Otağın baş tərəfindən divardan bir maral başı, bir də tüfəng, onun da altında bir xəncər asılmışdı.
[Cahıllar] çuxanın altından xəncər və dayandoldurum bağlardılar.
◊ Xəncər-bıçağa çıxmaq – davaları kəskin şəkil almaq, bir-birini xəncər və ya bıçaqla vurmaq dərəcəsinə gəlmək.
Xəncər-bıçaq olmaq – qatı düşmən olmaq, ölüböldürməyə çıxmaq. [Tapdıq:] Elə şeyi olmaya-olmaya ağlına gətirəsən, ağa.
Molla Sadıqla atan bu saat xəncər-bıçaqdır.
Xəncər kimi batmaq (sancılmaq, işləmək), ürəyini xəncər kimi dəlmək – çox ağır təsir etmək.
Söz də xəncər kimi işləyir cana; Qanı laxtaladır əzab, iztirab.
Hükeymənin inəyi xatırlayıb yavaşcadan ağlaması [Bəxtiyarın] ürəyini xəncər kimi dəlir, vicdanını ağrıdırdı.
Xəncər kimi sağından keçib, solundan çıxmaq – çox bərk təsir etmək, ürəyinə toxunmaq. Onun acı sözləri xəncər kimi sağımdan keçib, solumdan çıxdı.
Xəncərinin qaşı (daşı) düşməz ki… (düşməyəcək ki…) – bir şeyi özü üçün əskiklik, ar sayma mənasında ifadə.
[Gülsənəm:] Dilman mənimlə gəlsəydi, xəncərinin daşı düşməyəcəkdi ki?
Səninçün hörmətlə tərpənsə başı; Guya xəncərinin düşəcək qaşı.