Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Menecer
Menecer (ing. manager- idarəetmə) — muzdlu idarəedici, menecment üzrə mütəxəssis, menecment prossesini həyata keçirən şəxs. İnzibati-təsərrüfat müstəqilliyinə malik olan istehsalın, satışın, servisin təşkili və idarə edilməsi üzrə professional şəxslər menecerlər adlanır. Menecerlər müxtəlif səviyyələrdə olurlar və eyni olmayan vəzifələri yerinə yetirirlər. Menecerin əsas işi resursları (maliyyə, fiziki, informasiya, insan resursları) effektiv və səmərəli şəkildə istifadə edərək şirkətin məqsədlərinə çatmaqdır. Menecerləri şərti olaraq 3 qrupa bölürlər: Ali səviyyə (ing. top manager)- bunlar baş direktorlar üzvləridir. Orta zümrə (ing. middle manager)-bu səviyyəyə şöbələrin və sexlərin rəhbərləri daxildir. Aşağı zümrə (ing.
Menandr
Menandr Ellinizm dövrü yunan şairi və yeni attik komediyanın ən görkəmli nümayəndəsidir. Münsif məhkəməsi Kəsilmiş saç və Samoslu qız komediyaları dövrümüzə qədər gəlib çatmışdır. Onun bu əsərləri yeni komediyanın bütün xüsusiyyətlərini parlaq şəkildə əks etdirir. Bu əsərlərdə məişət mövzusu əsas yer tutur. Bunlar Aristofan dövrünün kəskin satirik və ifşaçı xarakter daşıyan komediyalarından tamamilə fərqlənir. Burada əvvəlki dövr əsərlərinə xas olmayan obrazlar işlənmişdir. Menandrın komediyaları öz dövründə çox geniş yayılmasa da Roma komediyasının yaranmasına ciddi təsir göstərmiş və dünya ədəbiyyatının klassik irsinə daxil olmuşdur.
Bricit Mendler
Bricit Kler Mendler (18 dekabr 1992) — Amerika aktrisası, müğənni, musiqiçi və söz yazıçısıdır. Ən məşhur rolu isə Uğurlar, Çarli!dəki Teddi Dankan roludur. Və ən məşhur film rolu isə, "Lemonade Mouth"-dakı Oliviya Vayt roludur. Musiqi sahəsində isə, 2012 üçün Hollivud Rekords şirkəti ilə razılaşmışdır.
Bridgit Mendler
Bricit Kler Mendler (18 dekabr 1992) — Amerika aktrisası, müğənni, musiqiçi və söz yazıçısıdır. Ən məşhur rolu isə Uğurlar, Çarli!dəki Teddi Dankan roludur. Və ən məşhur film rolu isə, "Lemonade Mouth"-dakı Oliviya Vayt roludur. Musiqi sahəsində isə, 2012 üçün Hollivud Rekords şirkəti ilə razılaşmışdır.
Menaxem Begin
Meçislav Volfoviç „Menaxem“ Begin (16 avqust 1913[…], Brest, Rusiya imperiyası – 9 mart 1992[…], Tel-Əviv) — tanınmış siyasi xadim, İsrailin 7-ci baş naziri (1977-1983). M.Begin 1913-cü il avqustun 16-da Brest-Litovskda anadan olub. 1943-cü ildə M.Begin “İrqun” təşkilatının rəhbəri seçilir. Həmin gündən başlayaraq o ingilis mandatlığına qarşı açıq mübarizəyə başlayır. İngilis əsgərlərinə hücumlar və terror aktları təşkil edir. Qüdsdəki ingilislərin mənzil-qərargahının partladılmasından sonra ingilislər onun başına 30 min dollar pul mükafatı qoyurlar. M.Begin İsrailin azadlığı uğrunda müharibənin fəal iştirakçılarından biri olub. 1948-ci ildə İsrail dövləti yaranandan sonra M.Begin “İrqun”un əsasında “Xerut” (“Azadlıq”) partiyasını yaradır və onun rəhbəri kimi Knessetdə ilk müxalifət lideri olur. 1949-cu il yanvarın 25-də Knessetə seçkilərdə onun partiyası 11,5 faiz səs qazanır. 1967-ci ildə İsraillə ərəb ölkələri arasında baş verən altıgünlük müharibə ərəfəsində M.Begin ilk dəfə olaraq portfelsiz nazir kimi hökumətin tərkibinə daxil oldu və 1970-ci ilə qədər bu postda qaldı.
Entoni Mendler
Entoni Mendler (ing. Anthony Mandler; 18 aprel 1973, Los-Anceles, Kaliforniya) — amerikalı film və musiqi videosu rejissoru, fotoqraf. Ən çox müğənni Rihanna ilə birlikdə çalışıb, ümumilikdə onun on altı mahnısı üçün musiqi videosu çəkib. Mendler digər tanınmış sənətçilər Spice Girls, Jay-Z, Beyonse, Eminem, Aşer, Şakira, Teylor Svift, The Killers, Selena Qomez, Castin Biber, Kristina Aqilera, 50 Cent, Ne-Yo, Niki Minaj, Dreyk, Snoop Dogg, Lenny Kravitz, Cheryl Cole, M. I. A., Mary J. Blige, fun və Lana Del Rey ilə əməkdaşlıq edib.
Karl Menger
Karl Menger (alm. Carl Menger‎; 23 fevral 1840[…], Novı-Sonç, Kiçik Polşa voyevodluğu[d] – 26 fevral 1921, Vyana) — 27 fevral 1921, Vyana, Avstriya) — Avstriya iqtisadçısı. Avstriya məktəbinin ilkin yaradıcılarından biri K. Menger olmuşdur. O, "Xalq təsərrüfatı haqqında elmi prinsiplər", ictimai elmlərin, xüsusən "Siyasi iqtisadın metodları haqqında tədqiqat" (1883) və s. əsərlərin müəllifidir. Bununla belə onun son faydalıqla bağlı nəzəri baxışları əsasən "Siyasi iqtisadın əsasları" (1871) əsərində irəli sürülmüşdür. Bu əsərdə K. Menger Avstriya məktəbi nümayəndələri içərisində ilk dəfə sərvətin faydalığının onun az tapılmasından (nadirliyindən) asılılığını göstərməyə çalışmış, faydalığın azalması prinsipini əsaslandırmışdır. Bu prinsipə üyğun olaraq məhsulun dəyəri təklifin həcmindən asılıdır və onun sərəncamda (ehtiyatda) olan son vahidinin, yəni az vacib olanının faydası ilə müəyyən olunur. Son faydalılıq prinsipinə tərif verərək K. Menger göstərirdi ki, onun nəzəriyyəsi sərvətlər və insanlar arasında olan münasibətlərə həsr edilmişdir. Bu münasibətlərdə isə ən mühüm məsələ hər hansı bir məhsulun tələbatlar sırasında tutduğu yerdir.
Menyer xəstəliyi
Padalekmiksiya (Menyer sindromu) — daxili qulaqda yaranan və daxili qulaq boşluğunda maye (endolimfa) miqdarının artması ilə müşayiət olunan xəstəlik. Maye bədənin fəzada oriyentasiyasını və müvazinətin qorunmasını tənzimləyən hüceyrələrə təzyiq göstərir. Bu xəstəlik ilk dəfə fransız həkimi Prosper Menyer (1799-1862) tərəfindən araşdırılıb. Nadir xəstəliklər sırasına aid edilir və müxtəlif müəlliflərin qiymətləndirməsinə görə xəstələnənlərin sayı əhalinin hər 100 min nəfərinə 20-200 nəfər arasında dəyişir. Çox vaxt səhvən, qayıdan başgicəllənmə hallarında Menyer xəstəliyi diaqnozu qoyulur. Səbəblər tam öyrənilməsə də, çox vaxt aşağıdakı səbəblər göstərilir: Damar xəstəlikləri; Baş və qulaq travmaları; Daxili qulağın iltihabi xəstəlikləri; İnfeksion proseslər. Müntəzəm başgicəllənmə tutmaları; Müvazinət pozulmaları (xəstə gəzə, dayana və otura bilmir); Ürək bulanma, qusma; Güclü tərləmə; Arterial təzyiqin düşməsi, nadir hallarda qalxması, dəri örtüyünün solğunlaşması; Qulaqlarda küy; Koordinasiya pozğunluğu. Labirint disfunksiyası: sağ, sol və d. Adətən Menyer xəstəliyinin gedişini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Belə ki, xəstəliyin simptomları arta, yaxud nisbətən azala və ya dəyişməz qala bilər.
Məlayer
Məlayir (keçmiş adı Dövlətabad) — İranın Həmədan ostanında şəhər, Məlayir şəhristanının inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən şəhərin əhalisi 153748 nəfər və 40750 ailədən ibarət idi.
Genişləndirilmiş yaddaş meneceri
Genişləndirilmiş yaddaş meneceri (ing. Expanded Memory Specification və ya qısaca EMS) — spesifikasiyasının proqram hissəsini gerçəkləşdirən qurğu drayveri. Adətən, EMS-sistemlər üçün əlavə aparat təminatı tələb olunsa da, Intel firmasının 80386 və 80486 prosessorları üçün yazılmış menecer-proqramlar bu mikrosxemlərin xüsusi imkanlarının vasitəsilə yardımçı yaddaşın bazasında EMS modelini hazırlaya bilər.
Pencər
Pəncər
Pəncər (lat. Amaranthus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi. Yunan dilində tərcüməsi "solmayan gül" deməkdir. Dekorativ gülçülükdə 4 növündən istifadə olunur. Onlardan biri dekorativ yarpaqlı bitkilərə, qalanları isə dekorativ-gül bitkilərinə aiddir. Azərbaycanda 9 növü yayılmışdır ki, onlardan 2 növü (Amaranthus cruentus və Amaranthus hypochondriacus) gülçülükdə istifadə olunur. Pəncərin toxumları may ayında torpağa əkilir. Enli, şaxələnmiş bitki yetişdirmək üçün pəncərin köklərini torpaqda bıçaqla əyri kəsmək lazımdır. Pəncər kolunun gözəl olması üçün iyun ayında bitkinin təpə tumurcuğu qopardılır. Dərilmiş pəncər otaq şəraitində güldanda yaxşı görünür.
Xəncər
Xəncər — əlbəyaxa və ya yaxın məsafədə döyüşdə istifadə edilən soyuq silah. Bir və ya ikiağızlı qısa tiyədən (şiş uclu) və dəstəkdən ibarət olur. İkiağızlı xəncər tiyələrinin uzunu boyu mərkəzdən keçən kiçik novu olur. Ən qədim nümunələri heyvan buynuzu, çaxmaqdaşıdan sonralar isə mis, tunc, dəmir və poladdan düzəldilmişdir. Əyri tiyəli xəncərlərdən daha çox yunanlar və iranlılar istifadə etmişdilər. Qədim Ön Asiya və skif tipli xəncərlər geniş yayılmışdı. Qafqaz Albaniyasında dəstəklə tiyə arasında xüsusi ayrın olan xəncər mövcud idi. Orta əsrlərdə polad tiyəli və üzəri nəfis bəzənmiş xəncərlərdən geniş istifadə edilmişdir. İkinci Dünya müharibəsində tüfənglərin ucuna, şişuclu xüsusi xəncər növü olan süngü keçirilirdi. Qında gəzdirilir.
Əncər
Əncər (ərəb. عنجر‎ ‘Anjar, erm. Անճար) — Livanda, Biqa vadisində yerləşən şəhər. Əhalisi 2400 nəfərdir və demək olar ki, tamamilə ermənilərdən ibarətdir. Ümumi sahəsi iyirmi kvadrat kilometrə (7.7 kvadrat mil) bərabərdir. Yayda erməni diasporunun üzvləri şəhərə ziyarət üçün qayıtdıqdan sonra əhali 3500 nəfərə çatır. Şəhər, qədim dünyada Çalkis kimi tanınırdı. Ümumilikdə şəhərin, 8-ci əsrin əvvəllərində Əməvi xəlifəsi I Valid tərəfindən saray-şəhər olaraq salındığı qəbul edilir. Lakin, tarixçi Yere Bakarak, bizans-yunan salnaməçisi Feofan İspovednikə istinadən Əncərin, e.ə 714-cü ildə Validin oğlu əl-Abbas tərəfindən salındığını iddia edir. Əncər sonrakı illərdə tərk edildi və 1939-cu ildə şəhərə bir neçə min erməni qaçqını köçürüldü.
Minavər İbrahimova
Minavər İbrahimova (tam adı: Minavər Cəfər qızı İbrahimova) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Monomerlər, oliqomerlər və kataliz" şöbəsinin müdiri, kimya üzrə elmlər doktoru, professor. İbrahimova Minavər Cəfər qızı 5 may 1946-cı ildə Quba rayonunun Xucbala kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1961-ci ildə Quba şəhər 2 saylı orta məktəbi bitirmiş və həmin il S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur. 1966-cı ildə kimyaçı, kimya müəllimi ixtisasına yiyələnmişdir. Universiteti bitirdikdən sonra Elmi-tədqiqat Bağçılıq, üzümçülük və subtropik bitkilər institutunda (Quba şəhəri) kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlamış, 1970-ci ildə Azərbaycan EA Neft-Kimya Prosesləri İnstitutuna əyani aspiranturaya daxil olmuşdur. 1974-cü ildən etibarən NKPİ-də baş laborant, kiçik elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi, 2002-ci ildən "Funksional oliqomerlər" laboratoriya rəhbəri vəzifələrində çalışmışdır. Hal–hazırda "Monomerlər, oliqomerlər və kataliz" şöbəsinin müdiridir. Rəhbərliyi və bilavasitə iştirakı ilə aparilmiş kompleks tədqiqatlar nəticəsində propilen oksidi, C5-fraksiyasının tərkibində olan doymamış karbohidrogenlər əsasında alınan ikiəsaslı turşu anhidridləri, metakril turşusunun qlisidil efiri, stirol və butadien əsasında tərkibi, struktur quruluşu, molekul çəkisi, funksional qrupların təbiəti və miqdarı tənzimlənə bilən yeni, reaksiyayaqabil birgə oliqomerlərin sintezinin elmi əsasları işlənib hazırlanmışdır. Belə birgə oliqomerlərin yüksək reaksiyayaqabilliklə yanaşı möhkəmlik, adqeziya, dəyişən temperatur şəraitinə, atmosferə, işığa və istiliyə davamlılıq göstəriciləri ilə xarakterizə olunduqları bu birgə oliqomerlərin kompozisiya materiallarının alınmasında bağlayıcı komponent, polimer materialları üçün modifikator kimi səmərəli tətbiq sahələri müəyyən edilmişdir.
Məlayer şəhristanı
Məlayir şəhristanı — İran İslam Respublikasının Həmədan ostanının şəhristanlarından biri. İnzibati mərkəzi Məlayir şəhəridir. Şəhristanın digər şəhərləri arasında Əzəndəryan, Cövkar, Samin və Zəngənə şəhərləri də vardırlar. Məlayir şəhristanın ərazisi 3210 km²-dir. Şəhristan Həmədan ostanının cənub və cənub-şərqi qismlərini əhatə edir. Şəhristanın Həmədan ostanı daxilindəki həmsərhəd bölgələri Nəhavənd, Tuysirkan və Həmədan şəhristanları, ostanın xaricində isə Luristan və Mərkəzi ostanlarının əraziləridir. Rəsmi olaraq Məlayir şəhristanının əhalisi: 1996 s.a. əsasən 297,062 nəfər 2006 s.a. əsasən 73,755 ailədə 285,272 nəfər Şəhristan əhalisi əsasən lurlardan, qismən azərbaycanlılardan ibarətdir. Azərbaycanlılar: Məlayir şəhristanının şimalında yerləşən Cövkar bəxşindəki Əzəndəryan şəhəri və onun ərafındakı 40 kəndin əhalisi, xüsusilə Türk-i Şərqi, Türk-i Qərbi və Əlməhdi dehistanlarının (qəsəbələrinin) əhalisi azərbaycanlılardan ibarətdir.
Zəngənə (Məlayer)
Zəngənə — İranın Həmədan ostanının Məlayir şəhristanının Zənd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 844 nəfər və 242 ailədən ibarət idi.
Məhcər ədəbiyyatı
Məhcər ədəbiyyatı yaxud Köç ədəbiyyatı (ərəb. أدب المهجر‎) — XIX əsrin sonları və XX əsrin əvvəllərində Amerikaya mühacirlərin ərəbcə ədəbi cərəyanı. Cübran Xəlil Cübran, Nəsib Ərizə, Mixail Nüeymə, Əmin ər-Reyhani, Əbdülməsih Həddad, İliya Əbu Mazi və Rəşid Əyyub Şimali Amerikada məhcərin ən görkəmli nümayəndələri hesab olunurlar. Mühacir ərəblər Amerika qitəsində, xüsusilə Argentina, Braziliyada ərəb dilində qəzet, ədəbiyyat jurnalları çap edirdilər. Bundan əlavə onlar ərəb şairləri, yazıçıları bir araya yığaraq mühacir ərəblərin bir-biriləri ilə əlaqə yaratmasına şərait yaratmaq üçün ədəbiyyat klubları təsis etmişdilər. 250-dən çox çap olunan qəzet və jurnallar bir çox ədəbi şəxsiyyəti bir araya gətirmişdi. İlk qurulan ədəbiyyat klubu "Ər Rabiatul Qalamiyya" (Qələm cəmiyyəti) və çap olunan jurnal da eyni adlı jurnal olmuşdur. Klub 1920-ci ildə Xəlil Cübran Xəlilin başçılığı ilə qurulmuşdur. Üzvlərinin ölümündən sonra 1933-cü ildə zəifləmiş cəmiyyəti Sao Pauloda Şükrüllah əl Cur tərəfindən yaradılmış Əl Usbətul Əndəlusiyyə cəmiyyəti əvəz etmişdi.
Mənzər İsmayılova
Mənzər İsmayılova — azərbaycanlı ilk qadın keşiş. İsmayılova Rusiyanın lüteran icmalarında təcrübə qazanıb Azərbaycandakı yevangelik lüteran icmasında işləmək hüququna malik ilk din xadimidir.
Mənzər Şərifova
Mənzər xanım Rüstəm bəy qızı Şərifova — maarif xadimi, pedaqoq. Mənzər xanım Rüstəm bəy qızı Şərifova Şuşa şəhərində anadan olmuşdur. Atası Rüstəm bəy Şuşanın adlı-sanlı bəylərindən sayılmışdır. Onun Şuşada qız məktəbində oxuması deyilir. Mənzər xanım Şərifova gənc yaşlarından pedaqoji fəaliyyətlə məşğul olmuşdur. XX əsrin 20-ci illərində Ağdamın Seyidli kəndində ilk qız məktəbinin (Ünas məktəbi) açılması və fəaliyyəti onun adı ilə bağlıdır. O, ilk vaxtlar qız şagirdlərinə evində dərs keçmişdir. Sonralar dərsi Abdulla bəyin Seyidli kəndindəki evində davam etdirmişdir. Mənzər xanım Şərifova sonralar Ağdam şəhər 2 nömrəli beynəlmiləl orta məktəbin ibtidai sinif müəlliməsi işləmişdir. 2 nömrəli beynəlmiləl orta məktəbdə dərs dediyi illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin fevral 1949-cu il tarixli fərmanı ilə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir.
Sehrli Xəncər
Sehrli Xəncər (ing. Kris Sakti) Malayziya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadrodur. 2011-ci ildə yaradılmışdır. Uçuşlar üçün 4 ədəd Extra EA-300 təyyarəsi istifadə olunur.
Sultan Səncər
Əhməd Səncər və ya Sultan Səncər ya da Muizzəddin Əhməd Səncər (ən tezi XI əsr və ən geci XII əsr, Sincar – 8 may 1157, Mərv), tam adı Muizzəddin Ədudüddövlə Əbu'l-Haris Əhməd Səncər bin Məlikşah, 1097-1118-ci illər arasında Xorasan Səlcuq Sultanı, 1118-1157-ci illər arasında Böyük Səlcuq Sultanı. Xaşxaşilər (həşşaşinlər) tərəfindən atası Sultan Məlikşah öldürülmüş, Səlcuqluların çöküşü sürətlənmişdir. Daha sonra Sultan Səncər, xaşxaşilərə bir həmlə etməyi düşündüsə də, yatağına saplanmış xəncəri və məktubu görüncə fikrindən daşınmışdır. Məktubda "İstər bizə hücum et, istərsən bizi rahat burax, əgər yatağına öz evim kimi girə bilmişəmsə, özündən muğayat ol İbn(Əbu) Tahir". Anası, Tacəddin xatun idi. Məlikşahın həyat yoldaşı Türkan xatun, Məlikşahın kiçik oğlu və Səncərin qardaşı I Mahmudun sultanlığını elan etdi. Məlikşahın böyük oğlu olan Börküyarıq isə tərəfdarları tərəfindən Rey şəhərinə qaçırılıb sultan elan edildi. 17 yanvar 1093-cü ildə Börküyarıq və I Mahmud arasındakı savaşda Börküyarıq qalib gəldi. Səncərin və Börküyarıqın əmisi olan Tutuş Suriyaya irəliləyərək Şam və Hələb şəhərlərini ələ keçirib Suriya Səlcuqlu dövlətinin qurucusu oldu. Tutuşun Börküyarıqın əlində olan İran torpaqlarını ələ keçirmək məqsədilə Börküyarıqa hücum etməsinə baxmayaraq, 26 fevral 1095-ci ildə Reydəki savaşda Tutuş yenildi və öldü.
Xəncər (Meşkinşəhr)
Xəncər (fars. خنجر‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 347 nəfər yaşayır (85 ailə).
Xəncər (Tipoqrafik)
Tipoqrafik xəncər – † simvolu. "Mətbəə xaçı", "obelisk", "ölü işarə" də adlandırırlar. Bəzən haşiyəni (səhifənin aşağısında xətt altında yazılan mətni, qeydi, izahatı) göstərmək üçün istifadə olunur. Azərbaycan mətbəəçiliyində, praktik olaraq, işlədilmir, "qoşa xaç"dan isə, ümumiyyətlə, istifadə olunmur. Bəzi nəşrlərdə onunla ölüm tarixini göstərirlər, doğum tarixi isə ulduz (*) işarəsi ilə qeyd olunur. Avropa mətbəəçiliyində "xəncər"dən əsasən ikinci haşiyə işarəsi (* ulduzdan sonra), "qoşa xaç"dan isə üçüncü haşiyə işarəsi (* ulduz və † xəncərdən sonra) kimi istifadə olunur. Linqvistikada və bəzən etnoqrafiyada ölmüş dilləri və yox olmuş xalqları göstərmək üçün bu işarədən istifadə olunur. Mötərizədə xəncər (†) isə, demək olar ki, ölmüş dilləri və ya yox olmuş xalqları göstərir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Xəncər (dəqiqləşdirmə)
Xəncər ‎
Xəncər (işarə)
Tipoqrafik xəncər – † simvolu. "Mətbəə xaçı", "obelisk", "ölü işarə" də adlandırırlar. Bəzən haşiyəni (səhifənin aşağısında xətt altında yazılan mətni, qeydi, izahatı) göstərmək üçün istifadə olunur. Azərbaycan mətbəəçiliyində, praktik olaraq, işlədilmir, "qoşa xaç"dan isə, ümumiyyətlə, istifadə olunmur. Bəzi nəşrlərdə onunla ölüm tarixini göstərirlər, doğum tarixi isə ulduz (*) işarəsi ilə qeyd olunur. Avropa mətbəəçiliyində "xəncər"dən əsasən ikinci haşiyə işarəsi (* ulduzdan sonra), "qoşa xaç"dan isə üçüncü haşiyə işarəsi (* ulduz və † xəncərdən sonra) kimi istifadə olunur. Linqvistikada və bəzən etnoqrafiyada ölmüş dilləri və yox olmuş xalqları göstərmək üçün bu işarədən istifadə olunur. Mötərizədə xəncər (†) isə, demək olar ki, ölmüş dilləri və ya yox olmuş xalqları göstərir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.