki, ulu əcdad gördüklərinin mahiyyətini öyrənmək barədə düşünmüşdür. Dünya, ilk növbədə, onun özünün doğulub məskən saldığı, oturub-durduğu, qidasını tapdığı, əyləndiyi, üstündə gəzdiyi ərazi, soyuqdan, yağışdan qorunduğu mağaralar idi. Buna uyğun olaraq məkan landşafdan – dağ, çay, düz, meşə, göl, dəniz, çöldən kənarda ağla gətirilə bilməzdi. Məkanın ayrı-ayrı bölgələr üzrə xarakterindəki əkslikləri izaha gələndə məsələnin əsil səbəbini anlamaqdan hələ onlar çox uzaq idilər. Ona görə də əsas meyar kimi məhz yerin fiziki xüsusiyyətləri, maddi ünsürlərin çatışmazlığı deyil, kənar abstrakt qüvvələrin mövcudluğu, təsiri götürülür və məkanın özünün də fövqəltəbiiliyi, qeyri-adi qüvvələr – xeyir, yaxud şər ruhlar tərəfindən idarə olunduğu qənaəti irəli sürülürdü.